"Musiqi dünyası" № 2 (67) 2016

Article №3; 7619 - 7630 pр.
Sonaxanım Ibrahimova. Azərbaycan Respublikasinda musiqi menecmentinin təşəkkülü və inkişafinin bəzi xüsusiyyətləri
Text PDF

Menecment və onunla bağlı bütün mövzular, problemlər, məsələlər elmi nöqteyi-nəzərdən həmişə aktuallığa malikdir. Menecmentin elmi aktuallığı, birincisi, onun cəmiyyətin bütün sahələrində yer almasına, fəaliyyətinə, tətbiqinə və zəruriliyinə əsaslanır. Digər tərəfdən, elmi aktuallıq menecmentə, onun tədqiqatına, nəzəri və praktik təcrübəsinə, professional menecer kadrlarına hər zaman olan yüksək tələbatlar ilə şərtlənir. Menecmentin elmi öyrənilməsinin effektli praktik nəticələri və perspektivləri onun mədəniyyət və incəsənət sferalarında da aktuallığını önə çəkir.

Menecmentin tarixi, nəzəriyyəsi, konsepsiyaları, praktikası, nailiyyətləri ilə yanaşı, onun müxtəlif sahələrdə, o cümlədən, mədəniyyətdə və incəsənətdə tətbiq olunması, müxtəlif ölkələrdə musiqi menecmentinin tarixi inkişafı, əldə olunan təcrübələr və digər bu kimi aktual məsələlər, maraqlı nəticələr dissertasiyalarda, monoqrafiyalarda, dərsliklərdə, məqalələrdə öz əksini tapır. Bu elmi tədqiqatlar və onların nəticələri menecment fəaliyyəti üçün də, mədəniyyət və incəsənətin inkişafı üçün də, mədəniyyət menecmenti, hökumət idarəetməsi və incəsənət xadimləri üçün də nəzəri, praktik baxımdan aktual əhəmiyyət daşıyır. Belə olan halda, musiqi menecmentinin problemləri, onun müxtəlif aspektləri haqqında hansı tədqiqatlar aparılır və elmi nəticələrin tətbiqi hansı səviyyədədir? Bu aktual sualın Azərbaycan Respublikası nümunəsində araşdırılması, onun musiqişünaslıq aspektində həlli müasir menecment və musiqi elmi üçün maraqlı olmaqla birlikdə, bu məqalə mövzusunun da aktuallığını əsaslandırır.

Nəzərə almaq vacibdir ki, musiqi incəsənəti və menecment münasibətlərinin siyasi, iqtisadi, təşkilati, sosial cəhətdən düzgün qurulması, onların əməkdaşlığında demokratiya, qanunçuluq, şəffaflıq, effektivlik, qaşılıqlı maraq və ictimaiyyətlə əlaqə amilləri ilə yanaşı, professional bilik və maraqları da tələb edir. Məsələn, bu münasibətlərdə qarşıya çıxan real məsələlərdən biri "musiqi menecmenti" anlayışı ilə bağldır. Bu sferada menecerin ümumən incəsənət və onun humanist funksiyası, xüsusilə musiqi incəsənəti, klassik musiqi, əyləncəvi musiqi, musiqi psixologiyası, musiqi sosiologiyası, musiqi janrları, musiqi qavrayışının estetik və psixoloji məsələləri haqqında biliyə, məlumatlara malik olması vacibdir. Çünki hal-hazırda professional menecerin fəaliyyəti hər bir sahənin spesifikasını bilmədən effektli nətcələrə mailk ola bilmir. Onu da nəzərə alaq ki, musiqi menecmenti ilə yanaşı, konsert menecmenti, festival menecmenti, klassik musiqi menecmenti, şou-bisnes menecmenti, musiqi prodüsseri kimi anlayışlar da meydana gəlmişdir. Lakin bunlar yalnız anlayış deyil, həm də real nəzəri və praktik biliklər, əməli təcrübə tələb edən xüsusi fəaliyyət növləridir. Bununla birlikdə, menecmentin belə fəaliyyət istiqamətlərinin hamısı musiqi incəsənəti ilə birbaşa əlaqəyə malikdir. Musiqi və menecment əlaqələrinə elmi yanaşmanın vacibliyi də bu əlaqələrin kompleks məzmunundan, onların reallığından, obyektivliyindən, perspektivlərindən irəli gəlir.

Daha bir aktual məsələ mədəniyyət menecmentində, incəsənət menecmentində, təhsil menecmentində, turizm menecmentində musiqi incəsənətinin mühüm yer tutması və cəmiyyətdə musiqiyə olan estetik, mənəvi, əyləncə tələbatlarının həmişə yüksək səviyyədə olmasıdır. Bu reallıq, öz növbəsində, məqaləmizin aktuallıq dərəcəsini də təsdiq edir.

Azərbaycan Respublikasında musiqi menecmentinə dair mövzular və məsələlər musiqişünaslıq tərəfindən ardıcıl və məqsədyönlü tədqiq olunmamışdır. Menecment problemləri, onun Azərbaycan təcrübəsi respublikada əsasən iqtisadiyyat elmi, biznes mütəxəssislər və idarəetmənin tədqiqatçıları tərəfindən öyrənilir. Mədəniyyət menecmentinin öyrənilməsi isə Azərbaycanda fəlsəfə, sosiologiya, kulturologiya elmlərinə aiddir. Bu mövzuda bir çox maraqlı, aktual məqalələr dərs vəsaitləri yazılmışdır. Azərbaycanda musiqi menecmenti istər iqtisadi, fəlsəfi, kulturoloji, istərsə də musiqişünaslıq aspektlərindən kifayət qədər tədqiq olunmamış sahədir. Halbuki, belə aktual sahəyə musiqi elminin maraq göstərməsi vacib və aktual məsələdir. Ən azı ona görə ki, musiqi menecmentinin obyekti birbaşa musiqi mədəniyyəti, musiqi incəsənəti, peşəkar musiqiçilərdir. Bu səbəbə görə musiqi menecmentinin musiqi elmi tərəfindən tədqiq olunması bu sahənin özünə də vacib və lazımlıdır. Bu qaçılmazlıq bazar iqtisadiyyyatının inkişafı şəraitində daha aydın və birmənalı təzahür edir.

Musiqi və menecment münasibətlərində özünü təsdiq edən çox aktual bir məsələni qeyd etmək vacibdir. Donor təşkilatlarına, biznesin və sahibkarlığın təşkilati dəstəyinə, sponsorluğuna, himayədarlığa, sərmayəsinə musiqi incəsənətinin ehtiyacı birtərəfli deyil. Bu tələbat qarşılıqlıdır, başqa sözlə, donor təşkilatlarının, biznez və sahibkarlıq sektorunun da mədəniyyətə və incəsənətə, incəsənət menecmentinə maraqları var. Onların imici, cəmiyyətdə etimadı, ictimaiyyətlə əlaqələri, reklamı və maliyyə uğurları, gəlirləri bu əməkdaşlıq vasitəsilə təmin oluna və yüksələ bilir. İncəsənət və bisnez, incəsənət və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı cəmiyyətin demokratik inkişafına, incəsənətin humanist funksiyasının işləməsinə, iqtisadiyyatın səmərəliliyinə müsbət təsir göstərir. Mədəniyyət menecmentini tədqiq edən mütəxəssislərin bu barədə fikirləri məqaləmizin predmeti aspektində maraq doğurur: "Бизнес и культура в современном обществе «скованы одной цепью» — предполагают и дополняют друг друга, немыслимы друг без друга. Эта «обреченность» на сотрудничество имеет глубокий политологический смысл, чрезвычайно важный для развития и преобразования общества. Дело в том, что это сотрудничество, по сути дела, является способом реализации гражданского общества — не декларирования его, а наращивания его реальной ткани, его механизмов, процедур и «мускулов». Только общество, в котором сложились и вызрели развитые формы сотрудничества делового мира и сферы культуры, способно к саморазвитию и саморегуляции социально экономических и социально культурных процессов — по возможности независимо от государства. Собственно, только в таком обществе и могут сложиться реальные предпосылки и условия для становления демократии." [30, 11]. Mütəxəssislərin bu fikirləri Azərbaycan mədəniyyət və incəsənətində, bu sferaların menecmentində özünü necə təsdiq edir?

Azərbaycan Respublikasında mədəniyyətin və incəsənətin yüksək inkişaf tempi bir neçə amilə əsaslanır. Onların sırasında ən mühümləri siyasi, iqtisadi, sosial və idarəetmə amilləridir. Azərbaycan Respublikasında çoxəsrli mədəniyyət ənənələrinə və müasir dünya musiqi irsinə yüksək ictimai maraq, bütün sahələrin müasirləşməsi və demokratiləşməsi, siyasi idarəetmənin demokratik və qanuni əsasları, bazar iqtisadiyyatının və sahibkarlığın inkişafı, mədəniyyət və incəsənət sahəsində çalışan vətəndaşların sosial təminatına dövlət dəstəyi, istedadlı gənc musiqiçilərin fəaliyyətinə yaradılan hüquqi, sosial və professional imkanlar, beynəlxalq mədəniyyət və incəsənət proseslərinə davamlı inteqrasiya, tolerantlıq və multikulturasiya, müasir musiqi təhsilinin müasir beynəlxalq standartlara uyğunluşması, mədəni əlaqələrin inkişafı – bütün bu reallıqlar musiqi incəsənətinin inkişaf prioritetlərini təşkil edir. Mədəniyyət və incəsənət sferalarında idarəetmənin modernləşməsi, onun hüquqi, demokratik və iqtisadi problemlərinin həlli istiqamətində həyata keçirilən bir çox vacib islahatlar nəticəsində musiqi incəsənətinin, professional musiqiçilərin, musiqi təhsilinin, konsert həyatının fəallaşması və inkişafı bu gün də davam etməkdədir. Azərbaycan Respubkası bütün dünyada beynəlxalq klassik musiqi festivallarının, caz festivallarının, beynəlxalq musiqi müsabiqələrinin, konsertlərin, qastrolların açıq və fəal məkanı kimi tanınır.

Müasir idarəetmənin elmi-nəzəri əsasları və tarixi təcrübəsi Azərbaycan Respublikasında bütün sahələri kimi mədəniyyət və musiqi incəsənətdə də öyrənilir və tətbiq olunur. Məsələn, Dövlət İdarəçilik Akademiyasının təsis olunması, təhsil müəssislərində siyasi, iqtisadi, sosial, bələdiyyə və mədəniyyət idarəetməsi ixtisaslarının tədrisi, menecment kadrlarının hazırlanması və s. Azərbaycan Respublikasında müasir siyasi, iqtisadi, sosial və mədəni inkişaf proseslərində mədəniyyətin, incəsənətin, o cümlədən musiqi incəsənətinin hökumət tərəfindən idarə olunması konkret rəsmi icra strukturlarının – Mədəniyyət və Tuzim Nazirliyinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin vəzifələrinə daxildir. Lakin ictimai yaradıcılıq təşkilatları - Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı, Memarlar İttifaqı mədəniyyətin və incəsənət proseslərinin idarə olunmasında, təşkilində, təbliğində, maliyyələşməsində bilavasitə iştirak edirlər.

Müstəqil və müasir Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin formalaşması istiqamətində də nailiyyətlər əldə olunmuşdur. İndi müxtəlif profilli qeyri-hökumət və qeyri-kommersiya təşkilatları, fondlar, ictimai birliklər və azad media cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəniyyət həyatında fəal iştirak edir, bu proseslərə mühüm təsir göstərirlər. Digər bir maraqlı fakt mədəniyyət və incəsənətə münasibətdə dövlət strukturları ilə qeyri-hökumət təşkilatlarının (QHT), qeyri-kommersiya təşkilatları ilə biznes subyektlərinin, sahibkarların qarşılıqlı əməkdaşlığıdır. Bu əməkdaşlığın nailiyyətləri və perspektivləri bir daha təsdiq edirlər ki, musiqi mədəniyyəti "не должна, да и уже не может существовать и развиваться как сфера исключительно государственных интересов. Привлечение внебюджетных источников финансирования, все более активное сотрудничество социально культурной сферы с финансовым, промышленным и торговым капиталом, общественными движениями и организациями — одно из необходимых условий сохранения культурно исторического наследия, воспроизводства творческого потенциала, развития культурной жизни." [30, 10].

Azərbaycan mədəniyyəti və incəsənətinin bu inkişaf reallıqları tədqiqatımızın aktuallığını şərtləndirməklə yanaşı, onun predmetini və obyektini konkretləşdirməyə imkan verir. Məqalənin predmeti musiqi menecmenti, obyekti Azərbaycan Respublikasında musiqi menecmentinin tarixi təşəkkül, fəaliyyət, inkişaf xüsusiyyətləridir. Məqalədə qarşıya qoyulan məqsəd və vəzifələr aşağıdakılardır:

- Azərbaycan Respublikasında mədəniyyət və incəsənət sferasında menecmentin tarixi inkişaf mərhələlərini müəyyən etmək;

- musiqi menecmentinin Azərbaycan təcrübəsinin xüsusiyyətlərini araşdırmaq;

- Azərbaycanda siyasi, iqtisadi və sosial vəziyyətin mədəniyyət və incəsənətin inkişafına, musiqi menecmentin təsirini araşdirmaq;

- musiqi menecmentində dövlət və qeyri-hökumət təşkilatlarının, kommersiya və qeyri-kommersiya təşkilatlarının əməkdaşlıq xüsusiyyətlərini müəyyən etmək, bu sahədə faktları aşkarlamaq;

- musiqi incəsənətinin humanist missiyasının menecment fəaliyyətinə təsiri məsələlələrini araşdırmaq;

Məqalənin predmeti, obyekti, məqsədi və vəzifələri musiqişünaslıq aspektində araşdırılmışdır.

Məqaləmizin metodoloji bazası tarixi-müqayisəli, sistemli və kompleks yanaşmalardan ibarətdir. Bu metodlar əsasında musiqişünaslıq musiqi menecmentinin tarixi, siyasi, iqtisadi, humanist, sosial, bədii aspektlərini də araşdırmaq imkanı əldə edə bilir. Xüsusilə, ayrı-ayrı ölkələrdə musiqi menecmentinin xüsusiyyətlərini öyrənməkdə bu metodologiyaların tətbiqini məqsədəuyğun sayırıq.

MUSİQİ MENECMENTİ TARİXİNİN DÖVRLƏŞDİRİLMƏSİ

Azərbaycan Respublikasında musiqi menecmetinin özünəməxsus tarixi, iqtisadi, ictimai və mədəni xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər musiqi menecmentinin tarixi təşəkkülü və inkişafı prosesləri ilə bağılıdır. Azərbaycanda musiqi menecmentinin tarixi inkişafı XX əsrdə siyasi, iqtisadi, sosial və mədəni proseslərin təsirinə məruz qalmışdır. Musiqi menecentində əldə olunan çoxillik müsbət təcrübədən müasir dövrdə innovativ və yaradıcı şəkildə istifadə edilir.

Menecmentin Azərbaycan mədəniyyətində və incəsənətində təzahür etməsi XIX əsrin sonlarına və XX əsrin başlanğıcına aiddir. Azərbaycanda musiqi menecmetinin tarixi bu dövrdən hesablana bilər. Onun təşəkkülü və ilk mərhələsi də bu dövrə aiddir. Musiqi menecmentinin, mədəniyyət və incəsənətdə menecmentin inkişafı bu dövrdən sonra da davam etmişdir. İnkişaf proseslərinin təhlili onların tarixi-mərhələvi xarakterə malik olduğunu aydınlaşdırır. Bu mərhələvilik obyektiv tarixi, siyasi, iqtisadi, sosial və mədəni amillərin təsiri ilə izah olunur. Musiqi menecmentinin təşəkkül və inkişaf tarixi hansı mərhələlərdən ibarətdir və bu mərhələlərin xüsusiyyəti necədir?

Azərbaycanda musiqi menecmentinin tarixi inkişafı xüsusiyyətlətinə, fəaliyyət növlərinə və istiqamətlərinə sistemli və kompleks yanaşaraq, onun tarixi yolunu aşağıdakı mərhələlərə bölürük:

Birinici mərhələ. Sovetəqədərki dövr. XIX əsrin sonu və XX əsrin başlanğıcı. (Первый этап. Досоветский период. )

İkinci mərhələ. Sovet (SSRİ) dövrü. 1920-1991- ci illər.

Üçüncü mərhələ. Sovet İttifaqında "Perestroyka". 1986-1991-ci illər.

Dördüncü mərhələ. Yeni siyasi və iqtisadi sistemə keçid. 1991-1993-cü illər.

Beşinci mərhələ. Ən yeni tarix. Müasir, demokratik Azərbaycanda siyasi, iqtisadi, sosial və mədəni inkişaf mərhələsi. 1993-cü ildən indiyə qədər.

Bu dövrlərdə musiqi menecmenti müxtəlif forma, məzmun, funksiya, prinsip və metodlar ilə təzahür etmişdir: sponsorluq, mesenatlıq, patronaj, musiqi maarifçiliyi, bədii rəhbər, musiqi rəhbəri, mədəni-kütləvi tədbirlərin rejissoru, konsert təşkilatları, mədəniyyət nazirliyi, prodüsserlik, ictimai təşkilat, kommersiya və biznes fəaliyyəti, art-menecment, festival menecmeti, təhsil menecmenti, nəhayət, musiqi menecmentinin özü. Lakin bütün mərhələlərdə musiqi incəsənətinə münasibətin məqsədi mahiyyətcə eyni olmuşdur: musiqi incəsənətinin, istedadlı musiqiçilərin fəaliyyətinə, inkişafına dəstək vermək.

Beləliklə, Azərbaycanda musiqi menecmentinin tarixi inkişaf xüsusiyyəti mərhələvi formaya malikdir.

Musiqi menecmentinin tarixi mərhələləri siyasi, iqtisadi, sosial, mədəni baxımdan müxtəlif olsa da, bu mərhələlərin məqsədi və fəaliyyət istiqamətləri arasında uyğunluq, əlaqə, eynilik vardır.

MUSİQİ İNCƏSƏNƏTİNDƏ SPONSORLUQ, XEYRIYYƏÇİLİK, HAMİLİK

XIX əsrin sonu və XX əsrin başlanğıcı Azərbaycanda musiqi menecmentinin birinci tarixi mərhələsini əhatə edir. Bu dövrün əsas siyasi xüsusiyyəti Azərbaycanın çar Rusiyasının siyasi-idarəetmə tərkibində olması idi. İqtisadiyyatda kapitalizm münasibətləri, sahibkarlıq, biznes, kommersiya fəaliyyəti mövcud idi. İqtisadiyyatda aparıcı sahə - neft sənayesi idi. XIX əsrin sonu-XX əsrin əvvələri Azərbaycanın paytaxtı Bakı şəhəri bütün Avropada, Rusiyada, Yaxın və Orta Şərqdə "zəngin neft şəhəri" kimi tanınırdı. Bakı şəhərində neft sənayesinin inkişafı nəticəsində xarici ölkələrdən iri və orta sərməyəçilər, firma və şirkətlər burada öz iqtisadi və biznes maraqlarını təmin edirdilər.

Bu dövrün əsas iqtisadi, sosial və mədəni naiyyətlərindən biri milli neft kapitalistlərinin, tacirlər və sahibkarlar zümrəsinin, milli burjuaziyanın və yeni yaradıcılıq elitasının yaranması idi. Bakı, Şamaxı, Gəncə, Şuşa, Quba, Lənkəran, Dərbənd, Tiflis və İrəvan kimi iri şəhərlərdə teatrlar və təhsil müəssisələri fəaliyyət göstərirdi, mütəmadi konsertlər verilirdi, azərbaycan və rus dillərində qəzetlər, jurnallar, kitablar nəşr olunurdu, maarifçi ziyalılar və yaradıcı şəxsiyyətlər mədəniyyətin, təhsilin inkişafı istiqamətində fəal çalışırdılar.

Azərbaycanda neft kapitalizmi ilə paralel olaraq, ağır və yüngül sənaye, tikinti, memarlıq, aqrar, ipəkçilik, pambıqçılıq, toxuculuq, balıqçılıq, kürü istehsalı kimi iqtisadi sahələr, yükdaşıma və bankçılıq xidmətləri inkişaf edirdi. Yeni sənaye-istehsal müəssisələri, zavodlar fabriklər, sexlər, aqrar təsərrüfatlar yaradılırdı. Azərbaycanda kapitalizmin və sahibkarlığın artması və inkişafı təhsilin, mədəniyyətin, incəsənətin inkişafına öz uğurlu təsirini göstərirdi. Yeni məktəblərin yaradılması, təhsil və teatr binalarının tikilməsi baş verirdi. İqtisadi sahələrdə inkişaf, və özəl sektorun genişlənməsi mədəniyyət proseslərinə müsbət təsir edir, Azərbaycanda mədəniyyət və incəsənət sahələrinə yeni inkişaf yolları açırdı. Görkəmli musiqili teatr tədqiqatçısı A.Sarabski bu dövrün məhz iqtisadi və mədəni ələqələrini vurğulayaraq onu belə təsvir edir: "Еще в конце XIX века, благодаря тем серьезным переменам, которые происходили а социально-экономической, политической и культурной жизни Азербайджана, были созданы благоприятные условия для распространения в стране передовых социально-политических и философско-эстетических идей. Перемены в социально-экономической жизни находили свое отражение и в азербайджанской культуре. В условиях бурного экономического развития в последней четверти XIX века начинает быстро расти и развиваться город Баку, постепенно превращавшийся в один из важных индустриальных и культурных центров России. В начале ХХ века в Азербайджане возник и стал быстро развиваться национальный музыкальный театр. Это было совершенно новое явление в многовековой истории культуры азербайджанского народа." [27, 9].

XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Azərbaycanda, xüsusilə paytaxt Bakıda kapitalizmin, sahibkarlığın, sənayenin inkişafı ilə mədəniyyətin inkişafı arasında baş verən əlaqələr dövrün daha bir mühüm reallığına dayaqlanırdı. Azərbaycanın iri şəhərlərində, əsasən isə Bakıda milli kapitalistlər, ticarət, sahibkarlıq və biznes subyektlərindən ibarət sponsorlar, xeyriyyəçilər, himayəçilər nəsli yaranmışdı. Onların məqsədyönlü sponsorluq, xeyriyyəçilik və hamilik fəaliyyəti mədəniyyətin inkişafına yönələn humanist missiyaya çevrilmişdi. Məsələn, iri neft maqnatlarından və sənayeçilərdən olan Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev, Şəmsi Əsədullayev, İsa-bəy Hacınskiy, İsa-bəy Aşurbəyov, İsmayıl-bəy Səfərəliyev, Ağabala Quliyev, Yusif Dadaşov, Qasım-bəy Sultanov, İsrafil Hacıyev və bir çox başqaları xalqın maarfilənməsi, təhsilin, elmin, incəsənətin, şəhər memarlığının inkişafı üçün qeyri-kommersiya maraqları ilə sponsorluq, xeyriyyəçilik və hamilik xidmətləri göstərirdilər. [17].

Azərbaycanda musiqi menecmentinin birinci tarixi mərhələsində mədəniyyətin inkişafı özünü təhsil, teatr, konsert sferalarında, məktəblərin yaradılmasında, gələn və gedən qastrolların sayının artmasında, Rusiya, Qafqaz, Yaxın və Orta Şərq ilə incəsənət əlaqələrinin genişlənməsində və fəallaşmasında büruzə verirdi. XIX əsrin sonu və XX əsrin ilk illərində Bakıda teatr truppalarının və tamaşaların sayının sürətlə artması müşahidə olunurdu: "Бакинское артистическое общество", "Мусульманская драматическая труппа", "Русское театральное общество", "Товарищество мусульманских драматических артистов", "Балаханский драматический кружок", "Dраматическая труппа "Hamiyyət" ("Вспомоществование") və b.

Bakı böyük konsert şəhəri idi. Azərbaycan ənənəvi xalq musiqisindən, Avropa və rus klassik musiqi nümunələrindən, o cümlədən, opera musiqisindən ibarət çoxlu sayda konsertlər təşkil olunurdu. Teatr tamaşalarının səhnələri arasında və fasilələrdə konsertlər vermək ənənə halını almışdı. Bakıda və digər şəhərlərdə təşkil edilən xeyriyyə tədbirlərində də musiqiçilərin çıxış edir, yaxud xeyriyyə tədbirlərinin bədii hissəsində konsert verirdilər. [15]. Bütün bu konsertlər ifaçılıq sənətinin, bütünlükdə musiqi mədəniyyətinin inkişafına, dinləyici auditoriyasının kəmiyyət və keyfiyyət baxımından artmasına, xalqın bədii-estetik tələbatının ödənilməsinə, eyni zamanda cəmiyyətdə incəsənətə marağın davamlı inkişafına səbəb olurdu.

Qeyd etdiyimiz kimi, teatr truppalarının yaradılmasına, onların fəaliyyətinə, maddi-texniki vəziyyətinə və tamaşa hazırlamasına, peşəkar musiqiçilərin və musiqi qruplarının konsertlərinə, artistlərin sosial və maliyyə durumuna yerli kapitalistlər, sahibkarlar sponsorluq və himayədarlıq edirdilər. Məsələn, H.Z.Tağıyev Bakı Orta Texniki Məktəb (1896), Bakı Kommersiya Məktəbi (1990), Bakı Aleksandriyskaya Rus-Müsəlman Qadın Məktəbi (1901), "Müqəddəs Nina" Rus Qadın Məktəbi, Bakı Qızlar Seminariyası (1913-cü il) yaratmış, bu təhsil müəssiləri üçün bina tikmiş, onlara maliyyə dəstəyi göstərmiş, əlaçı tələbələrə xüsusi təqaüd kəsmişdi. O, 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılmasına maliyyə dəstəyi vermiş, yüz tələbənin təhsil xərcini ödəmişdi.

H.Z.Tağıyev Bakıda teatr incəsənətini təbliğ və inkişaf etdirmək, truppaların və artistlərin professional fəaliyyətinə kömək etmək məqsədi ilə 1883-cü ildə yeni və geniş teatr binası tikdirmişdi. Bu, Bakıda xüsusilə olaraq teatr və opera tamaşları, konsertlər üçün tikilən, akustika və estetika standatlarına uyğun olan ilk Avropa üslublu və möhtəşəm arxitektura binası idi. Bu bina Bakının ən gözəl arxitektura abidəsi kimi şəhərə yaraşıq verirdi. O dövrdə "Tağıyev teatrı" aldandırılan binada XIX əsrin sonu-XX əsrin əvvəllərində professional truppalar tərəfindən çoxlu sayda tamaşalar qoyulmuşdu. H.Z.Tağıyev bu tamaşalara sponsorluq etmiş, aktyorlara qonorar vermişdir. Bu binada SSRİ dövründə Dövlət Musiqili Komediya Teatrı fəaliyyət göstəmişdir. Dövrün zəngin şirkətlərindən olan "Mailov qardaşları" isə 1911-ci ildə xüsusi incəliklə yaradılmış arxitekturaya malik olan yeni və böyük Opera Teatrı inşa etdirmişdir. "Mailov teatrı" adlanan bu binada operalar, dram əsərləri, musiqili tamaşalar göstərilmiş, müxtəlif mədəniyyət tədbirləri keçirilmişdir. SSRİ dövründə və hal-hazırda bu binada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı fəaliyyət göstərir.

XX əsrin əvvəllərində H.Z.Tağıyevin maliyyə dəstəyi ilə Azərbaycanın ilk professional qadın vokalçıları, opera artistləri - SSRİ xalq artisti Şövkət Məmmədova İtaliyada, M.Muxtarovun maliyyə dəstəyi ilə SSRİ xalq artisti Fatma Muxtarova Moskvada ali musiqi təhsili almışdı. [15].

Bu dövrdə musiqi incəsənətinin ən mühüm nailiyyəti bütün Şərqdə və Azərbaycanda ilk professional operanın yazılması idi. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası Azərbaycanda klassik professional musiqi incəsənətinin təməlini qoydu. Bu operada Ü.Hacıbəyli Azərbaycan musiqi folkloru, professional muğam janrı, milli ladlar ilə Avropa opera janrının sintezinə nail olmuşdur. Əsərin premyerası 12 yanvar, 1908-ci ildə baş tutdu. Premyera Bakıda, bütün Qafqazda böyük incəsənət hadisəsi kimi qarşılandı. "Leyli və Məcnun" operası XX əsrdə yaşamaqda davam etdi. Müasir dövrümüzdə də bu operaya tamaşaçı marağı yüksək səviyyədədir.

"Leyli və Məcnun" operasından sonra bəstəkar Ü.Hacıbəyli "Şah Abbas və Xurşid Banu", "Rüstəm və Zöhrab", "Harun və Leyla", "Əsli və Kərəm" operalarını, "Ər və arvad", "Məşədi İbad", "Arşın mal alan" operettalarını yazdı. Bu əsərlər cəmiyyətdə və mətbuatda fəal münasibətlə qarşılandı, məqalələr və resenziylar dərc olundu. Bu əsərləri ilə Ü.Hacıbəyli Azərbaycan milli bəstəkarlıq məktəbinin yaratdı. İlk milli peşəkar bəstəkar olan Ü.Hacıbəylinin, M.Maqomayevin yaradıcılığı, eyni zamanda, muğam ustalarının, musiqi kollektivlərinin sosial vəziyyəti, konsertlərin təşkil olunması dövrün milli burjuaziyasının və maarifçi ziyalıların həmişə diqqət mərkəzində, maliyyə dəstəyində idi.

XEYRİYYƏ TƏŞKİLATLARININ MENECMENT FUNKSİYASI

XX əsrin əvvəllərində mədəniyyətə və incəsənətə yönələn sponsorluq, xeyriyyəçilik və himayədarlıq fəaliyyəti iş adamları, sahibkarlar ilə yanaşı xeyriyyə təşkilatları vasitəsi ilə də həyata keçirilirdi. Bu təşkilatlar "xeyriyyə cəmiyyəti" adı ilə işləyirdirlər. Bakıda ilk belə təşkilat 1904-cü ildə yaranan "Müsəlman Xeyriyyə Cəmiyyəti" ("Мусульманское Благотворное Общество") idi. Onun təsis olunması və rəhbərliyi H.Z.Tağıyevə məxsus idi. 1905-ci ildən "Nəşri-maarif", 1906-cı ildən "Nicat", 1910-cu ildən "Səda", 1913-cü ildən "Səadət" xeyriyyə təşkilatları da təhsil, maarif, mədəniyyət proseslərində təşkilatçı, sponsor, himayədar kimi fəal iştirat etməyə başlayırlar. Qeyd etmək vacibdir ki, bu xeyriyyə cəmiyyətlərinin hamısı qeyri-kommersiya və qeyri-hökumət statusu daşıyırdılar. Onların hər birinin rəsmi hökumət dairələri tərəfindən təsdiq olunmuş nizamnaməsi var idi və nizmamnanə qaydalarına ciddi riayət olunurdu. Nizamnamədə təşkilatın strukturu, hüquqları, fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, üzvlük qaydaları, maliyyə mənbələri öz əksini tapırdı. Bu xeyriyyə təşkilatlarının maliyyə fondu üzvlük haqlarından, ianələrdən, sponsorlardan, teatr tamaşaları və konsertlər vasitəsilə qazanılan vəsaitlərdən formalaşırdı. Xeyriyyə təşkilatlarının əsas məqsədi Azərbaycanda təhsilə, maarifə, incəsənətə, artistlərə, musiqiçilərə sponsorluq və xeyriyyəçilik göstərməkdən, onların fəaliyyətini təşkilati və maliyyə cəhətdən dəstəkləməkdən ibarət idi. Milli ədəbiyyat və incəsənət nümunələrini, Şərq, Avropa və rus yazıçılarının, dramaturqlarının və bəstəkarlarının əsərlərini təbliğ etmək, əhalinin mədəniyyət, maairf və bədii dünyagörüş səviyyəsini yüksəltmək, cəmiyyətdə incəsənətə həvəsi və marağı artırmaq, musiqi qavrayışının səviyyəsini yüksəltmək, klassik və ənənəvi musiqini dinləyən auditoriyanın kəmiyyətini çoxaltmaq, fəal və qiymətləndirən dinləyici mühitini formalaşdırmaq xeyriyyə təşkilatlarının məqsəd və vəzifələrinə daxil idi.

Maraqldır ki, onların yaranması, fəaliyyəti haqqında mətbuatda xəbərlər verilirmişdir. Məsələn, "в мае 1906 года газета "Баку" под заголовком "Мусульманский кружок прогрессистов" сообщала, что "местные интеллигенты-мусульмане выработали устав Бакинского культурного прогрессивного мусульманского общества под названием "Ниджат", каковой представлен временному генерал-губернатору на утверждение"". [27, 34]. Судья по уставу, "общество ставило своей целью просвещение азербайджанского населения, оказание материальной помощи нуждающимся учащимся, содействие развитию азербайджанского языка и литературы, организация в Баку и его районах библиотек-читален, вечерних курсов по ликвидации неграмотности для взрослых, устройство с благотворительной целью концертов, лекций и докладов на общественно-политические и научные темы и др." [27, 35].

"Nicat" Xeyriyyə Cəmiyyətinin nəzdində xüsusi teatr və musiqi sektoru yaradılmışdı. Digərləri kimi bu təşkilat da menecmentin mexanizmlərini uğurla yerinə yetirirdi. "Благодаря умелому руководству общества "Ниджат" театральными делами, повседневной заботе об артистах, о режиссерах, о репертуаре, о постоянном помещении, гардеробе и др. театральная секция общества "Ниджат" постепенно превращалась в центр консолидации сил театральных деятелей. Через общество актеры начинают получать плату, создается постоянный гардероб театра, наводится порядок в распространении билетов, устанавливается дни спектаклей, стабилизируется репертуар." [27, 36].

Xeyriyyə təşkilatları musiqi mədəniyyətində də fəal iştriak edirdilər. Onların təşkilatçılıq, sponsorluq və himayədarlıq fəaliyyətinə dair maraqlı faktlar vardır. Məsələn, Azərbaycanda, müsəlman Şərqinə Avropa tipli ilk opera olan "Leyli və Məcnun" operasının tamaşaya hazırlanması müəllif üçün böyük maliyyə və maddi-texniki çətinliklər ilə qarşılaşmışdı, lakin müəllifin bu çətinlikləri həll etmək imkanı yox idi. Ü.Hacıbəyli Azərbaycanda opera janrının vəziyyətinə dair məqaləsində bunu xatırlayaraq yazırdı: 1907-ci ildə opera üzərində iş başa çatandan sonra, müəllif premyeranın baş tutması üçün nüfuzlu xeyriyyə təşkilatı olan "Nicat"a müraciət etdi, həm də ona görə ki, bu cəmiyyətin üzvlərindən biri idi. "Nicat" Ü.Hacıbəyli ilə müəllif kimi müqavilə bağlayaraq, "Leyli və Məcnun" operasının premyerasını təşkil etmiş, "Tağıyev teatrı"nı icarəyə götürmüş, dekorasiyaları və kostyumları hazırlamış, artistləri və musiqiçiləri operanın premyerasına cəlb etmiş, biletlərin satışı ilə məşğul olmuşdur. Bir sözlə, ilk professional operanın premyerası xeyriyyə cəmiyyətinin təşkilati və maliyyə dəstəyi ilə həyata keçmişdir. Tamaşadan əldə olunan qazancın bir hissəsi isə müqavilənin şərtləri əsasında müəllifə, artistlərə və musiqiçilərə qonorar kimi verilmişdir. Premyera haqqında mətbuatda anonslar və resenziyalar da diqqəti cəlb edir. Operanın premyerasına hazırlıq haqqında "Kaspiy" qəzetinin bir anonsuna diqqət edək: "Театральная секция мусульманского просветительного общества "Ниджат", как мы слышали, объявляет конкурс на лучшие драматические и оперные произведения на татарском (азербайджанском – С.И.) языке. На днях она купила право издания и постановки сочиненной молодым публицистом и музыкантом У.-б. Гаджибековым оперы "Лейли и Меджнун" на татарском (азербайджанском – С.И.) языке. Опера эта первая в мусульманской жизни и обещает быть наиинтереснейшим произведением. В ней со вкусом использованы восточные мотивы. "Ниджат" уже организовал труппу оперных артистов, которые под личным руководством автора и знатоков восточной музыки готовятся к постановке. На оперу сделаны крупные расходы. Надо надеяться, что мусульманская публика, так горячо любящая музыку, не оставит без внимания впервые написанную на татарском (азербайджанском – С.И.) языке оперу." [18].

Ü.Hacıbəylinin "Leyli və Məcnun" operası ilə yanaşı, "Nicat" tərəfindən təşkilati və maliyyə dəstəyi ilə bəstəkarın bütün opera və operattaları da dəfələrlə və uğurla tamaşaya qoyulmuşdur. Belə fakt da maraq doğurur ki, bəzi tamaşalar tamamilə müəllifin benefisinə təşkil olunmuşdur. Buna misal kimi, 24 may, 1910-cu ildə göstərilən "Ər və arvad" operettasını qeyd etmək olar. Bu barədə mətbuat belə yazır: "После второго акта весь состав правления, театральной секции и занятые в спектакле артисты «Ниджат»а собрались на сцене и поздравили бенефицианта. От имени общества «Ниджат» председатель литературно-театральной секции общества Мехтибек Гаджинский прочел адрес, в котором характеризовалась деятельность Уз.Гаджибекова. Бенефицианту были преподнесены ценны подарки от друзей и знакомых». [19].

Dövrün daha bir maraqlı iqtisadi və mədəni göstəricisi xeriyyə təşkilatları arasında işgüzar rəqabətin yaranması idi. Onların hər biri fəallıq göstərməyə, böyük etimad qazanmağa, nüfuzunu artırmağa çalışırdı. Bu qeyri-hökumət təşkilatlarının sponsorluq etdiyi tamaşalar və konsertlər haqqında mətbuatda elanlar verilirdi ki, bu da reklam xarakteri daşıyırdı.

Azərbaycandilli və rusdilli "Əkinçi", "Zənbur", "İrşaq", "Səda", "Tərəqqi", "Həyat", "Fuyuzat", "İqbal", "Təzə həyat", «Бакинские губернские ведомости», "Баку", "Каспий" və b. qəzet və jurnallarda teatr, opera tamaşaları və konsertlər haqqında, eləcə də mədəniyyət və incəsənət səhələrində sonsorluq, xeyriyyəçilik və təşkilati dəstək haqqında anonslar, məqalələr, resenziyalar yazılırdı. Mətbuat və ictimaiyyətlə əlaqələr (PR) istər sahibkarların, istərsə də xeyriyyə təşkilatlarının fəaliyyətinə, işgüzar maraqlarına və ictimai nüfuzuna müsbət təsir gösrərirdi.

Beləliklə, bu dövrün mədəniyyət menecmenti əsasən dörd formada həyata keçirilirdi: sponsorluq, xeyriyyəçilik (filantropiya), hamilik (partonaj), mesenatlıq. (Ardı var)