"Musiqi dünyası" № 3 (100) 2024

Article №1; 9520-9527 pр.
F.BƏDƏLBƏYLİ İLƏ MÜHASİBƏ. “MUSİQİ DÜNYASI” HAQQINDA. Söhbəti apardı Taira Kərimova
ИНТЕРВЬЮ С Ф.БАДАЛБЕЙЛИ. (О “MUSİQİ DÜNYASI”). Беседу вела Таира Керимова

Text PDF

18 sentyabr 2024-cü il tarixində - Musiqi Günündə, dahi Üzeyir Hacıbəylinin anadan olduğu gündə “Musiqi Dünyası” jurnalı qeyri-adi, lakin çox əhəmiyyətli bir tarixi – ilk dəfə 18 sentyabr 1999-cu ildə oxuculara təqdim olunmuş jurnalın yüzüncü nömrəsinin işıq üzü görməsini qeyd edir. Bu haqda onun redaktoru və təsisçisi, professor Tariyel Məmmədovdan eşitdim, lakin əvvəlcə jurnalın nömrə sayına nəyə görə diqqət yetirəcəyimi başa düşmədim. 99-cu, 101-ci və ya 100-cü nömrələr arasındakı fərq nədən ibarətdir?

Hər şeydə dərin bir məna tapmağa çalışaraq, rəqəmlərin sehrini deşifrə edən Numerologiyaya müraciət etdim və təəccüblə aydınlaşdırdım ki, kainat miqyasında 100 rəqəmi, bir növ, “enerji inkubatoru” olub, tamamlanmanı və yenidən doğulmanı bildirən bir məfhumdur. Yəni 100 rəqəmi partlayışdan əvvəl yığılmanı, fırtınadan əvvəl sakitliyi simvolizə edir. Buna görə jurnalın yaradıcıları üçün dayanmaq, etdiklərinə baxmaq, əhəmiyyətini qiymətləndirmək və açılan panoramadan ruhlanaraq, yeni zirvələri fəth etməyə tələsmək fürsəti bu qədər zəruridir.

Mənəvi baxımdan isə numerologiyada 100 rəqəmi həm yeni bir dövrün başlanğıcı, həm də mədəni dəyişikliklər ərəfəsi deməkdir. Beləliklə, “Musiqi Dunyası” jurnalının yüzüncü nömrəsi onun ətrafında cəmləşən musiqiçilər birliyi üçün məhz nəticə və jurnalın tarixində yeni bir dövrün başlanğıcı kimi vacibdir.

Rəqəmlər üzərində düşünərkən, fikirləşdim ki, niyə bu nömrəni 157 rəqəmi ilə qeyd etməyək, bununla da başlanğıcın əvvəlinə – Azərbaycanda publisistikanın yaranma tarixinə, “Əkinçi” qəzetinə qaldırmayaq? Bu, ədalətli olardı, çünki həm ilk qəzetin, həm də ilk peşəkar yönümlü “irihəcmli” “Musiqi dünyası” jurnalının yaradıcılarını bir yüksək ideya – xalqı bütün səviyyələrdə maarifləndirmək birləşdirirdi.

Xatırlatmaq yerinə düşərdi ki, musiqi jurnalistikasının banisi, “Şərq musiqisinin peyğəmbəri” böyük Üzeyir Hacıbəyli musiqi-dramatik və elmi əsərləri ilə yanaşı, çap olunmuş söz vasitəsilə ictimai şüurun oyanması və formalaşması uğrunda mübarizə aparmışdır.

Beləliklə, jurnalın yaradıcısının niyyətinə görə, “Musiqi dünyası”nı Azərbaycan mədəniyyəti üçün emblemli olan 18 sentyabr tarixi konteksti ilə birləşdirən incə assosiativ əlaqə meydana gəlmişdir.

Bu paradiqmada həm Üzeyir bəyin ən yaxın silahdaşları – Əfrasiyab Bədəlbəyli, Bülbül, həm də onun yetişdirdiyi müasir Azərbaycan bəstəkarları, musiqişünasları və musiqi xadimləri nəsli çalışmağa davam etmişlər.

Onlardan biri jurnalın həmtəsisçisi, Xalq artisti, görkəmli pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylidir. Fərhad Şəmsiyeviçlə jurnalın yubileyi ilə bağlı söhbəti oxucuya təqdim edirəm.

Tahirə Kərimova: “Əlamətdar hadisə – “Musiqi dünyası” jurnalının yüzüncü nömrəsinin nəşri Sizdə hansı fikir və emosiyalar doğurur?”

Fərhad Bədəlbəyli: “Ən parlaq və şən hisslər! Jurnalın bugünkü səviyyəsi müxtəlif problemlərin və geniş coğrafiyanın əhatə dairəsinə görə qürur hissi doğurur. Bizim jurnalımız və onun yüzüncü nömrəsi bunun sübutudur, belə ki, o, 25 il ərzində ölçüyəgəlməz dərəcədə böyüdü, çoxdilli auditoriyanın geniş əhatə olunması sayəsində, müxtəlif ölkələrdən hər zaman vətənlərində özlərini reallaşdıra bilməyən müəlliflərin cəlb edilməsi sayəsində, yerlipərəstlik böhranını çoxdan aşdı. Bu müəlliflər “Musiqi Dunyası” vasitəsilə beynəlxalq elmi ictimaiyyətə çıxış yolu tapırlar. Eyni zamanda, jurnalımız hər cəhətdən bu formatdakı çap nəşrləri üçün standartlara cavab verir. Jurnal müxtəlif səviyyələrdə bir çox beynəlxalq və yerli müsabiqələrin laureatıdır. Mən fəxr edirəm ki, “Musiqi Dunyası” beynəlxalq media məkanında öz yerini tutmuşdur, Azərbaycanı layiqincə təmsil edir, müxtəlif ölkələrin musiqiçilərinin rəhbərlik etdiyi orijinal mədəniyyət layihəsidir. Və bu, onun innovativ konsepsiyası – elektron və çap versiyalarında 3 dildə nəşr olunması sayəsində baş verdi.

Redaktorun və onun komandasının həm daxili, həm də xarici bazar üçün uyğun olan müxtəlif layihə şaxələrinin generativ modeli kimi jurnala yanaşması məni heyran edir. Demək istəyirəm ki, çoxsaylı çap nəşrləri, elektron saytlar və portallar, arxiv qeydlərinin audio kolleksiyaları, Azərbaycanın kiçik xalqlarının səslənən folkloru ilə musiqi-etnik atlasın yaradılması, səslənən klassik irsin arxivləşdirilməsi, xalq musiqisinin karaoke formatında populyarlaşdırılması – hamısını sadalamaq mümkün deyil!”

Tahirə Kərimova: “Jurnalın müasir media məkanında yerini həm elmi, həm elmi-praktik, həm də ictimai baxımdan qiymətləndirmək çətindir. Ancaq buna baxmayaraq, soruşmaq istəyirəm – bu təşkilat başlanğıcda necə görünürdü və jurnalın indi hansı perspektivləri var?”

Fərhad Bədəlbəyli: “Jurnalın yaradılması ideyası, onun gələcək siması, konsepsiyasının özü, hətta bugünkü standartlara görə də möhtəşəmdir və Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədova məxsusdur. Müəllifin məni tanış etdiyi layihə mənə həddən artıq cəsarətli göründü, baxmayaraq ki, mənim yaşım az deyil. Ancaq söhbət 1999-cu ildən gedir, ətrafdakı hər şeyin sarsıldığı, qeyri-sabit olduğu bir dövr idi. Tariyelin fikirləri məni qəribəliyi ilə və deyərdim ki, cəsarəti ilə heyran etdi. Burada latın qrafikasından başlayaraq (hələ rəsmi bir qərar verilməməsinə baxmayaraq), ilkin və orijinal elektron versiyasına qədər hər şey yeni idi.

Tariyelin layihəsi geniş hədəfləri və açılan perspektivləri ilə nəfəs kəsirdi. Multimediya məzmunu möhkəm bir nəşriyyat platformasının, çox sayda respondentin cəlb edilməsini tələb edirdi və o çətin dövrlərdə jurnalın formalaşmasını təmin edəcək güclü bir intellektual arxa plana sahib olmalı idi. T.Məmmədovun özünün yaradıcılıq potensialı, güclü iş qabiliyyəti, postsovet məkanının musiqi elmi mərkəzləri ilə əlaqələri bu füsunkar ideyanın həyata keçirilməsinin açarı oldu. Tariyelin layihəsi geniş hədəfləri və açılan perspektivləri ilə nəfəs kəsirdi. Multimediya məzmunu möhkəm bir nəşriyyat platformasının, çox sayda respondentin cəlb edilməsini tələb edirdi o çətin dövrlərdə jurnalın formalaşmasını təmin edəcək güclü bir intellektual arxa plana sahib olmalı idi. T.Məmmədovun özünün yaradıcılıq potensialı, möhkəm iş qabiliyyəti, postsovet məkanının musiqi elmi mərkəzləri ilə əlaqələri bu füsunkar ideyanın həyata keçirilməsinin açarı oldu”.

Tahirə Kərimova: “Jurnalın mövcud 25 illik tarixi yalnız qanuni qürur üçün deyil, həm də hansı istiqamətə gedəcəyiniz barədə danışmaq üçün bir səbəbdir”.

Fərhad Bədəlbəyli: “Bu mövzuda deyəcəyim çox şey var. Müasir həyatın tempini və informasiya diskursunun sürətli inkişafını nəzərə alaraq, mən “Musiqi Dunyası”nı dünyanın musiqi hadisələrinin mərkəzində, həm onların fiksasiyası, həm də cari proseslərin peşəkar tənqidi baxımından görmək istərdim. Biz mədəniyyətin arxaizasiyasına düşməməliyik, mədəniyyət xadimlərimiz tərəfindən çoxdan və yaxşı yaradılanlara heyran qalaraq yalnız onları öyrənməməliyik. Düşünürəm ki, yanaşmaların yenilənməsi məsələsi ilə ciddi məşğul olmaq lazımdır və buna görə də hadisələri bir neçə addım qabaqda görən gənc ağılları cəlb etmək lazımdır.

Bu qədimi qanundur: gənc qalmaq istəyirsinizsə, özünü gənc insanlarla əhatə et.

Çap orqanının canlılığını təmin etmək istəyirsinizsə, qeyri-standart düşünən gəncləri cəlb etmək olar. Üstəlik, bizim ixtiyarımızda Konservatoriyanın tələbələri kimi tükənməz potensial var. Yaradıcı gənclərin sürətli reaksiyasına və cəsarətli mühakimələrinə əsaslanaraq jurnalın tənqidi səviyyəsini artırmaq mümkündür və lazımdır. Bəlkə də onun operativ qolunu – musiqi vərəqəsini yaratmaq olar ki, bununla sosial şəbəkələrdə gələcək musiqi tənqidçilərini fəallaşdırmaq, təhsil prosesi ilə tələbələrimizin musiqi və ictimai fəaliyyəti arasında bir əlaqə qurmaq mümkündür.

Mən aşkarlığın və akademikliyin çərçivəsindən çıxmağın tərəfdarıyam, tərbiyə etdiyimiz tələbələtdə peşə bacarıqlarına və hər şeydən əvvəl, təəssüf ki, konsert salonlarına və televiziyaya nüfuz edən pis zövqlərlə mübarizə aparmaq üçün zövq səviyyəsinə tələbkarlıqla yanaşmalıyıq. Dünyanın demək olar ki, bütün nöqtələrində Azərbaycan musiqi mədəniyyətinin emissarları var və buna görə də jurnalımız bir növ informasiya-koordinasiya mərkəzinə, müxtəlif mədəniyyətlərin ünsiyyəti və birləşməsi üçün virtual platformaya çevrilə bilər. Perspektivdə mən “Musiqi Dunyası”nı Musiqili “İpək Yolu”nun dayanacaqlarından biri kimi görürəm – axı təsadüfi deyil ki, Azərbaycan Avropa və Asiyanı ayıran, daha doğru desək, birləşdirən meridianın üzərində dayanır.

Jurnalın əhəmiyyətli yaşına baxmayaraq, əksinə, bunun sayəsində “Musiqi Dünyası”nın 101-ci nömrəsinin parlaq, qeyri-adi və dinamik görünüşünü gözləyirəm”.

P. S. müəllifdən: “Fərhad Şəmsiyeviçlə söhbət üçün onun kabinetinə iş gününün sonunda, “Musiqi Dünyası” unikal layihəsinin yaradıcısı və redaktoru Tariyel Məmmədovla üç saatlıq söhbətdən sonra gəldim.

Hər iki görüş informasiya və emosiyalarla zəngin idi, bunlardan ən önəmlisi Azərbaycan musiqisinin taleyi, onun keçmişi və bu günü, unikal irsimizin qorunub saxlanması və ötürülməsi üçün səylərlə bağlı idi.

Tariyel Məmmədovun şəxsiyyətini səciyyələndirən Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli dostunu və silahdaşını “Məcnun” – Azərbaycan ənənəvi musiqisini dərin məhəbbətlə sevən adam adlandırdı. Mənim yaddaşımda isə başqa bir Məcnun (Mejnun) ilə – Şota Rustavelinin “Pələng dərisi geymiş cəngavər” poemasının Tariyel adlı qəhrəmanı ilə assosiasiya yaranmışdı. Biz tez-tez müasir dövrün tendensiyası olan multi-kulturalizmdən danışırıq, mədəniyyət tarixi isə bizə bu ənənənin qədim köklərini xatırladır.

Hələ orta əsrlər dövründə Nizaminin poemasının qəhrəmanının adı “Məcnun” məşhurlaşaraq gürcü klassiki Şota Rustavelinin poemasına köçmüşdü, onun yaratdığı pələng dərisi geymiş parlaq cəngavər Tariyelin adı isə hansısa möcüzə ilə Azərbaycan xalqının mədəni yaddaşına həkk olunmuşdur.

İnanıram ki, Azərbaycan musiqisinə cəngavər kimi fədakarlıqla sadiq olan, “Musiqi Dünyası” adlı nəhəng bir layihənin yaradıcısı və redaktoru, professor Tariyel Məmmədov və bu jurnalın 100 nömrəsi Azərbaycanın mədəniyyət tarixi salnaməsində layiqli yer tutmuşdur.

Söhbəti apardı Taira Kərimova

18 сентября 2024 года, в День Музыки и в день рождения великого Узеира Гаджибейли, журнал «Musiqi dünyası» отмечает весьма значимую дату - выход в свет 100-го номера, который также впервые предстал перед читателями 18 сентября 1999 года. Услышав об этом от его главного редактора и издателя профессора Т.Мамедова, я вначале не очень поняла, зачем заострять внимание на номерном знаке журнала. В чем разница между 99-м, 101-м или 100-м номерами?

Пытаясь во всем найти глубинный смысл, я обратилась к нумерологии, расшифровывающей магию цифр, и с удивлением обнаружила, что число 100 в масштабах мироздания – это своего рода «инкубатор энергии», которая заканчивается, чтобы зародиться вновь. То есть, число 100 символизирует накопление перед взрывом, затишье перед бурей. Вот почему столь важным для создателей журнала оказалась возможность остановиться, оглянуться на содеянное, оценить его значение и воодушевившись открывшейся панорамой ринуться на покорение новых вершин.

В духовной же нумерологии число 100 означает и начало новой эры, и канун культурных перемен.

Таким образом, 100-ый номер журнала «Musiqi dünyası» для содружества музыкантов, объединившихся вокруг него «труженников науки», важен именно как итог и как начало нового витка в истории журнала.

Размышляя о цифрах, я подумала, а почему бы не обозначить этот номер числом 157, возводя его тем самым к началу начал – к дате возникновения публицистики в Азербайджане, к газете «Экинчи» ? Это было бы справедливо, ибо создателей и первой газеты, и первого, профессионально ориентированного, «толстого» журнала «Musiqi dünyası» объединяла одна высокая идея – просвещение народа на всех уровнях. Отрадно напомнить и тот факт, что печатным словом, наряду со своими музыкально-драматическими и научными сочинениями, боролся за пробуждение и формирование общественного сознания основатель музыкальной публицистики, «Пророк музыки Востока» великий Узеир Гаджибейли.

Отсюда и тонкая ассоциативная связь, которая по замыслу создателя журнала интегрировала «Musiqi dünyası» в контекст эмблематичной для азербайджанской культуры даты 18 сентября.

В заданной парадигме продолжали трудиться как ближайшие соратники Узеирбека – Афрасияб Бадалбейли, Бюль-бюль, так и взращенная им плеяда композиторов, музыковедов и музыкальных деятелей современного Азербайджана.

Одним из таких является соучредитель журнала, Народный артист СССР и Азербайджана, выдающийся пианист, ректор Бакинской Музыкальной Академии имени Узеира Гаджибейли, профессор Фархад Бадалбейли. Представлю читателю беседу с Фархадом Шамсиевичем по поводу юбилея журнала.

Таира Керимова: «Какие мысли и эмоции вызывает у Вас знаковое событие – предстоящий выход в свет сотового номера журнала «Musiqi dünyası»?

Фархад Бадалбейли: «Самые светлые и радостные! Сегодняшний уровень журнала вызывает чувство гордости широтой постановки, разнообразием проблем и обширной географией. Наш журнал – и сотый номер тому подтверждение – неизмеримо вырос за 25 лет, давно преодолел кризис местечковости благодаря огромному охвату разноязычной аудитории, привлечению авторов из разных стран, которые заинтересованы в расширении связей, в зарубежных научных публикациях. Эти авторы через «Musiqi dünyası» находят выход в международное научное сообщество. При этом, наш журнал по всем параметрам отвечает стандартам, предъявляемым к печатным изданиям такого формата. Журнал является лауреатом многих международных и местных конкурсов разных уровней. Я горжусь тем, что «Musiqi dünyası» занял свою нишу в международном медийном пространстве, достойно представляет Азербайджан, являясь оригинальным культурным проектом, на который ориентируются музыканты разных стран. И это случилось благодаря его инновационной концепции – выходу в свет в электронной и печатной версиях, публикациям на 3-х языках.

Мне также импонирует подход редактора и его команды к журналу как к порождающей модели для разного рода дочерних ветвей проекта, пригодных как для внутреннего, так и внешнего рынка. Имею ввиду многочисленные печатные издания, электронные сайты и порталы, аудио-коллекции архивных записей, создание музыкально-этнического атласа со звучащим фольклором малых народностей Азербайджана, архивирование звучащего классического наследия, популяризации народной музыки в формате караоке – всего не перечислишь!»

Т. К.: «Место журнала в современном медийном пространстве трудно переоценить как с научной, научно-практической, так и с общественной точек зрения. Но тем не менее, хочу спросить – каким виделось это предприятие у истоков и какие перспективы у журналасейчас?»

Ф. Б.: «Идея создания журнала, его будущий облик, сама концепция – грандиозная даже по сегодняшним меркам – принадлежит заслуженному деятелю искусств, доктору искусствоведения, профессору Тариелю Мамедову. Проект, с которым меня ознакомил автор, мне показался запредельным, хотя я человек неробкого десятка. Но ведь речь идет о 1999 годе – времени, когда все вокруг было зыбко, нестабильно, чтобы не сказать, лихо. Идеи Тариеля поразили меня необычностью, и я бы сказал, дерзостью.

Здесь все было в новинку, начиная с латинской графики (это при том, что официального постановления еще не было), и кончая наличием его его электронной версии.

Проект Тариеля захватывал дух далеко идущими целями и открывающимися перспективами. Его мультимедийный контент требовал привлечения солидной издательской платформы, большого количества респондентов, он должен был иметь сильный интеллектуальный бэк-граунд, что обеспечило бы становление журнала в те непростые времена. Творческий потенциал самого Т.Мамедова, его солидная деловая хватка, связи с центрами музыкальной науки постсоветского пространства стали залогом воплощения в жизнь этой феерической идеи».

Т. К.: «Нынешняя 25-летняя дата существования журнала повод не только для законной гордости, но и для разговора о том, в каком направлении двигаться дальше».

Ф. Б.: «Мне есть, что сказать на эту тему. Учитывая темпы современной жизни и стремительное развитие информационного дискурса, я бы хотел видеть «Musiqi dünyası» в центре музыкальных событий мира, как в плане их фиксации, так и профессиональной критики текущих процессов.

Мы не должны впадать в архаизацию культуры, любуясь и изучая только то, что уже создано нашими деятелями давно и хорошо. Думаю, что надо серьезно заняться вопросом обновления подходов, и соответственно этому, привлекать молодые умы, видящие события на несколько шагов вперед. Это закон древних: хочешь остаться молодым – окружай себя людьми младшего возраста. Хочешь обеспечить жизнеспособность печатного органа – привлекай молодежь, мыслящую нестандартно. Тем более, если в нашем распоряжении такой неисчерпаемый потенциал, как студенты Академии. Опираясь на скорость реакции и смелость суждений творческой молодежи, можно и нужно повышать уровень критичности журнала, может быть даже создать его оперативное ответвление – музыкальный листок – задействовать будущих музыкальных критиков в социальных сетях, выстроить связку между учебным процессом и музыкально-общественной деятельностью наших студентов.

Я – за гласность и за выход из рамок академичности, за то, чтобы привлечь воспитываемые нами профессиональные навыки и прежде всего, взыскательный вкус студентов на борьбу с дурновкусицей, проникшей, увы, в концертные залы и на телевидение.

Мы имеем эмиссаров азербайджан-ской музыкальной культуры почти во всех точках земного шара, и потому наш журнал может стать своеобразным информационно-координационным центром, виртуальной площадкой для общения и сопряжения разных культур. В перспективе я вижу «Musiqi dünyası» как одну из стоянок музыкального «шелкового пути» – ведь не случайно Азербайджан стоит на меридиане, отделяющем, а лучше сказать, объединяющем, Европу и Азию. Несмотря на солидный возраст журнала, а скорее, благодаря ему, я предвкушении яркого, неординарного и динамичного облика 101 номера «Musiqi dünyası».

P.S. от автора: В кабинет Фархада Шамсиевича для беседы с ним я попала в конце рабочего дня, после трехчасового общения с создателем и редактором этого уникального проекта Тариелем Мамедовым. Обе встречи были насыщены информацией и эмоциями, важнейшей из которых я считаю радение за судьбу азербайджанской музыки, её прошлое и настоящее, за сохранение и передачу нашего уникального наследия.

Характеризуя личность Тариеля Мамедова, ректор Музыкальной Академии Ф.Бадалбейли назвал своего друга и соратника «Меджнуном» – человеком, одержимым любовью к азербайджанской традиционной музыке. А у меня включилась ассоциация с другим Меджнуном (Межнуром) – героем поэмы «Витязь в тигровой шкуре» Ш.Руставели, которого тоже звали Тариель. Мы часто говорим о мультикультурализме как о веянии нового времени, тогда как история культуры напоминает нам о древних корнях этой традиции. Еще в средневековые времена имя героя поэмы Низами «Меджнун» стало нарицательным и перекочевало в поэму грузинского классика Шота Руставели, а имя светлого рыцаря в тигровой шкуре Тариэля каким-то чудом осело в культурной памяти азербайджанского народа. Верю, что также рыцарски беззаветно преданный азербайджанской музыке профессор Тариель Мамедов – создатель и редактор грандиозного проекта «Musiqi dünyas» и 100 номеров этого журнала давно заняли достойное место в анналах культурной истории Азербайджана.

Беседу вела Таира Керимова