Mahnı diqqət mərkəzindədir      
      
L. Hüseynova           
1  
L. H├╝seynova
Mahnı diqqət mərkəzindədir

K. Hacieva
Qənc bəstəkarımızın sənət düşünləri

 
 
        
Video: First

Mahnı yaradıcılığı, ifaçılığı və onun təbliği məsələləri illərdən bəridir ki, musiqi həyatımızın ən kəskin və ən aktual problemlərindən biri olaraq qalır. Bu sahədəki vəziyyəti aydınlaşdırmaq və onu yaxşılığa doğru dəyişmək məqsədilə tədbirlər planı hazırlamaq üçün Azərbaycan Bəstəkarlar İttifaqı Yazıçılar Birliyi ilə müştərək müşavirə keçirmişdir. Ötən ilin dekabrında Yazıçılar Birliyinin Natəvan adına klubuna toplaşmış bəstəkarlar, yazıçılar, musiqişünas və tənqidçilər öz çıxışlarında mahnı janrının ən müxtəlif aspektlərinə toxunaraq, hal-hazırda incəsənətin ən çox sevilən və geniş yayılan bu janrında qabarıq nəzərə çarpan nöqsanlardan söz açdılar. Müşavirədə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Bəstəkarlar İttifaqının birinci katibi Vasif Adıgözəlov, bəstəkarlardan Ramiz Mustafayev, Ramiz Mirişli, Cavanşir Quliyev, Sərdar Fərəcov, Nəriman Əzim Gəncəli, musiqişünaslardan İmruz Əfəndiyeva, Ramiz Zöhrabov, şairlərdən Fikrət Qoca, Qabil, Nüsrət Kəsəmənli, Fikrət Sadıq, Kələntər Ramiq Muxtar, sənətşünas Azad Əliyev çıxış etdilər. Müzakirələr zamanı qoyulan məsələlərin vacibliyini nəzərə alaraq "Musiqi dünyası" jurnalı bəzi çıxışları oxucuların diqqətinə çatdırır.

VASİF ADIGÖZƏLOV,
AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQI İDARƏ HEYƏTİNİN BİRİNCİ KATİBİ

Çıxışımın әvvәlindә mәn, Yazıçılar Birliyinin rәhbәrliyinә, şәxsәn Anar müәllimә öz dәrin minnәtdarlığımı bildirmәk istәyirәm. Çünki belә bir müşavirә keçirmәk tәklifi ilә müraciәt edәn kimi onlar çox operativ surәtdә öz münasibәtlәrini bildirdilәr vә bu gün biz, şair vә yazıçılarımızın bu müqәddәs ocağında xalqımızın әsrlәrdәn bәri sevdiyi vә ruhunu oxşadığı bir janrın - mahnının düşdüyü vәziyyәti müzakirә etmәk üçün bir yerә toplaşmışıq. Danılmaz hәqiqәtdir ki, mahnı incәsәnәtin әn demokratik vә insanlar tәrәfindәn әn tez mәnimsәnilәn janrıdır. Çoxlarının musiqi ilә ilk tanışlığı mәhz mahnıdan başlayır. Vә bu mahnının necә - dolğun vә mәzmunlu, yaxud bәsit vә bayağı olmasından insanın musiqi duyumu vә zövqünün, dünyagörüşünün lazımı mәcrada formalaşması çox asılıdır. Gözәl, kamil mahnı böyük incәsәnәtә, musiqinin opera vә simfoniya kimi janrlarına hәvәs oyada bilәrsә, pis vә bayağı mahnı bu hәvәsi birdәfәlik öldürә bilәr. Bizim mahnı sәnәtimiz klassiklәr tәrәfindәn yaradılmış gözәl әnәnәlәrә malikdir. Azәrbaycan bәstәkar mahnısının başında Ü.Hacıbәyov, A.Zeynallı kimi nәhәng simalar durmuşlar. S.Rüstәmov, T.Quliyev, F.Әmirov, Niyazi, R.Hacıyev, C.Cahangirov kimi bәstәkarlar musiqimizin qızıl fonduna daxil olmuş klassik sәnәt nümunәlәri yaratmışlar. Bu sahәdә Azәrbaycan bәstәkarlarının böyük bir dәstәsi uğurla çalışmış vә çalışmaqdadır. Mәn bilәrәkdәn onların adını çәkmәk istәyirәm: S.Әlәsgәrov, Q.Hüseynli, H.Xanmәmmәdov, Ә.Abbasov, A.Rzayeva, Ә.Hüseynzadә, Ş.Axundova, Z.Bağırov, R.Mustafayev, A.Mәlikov, T.Bakıxanov, O.Zülfüqarov, R.Mirişli, A.Rzayev, E.Sabitoğlu, O.Kazımi, N.Mәmmәdov, O.Rәcәbov, Ә.Әzizli, E.İbrahimova, R.Qasımova, S.İbrahimova, T.Hacıyev, C.Quliyev, F.Sucәddinov, E.Mәnsurov, N.Әzimov, S.Fәrәcov, R.Şәfәq. Bu bәstәkarlar öz yolu, öz dәsti-xәtti ilә sәnәtә daxil olub. Lakin onu da unutmaq olmaz ki, mahnı janrında misilsiz, tayı-bәrabәri olmayan nümunәlәri ilk növbәdә xalq yaratmışdır. Xalq mahnısı milli mәnәvi sәrvәtlәrimizin әn zәngin bir hissәsidir. Çünki bu mahnılar xalqımızın hәyatı, tarixi, keçmişi, mәnәviyyatı, hiss vә duyğuları haqqında bütöv bir hekayәtdir, dastandır. Onu da qeyd edim ki, Azәrbaycan xalq mahnısı janr baxımından da çox әlvan vә rәngarәngdir. O, yalnız lirik mahnılardan ibarәt deyil. Burada qәhrәmani, tarixi, mәzәli vә satirik mahnılar da var vә onları unutmağa ixtiyarımız yoxdur. Mәn özüm xanәndә ailәsindә böyümüşәm vә xalq mahnısına olan ehtiyatlı münasibәti bilavasitә müşahidә etmişәm. Rәhmәtlik Cabbar әmi (Cabbar Qaryağdıoğlu-red.) 120-yә yaxın xalq mahnısının müәllifi idi. O, hәmişә deyirdi ki, mәn mahnı qoşmuşam vә heç vaxt demәzdi ki, mәn mahnı yazmışam. Vaxtilә Bülbül Cabbar Qaryağdıoğlunun mahnılarını fonovalikә yazdırmışdı vә buna görә Cabbar әmiyә qonarar vermәk istәmişdilәr. O isә qonorardan imtina edib demişdi ki, mәn xalqın mahnısına görә heç nә ala bilmәrәm. Digәr dahi xanәndәmiz Xan Şuşinski "Şuşanın dağları", "Qәmәrim" kimi gözәl mahnıların müәllifi olub, lakin heç vaxt demәyib ki, bu mahnılar "mәnimdir." Azәrbaycan xalq mahnısı müasir mahnı janrının bünövrәsini qoyub. Milli qaynaqlardan istedadla bәhrәlәnәn vә yüksәk bәdii sәviyyәdә ifa olunan mahnılar ölmәzdir. Hal-hazırda bizim respublikamızda mahnı janrında işlәyәn yuxarıda adını çәkdiyim bir çox samballı sәnәtkarlar var. Lakin etiraf etmәliyik ki, indi peşәkar bәstәkar ordusuna qarşı böyük bir hәvәskar "bәstәkar" ordusu yaranıb. Özü dә әn maraqlısı budur ki, özlәrini bәstәkar adlandıran bu adamların çoxunun adi not savadı yoxdur. Әlbәttә, mahnı qoşmağı heç kimә qadağan etmәk olmaz. Ancaq eyni zamanda zәif, bayağı mahnının estradaya, geniş auditoriyaya, xüsusilә dә radio vә televiziya vasitәsilә ardı-arası kәsilmәdәn tәbliğ olunmasına da yol vermәk olmaz. Burada artıq ifaçılar vә konsert verilişlәrinә mәsul olan redaktorlar yüksәk mәsuliyyәt vә sәriştә nümayiş etdirmәlidirlәr. Bu yaxınlarda mәni vә 10-a yaxın bәstәkar hәmkarlarımı musiqili-komediya teatrında radio gününә hәsr olunmuş konsertә dәvәt etmişdilәr. O axşam, demәk olar ki, peşәkar bәstәkarların mahnısı sәslәnmәdi. Teleradio şirkәtinin Simfonik, Estrada-simfonik, Xalq çalğı alәtlәri orkestrlәri, xoru ola-ola bu kollektivlәrin biri dә sәhnәyә çıxmadı. Müslüm Moqamayevin mәşhur radio marşını lent yazısında sәslәndirdilәr. Әgәr bu kollektivlәr ortaya çıxmalı deyilsә, niyә onlar hәlә mövcuddurlar. Müğәnnilәrdәn yalnız ikisi - Mәlәkxanım Әyyubova vә Nazpәri Dostәliyevaya layiqli çıxış etdilәr. M.Әyyubova sırf muğam uslubunda oxuyan çox gözәl müğәnnidir. Nazpәri Dostәliyevaya isә mәn müasir ifaçılarımız içindә xüsusi yer verirәm. Hәmin axşam o, әla oxudu, çünki peşәkar bәstәkarın - Nadir Әzimovun mahnısı ilә çıxış etdi. Bәs qalan müğәnnilәr nә etdi? Yeknәsәk ara mahnıları baş alıb getdi. Bәs bütün bunları redaktor görmür? Burada Qara Qarayevin sözlәri yadıma düşür. O deyirdi ki, "әgәr verilişlәrin redaktorları sizә zövqsüz, bayağı mahnını sәslәndirmәk xahişi ilә redaksiyaya gәlәn bir topa mәktub göstәrirlәrsә, bu, ilk növbәdә hәmin redaktorların özlәrinә ittihamdır. Çünki o mahnını bu vaxta qәdәr dönә-dönә, cidd-cәh lә tәbliğ etmişlәr." M ә n bir m әqama da toxunmaq ist ә Xanәndә evindә böyüdüyüm üçün bir tendensiyanı, hәtta, deyәrdim ki, qanunauyğunluğu daim müşahidә etmişәm. Sәhnә repertuarı ilә toy repertuarı hәmişә ayrı olub. Operada oxunan muğamlar estradada oxunmazdı. İndi isә toyxana ilә efir, sәhnә repertuarı bir olub, eynilәşib. Mәnim Sәmәd Sәmәdova böyük hörmәtim var, yaxşı toy aparır. Lakin toyxana repertuarını çıxarıb efirә, böyük sәhnәyә. Biz özümüz dә hiss etmәdәn, özümüz dә bilmәdәn xalqın zövqünü yona-yona heçә endirmişik. Bunun nәticәsidir ki, heç bir musiqi savadı, zövqü olmayan dırnaqarası bәstәçilәr televiziya ekranlarında öz yaradıcılıq planları barәdә bizә mәlumat verirlәr, çoxsaylı audio-albomlarını nümayiş etdirirlәr. Mәgәr bütün bunları redaktorlar görmür? Bәs bu acınacaqlı vәziyyәtdәn çıxış yolu varmı? Axı vәziyyәti hәr yerdә nәzarәtә götürmәk qeyri-mümkündür. Özәl yayım şirkәtlәrinin artması, tәbliğat vasitәlәrinin tam sәrbәst surәtdә öz musiqi siyasәtini qurması mahnı sahәsindә yaxşılığa doğru dәyişiklik etmәk imkanını son dәrәcә aşağı salır. Televiziyanın I kanalında vaxtaşırı gedәn bir verilişin - "Şuşa" kinoteatrında çәkilәn konsertlәrin mәn tam әleyhinәyәm. Şuşanın ancaq adı qalıb vә bu adı harasa qoyub, orada belә bayağı kef mәclislәri düzәltmәk heç bir mәntiqә sığışmır. Burada iştirak edәn әksәr ifaçılar, onların repertuarı, görkәmi, söhbәtlәri isә ancaq ikrah hissi doğurur. Zәnnimcә, bütün bu biabırçılıqlara son qoymaq üçün xüsusi bir şura yaradılmalıdır. Bu şura mahnıları saf-çürük edib, efirә buraxılmağına nәzarәt etmәlidir. Әks tәqdirdә bizi bu sahәdә faciә gözlәyir.

 

NÜSRƏT KƏSƏMƏNLİ,
ŞAİR

Bu cür tədbirin keçirilməsi üçün mən Bəstəkarlar İttifaqına və Yazıçılar Birliyinə öz təşəkkürümü bildirmək istəyirəm. Mahnı janrının problemləri bizim ümumi dərdimizdi. Çünki mahnı məişətimizə ən geniş daxil olmuş bir janrdır. Bizim çox gözəl bəstəkarlarımız var. Lakin, çox təəssüf ki, son zamanlar peşəkar bəstəkarlarımızın bu janra soyuq münasibəti, etinasızlığı hiss olunur. Bildiyimə görə, Bakı Musiqi Akademiyasında mahnı yazan bəstəkarlara o qədər də yaxşı münasibət bəsləmirlər, çünki mahnıya yüngül janr kimi baxırlar. Bəlkə də bu, doğrudur: mən musiqiçi olmadığım üçün mübahisə edə bilmərəm. Amma illərlə təhsil görmüş gənclərimiz şüurlu şəkildə mahnıdan uzaqlaşırlarsa, deməli, diletantlara daha çox meydan açılır və onlar həvəslə mahnıya üz tuturlar. Bu həm musiqiyə, həm də poeziyaya aiddir. Şerdə də, musiqidə də uğursuzluğa düçar olanlar, ikisi birləşib birlikdə mahnı janrında özlərini tanıdırlar: mən heç vaxt görmədim ki, gözəl mahnı bəstəkarı zəif bir sözquraşdıranın mətninə musiqi yazsın və ya əksinə. Ona görə də indi yaranan, dəbdə olan mahnıların ömrü çox az olur. Vaxtı ilə Tofiq Quliyevin yazdığı mahnılar əsil sənət nümunələri kimi daim dəbdədir, onlara ehtiyac heç vaxt azalmır. Hətta onun kinomusiqisini də sərbəst mahnılar kimi ifa edirlər. Mahnı janrının təbliğində ən çox umduğumuz yer radio və televiziyadır, yəni efirdir. Xüsusilə də dövlət teleradio şirkətində meyarlar elə bil aradan götürülüb. Əvvəllər bədii şura var idi və yalnız onu keçən mahnılar efirə yol tapırdı. Mahnı mətninin efirə yararlı olması şuranın bütün üzvlərinin razılıq qolu ilə təsdiqlənirdi. Demokratik dəyişikliklər bu şuranın süqutuna gətirib çıxartdı. Lakin heç bir teleradio şirkətinin xalqın zövqünü korlamaq hüququ yoxdur. Sonra bu zövqü bərpa etmək üçün hardasa 50 il vaxt lazımdır. Bu cür toplantının keçirilməsi gecikmiş olsa da, çox zəruridir. Yazıçılar və Bəstəkarlar İttifaqının üzərinə çox böyük məsuliyyət düşür. Bu gün burada Vasif müəllimin bütün dedikləri böyük həqiqətlərdir və onlar mətbuat səhifələrində öz əksini tapa bilərdi. Təəssüf ki, son zamanlar biz bu barədə musiqişünasların səsini eşitmirik. Əvvəllər, mən, "Bakı" qəzetində işləyəndə bizim musiqinin illərdən bəri nəzəriyyəsini araşdıran Ramiz Zöhrabov, habelə İmruz xanım Əfəndiyeva tez-tez musiqi problemlərinə həsr olunmuş məqalələr gətirərdilər. Musiqişünaslar SOS siqnallarını çoxdan çalmalı idi. Son vaxtlar yaranan mahnıların əksəriyyəti lirikadır. Torpaqlarımızın 20% getdikdən sonra vətənpərvərlik mahnıları daha çox yazılmalı və səslənməli idi. Çox təəssüf ki, indi nadir hallarda ekrandan vətən haqqında mahnılar eşidirik. Özü də bu mahnılar hər müğənninin repertuarına daxil olmur. Biz bilirik ki, əgər efirə Elxan Əhədzadə və yaxud Şəmistan Əlizamanlı çıxacaqsa, deməli, vətənə aid mahnı səslənəcək. Bu ifaçılardan başqa belə mahnılara daha heç kimin repertuarında rast gəlmirik. Axı bizim torpaq həsrətli mahnılara daha çox ehtiyacımız var, xalqımızda o hissi gücləndirmək lazımdır. Məhəbbətdən, lirikadan çox belə mahnılara ehtiyacımız var. Digər tərəfdən, torpaq nisgilli mahnılarda təxminən belə sözlərə rast gəlirik: "Allah köməyimiz ol, torpağımız əlimizdən getdi." Bu torpaqları, vətəni bizə Allah vermişdi və biz onu qorumalıydıq. Allaha əlimizi açıb yalvarmaqla torpaqlar geriyə qayıtmayacaq. Mən bu cür mahnılara acizlik mahnıları deyirəm, çünki insan özünün acizliyini, gücsüzlüyünü hiss edəndə allaha yalvarmağa başlayır. Çox təəssüf olsun ki, bu cür mətnləri bizim məşhur, adlı-sanlı şairlərimiz yazır, yəni onlar əldən getmiş torpaqları geriyə bizim oğullardan, qəhrəmanlardan deyil, tanrıdan istəyirlər. Onlar elə zənn edirlər ki, mahnıda allahın, peyğəmbərin adını çəkəndə, dua oxuyanda tamaşaçı rəğbəti qazanmaq olar. Başqa bir məsələyə də toxunmaq istərdim. İndi çox vaxt mahnının mətnini musiqini yazandan sonra axtarırlar. Məlumdur ki, bizim musiqiyə düşən mətnlər ya 7, 8, ya da 11 hecalı olur. Musiqiyə baxıb görürsən ki, onların heç biri uyğun gəlmir. Şair də məcbur olur sözquraşdırmaqla məşğul olmağa. Peşəkar şairlərin heç biri buna getmir. Ona görə də belə musiqi yazanlar gedib sözquraşdırıcı axtarırlar. Məsələn, indi Vüqar Əhməd adlı bir şair peyda olub, özü də titrlərdə həmişə adı yazılır. Mahnını yaradarkən birinci növbədə şer yazılmalıdır, sonra musiqi; ümumi qayda belədir. Şerin əhval-ruhiyyəsinə uyğun musiqi bəstələnməlidir. Əgər bu qayda gözlənilsə, hardasa vəziyyəti düzəltmək olar. Təbliğat vasitələrindən biri də kasset yazılması və satışıdır, yəni kimin bir az imkanı varsa istədiyi səsyazma studiyasında hər şey yazdıra bilər. Bu proseslərə mütləq nəzarət lazımdır. Çalınan və yazılan musiqidən vəsaitlər keçirilməlidir: bəstəkarların və şairlərin heç bir şadlıq evinə və ya restoran müdirinə borcu yoxdur. Azərbaycan mahnılarını kim istəsə və harada istəsə oxuya bilər. Məsələn, türk müğənniləri bizim mahnılardan istədiyi kimi istifadə edirlər. Biz, indiki zamanda yerliçilikdən qaçmağa çalışırıq, amma bunu təbliğ edən mahnıların sayı günü-gündən artır. Laçın, Ağdam haqqında mahnıların məzmunu heç bir məntiqə sığışmır. Buradakı sözlərdən belə çıxır ki, Azərbaycanın hər yeri qəhrəmanlar, igidlər yurdudur. Lakin mən başa düşə bilmirəm ki, qəhrəmanlar məskənini necə işğal ediblər: bu yalançı vətənpərvərlik, özündən razılıq kimə və nəyə lazımdır? Hal-hazırda televiziyanın bütün redaksiyaları qazanc xatirinə musiqi, mahnı klipləri yayımlayır. İstər musiqi redaksiyası, istər ədəbi-dram, və ya da gənclik redaksiyaları. Burada səslənən mahnıların heç biri bədii şuradan keçmir. Bədii şuranın bərpa olunması mütləq lazımdır. Minlərlə mahnı yazılır və onları ələyib, yalnız yaxşısını saxlamaq lazımdır. Bu proseslər idarə olunmalıdır.

RAMİZ MUSTAFAYEV,
BƏSTƏKAR

Son 70 ildə Azərbaycan xalqının mahnısı heç bir vaxt belə acınacaqlı vəziyyətə düşməmişdi. Bu günlərdə "Panorama" qəzeti keçirdiyi sorğunun nəticələrini dərc edib. Mən bilmirəm bu sorğunu kimlərdən ediblər, amma həmin adamların zövqü göz qabağındadır: İlin mahnı şairi kimi birinci yeri Xanım İsmayıl qızı, ikinci yeri isə Vahid Əziz qazanıblar. Daha sonra III yeri Nüsrət Kəsəmənli, IV yeri Fikrət Qoca, V yeri isə Vaqif Səmədoğlu kimi şairlərimiz alıb. Buna nə ad vermək olar? Deyirlər ki, bunun qabağını almaq olmur. İstəsələr lap yaxşı almaq olar. Belə mahnıların öz əli-ayağı yoxdur ki, gedib efiri, səhnələri tutsunlar. İndi hamı mahnı yazır, səriştəsi, savadı olan da, olmayan da. Sintezatorlar vasitəsilə, onun tutduğu ritmlərin üstünə bəsit melodiyalar qoymaqla mahnı "yaradırlar". Özü də bu mahnıların çoxu bizim məşhur mahnı klassiklərinin əsərlərindən plagiatdır. Musiqi savadı olmadıqları üçün belə mahnıquranlar aranjimançılara üz tuturlar. Həmin adamlar da 200 dollara bəsit, 3-4 not üzərində qurulan mahnıları aranjiman edirlər. Əvvəllər Bəstəkarlar İttifaqında özfəaliyyət seksiyası var idi. Özfəaliyyətlə məşğul olanlar öz mahnılarını burada göstərib, İttifaqın müvafiq rəyini aldıqdan sonra seçilmiş mahnılar radioda səsləndirilirdi. İndi də bu prosesi bərpa etmək lazımdır. Əks təqdirdə bayağı mahnılar hər şeyi, hətta klassikanı da üstələyib aradan çıxardacaqdır.

QABİL,
ŞAİR

Mən nəğmə şairi deyiləm. Yalnız bir neçə şerimə bizim tanınmış bəstəkarlarımız mahnılar yazıblar. Lakin bu gün müzakirə etdiyimiz problem elə bir problemdir ki, heç birimiz kənarda qala bilmərik. Axı mahnı da mənəviyyatdır, ideologiyadır, xalqın tərbiyəsidir. Radio və televiziyanın rəhbərliyi bu işlərə nəzarəti gücləndirməlidir. Ramiz Mustafayev düz deyir ki, heç bir xalturanın ayağı yoxdur ki, gəlib özbaşına ortaya çıxa. Bu məsələdə konkret tədbir görülməlidir. Qadağan etmək, veto hüququna malik olan tam inzibati bir şura yaradılmalıdır. O şuranın üzvləri məvacib almalı və onun möhürü, imzası, hətta müəyyən mənada senzura hökmü olmalıdır. Bu şuraya şairlər, yazıçılar, bəstəkarlar, sənətşünaslar, müəllimlər daxil edilməlidir. Belə bir mərkəzşuradan keçməyən mahnıların biri də efirə buraxılmamalıdır.

RAMİZ MUSTAFAYEV,
BƏSTƏKAR

Son 70 ildə Azərbaycan xalqının mahnısı heç bir vaxt belə acınacaqlı vəziyyətə düşməmişdi. Bu günlərdə "Panorama" qəzeti keçirdiyi sorğunun nəticələrini dərc edib. Mən bilmirəm bu sorğunu kimlərdən ediblər, amma həmin adamların zövqü göz qabağındadır: İlin mahnı şairi kimi birinci yeri Xanım İsmayıl qızı, ikinci yeri isə Vahid Əziz qazanıblar. Daha sonra III yeri Nüsrət Kəsəmənli, IV yeri Fikrət Qoca, V yeri isə Vaqif Səmədoğlu kimi şairlərimiz alıb. Buna nə ad vermək olar? Deyirlər ki, bunun qabağını almaq olmur. İstəsələr lap yaxşı almaq olar. Belə mahnıların öz əli-ayağı yoxdur ki, gedib efiri, səhnələri tutsunlar. İndi hamı mahnı yazır, səriştəsi, savadı olan da, olmayan da. Sintezatorlar vasitəsilə, onun tutduğu ritmlərin üstünə bəsit melodiyalar qoymaqla mahnı "yaradırlar". Özü də bu mahnıların çoxu bizim məşhur mahnı klassiklərinin əsərlərindən plagiatdır. Musiqi savadı olmadıqları üçün belə mahnıquranlar aranjimançılara üz tuturlar. Həmin adamlar da 200 dollara bəsit, 3-4 not üzərində qurulan mahnıları aranjiman edirlər. Əvvəllər Bəstəkarlar İttifaqında özfəaliyyət seksiyası var idi. Özfəaliyyətlə məşğul olanlar öz mahnılarını burada göstərib, İttifaqın müvafiq rəyini aldıqdan sonra seçilmiş mahnılar radioda səsləndirilirdi. İndi də bu prosesi bərpa etmək lazımdır. Əks təqdirdə bayağı mahnılar hər şeyi, hətta klassikanı da üstələyib aradan çıxardacaqdır.

QABİL,
ŞAİR

Mən nəğmə şairi deyiləm. Yalnız bir neçə şerimə bizim tanınmış bəstəkarlarımız mahnılar yazıblar. Lakin bu gün müzakirə etdiyimiz problem elə bir problemdir ki, heç birimiz kənarda qala bilmərik. Axı mahnı da mənəviyyatdır, ideologiyadır, xalqın tərbiyəsidir. Radio və televiziyanın rəhbərliyi bu işlərə nəzarəti gücləndirməlidir. Ramiz Mustafayev düz deyir ki, heç bir xalturanın ayağı yoxdur ki, gəlib özbaşına ortaya çıxa. Bu məsələdə konkret tədbir görülməlidir. Qadağan etmək, veto hüququna malik olan tam inzibati bir şura yaradılmalıdır. O şuranın üzvləri məvacib almalı və onun möhürü, imzası, hətta müəyyən mənada senzura hökmü olmalıdır. Bu şuraya şairlər, yazıçılar, bəstəkarlar, sənətşünaslar, müəllimlər daxil edilməlidir. Belə bir mərkəzşuradan keçməyən mahnıların biri də efirə buraxılmamalıdır.

AZAD ƏLİYEV,
"MUĞAM" ASSOSİASİYASININ PREZİDENTİ

Sakini olduğumuz XX əsrdə dahi Üzeyir bəy başda olmaqla Azərbaycan bəstəkarlarının yaratdıqları nə qədər unudulmaz mahnılar xalqımızın nəğmələr, mahnılar xəzinəsini xeyli zənginləşdirmiş, hələ 30-cu illərdə Hüseynqulu Sarabski, Bülbül kimi sənətkarlarımızın respublika rayonlarında ardıcıl apardıqları ekspedisiyalarla nə qədər kəndlərimizdən, yurd-obalarımızdan qədim xalq mahnılarımız, nəğmələrimiz toplanıb geniş xalq kütlələrinin istifadəsinə verilmişdir. 50-60-cı illərdə gözlərimiz önündə Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Ağabacı Rzayeva, Qəmbər Hüseynli, Şəfiqə Axundova kimi sənətkarlarımız nə qədər ecazkar nəğmələr, mahnılar yaratmışlar. Həmin bəstəkarların məktəbi bu gün də davam edir. Lakin bu sahədə çatışmazlıqlar, nöqsanlar olduqca çoxdur. Bu cəhətdən ilk növbədə onu qeyd etmək lazımdır ki, dəyərli, orijinal mahnılar çox az yaradılır, əvəzindəsə bəsit, sxematik diringilər, xarici ölkə musiqilərindən, mahnılarından çevirmələr baş alıb gedir. Baxırsan ki, bir mahnı üzünü tutub İran melodiyalarına, o birisi türk şərqilərinə, bir başqası ərəb musiqisinə və ya, ən çoxu Qərb ölkələri musiqisinə. Bu nədir? Açığını deyək - bu, yamaqdır, qondarmaçılıqdır, əsil professional milli musiqi sənətimizi, soykökümüzü saymazyanalıqdır. Ən başlıca bəlalardan biri də bu gün televiziyada, bir çox səhnələrimizdə, toylarımızda və müxtəlif məclislərimizdə bir sıra qeyri-professional müğənnilərin böyük mahnı janrımızı, ifaçılıq sənətimizi cılızlaşdırmaları, bəsitləşdirmələri, onları yerli-yersiz muğamlara bağlamalarıdır. Yaxud da bəzən əksinə olur, baxırsan ki, müğənninin səsi var, istedadı var, lakin öz səsinin imkanlarını, gözəlliyini hansı mahnılarla daha yaxşı açacağını bilmir, dəbdə olan diringilərin, xalturaçı mahnıların dalınca düşüb. Bütün bunların nəticəsində isə ümumrespublikamızın gözəl mahnılar aləmi sanki yoxsullaşıb. Vaxtilə C.Qaryağdıoğlunun, Cahan Talışinskayanın, Seyid Şuşinskinin, Bülbülün, Sürəyya Qacarın, Xan Şuşinskinin, Şövkət xanımın, Zülfünün, Rübabə Muradovanın, Əbülfət Əliyevin və b. sənətkarlarımızın uzun illər boyu sevə-sevə oxuduqları bir çox sevimli xalq mahnıları unudulub gedir. Bu müğənnilər hətta F.Əmirov, T.Quliyev, C.Cahangirov, Q.Hüseynli və b. bu kimi bəstəkarlarımızı sanki tanımırlar, yaxud tanımaqdan qorxurlar, cəsarət eləmirlər. Üstəlik, sanki geniş tamaşaçı kütləsi arasında, ictimaiyyət arasında da xəstə bir cərəyan gəzir. Bu, xalqa, bu günkü çətin, qayğılar dolu həyatımıza, respublikanın bu son 10 ildə başına gətirilən faciəli hadisələrə biganəlikdir. Buna qısa bir misal çəkəcəyəm: Bakının "Şuşa" kino-teatrında tez-tez keçirilən "Xoş gəlmisiniz" konsertlərində müğənni səhnədən haray çəkə-çəkə "Laçınım mənim, Laçınım mənim" oxuyur, zaldakı tamaşaçılar - cavan qızlar, oğlanlar isə sevinə-sevinə əl götürüb oynayırlar. Bu, xəstəlik deyil, anormallıq deyil, bəs nədir?! Aydın həqiqətdir ki, çağdaş mahnı janrımıza və eləcə də xalq nəğmə, mahnı sənətimizə qarşı yaranmış soyuq, ötəri, yuxarıdan aşağı münasibətdə xalturaçılığa meydan verənlərin də günahı az deyil. Onun kökuünü kəsməyincə, yeni, təmiz, pak əhval-ruhiyyəli, ulu köklərə əsaslanan gənclərə meydan verməyincə, bu sahədə atmosfer təmizlənməyincə biz milli mədəniyyətimizin böyük və çox əhəmiyyətli bir sahəsi olan mahnı sənətimizi qarşıda yaranmış uçurumdan xilas edə bilməyəcəyik. Həmçinin bir məsələni də unutmaq olmaz ki, əgər hər hansı bəstəkar mahnısı ifa olunmursa, sanki unudulursa da o, itmir, çünki notları qalır; yox əgər hər hansı bir xalq mahnısı ifa olunmursa, unudulursa, üstəlik nota da salınmayıbsa, bu, ikiqat itki deməkdir. Yəni sözün əsil mənasında xalq sərvətinin itkisi. Bütün bunlarla yanaşı biz bir həqiqəzti də unutmamalı, onunla əlaqədar lazımi tədbir görülməsinə çalışmalıyıq. Bu nədir? Təsəvvür edin ki, 60-cı illərin sonlarından respublikanın ən kamil sənət ustaları, xanəndə, müğənni və çalğıçıları Azərbaycan Dövlət Filarmoniyasında rəsmi işdə hesab olunurdular, yəni sadə dillə desək, onlar Filarmoniyanın ştatında idilər. 60-cı illərin sonlarında respublikada Dövlət Konsert Birliyi yaradıldı və həmin seçmə professional müğənnilərin, xanəndələrin və çalğıçıların hamısı verildi ora. Həmin konsert Birliyi hələ o vaxtlar əsil özünümaliyyələşdirmə - kommersiya təşkilatı kimi fəaliyyət göstərirdi. Yəni müğənnilərin, xanəndələrin və çalğıçıların ayrı-ayrı konsert qrupları yaradılır, onların müxtəlif yerlərdə konsertləri təşkil edilir, bundan yığılan vəsaitin cüzi bir hissəsi onlara verilir, qalanını Birlik özü istifadə edir və ya dövlətə köçürürdü. Buna baxmayaraq bizim sənət adamlarımız orada həvəslə, coşğun səylə çalışıb-işləyirdilər. Lakin beş-on il qabaq həmin Birlik də tədricən dağılmağa başladı. Yəni onlardan çox kiçik bir qrup Radio və Televiziya Şirkətində işləyir, qalanları isə tamamilə işsiz və müstəqildi. İndi vəziyyət elə gətirib ki, çox vaxt toylara da sənətkarları dəvət etmirlər, sintezatorla, gitara və s. ilə toyu yola verirlər, vəssəlam. Sual olunur: - Bu qədər sənət adamı bir yerdən maaş almır-almır, bəs barı əmək kitabçaları harda qeydiyyatda olmalıdır; onlar pensiyaya necə çıxacaqlar? Bütün bunlara necə soyuqqanlı yanaşmaq olar? Belə problemlər bir deyil, iki deyil. Bütün yuxarıda göstərilənlərdən irəli gələrək mən bu müşavirəni nə qədər təqdirəlayiq hesab etsəm də, təklif edirəm ki, yaxın vaxtlarda ümumən respublika musiqi sənəti problemlərimizin həmin məsələlərinə həsr olunmuş geniş konfrans keçirilsin. Söz yığınından ibarət olan konfrans yox, əsil iş konfransı. Orada respublika rəhbərləri hökmən iştirak eləsin, həmçinin respublikanın bütün mədəni ictimaiyyəti, mətbuat, radio və televiziya. Biz mövcud musiqi problemlərini orada qoymalıyıq, konkret yerində həll olunmasını, qayğı və köməklik göstərilməsini tələb və xahiş etməliyik.

SƏRDAR FƏRƏCOV,
BƏSTƏKAR

Bizim qarşımızda çox ağrılı problem durur, çünki mahnı janrı tənəzzül dövrünü yaşayır. Şübhəsiz, mahnı janrında böyük musiqiçilər, bəstəkarlar işləyiblər və Üzeyir bəydən başlamış bu günə qədər xeyli sayda klassik nümunələr yaradılıb. Lakin zamanın çətinliyi ilə bağlı bu sahəyə heç bir səriştəsi olmayan ünsürlər daxil olub. Əlbəttə, belə insanların qarşısına çəpər çəkmək çox çətindir, lakin hansısa bir çıxış yolu tapmaq lazımdır. Mən özüm Ü.Hacıbəyovun ev-muzeyinin işçisi olduğum üçün onun fəaliyyəti ilə bağlı bəzi məqamları nümunə gətirmək istərdim. Məlumdur ki, hal-hazırda Nəriman Əzimovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Orkestri yaranmamışdan öncə Bakıda Şərq orkestri deyilən bir qurum var idi və ona Avanes İonesyan başçılıq edirdi. Bu orkestr öz repertuarında Azərbaycan xalq musiqisini ayrı səpgidə ifa edirdi və haradasa öz istədikləri tərəfə yönəldirdi. Bütün bunlardan yaxa qurtarmaq üçün Üzeyir bəy çox düzgün bir taktika seçdi və notlu XÇA orkestri təşkil etdi və özü də bu orkestr üçün çox gözəl əsərlər yaratdı. Zənnimcə, xoşagəlməyən cəhətləri, prosesləri belə üsulla, yəni pisin qarşısına yaxşını çıxartmaqla aradan götürmək daha effektiv olar. İndi çox vaxt Azərbaycan intonasiyasına uyğun olmayan mahnılar eşidirik. Xüsusən də, kassetlər satılan yerlərdə belə musiqilərdən bol-bol eşitmək olar. Bəzən deyirlər ki, mahnı yazanın bəstəkarlıq təhsili olmaya da bilər. Zənnimcə, bu düzgün deyil. Bəstəkar təxminən 15-17 il bu peşəyə yiyələnir və bu illər ərzində musiqi materialı ilə davranmağın qaydasını öyrənir, böyük müəllimlərlə ünsiyyətdə olur. Lakin heç bir savadı olmayan, hətta ən istedadlı insanın belə, 200-300 orijinal musiqisi, dəyərli mahnısı ola bilməz. Burada düz deyildi ki, belə insanlara bəstəkar deyil, başqa bir ad fikirləşmək lazımdır. Cavanşir Quliyevin təklif etdiyi kimi, melodist demək olar. Mahnının problemləri ilə bağlı qanunverici, rəsmi orqanlara müraciət etmək lazımdır. Kassetlərin satışı, onların keyfiyyəti nəzarətə götürülməlidir.

İMRUZ ƏFƏNDİYEVA,
MUSİQİŞÜNAS

Bu günkü tədbirə hazırlaşarkən 1973-cü il martın 3-də Qara Qarayevin imzası ilə mahnı haqqında çap olunmuş qərarı bir daha nəzərdən keçirdim və belə bir fikrə gəldim ki, 26 il bundan öncə mahnı haqqında deyilən tənqidi sözlər bu gün də aktualdır. Olduqca samballı, masştablı, kəskin səslənən və Bəstəkarlar İttifaqının katibliyi ilə Mədəniyyət Nazirliyinin birgə yazdıqları bu Qərarın o dövrlərdə böyük əhəmiyyəti oldu. Həqiqətən bir neçə il ərzində mahnı janrının təbliği sahəsində nailiyyətlərin canlı şahidi olduq. Mahnı janrında elə sənətkarlar var ki, onların əvəzsiz yaradıcılığı xalqın qəlbində əbədi iz buraxmışdır. Vaxtilə Q.Qarayev deyirdi ki, xalq öz ürəyini yalnız bütünlüklə həyatını xalqa həsr etmiş, həqiqətən böyük adamlara, geniş qəlbli sənətkarlara açır. Bu sözlər bizim gözəl mahnılar yaradan sənətkarlara da aiddir. Onların yaratdıqları mahnı məktəbinin davamçıları bu gün Azərbaycanda yeni nəslin nümayəndələridir. Lakin, cəsarətlə deyə bilərik ki, onların əsərləri nadir hallarda səslənir. İndi artıq həvəskar bəstəkarların əsərlərini daha çox eşidirik. Zəif səslərə malik olan müğənnilər belə mahnıları televizaya vasitəsilə təbliğ edərək, mahnı sahəsində yazan bəstəkarlarımızı arxa plana çəkiblər. Vaxtilə, Xalq yaradıcılığı Evi bir çox həvəskarlara kömək niyyətilə, peşəkar bəstəkarları dəvət etmiş və onların bədii rəhbərliyi altında həqiqətən də yaxşı mahnılar yaranmışdı. Təxminən 7 il öncə, mən, "Mahnı və müasirlik" adı ilə televiziyada veriliş aparırdım. Dörd verilişdən sonra onu bağladılar. İndiki rəhbərlikdən xahiş edirəm ki, veriliş bərpa olunsun. Həmin rubrikanın adını dəyişmək də olar. Məsələn, "Azərbaycan bəstəkarlarının mahnıları". Bundan başqa, mən, digər bir verilişin, məktəblilərin musiqi klubunun da bərpa olunmasını arzu edərdim. Çünki bu veriliş klassik mahnıların təbliğində də az rol oynamayıb. Mahnı janrının səviyyəsini artırmaq üçün mən aşağıdakı tədbirlərin görülməsini təklif edirəm: 1.Mahnı qoşan həvəskarlar öz əsərlərini məhz Bəstəkarlar İttifaqının mahnı seksiyasına təqdim etsinlər. 2.Mahnı ilə bağlı verilişlər bərpa olunsun. Televiziya ilə yeni rubrikanın açılması məqsədəuyğundur. Bu rubrikada yeni mahnılar və mahnı mətnləri ilə tanışlıq olsun. Eyni zamanda "Bəstəkarların portretləri" adlı verilişin bərpası da zəruridir. 3.Bəstəkarlar İttifaqı Yazıçılar birliyi ilə müştərək mahnı janrına həsr olunmuş elmi-nəzəri konfrans və yaxud plenum keçirsin. 4.Mahnı problemlərinə həsr olunmuş tənqidi və analitik yazılar qəzet və jurnal səhifələrində çap edilsin. 5.Peşəkar bəstəkarların mahnıları məcmuələr şəklində nəşr edilsin.

KAMRAN İMANOV,
RESPUBLİKA MÜƏLLİF HÜQUQLARI AGENTLİYİNİN SƏDRİ

Mən, bu mötəbər məclisə toplaşanların diqqətini bir sıra problemlərə yönəltmək istəyirəm. İlk növbədə onu söyləyim ki, SSRİ dağılandan sonra 1995-ci ilin axırlarına kimi Respublika Müəllif Hüquqları Agentliyi müəyyən səbəblər üzündən işləmirdi. Həmin ildən başlayaraq Agentlik işini bərpa etdi və bilavasitə öz funksiyalarından birini-müəlliflərimizin kollektiv əsasda əmlak hüquqlarının idarə edilməsi funksiyasını yerinə yetirməyə başladı. Sadə dillə desək bu, əsərlərin istifadəsi nəticəsində qonorar yığımının təşkili ilə bağlıdır. Bütün bunlar 1996-cı ildə Azərbaycan respublikasının yeni "Müəllif Hüquqları və Əlaqəli Hüquqlar" haqqında qanunun qəbul edilməsi ilə aparılmağa başladı. Hazırdakı qanun sırf müəlliflərin xeyrinə işləyir. Əgər 1995-ci ildə müəlliflərə təxminən 25 milyon manat qanorar yığılıb ödənilmişdirsə, ildən-ilə təxminən 50 milyon artımla 1999-cu ildə bu rəqəm 280 milyon manata çatdırılmışdır. Şübhəsiz ki, bu, nisbi rəqəmdir. 280 milyon kifayət qədər böyük rəqəmdir və xüsusən də bizim mahnı yazan sənətkarlarımız üçün müəyyən yardımdır. Lakin statistikaya baxanda bir şey də nəzərə çarpır. Bəs mahnıların istifadəsi ilə bağlı qonarar yığımında vəziyyət nə cürdür? İldən-ilə bu statistikanı araşdıraraq mən görürəm ki, müəlliflərə mahnılarla bağlı çatası qonararlar azalır, yəni onun faizi azalır. Bəs bu nədən əmələ gəlir? Axı istifadəçilərin sayı azalmır. Əlbəttə, məlumdur ki, konsert proqramları azalıb. Lakin digər tərəfdən müxtəlif şadlıq evlərində, restoranlarda mahnılar səslənir. Bu sahənin öz problemləri var və bizim kifayət qədər gücümüz, imkanımız çatmır. Lakin əsas problem ondan ibarətdir ki, mahnılar efirdə səslənir və bu zaman lazımi qonarar yığılmır. Nə üçün? Bunu açıqlamaq üçün ilk növbədə qeyd etməliyəm ki, mahnının efirə çıxması üçün o, fonoqram istehsalçısı, müəyyən bir studiya tərəfindən yazılmalıdır. Məhz bu proses zamanı, yəni mahnı yazılarkən müəlliflərin hüquqları pozulur. Əgər bir fonoqram istehsalçısı hansısa ifaçının vasitəsilə mahnıları yazırsa mütləq müəlliflərlə müqavilə bağlanmalıdır və onlara çatası qonarar qeydə alınmalıdır. Lakin çox vaxt bu məsələni ört-basdır edirlər və müəlliflərin hüquqları tapdalanır. Bundan sonra, yəni mahnı studiyada yazılıb efirə gedəndə də müəllif qonarar almalıdır. Lakin bu problem də müəyyən çətinliklərlə qarşılaşır. Çünki efir indi, əsasən, özəl yayım şirkətlərinindir. Biz bir sıra radiostansiyalardan müəlliflər üçün qonarar yığa bilirik. Lakin bu işdə də böyük problemlər var. İkinci bir problem onunla bağlıdır ki, müəlliflərimizin hüquqları çox vaxt xarici ölkələrdə pozulur. Xüsusilə də, müəlliflərin adlarının əvəzinə anonim sözü gedəndə. Dövlətlərarası Bern konvensiyasına görə əgər bir ölkədə hansısa əsər səslənirsə, ona milli rejim tətbiq olunur və bizim müəllifə çatası qonarar Azərbaycana gəlməlidir. Bu əlaqə iki ölkə arasındakı müəyyən təşkilatlar vasitəsilə həyata keçirilməlidir. Lakin əsər hansısa bir ölkədə yazılıb sənaye tirajına buraxılarsa və orada müəllifin adı göstərilirsə, bu zaman həmin müəllifin icazəsi olmalıdır. Belə icazə olmayanda anonim yazılır və beləliklə müəllifin hüquqları pozulur. Belə faktlar var. Amma mən çox təəssüf edirəm ki, onları bizə müəlliflər deyil, tamamilə ayrı yerlər xəbər verir. Halbuki bu faktları bizə müəlliflər özləri çatdırmalı və biz, onların səlahiyyətli nümayəndələri kimi onu araşdırmalıyıq. Çünki bu, artıq hüquqi məsələdir və sizlər bizə yardımçı olmalısınız. Digər, üçüncü bir vacib problem əsərlərdən qeyri-qanuni istifadə - yəni piratçılıqdır. İndi küçələrimiz kasetlərlə doludur və bizim mübarizəmiz kasetləri bilavasitə küçələrdə satanlarla bitmir. Bu kasetlərin istehsal mənbəyini, harada tirajlandığını tapmaq lazımdır. Ona görə də birinci növbədə müəlliflər mahnılarını qeydiyyatdan keçirməlidirlər. Bizim yeni kompüter sistemimiz var, yeni rəqəm texnologiyasının vasitəsilə əsərləri kompüterə daxil edirik. İstər Bəstəkarlar, istərsə də Yazıçılar İttifaqının üzvləri üçün bu qeydiyyatdan keçmə pulsuzdur, ödənişsizdir. Bu əsərlər bizdə həmişəlik qalacaq və gələcək nəsillər üçün də saxlanılacaqdır. Piratçılıqla mübarizə etmək üçün biz, identifikasiya sistemi yaradılması barədə hökumət qarşısında məsələ qaldırmışıq. Bildiyiniz kimi hər hansı mahnı müəllifi əsərlərinin satışa buraxılmış nüsxəsinin qiymətindən faiz almalıdır. Buna dəqiq nəzarət etmək üçün identifikasiya sistemi fonoqram istehsalçıları ilə daha sıx əlaqə yaratmağa imkan verir. Studiyalar tərəfindən istifadə olunmuş əsərlər müəllif hüquqları agentliyində qeydiyyatdan keçir və identifikasiya nömrəsi alır. Həmin nüsxələr bazarda satışa buraxılarkən yalnız və yalnız həmin tiraj satılır. Tirajın artırılması yenə də müəllifin icazəsi ilə olmalı və müəllif yeni tirajın satışından da faiz almalıdır. Pirat bazarı bütün dünyada, hətta ən inkişaf etmiş ölkələrdə də mövcuddur və ona qarşı mübarizə üçün müxtəlif üsullardan istifadə olunur. İlk növbədə mübarizə məhkəmə sisteminin vasitəsilə aparılır. Çünki hüquqlar məhkəmə vasitəsilə bərpa olunur. Müəllif Hüquqları Agentliyi bəlkə də yeganə dövlət qurumudur ki, məhz yaradıcı adamların, müəlliflərin hüququnu müdafiə etməklə məşğul olur. Belə ki, müəlliflərin maraqları bu təşkilatın maraqları ilə üst-üstə düşür. Biz imkan daxilində əlimizdən gələni etməyə hazırıq.

RAMİZ ZÖHRABOV,
AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQI İDARƏ HEYƏTİNİN KATİBİ

Əvvəla onu deyim ki, Azərbaycan Bəstəkarlar İttifaqında mahnı seksiyası fəaliyyət göstərir. Onun yeni rəhbəri bəstəkar Cavanşir Quliyevdir. Bu seksiya həm peşəkarlar, həm də həvəskarlarla məşğul olacaq. Mən həvəskar bəstəkar anlayışı ilə razı deyiləm. Çünki bəstəkar həvəskar ola bilməz. Məsələn, Orta Asiyada belə adamlara melodist deyirlər və yaxud Rusiyada onlara musiqi həvəskarları deyirlər. Yaxşı olar ki, belə yazarların ayrıca konsertləri təşkil olunsun, radioda ayrıca efir vaxtı ayrılsın. Vaxtilə efiri nəzarətə götürmək üçün komissiya var idi və o, mahnıları saf-çürük etməklə məşğul olurdu. Belə bir işi indi də bərpa etmək lazımdır. Mötəbər adamlardan ibarət komissiya yaradılmalıdır. Əvvəllər musiqi həvəskarlarına qonarar verilmirdi, indi isə onlar da başqasının əli ilə yazılmış öz "əsərlərinə" qonarar alırlar. Təklifim budur ki, Bəstəkarlar İttifaqının mahnı seksiyasından keçməyən mahnılar efirə buraxılmasın.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site