Noyabr ayının 8-də "Açıq Cəmiyyət İnstitutu - Azərbaycan" ın mədəniyyət və incəsənət Mərkəzində, respublikamızda ilk professional musiqi jurnalının - "Musiqi dünyası"nın prezentasiyası keçirilib. Burada ilk dəfə olaraq jurnalın İnternet variantının da ictimai baxışı oldu.

Mərasimə çoxsaylı mətbuat nümayəndələri - "Xalq", "Azadlıq", "Musavat", "Nedelə" qəzetlərinin, "İrs" və "Azerbaican International" jurnallarının, AzərTAC-ın, radio və televiziyanın - AzTV-nin musiqi redaksiyasının, "Səhər" proqramının əməkdaşları toplanmışdı. Sonrakı günlərdə, bir sıra qəzet-lərdə, AzT-1 və AzT-2 telekanallarında, "Azadlıq" radiokanalında Azərbaycan musiqi mədəniyyətinin tarixində belə vacib və mənalı hadisə ətraflı işıqlandı.

Təqdimat mərasimində Azərbaycan Respublikasının öncül ziyalıları, Mədəniyyət Nazirliyi, Müdafiə Nazirliyi, Elmlər Akademiyası, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyası, Bəstəkarlar İttifaqı, SOROS, IREX, IATP, BP-AMOKO, Avrasiya fondu, Müəllif Hüquqları Agentliyi, Qərb Universiteti, İncəsənət Universiteti kimi təşkilat və şirkətlərin nümayəndələri iştirak edirdilər.

Mərasim ilə bağlı, bizim jurnalımızın redaktoru Leyla FƏRƏCOVAYA bilgiləndirən materiallar hazırlamaq tapşırılmışdır. Gəlin, ilk müsahibimiz kimi "Musiqi dünyası" jurnalının baş redaktoru və təsisçilərindən biri, sənətşünaslıq elmləri doktoru Tariyel MƏMMƏDOVU dinləyək:

L.F.:-Siz Azərbaycanda birinci peşəkar musiqi jurnalının baş redaktorusunuz. Belə bir jurnalı yaratmaq ideyası sizə haradan və necə gəldi?

T.M.:-Hər bir ideya kimi, həmin ideya da çox uzun zaman yetkinləşib, hərtərəfli cilalanmışdı. Demək olar ki, buna çox çətinliklə nail olduq.

Mən daim özümə sual verirdim: "Ola bilərmi ki, suveren ölkədə musiqi xadimlərinin öz tribunası olmasın? Ola bilərmi ki, müstəqil ölkədə musiqi elmi, bütün özünəməxsus tutumu ilə mövcud olsun, lakin, ümumdünya elmi paradiqmasına daxil olunmasın? Ola bilərmi ki, demokratik ölkədə musiqi təhsili və tərbiyəsi demokratik prinsiplərsiz həyata keçirilsin? və s. və i.a. Bütün bu məsələlərin həll olunması üçün çıxış yolu axtarıb tapmaq lazım idi.

Bu günkü hadisə isə, mənim inamımın düzgün yolda olmağını təsdiq edir: belə bir peşəkar musiqi jurnalının nəşr edilməsi çox gərəklidir.

L.F.:-Jurnalın fəaliyyət dairəsi nədən ibarətdir və o hansı vəzifələr daşıyır və daşımalıdır?

[ more... ]

«Musiqi Dunyası» nın təqdimat mərasimi
  • S. Qarabağlı
    Üzeir Hacib
    əyov: Moskva, 1939-ci il
  • L. Şirməmmədqızı
    Ədəbi bir qünü yada salarkan …
  • N. Şəfiyeva
    Üzeir Hacib
    əyovun «Azərbaycan xalq musiqisinin əsasları» elmi əsərinin yaranma tarixinə dair
  • F. Əliyeva
    Qarabağın musiqiçi nəsilləri

  • Qənclərin yaradıcılıq forumu

  • L. Həsənova
    «Qız Qalası»: III miniliyə vəsiqə
  • S. Qasımova
    Tofiq Quliyevin mahnılarının bəzi üslub xüsusiyyətləri
  • E. İskəndərov
    Mstislav Rostropoviçlə keçən unundulmaz gütlər
  • S. Mirzəyev
    Fortepiano texnikasında müasir ifaçılıq effektləri işarələri
  • X. Həsənzadə
    Anton Rubinşteyn
  • Ş. Mahmudova
    «Böyük həqiqətin sorağında»
  • A. Əmraxova
    A. Şonberq və XX əsr dunya mədəniyyati
  • O. Rəcəbov
    Dmitri Kabalevski və Azərbaycan
  • V. Mehdiyev
    Ustad
  • A.O. Kərimli
    Göyçə aşıq məktəbi
  • Özbəkistan musiqi elminin edçisi
  • Ş. Hüseynov
    Əhmədbəy Ağaoğlunun mədəniyyət haqqında kulturoloji baxışlar
  • S. Əzizova
    «Milli rəqs sənətimizin ilduzu»
  • Ş. Mahmudova
    Milli ənənələri yaşadan bəstəkar
  • N. İsayev
    Əlaqəli hüquqlar
  • Ə. İsazadə
    Aleksandr Xodzkonun «Koroğlu» eposu (dastanı) haqqında kitabında Azərbaycan xalq musiqisi nümunələri
  • X. Mirzəzadə
    Bir kitabın bir nəfəsi
  • T. Məmmədəliyeva
    Azərbaycan Qrammofon Valları Evinin tarixindən
  • R. Hüseynov
    Qohumluq
  • Ü. Məmmədova
    Əhməd Ağdamski – 115 il. «Milli operamızın ilk Leylisi kim olub?»
  • N. Abdullayeva
    Bəstəkarlar ustadı
  • Ş. Hüseynov
    Zülfi Adıgözalov – 100. Böyük sənətkar mənəviyyətımızda yaşayır
  • R. Hüseynov
    İkinci nəfəs
  • S. Əliqızı
    Hekayətli musiqi lüğəti
  • N. Əliyeva,
    L. H
  • üseynova
    «Musiqinin Böyük İpək Yolu» I Bakı klassik musiqi festivalı
  • S. Axundzadə
    Azərbaycanda yeni «Milli məvətiyyət cəmiyyəti yaranıb»
  • N. Axundova
    Lyusernada keçirilən musiqi festivalının «Composer in Residence»
  • Z. Dadaşzadə
    Ceyms Klark adlı musiqi adası
  • CIOFF beynalxalq təşkilatının prezidenti cənab Kari Berqhomla mühasibə


    ünya miqyasında məşhur olan nəhəng bəstəkar, publisist, dramaturq, pedaqoq, tarixçi, ictimai xadim Üzeyir bəy Hacıbəyov haqqında dönə-dönə yazılsa da, deyilsə də yenə azdır. Hər dəfə Üzeyir bəy dünyasına nəzər salarkən agahedilməsi, öyrənilməsi vacib olan mətləblər ortaya çıxır.

    Ölməz bəstəkar Ü.Hacıbəyov təkcə Azərbaycanda deyil, eyni zamanda bütün keçmiş SSRİ məkanında və Dünyada tanınan və sevilən gözəl sənətkardır. Heç təsadüfi deyildir ki, hələ SSRİ-nin qılıncının sağı da, solu da kəsən bir vaxtda bu imperiyanın rəhbərliyinin, şəxsən Stalinin özünün Üzeyir bəyə böyük rəğbəti və ehtiramı var idi. 1938-ci ilin aprel ayında Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyü zamanı İosif Vissarionoviç Stalin işinin çox olmasına rəğmən iki dəfə "Koroğlu" operasına tamaşa etmiş, bu əsəri "ən gözəl Sovet operası" adlandırmışdır. Dekadanın yekunundan sonra təşkil edilmiş ziyafətdə isə "Arşın mal alan" musiqili komediyasından parçalar oxumuşdur. Bu da Üzeyir bəyə, onun musiqisinə olan maraqdan və hörmətdən irəli gəlirdi.

    Məhz böyük sənətkara olan bu ehtiramın nəticəsi idi ki, 1938-ci ilin oktyabr ayında Moskvada keçirilən dirijorların birinci Ümumittifaq müsabiqəsinn münsiflər heyətinin tərkibində Üzeyir bəy Hacıbəyov da var idi.

    1939-cu ildə yenə Moskvada keçirilən SSRİ xalqlarının milli alətləri ifaçılarının müsabiqəsinə sədrlik isə Ü.Hacıbəyova tapşırılmışdır. Hələ Azərbaycan incəsənəti dekadası zamanı dahi sənətkarın öz əsələrində Avropa musiqi alətləri ilə Şərq musiqi alətlərinin sintezini yaratması və simfonik orkestrə xalq çalğı alətlərinin salınması hamının diqqət mərkəzində olmuş və böyük maraq doğurmuşdur. Elə oradaca, banket zamanı Stalin təklif etmişdir ki, milli musiqi alətlərində çalan ifaçıların müsabiqəsi keçirilsin, Üzeyir bəy də həmin yarışa rəhbərlik etsin.

    Böyük məmnunluqla bu təklifi qəbul edən Üzeyir bəy Hacıbəyov Moskvadan qayıtdıqdan sonra SSRİ-nin hər yerində bu müsabiqəyə geniş hazırlıq görülməsini təşkil etmişdir. Əvvəlcə kənd, sonra rayon, daha sonra şəhər və respublikalar səviyyəsində baxışlar keçirilmişdi. Yerlərdəki yarışlarda qalib çıxanlar Moskva şəhərində keçirilən SSRİ xalqlarının müsabiqəsində iştirak etməli idilər. İki min iştirakçıdan cəmi iki yüz nəfəri Moskvaya vəsiqə almışdır.

    Müsabiqə 1939-cu il oktyabr ayının 1-dən 15-ə qədər SSRİ-nin paytaxtında keçirildi. İki həftə davam edən müsabiqənin münsiflər heyətinin sədri Üzeyir bəy Hacıbəyov idi. Münsiflər heyətinin tərkibinə isə SSRİ-nin görkəmli mütəxəssisləri, profesorları - Belyayev, Lüfer, Vasilenko, Kamalov, Aqafotin, Qelis, Şubin, Surin, Belov, Şumskaya, Qlier, Paxaladze və başqaları daxil idilər.

    9 oktyabr 1939-cu il tarixli "Sovetskoe İskustvo" qəzetinin 73-cü sayında "Milli musiqi alətlərində ifaçıların Ümumittifaq baxışı" sərlövhəli maraqlı yazı və müsabiqənin sədri Üzeyir bəy Hacıbyov başda olmaqla münsiflər heyətinin foto şəkli verilmişdir. Həmin məqalədə yazılmışdır: "Milli musiqi alətlərində ifaçıların birinci Ümumittifaq baxışına maraq günü-gündən artır. Ölkənin çoxsaylı milli respublikalarınn ən ucqar vilayət və bölgələrindən olan xalq musiqiçiləri müsabiqədə iştirak edirlər.

    [ more... ]

    about magazine details