AZƏRBAYCANDA OPERA      
TEATRI-DÜNƏN, BU GÜN, SABAH?     
    
  Leyla Fərəcova       
1   2   3   4  

Bundan başqa, o dövrdə Peterburqun Mariinski teatrının məşhur "ulduzlar"ı - O.İ.Preobrajenski, L.Q.Kyakşt, Y.N.Sedova və b. iştirak etdiyi balet truppasının qastrolları çox nadir hal sayılırdı.

Qeyd etmək lazımdır ki, bütün tamaşalar operaların göstərilməsi üçün yenidən təchiz edilmiş sirk səhnəsində keçirilirdi. Artıq 1883-cü ilin 27 noyabrından H.Z.Tağıyev teatrının (indiki Musiqili Komediya Teatrı) açılmasına baxmayaraq, teatrın sahibkarları öz maddi maraqlarını nəzərə alaraq yalnız operetta və dramatik tamaşalara üstünlük verir, opera truppalarını isə də'vət etmirdilər.

Məhz buna görə Bakının musiqi həyatında 1911-ci il fevralın 28-i Azərbaycan musiqi mədəniyyəti tarixinə Azərbaycanda musiqi professionalizminin formalaşması və milli opera janrının bünövrəsinin qoyulmasını tə'yin edən yeni mərhələnin başlanğıcı kimi daxil olmuşdur. Həmin gün sənaye sahibkarları olan Mailov qardaşlarının vəsaiti hesabına mühəndis N.Q.Bayev tərəfindən tikilmiş Böyük opera teatrının binası açılmışdır. O vaxtdan e'tibarən opera incəsənətində baş verən mühüm hadisələr bu teatrla bağlı olmuşdur.

Yalnız Azərbaycanda deyil, həmçinin bütün Şərqdə ilk opera əsəri - Azərbaycan muğam professional bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar və maarifçi Ü.Hacıbəyovun "Leyli və Məcnun" muğam operası oldu (1908-ci il)(5).

Opera böyük müvəffəqqiyyət qazandı. Milli mədəniyyətin daxilində yaranan bu opera Azərbaycan musiqisində opera janrının formalaşması və təşəkkül tapmasının başlanğıcı idi. Ü. Hacıbəyovun "Leyli və Məcnun" operası Azərbaycan musiqi mədəniyyətində əsil professionalizm tətbiq etməyin vacibliyini sübut etdi.

Bu müvəffəqiyyət bəstəkarı öz yaradıcılığında opera və musiqili-komediya janrlarında fəal çalışmağa sövq etdi. Ü.Hacıbəyov "Leyli və Məcnun"dan sonra "Şeyx Sənan" (premyerası - 30.XI 1909), "Rüstəm və Zöhrab" operalarını (premyerası 12.XI.1910-cu il), "ər və arvad" musiqili komediyasını (premyerası - 24.V.1911)(6), daha sonra "Şah Abbas və Xurşud Banu" o (premyerası - 12.III. 1912), "əsli və Kərəm" (premyerası - 18.V.1912), "Harun və Leyla" operalarını (1915-ci il) yazmışdır, lakin səhnəyə qoyulmadı. Ü.Hacıbəyovun ən məşhur musiqili komediyalarından biri, bu günədək bütün dünya teatrlarının səhnələrində tamaşaya qoyulan "Arşın mal alan" musiqili komediyası (premyerası 25.X.1913) oldu. Ü.Hacıbəyovun inqilabdan əvvəlki əsərləri içərisində ən çox bu əsər Zaqafqaziya, Orta Asiya və Rusiyanın bir çox şəhərlərində tamaşaya qoyulmuşdur. Hələ o zaman "Arşın mal alan" gürcü, rus, tatar, özbək, fars, türk dillərinə tərcümə edilmişdi. (Sonralar isə polyak, bolqar, çin, ərəb, fransız və başqa dillərə tərcümə olundu). Bu musiqili-komediyanın müvəffəqiyyəti, mütərəqqi ictimaiyyətin diqqət mərkəzində olan "Leyli və Məcnun", "əsli və Kərəm", "Şah Abbas və Xurşud Banu" operaları və "O olmasın, bu olsun" musiqili komediyası ilə yanaşı geniş dinləyici auditoriyasını musiqili-səhnə incəsənətinə daha çox cəlb edirdi.

1921-ci ildə təşkil edilmiş Azərbaycan teatrlarının bədii səviyyəsinin yüksəldilməsi üzrə Şuranın üzvü olan Ü.Hacıbəyov milli musiqi səhnə incəsənətinin inkişafına böyük köməklik göstərmişdir. 1925-ci ildə Ü.Hacıbəyov teatrın yenidən qurulması məqsədilə rus və azərbaycan opera truppalarının vahid bir kollektivdə birləşdirilməsinə imkan yaratmış və bu, hal-hazırda M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əsasını təşkil etmişdir. Ü.Hacıbəyovun 20-30-cu illərdəki geniş şaxəli və dərin mə'nalı musiqi-ictimai fəaliyyəti bəstəkarın opera janrı üzərində işini dayandırmadı. əvvəlki kimi Ü.Hacıbəyovu yenə də opera yazmaq fikri narahat edirdi. 1932-ci ildə o, bilavasitə yeni opera əsəri üzərində işləməyə başladı və bu janrın ən yüksək me'yarlarına uyğun gələn əsil milli opera - "Koroğlu"nu yaratdı. 1937-ci ildə premyerası olan həmin əsər - bəstəkarın yaradıcılıq zirvəsini təşkil etdi.

Eyni zamanda bu dövrdə M.Maqomayev "Nərgiz" operasını (1935), R.M.Qliyer isə "Şahsənəm" operasını yazır. Operaların müvəffəqiyyəti gənc bəstəkarları yeni opera əsərləri yazmağa ruhlandırır. 40-cı illərdə Niyazinin "Xosrov və Şirin" operası, C.Hacıyev və Q.Qarayevin "Vətən" operası, ə.Bədəlbəylinin "Nizami" operası və b. yazılmışdır. 1953-cü ildə F.əmirovun "Sevil" operası tamaşaya qoyulmuşdur. Qeyd etməliyik ki, bu yaxınlarda, 1998-ci ilin sonunda həmin opera yeni redaktədə tamaşaya qoyulmuşdur və yenə də teatrın repertuarındadır.

Opera teatrının tarixi boyu bir sıra Azərbaycan bəstəkarlarının operaları tamaşaya qoyulmuşdur: Ş.Axundovanın "Gəlin qayası", S.ələsgərovun "Bahadur və Sona", "Solğun çiçəklər", C.Cahangirovun "Xanəndənin taleyi" və "Azad", V.Adıgözəlovun "Ölülər", R.Mustafayevin "Vaqif", Z.Bağırovun "Aygün", N.əliverdibəyovun "Cırtdan", İ.Məmmədovun "Tülkü və alabaş", L.Vaynşteynin "Zoluşka" və "Çəkməli pişik" operaları və s.

Çox əfsus ki, bir çox səbəblərə görə bu əsərlərin çoxu artıq opera teatrının repertuarından çıxmışdır, lakin onlar daima tamaşaçıların diqqət mərkəzində olmuşlar.

Azərbaycan baletinin yaranması tarixi 1940-cı ilə - Ə.Bədəlbəylinin "Qız qalası" baletinin tamaşaya qoyulduğu ilə təsadüf edir. (Hal-hazırda teatrda bu baletin yenidən tamaşaya qoyulması üçün fəal hazırlıq işləri aparılır). əgər dinləyicilərdə opera incəsənətinə maraq yaratmaq çətin olmuşsa, geniş kütlələrin diqqətini balet janrına cəlb etmək və bu janrın Azərbaycan bəstəkarlarının yaradıcılığında inkişaf etdirilməsi üçün zəmin hazırlanması bəstəkarın və truppanın qarşısında duran çox mürəkkəb bir məsələ idi. Lakin buna baxmayaraq, bəstəkarın və artistlərin böyük sə'yi nəticəsində balet böyük müvəffəqiyyət qazandı və geniş tamaşaçı auditoriyası tərəfindən hərarətlə qarşılandı.

Opera və balet teatrının səhnəsində 1950-ci ildə tamaşaya qoyulan ikinci balet - S.Hacıbəyovun "Gülşən" baleti oldu. Bu balet də Azərbaycanda balet incəsənətinin formalaşmasında mühüm rol oynamışdır.

Lakin Q.Qarayevin 2 baleti - "Yeddi gözəl" və "İldırımlı yollarla" baletləri Azərbaycan baletinə dünya şöhrəti gətirərək, ümumdünya balet musiqisi xəzinəsinə daxil olmuşdur.

Bundan başqa, bu günədək opera və balet teatrının səhnəsində görkəmli müasir Azərbaycan bəstəkarlarının bir sıra baletləri də tamaşaya qoyulmuşdur: ə.Abbasovun "Qaraca qız", Niyazinin "Çitra", F.əmirovun "1001 gecə" və "Nizami", A.Məlikovun "Məhəbbət əfsanəsi", F.Qarayevin "Qobustan kölgələri", T.Bakıxanovun "Xəzər Balladası", A.əlizadənin "Babək", N.Məmmədovun "Humay" baleti və s.

Qeyd etməliyik ki, opera əsərinin mürəkkəb yazılış texnikası bizim gənc bəstəkarlarımız tərəfindən əsaslı surətdə mənimsənilmişdir. Bu, onların müxtəlif formalı əsərlərindən (simfoniya, sonata, kvartet, vokal və s.) hiss olunur. Lakin, çox əfsus ki, gənc bəstəkarların müasir nəsli bir sıra obyektiv və subyektiv səbəblərə görə opera əsəri yazmağa çəkinirlər.

Opera və balet teatrının repertuarında dünya klassik musiqisinə aid olan opera əsərləri mühüm yer tutur: Məsələn, Rossininin "Sevilya bərbəri" və "Oğru sağsağan", Bizenin "Karmen", Verdinin "Traviata", "Riqoletto", "Aida", "Trubadur", "Otello", Donisettinin "Lüçiya di Lammermur", "Sevgi şərbəti", Meyerberin "Quqenotlar", Spontininin "Vestalka", Leonkovallonun "Təlxəklər", Puççininin "Toska", "Boqema", Borodinin "Knyaz İqor", Prokofyevin " Monastırda nişan" və s.


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site