Tofiq Quliyevin mahnılarının bəzi      
üslub xüsusiyyətləri  
     
  S. Qasımova           
1   2   3   4  
make printcopy print copy
        
Audio: Clip 1
Audio: Clip 2
Audio: Clip 3

Bu tipdə başlanğıc intonasiyası sanki bütöv avazda "itib-batır". Məsələn, "Qızmar günəş altında" kinofilmindən "Arzular" mahnısı belələrindəndir.

Bəzən elə mahnılara rast gəlirik ki, bunlarda melodiya sanki "zirvə-mənbədən" başlanaraq, aşağıya doğru hərəkət edir. Əgər melodiyanın birinci səsi deyil, ikinci səsi "zirvə-mənbəUdirsə, çox vaxt variantdan və mürəkkəbləşdirmədən istifadə olunur. Məsələn, "Görüş" filmindən Kamilin mahnısında belə hala rast gəlirik.

"Səninləyəm" mahnısında isə həmin üsul Mazelin termini ilə desək, "melodik müqavimət"lə, melodik xəttin özünəməxsus daramaturgiyası ilə bağlıdır.

Bəzən tipik Quliyev intonasiyaları poetik obraz və əhval-ruhiyyəni əks etdirən ümumiləşmiş kantilena ilə ifadə olunur.

Bu melodiyalar "dalğavari", müvazinətli hərəkətlə seçilir.

Bəzən bəstəkarın mahnılarında daxili təzadlarla səciyyələnən, dəyişkən intonasiya tərkibinə malik melodiyalara rast gəlmək olur. Bunlarda ritmik fiqurların təzadı, həmçinin inkişafı dəqiq periodikliyin bilərəkdən pozulması, dəf olunması müşahidə olunur. Belə hallarda da bəstəkar öz prinsipinə ardıcıl riayət edir: musiqiyə təzad elementi gətirərək, öz modelini - "pərvaz" edən hərəkəti buna qarşı qoyur. "Bəxtiyar" kinofilmindən "Dostluq haqqında mahnı" buna misaldır.

Bəzən reçitativ - deklemasiya xarakterli melodik impuls-tezisdən geniş kantilenanın yaranması prinsipi də melodik gərginliyin konsentrasiyasına səbəb ola bilir.

T.Quliyev xalq musiqisində universal melodik struktur kimi işlənən ton ətrafında dolanma tipindən müxtəlif tərzdə istifadə edir. Bunun mühüm əhəmiyyət kəsb etməsi dəyişkənliyin ilk bünövrəsini təşkil edən sistemin xüsusiyyətləri ilə bağlıdır. Burada musiqi inkişafının stimulu - istinad tonunun səs sferasının bir pərdəsindən digərinə keçirilməsindədir. Məlum olduğu kimi, xalq ifaçılıq təcrübəsində gəzişmə prinsipi ladın istinad pərdələrini "vurğulayır". T.Quliyevin mahnılarında çox vaxt iki tərəfdən gəzişmələrə də rast gəlinir ki, bunlar tematizmin intonasiya bütövlüyünə nail olmağa xidmət edir.

Gəzişmə intonasiyası başlanğıc tezisi, axımlı melodiyanın mənbəyi kimi istifadə olunarkən, xüsusi ifadəlilik kəsb edir. "Azərbaycan" mahnısının ilk fraqmentində bunu görmək olar.

Gəzişmə üsulunun T.Quliyev tərəfindən təfsirində diqqətəlayiq cəhətlərdən biri - xalq musiqisi ilə müqayisədə bunun daha sərbəst istifadəsidir. Məsələn, bəzi hallarda məqamdakı (model) dayaqların ənənəvi funksional dayaqlara, bəzən də köməkçi dayaqlara uyğunluğuna rast gəlirik ki, bu hərflərin ətrafında dolanmalar xüsusi boyalılıq verir. Beləliklə, gəzişmə üsulu həm funksional, həm də model mənada təfsir edilir. Buna misal olaraq "Sənə də qalmaz" mahnısını nümunə gətirə bilərik.


uuu
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site