Mahnı yaradıcılığı, ifaçılığı və onun təbliği məsələləri illərdən bəridir ki, musiqi həyatımızın ən kəskin və ən aktual problemlərindən biri olaraq qalır. Bu sahədəki vəziyyəti aydınlaşdırmaq və onu yaxşılığa doğru dəyişmək məqsədilə tədbirlər planı hazırlamaq üçün Azərbaycan Bəstəkarlar İttifaqı Yazıçılar Birliyi ilə müştərək müşavirə keçirmişdir. Ötən ilin dekabrında Yazıçılar Birliyinin Natəvan adına klubuna toplaşmış bəstəkarlar, yazıçılar, musiqişünas və tənqidçilər öz çıxışlarında mahnı janrının ən müxtəlif aspektlərinə toxunaraq, hal-hazırda incəsənətin ən çox sevilən və geniş yayılan bu janrında qabarıq nəzərə çarpan nöqsanlardan söz açdılar. Müşavirədə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Bəstəkarlar İttifaqının birinci katibi Vasif Adıgözəlov, bəstəkarlardan Ramiz Mustafayev, Ramiz Mirişli, Cavanşir Quliyev, Sərdar Fərəcov, Nəriman Əzim Gəncəli, musiqişünaslardan İmruz Əfəndiyeva, Ramiz Zöhrabov, şairlərdən Fikrət Qoca, Qabil, Nüsrət Kəsəmənli, Fikrət Sadıq, Kələntər Ramiq Muxtar, sənətşünas Azad Əliyev çıxış etdilər. Müzakirələr zamanı qoyulan məsələlərin vacibliyini nəzərə alaraq "Musiqi dünyası" jurnalı bəzi çıxışları oxucuların diqqətinə çatdırır.

[ more... ]

  • L. Hüseynova
    Mahnı diqqət mərkəzindədir
  • K. Haciyeva
    Gənc bəstəkarımızın sənət düşünləri
  • Ə. İsazadə
    XIX əsrdə Azərbaycan xalq musiqisi rus folklorşunaslarının əsərlərində
  • K. Şaxverdiyev
    Rəşid Behbudov fenomeni
  • W. Prentice
    The gramophone goes east
  • A. Əmraxova
    Premyera – 2000. Konsertdən sonra düşüncələr
  • F. Xalıqzadə
    «Kitabi – Dədə Qorqud» və musiqi poetikasını bəzi məsələləri
  • M. Qasımlı
    Ozan ənənəsi
  • R. Əfəndiyev
    Molla Cümə
  • G. Vəzirova
    R.M. Qlier və azərbaycan musiqi mədəniyyəti
  • S. Həsənova-İsmayılova
    Əsfər Abbasov – 80
  • F. Əliyeva
    Vaqif Mustafazadə
  • F. Sadiqov
    Nizami və musiqi
  • S. Mahmudova
    Mahnılarda yaşayan poeziya
  • X. Həsənzadə
    Şopen – 190. Danışan Səslər
  • O. Abasquliyev
    Əsrin pianoçusu
  • A. Əmrahova
    Pyer Bulez
  • A. Kərimli
    Göyçə Aşıq məktəbi
  • Mübariz
    XX əsr Gədəbəy bölqəsinin Aşıq sənəti
  • L. Fərəcova
    WEB-ıfne «Vaqif Mustafazadə»
  • S. Quliyev
    Musiqi – bədii tərbiyə vasitəsidir
  • G. Səfərova
    Azərbaycan uşaq fortepiano musiqisinin inkişafının əsas istiqamətləri haqqında
  • A. Rəcəbova
    Ritm və riyaziyyat
  • S. Əliqızı
    Hekayətli musiqi lüğəti
  • K. İmanov
    Ümumdünya kitab və müəllifik hüququ günü və Azərbaycan ğüəllifik hüquq tarixindən
  • Ş. Hüseynov
    Əhmədbəy Fğaoğlunun kulturoloji baxışları (ikinci məqalə)
  • N. Əliyeva
    Zirvələri fəth etmiş istedad
  • F. Xalıqzadə
    «Simfoniyanın fəzası» ilə aydınlıqda doğru
  • K. Şaxverdiyev
    Azərbaycan baletini yaradısı, səhnəmizin şahzadəsi Qəmər xanım Almaszadə
  • İfaçılıq…

  • Yaradıcılıq…

  • Bizə yazırlar: Lənkərandan

  • V. Sadıxov Ballada

    ir neçə il bundan əvvəl baş vermiş bir hadisə məni sonralar Rəşid Behbudov fenomenini araşdırmağa, daha dərindən dərk etməyə vadar etdi. Bu vaxta qədər mən hər bir azərbaycanlı kimi onu qeyri-adi, əvəzolunmaz bir sənətkar kimi sevir və onunla fəxr edirdim. Bu gün isə daha böyük hisslərlə fəxr edirəm ki, dünyanı heyrətə gətirən sənətkar mənsub olduğum xalqın oğludur.

    Yəqin ki, çoxlarının xatirindədir: 1996-cı ildə görkəmli sənətkar Müslüm Maqomayev Moskvada "Rossiya" konsert zalında "Rəşid Behbudov ulduzu" adlı çox yüksək səviyyəli, misli görünməmiş təntənəli bir gecə keçirtdi. Dünyanın bir çox ölkələrindən bu gecədə iştirak etmək üçün adlı-sanlı sənətkarlar gəlmişdilər. Rusiya Federasiyasının Dövlət Duması, Xarici İşlər Nazirliyi, Moskva hökuməti, MDB ölkələri ilə əlaqə nazirliyi kimi mötəbər dövlət orqanlarının təşkilatçılığı ilə hazırlanan gecəni bütün mərkəzi telekanallar lentə yazırdılar. "Vesti", "Vremya" kimi proqramlar gecənin keçirilməsi haqqında məlumat yaymaqdan əlavə RTR, ORT, NTV kanaları gecədən translyasiya hazırlamışdılar. Mənə də o zaman həmin gecənin bütünlüklə video yazısını Azərbaycan televiziyası ilə yaymaq xoşbəxtliyi nəsib olmuşdu. Müslüm Maqomayevin yaxın qohumu, İsveçrədə yaşayan çox zəngin həmyerlimiz Kamal Zeynalzadə bu gecənin keçirilməsi üçün 100 min ABŞ dolları, "Lukoyl"un prezidenti Vahid Ələkbərov 7 min, "Krokus interneşnl" şirkətinin rəhbəri Araz Ağalarov

    10 min dollar pul ayırmışdılar. Gecə sözün əsil mənasında əfsanəvi bir gecə idi. Lakin yüksək səviyyədə hazırlanan gecənin keçirilməsinə bir gün qalmış Dağıstanda çox faciəli bir hadisə baş verdi. Kaspiysk rayonu ərazisində Rusiya sərhədçilərinin yaşadığı çoxmərtəbəli bina partlayışı nəticəsində 200-dən artıq sərhədəçi həlak oldu. Bu məlumat bütün Rusiyanı sarsıtmışdı. Ölkə prezidenti B.N.Yeltsin bütün Rusiya ərazisində 3 günlük matəm elan etmək qərarını vermişdi və qərar tədbir keçirilən gün saat 17-də elan olunmalı idi. Beləliklə, qeyri-adi və yüksək səviyyədə hazırlanan gecənin keçirilməsini təxirə salmaq haqqında müxtəlif təkliflər səslənirdi. Müslüm Maqomayev Rusiya Prezident Aparatı ilə əlaqə saxlayıb tədbirin keçirilməsi haqqında B.N.Yeltsinə məlumat verilməsini xahiş etdi. Bir müddətdən sonra Prezident Aparatından Müslüm Maqomayevə zəng edib bildirdilər ki, B.N.Yeltsin Rəşid Behbudova həsr olunan gecənin təxirə salınmasını rəva bilmir və xahiş edir ki, "onun salamını sənətkarın ailə üzvlərinə və bütün iştirakçılara yetirəsiniz. Eyni zamanda B.N.Yeltsin gecədə iştirak edə bilməyəcəyini üzürlü saymağı xahiş edir və onun əvəzinə RF Dövlət Dumasının sədri Seleznyov iştirak edəcək. Ümumrusiya matəmini isə prezident iki gündən sonra, yəni Siz Rəşid Behbudov gecəsini keçirəndən sonra elan edəcək".

    [ more... ]

    about magazine details