MƏQALƏNİN TƏRTİBAT QAYDALARI / PUBLICATION REQUIREMENTS
MƏQALƏ GÖNDƏR | SUBMİT AN ARTICLE | |
1.Ümumi məlumat 1.1.Jurnalda dərc olunan məqalələr sənətşünaslıq (musiqi sənəti, teatr sənəti, kino,televiziya və digər ekran sənətləri, təsviri sənət, muzeyşünaslıq, mədəniyyət və onun ümumi məsələləri) elm sahəsinə uyğun olmalıdır. *Sənətşünaslıq elm sahəsinin teatr sənəti, kino, televiziya və digər ekran sənətləri, təsviri sənət, muzeyşünaslıq, mədəniyyət və onun ümumi məsələləri ixtisasları üzrə yazılan məqalələrin musiqi mədəniyyətilə əlaqəli olanlara üstünlük verilir. 1.2. Məqalələr Azərbaycan, ingilis, türk və rus dillərində təqdim edilə bilər. 1.3. Jurnalın hər nömrəsinə müəllif birdən artıq məqalə təqdim edə bilməz. 1.4.Jurnal əvvəllər dərc edilməyən orijinal məqalələri qəbul edir. NÜMUNƏLƏR: Kitab və jurnallara istinad aşağıdakı qaydada verilməlidir: 1. Müəllifin soyadı və inisialı. Kitabın adı. Cildin nömrəsi. Şəhər: nəşriyyat, nəşr ili, ümumi səhifələrin sayı; 2. Müəllifin soyadı və inisialı. Məqalənin adı // Jurnalın adı, nəşr ili, buraxılış nömrəsi, başlanğıc-son səhifələr. 2. Məqalənin həcmi və yığılması qaydaları 2.1.Məqalənin həcmi 24.000 işarədən (12 səhifədən) az olmamalıdır. 2.2. Məqalələrin mətnləri A4 formatında, Times New Roman - şriftlə (Azərbaycan dilində latın əlifbası,rus dilində kiril əlifbası, ingilis dilində ingilis əlifbası ilə) , 14 ölçüdə, 1,5 sətirarası məsafə, en üzrə düzənləmə, sətirdən-sətirə keçirməsiz, abzas 1 sm olmaqla yazılmalıdır. 3. Məqalənin quruluşu 3.1. Məqalənin başlanğıcında sol küncdə məqalənin UOT indeksi (https://teacode.com/online/udc/ - linkinə keçidlə ixtisasınız üzrə UOT indeksini əldə edə bilərsiz), DOİ indeksi (redaksiya tərəfindən verilir) göstərilməlidir. 3.2. MÜƏLLİFLƏR HAQQINDA MƏLUMAT iki sətir aşağıda sağ tərəflə qeyd olunur: • soyadı, adı, atasının adı tam olaraq; • elmi adı, elmi dərəcəsi və ya fəxri adı (əgər varsa) və ya təhsil səviyyəsi (bakalavr, magistr, doktorant/dissertant); • işlədiyi müəssisə və onun ünvanı, vəzifəsi (və ya təhsil aldığı müəssisə); • elektron poçt ünvan (lar), iş və ya mobil telefon • ORCİD kodu yazılmalıdır. QEYD: ORCİD kodu olmayan müəlliflər https://orcid.org/- saytında qeydiyyatdan keçərək əldə edə bilərlər. • Müəlliflər bir neçə olduğu halda məlumatlar hər bir müəllif üçün ayrı-ayrılıqda yazılmalıdır. 3.3. Məqalənin BAŞLIĞI müəlliflər haqqında məlumatdan dərhal sonra iki sətir aşağı orta ilə böyük hərflərlə məqalənin BAŞLIĞI yazılmalıdır. 3.4. “Xülasə” və “Açar sözlər” • Iki sətir aşağı “Xülasə” sözü yazılmaqla məqalənin yazıldığı dildə xülasənin mətni və Açar sözlər, daha sonra digər iki dildə eyni məzmunu əks etdirən xülasənin mətni və açar sözlər yazılır. • digər dillərdə verilən xülasədə məqalənin adı, müəllifin və ya müəlliflərin tam adı göstərilməlidir. • Xülasə həcmi 150-250 söz olmalıdır. • Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. • Xülasədə tədqiqatın aşağıdakı əsas elementləri mütləq şəkildə və yığcam olaraq (hər biri ən azı 1-2 cümlə ilə) öz əksini tapmalıdır: A) Aktuallıq, B) Məqsəd, C) Araşdırma metodları, D) Alınan nəticələr, E) Praktiki və nəzəri əhəmiyyəti və s. • Bu tələblərə uyğun olmayan xülasəni redaksiya öz tərəfindən qismən dəyişdirmək və ya müəllif tərəfindən yenidən işlənilmək üçün geri qaytarmaq hüququna malikdir. • Açar sözlər: Hər bir dildə xülasənin sonunda tədqiqatın məzmununu əhatə edən 5-10 arası açar sözlər və ya söz birləşmələri göstərilməlidir. • Açar sözlər oxucu tərəfindən məqaləni daha tez tapmasına imkan verir. 3.5. “Giriş” hissəsi tədqiqatın mövzusunu və araşdırmanın hədəflərini təqdim edir: A) mövzunun müəyyənləşdirilməsi və seçimin səbəbləri göstərilməli; B) tədqiqatın aktuallığı əsaslandırılmalı; C) tədqiqat fərziyyəsi formalaşdırılmalı; D) tədqiqatın məqsəd və vəzifələri təsvir edilməli; E) Tədqiqatın praktiki və nəzəri əhəmiyyti göstərilməldir və s. yer almalıdır. 3.6. “Materiallar və metodlar” hissəsində: • tədqiqat materiallarının ümumi təsviri verilməli; • tədqiqat empirikdirsə, onun eksperimental bazası və nümunəsi müəyyənləşdirilməli, nəzərdirsə, istifadə olunan yanaşma, nəzəri-metodoloji baza göstərilməli; • tətbiq olunan hər bir metod və üsulun (texnikanın, priyomun) qısaca təsviri verilməli; • bu metod(ların)un niyə seçildiyi əsaslandırılmalıdır. 3.7. Məqalənin «Müzakirə və qənaətlər» adlanan əsas hissəsi tədqiqatın ən geniş struktur bölməsidir. Ən azı 2 hissədən ibarət olmalıdır. 3.8. “Yekun nəticə” adlanan hissə məqalə mətninin son və qısa struktur bölməsidir. Tədqiqatın problemi üzrə əldə edilmiş nəticələrin yığcam və ümumiləşdirilmiş təqdimatı verilir, həmçinin onların məqalədə qarşıya qoyulan əsas məqsədə uyğunluğu qısaca təsbit edilir. 3.9. “Ədəbiyyat siyahısı”nın tərtibi: • Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır. • Əlifba sırası ilə davamlı nömrələmə yolu ilə verilir. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir. • Mətndə müvafiq mənbəyə istinadlar mötərizədə verilir, məsələn, [1] və ya [1, s.119] • Məqalə müəlliflərinin öz-özünə istinadları - məqalənin hər bir müəllifinin işinə 1-2 istinaddan çox olmayaraq verilməlidir. • Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam və dəqiq olmalıdır. • İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, simpozium, konfrans və digər nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstərilməlidir. İstinad olunan mənbənin biblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatının “İstifadə edilmiş ədəbiyyat” bölməsinin 10.2-10.4.6 tələbləri əsas götürülməlidir. • Məqalənin sonundakı ədəbiyyat siyahısında 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir. 3.10. Məqalədə verilən əlavələr (not nümunələri, misallar), cədvəllər, qrafiklar, formulalar, şəkillər ixtisar və şərti işarələr Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatın 2.7 – 2.12 bəndlərinə uyğun tərtib olunmalıdır: • şəkillər və cədvəllər nömrələnməli və məzmununa uyğun olaraq adlandırılmalı; • məqalədə yer alan bütün rəqəmlərə mətndə istinad edilməli; • təsvirlər jpeg formatında təqdim olunnmalı; • şəkil (cədvəl, fotoşəkil) istifadə olunduğu qaynaq qeyd edilməlidir; • musiqi notları Siberius, “MusScore” və “Finale” proqramlarında yığılmalıdır. 4. Məqalənin təqdim olunması: • Müəllif məqalənin elektron variantını jurnalın saytı üzərindən qeydiyyatdan keçərək və ya mamedovtariyel@gmail.com email ünvanına göndərə bilər. • Məqalənin daxil olması, məqalənin statusunun dəyişilməsi (resenziyanın nəticələri, dərc edilməsi barədə təsdiq və s.) barədə bildirişlər müəllifin qeydiyyat zamanı göstərdiyi email ünvana göndəriləcəkdir. |
|
1. General information 1.1. Articles published in the journal should correspond to the scientific directions of art history (music, theater, cinema, television and other screen arts, fine arts, museology, culture and its general problems). *Preference is given to articles written in the field of art history, theater, cinema, television and other screen arts, fine arts, museology, culture and its general problems that are related to musical culture. 1.2. Articles can be submitted in Azerbaijani, English, Turkish and Russian. 1.3. The author cannot submit more than one article to each issue of the journal. 1.4. The journal accepts original, previously unpublished articles. 2. Article size and composition rules 2.1. The article size should not be less than 24,000 characters (12 pages). 2.2. The texts of the articles should be written on an A4 sheet of paper, in Times New Roman font (in Azerbaijani - Latin, in Russian - Cyrillic, in English - English alphabet), size 14, line spacing 1.5, justified alignment, without line breaks, paragraph indentation 1 cm. 3. Article structure 3.1. At the beginning of the article in the left corner it is necessary to indicate the UDC index of the article (the UDC index for your specialty can be obtained by clicking on the link https://teacode.com/online/udc/) and the DOI index (provided by the editors). 3.2. INFORMATION ABOUT THE AUTHORS indicate two lines below, on the right: • full name, surname, patronymic; • academic title, academic degree or honorary title (if any) or level of education (bachelor, master, doctoral student/dissertation candidate); • the institution in which he works, and his address, position (or the institution in which he studied); • Email address(es), work or mobile phone • ORCID code is required. Authors who do not have an ORCID code can obtain one by registering at https://orcid.org/. • If the article has multiple authors, information for each author is provided separately. 3.3. Article TITLE; The TITLE of the article should be written in capital letters immediately after the author information, on two lines. 3.4. "Abstract " and "Key words" • The word "Abstract" is written two lines below, followed by the abstract text and keywords in the language of the article, and then the abstract text and keywords reflecting the same content in two other languages. • Abstracts in other languages should include the article title and the full name of the author or authors. • Abstracts should be 150-250 words long. • Abstracts should be strictly edited. • The abstract should clearly and concisely reflect the following key elements of the research (each in at least 1-2 sentences): A) Relevance, B) Objective, C) Research methods, D) Results obtained, E) Practical and theoretical significance, etc. • The editors reserve the right to partially change any abstract that does not meet the specified requirements, or return it to the author for re-editing. • Key words: at the end of the abstract, list 5-10 key words or phrases in each language that cover the content of the study. • Key words allow the reader to find the article more quickly. 3.5. The Introduction section introduces the topic of the study and the objectives of the study: A) indicate the reasons for choosing the topic; B) indicate the relevance of the study; C) formulate a research hypothesis; D) describe the goals and objectives of the study; E) indicate the practical and theoretical significance of the study, etc. 3.6. In the Materials and Methods section: • provide a general description of the research materials; • if the study is empirical, then its experimental basis should be determined, if theoretical, then the approach used, theoretical and methodological basis should be indicated; • provide a brief description of each method and technique (technique, approach) used; • justify the reason for choosing these methods. 3.7. Discussions is the most extensive structural division of the study. It should consist of at least 2 parts. This section should provide a detailed description of the most important results obtained, discovered, developed or proven during the study. This section should be devoted to answers to the questions of introduction and interpretation of arguments to prove the hypotheses, their comparison with the results of other studies on this problem, identification of their existing advantages and disadvantages, as well as presentation of ideas on new research directions and aspects of the problem, etc. 3.8. The "Conclusion" section is the final and brief structural section of the article text. The conclusion of the article provides a brief and generalized presentation of the obtained results on the research problem, as well as a brief definition of their compliance with the main goal of the study. 3.9. Compilation of the list of references: • The article should contain references to scientific sources on the topic. • The numbering is done in continuous order in alphabetical order. • References to the relevant source in the text are given in brackets, for example, [1] or [1, p.119] • Self-citation of the authors of the article - no more than 1-2 references to the works of each author of the article are allowed. • Information about each reference presented in the bibliography must be complete and accurate. • A bibliographic description of the cited source must be given depending on its type (monograph, textbook, scientific article, etc.). When citing scientific articles, materials or abstracts of symposia, conferences and other prestigious scientific events, it is necessary to indicate the title of the article, report or abstract. When providing a bibliographic description of the cited source, the requirements of paragraphs 10.2-10.4.6 of the "References" section of the current instruction of the Higher Attestation Commission under the President of the Republic of Azerbaijan "Rules for the preparation of dissertations" should be taken as a basis. • In the list of references at the end of the article, preference should be given to scientific articles, monographs and other reliable sources for the last 5-10 years. 3.10. Appendices (examples), tables, graphs, formulas, images, abbreviations and symbols included in the article must be formatted in accordance with paragraphs 2.7 - 2.12 of the current instructions of the Higher Attestation Commission under the President of the Republic of Azerbaijan "On the rules for writing dissertations": • figures and tables must be numbered and named in accordance with their content; • all figures in the article must be referenced in the text; • images must be presented in jpeg format; • it is necessary to indicate the source of the used image (table, photograph); • notes must be collected in the programs Siberius, "MusScore" and "Finale". 4. Submission of the article: • The author can send an electronic version of the article by registering on the journal's website or by writing to the e-mail address mamedovtariyel@gmail.com • Notifications about the submission of the article, changes in the status of the article (review results, publication confirmation, etc.) will be sent to the e-mail address specified by the author during registration. |
MƏQALƏ GÖNDƏR | SUBMİT AN ARTICLE | |
![]() |