Üzeir Hacibəyov:      
Moskva, 1939-ci il      
S. Qarabağlı           
1  
S. Qarabağlı
Üzeir Hacibəyov: Moskva, 1939-ci il

L. Şirməmmədqızı
Ədəbi bir qünü yada salarkan …

N. Şəfiyeva
Üzeir Hacibəyovun «Azərbaycan xalq musiqisinin əsasları» elmi əsərinin yaranma tarixinə dair

F. Əliyeva
Qarabağın musiqiçi nəsilləri


 
 
make printcopy print copy

ünya miqyasında məşhur olan nəhəng bəstəkar, publisist, dramaturq, pedaqoq, tarixçi, ictimai xadim Üzeyir bəy Hacıbəyov haqqında dönə-dönə yazılsa da, deyilsə də yenə azdır. Hər dəfə Üzeyir bəy dünyasına nəzər salarkən agahedilməsi, öyrənilməsi vacib olan mətləblər ortaya çıxır.

Ölməz bəstəkar Ü.Hacıbəyov təkcə Azərbaycanda deyil, eyni zamanda bütün keçmiş SSRİ məkanında və Dünyada tanınan və sevilən gözəl sənətkardır. Heç təsadüfi deyildir ki, hələ SSRİ-nin qılıncının sağı da, solu da kəsən bir vaxtda bu imperiyanın rəhbərliyinin, şəxsən Stalinin özünün Üzeyir bəyə böyük rəğbəti və ehtiramı var idi. 1938-ci ilin aprel ayında Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyü zamanı İosif Vissarionoviç Stalin işinin çox olmasına rəğmən iki dəfə "Koroğlu" operasına tamaşa etmiş, bu əsəri "ən gözəl Sovet operası" adlandırmışdır. Dekadanın yekunundan sonra təşkil edilmiş ziyafətdə isə "Arşın mal alan" musiqili komediyasından parçalar oxumuşdur. Bu da Üzeyir bəyə, onun musiqisinə olan maraqdan və hörmətdən irəli gəlirdi.

Məhz böyük sənətkara olan bu ehtiramın nəticəsi idi ki, 1938-ci ilin oktyabr ayında Moskvada keçirilən dirijorların birinci Ümumittifaq müsabiqəsinn münsiflər heyətinin tərkibində Üzeyir bəy Hacıbəyov da var idi.

1939-cu ildə yenə Moskvada keçirilən SSRİ xalqlarının milli alətləri ifaçılarının müsabiqəsinə sədrlik isə Ü.Hacıbəyova tapşırılmışdır. Hələ Azərbaycan incəsənəti dekadası zamanı dahi sənətkarın öz əsələrində Avropa musiqi alətləri ilə Şərq musiqi alətlərinin sintezini yaratması və simfonik orkestrə xalq çalğı alətlərinin salınması hamının diqqət mərkəzində olmuş və böyük maraq doğurmuşdur. Elə oradaca, banket zamanı Stalin təklif etmişdir ki, milli musiqi alətlərində çalan ifaçıların müsabiqəsi keçirilsin, Üzeyir bəy də həmin yarışa rəhbərlik etsin.

Böyük məmnunluqla bu təklifi qəbul edən Üzeyir bəy Hacıbəyov Moskvadan qayıtdıqdan sonra SSRİ-nin hər yerində bu müsabiqəyə geniş hazırlıq görülməsini təşkil etmişdir. Əvvəlcə kənd, sonra rayon, daha sonra şəhər və respublikalar səviyyəsində baxışlar keçirilmişdi. Yerlərdəki yarışlarda qalib çıxanlar Moskva şəhərində keçirilən SSRİ xalqlarının müsabiqəsində iştirak etməli idilər. İki min iştirakçıdan cəmi iki yüz nəfəri Moskvaya vəsiqə almışdır.

Müsabiqə 1939-cu il oktyabr ayının 1-dən 15-ə qədər SSRİ-nin paytaxtında keçirildi. İki həftə davam edən müsabiqənin münsiflər heyətinin sədri Üzeyir bəy Hacıbəyov idi. Münsiflər heyətinin tərkibinə isə SSRİ-nin görkəmli mütəxəssisləri, profesorları - Belyayev, Lüfer, Vasilenko, Kamalov, Aqafotin, Qelis, Şubin, Surin, Belov, Şumskaya, Qlier, Paxaladze və başqaları daxil idilər.

9 oktyabr 1939-cu il tarixli "Sovetskoe İskustvo" qəzetinin 73-cü sayında "Milli musiqi alətlərində ifaçıların Ümumittifaq baxışı" sərlövhəli maraqlı yazı və müsabiqənin sədri Üzeyir bəy Hacıbyov başda olmaqla münsiflər heyətinin foto şəkli verilmişdir. Həmin məqalədə yazılmışdır: "Milli musiqi alətlərində ifaçıların birinci Ümumittifaq baxışına maraq günü-gündən artır. Ölkənin çoxsaylı milli respublikalarınn ən ucqar vilayət və bölgələrindən olan xalq musiqiçiləri müsabiqədə iştirak edirlər.

Kamançada İ.Kasababov, xovalda E.Abdulayev, balalaykada V.Bondarçuk, qidcaqda S.Qabrielyan, tamburda İ.Barayev, Mirkarimov, udda Murat Beli Aqapov, nay-dutarda Y.Rəcəpov və müxtəlif respublikalardan gələn ifaçılar domra, balaban, limba, düdük, altısimli gitara, tar və s. alətlərdə öz ustalıqlarını göstərmişlər."

Bu yazıda müsabiqənin ikinci turu işıqlandırılmışdır. Qəzetdə dərc olunan şəklin altında isə bu sözlər verilmişdir: "Milli alətlərdə ifaçıların Ümumittifaq müsabiqəsinin münsiflər heyəti: /sağdan-sola/ münsiflər heyətinin sədri SSRİ xalq artisti Üzeyir Hacıbəyov, Moskva Konservatoriyasının professoru V.M.Belyayev, Ukrayna respublikasının incəsənət işləri iarəsinin rəis müavini A.M.Lüfer, əməkdar incəsənət xadimi Akzam Kamalov, Moskva musiqi texnikumunun müəllimi P.S.Aqafotin və Kiyev konservatoriyasının xalq çalğı alətləri kafedrasının rəhbəri M.M.Qelis."

Onu da qeyd edim ki, o zamanlar Azərbaycan Nazirlər Soveti yanında İncəsənət İşləri idarəsinin nümayəndəsi kimi müsabiqədə iştirak edən Məmmədsadıq Allahverdiyevin 1945-ci il 18 sentyabrda Üzeyir bəyə bağışladığı müsabiqə iştirakçılarının foto-şəkli bu gün dahi bəstəkarın ev-muzeyində saxlanılır.

Müsabiqənin keçirilməsinin məqsədi SSRİ xalqların milli çalğı alətlərində ifaçılıq ənənələrinin inkişaf etdirilməsinə, ən vacibi isə bu alətləri təkmilləşdirərək, koloritini saxlamaqla simfonik orkestrlərə əlavə etmək və orkestrlərin ahəngdarlığını daha da gözəlləşdirmək və zənginləşdirməkdən ibarət idi.

Azərbaycandan həmin yarışda iştirak edən Qurban Primov və Saqamon Seyranov müsabiqənin yüksək mükafatına layiq görülmüşdülər.

Lakin bədxah ermənilər orada da öz mənfur xislətlərini göstərmişdilər. Muzeyimizin sabiq direktoru, Üzeyir bəyin yaxın qohumu, köməkçisi, professor mərhum Ramazan Xəlilov o günləri çox gözəl xatırlayaraq danışırdı ki, Moskvada müsabiqə başlayandan bir az sonra Azərbaycanda yaşayan ermənilərin bir dəstəsindən SSRİ Xalq Komissarları Şurasına teleqram gəldi. Teleqramda onlar Ü.Hacıbəyovdan şikayət edir, böyük sənətkarı gözdən salmağa çalışır, ağıllarına gələnləri yazırdılar. Guya ki, Üzeyir bəy onları erməni olduqları üçün müsabiqəyə buraxmamışdır. Halbuki, teleqrama imza atan ermənilərdən biri zəif çaldığı üçün hələ Bakıda baxışdan keçməmiş, qalanları isə Moskvadakı müsabiqənin ikinci turunda kəsilmişdilər. Bu xain insanlar istedadsızlıqlarının, bacarıqsız olmalarının səbəbini Üzeyir bəydə görür, onu günahlandırırdılar.

Teleqram Moskvaya xüsusi idarəyə göndəilsə də, onun küncünə dərkənar qoyularaq, tədbir görmək üçün Üzeyir bəy Hacıbəyovun özünə verilmişdir. Bununla da onlar bu teleqrama önəm vermədiklərini göstərirdilər. Lakin bütün bunlara baxmayaraq, ermənilərin özlərinəməxsus məkrliyi, alçaqlığı böyük sənətkara mənəvi əzab verirdi, əsəb sarsıntısı keçirirdi. Hətta bu stresin nəticəsində xeyli vaxt diabetdən əziyyət çəkdi. Üzeyir bəy Hacıbəyov o qədər həssas insan idi ki, xırda, elə bir əhəmiyyət kəsb etməyən məsələlər də ona təsir edir, ürəyini ağrıdırdı.

Bu əhvalat Üzeyir bəyin səhhətinə nə qədər zərbə vursa da O, teleqramı göndərənlərə qarşı heç bir tədbir görmədi. Bu da onun nəcibliyindən, humanistliyindən, insanpərvərliyindən irəli gəlirdi. Onun belə bir devizi vardı: "Düşmən səni daşla, sən düşməni aşla." Təəssüf ki, bunu çox adam nə edə bilməz, nə də anlamaz. Bu yalnız Üzeyir bəy kimi insanlara xas olan bir cəhətdir.

Haqqında söhbət açdığımız həmin müsabiqənin bu il 60 ili tamam olmuşdur. Böyük sənətkarımızın həyatının, fəaliyyətinin bir məqamı olan o müsabiqəni xatırlmağımız, 30-cu illərə ekskurs etməyimiz əvəzsiz insan, dünya şöhrətli bəstəkar Üzeyir bəy Hacıbəyovun nəinki Azərbaycanda, hətta İttifaq səviyyəsində və Dünya miqyasında sevilən, ehtiramla anılan şəxsiyyət olduğunu bir daha göstərməkdir.

Üzeyir bəy min üçüncü gecə nağılıdır. İllərlə, qərinələrlə ondan söhbət açılacaq, nəsillərdən-nəsillərə, əsrlərdən-əsrlərə ərmağan ediləcəkdir.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site