Bu günlərdə, yə'ni XX yüzilliyin sonunda, daha geniş tə'rif versək, - ziddiyyətləri və bərəkətləri ilə zəngin, bütöv tarixi -mədəni mərhələ kimi qavranılan Yeni dövrü başa vurduğumuz məqamda, dünyagörüş və düşüncələrdə köklü çevrilişlərin gərginliyindən və üzərimizə götürdüyümüz yükün dərkolunan məs'uliyyətindən duyğulanaraq III minilliyin astanasında qarşıya çıxan ən başlıca, ən əsas və, yəqin ki, sonuncu suallara cavab axtarıram.

Musiqi gərəkdirmi? Bizi əhatə edən həyat iqlimində o hansı yeri tutur və hansı vəzifələr daşıyıcısıdır? O hansı məqama gəlib çıxıb? Və, nəhayət, biz musiqiçilər hansı məqama gəlib çıxmışıq?

Qoyulan sualları və bir çox başqalarını, o cümlədən, sonsuz düşüncələrdə özünə yer tapan çoxsaylı sualları cavablandırmaq, heç də "musiqişünaslıq" donuna geydirilmiş təngəgətirici söhbətlər, yaxud bekarçılıqdan doğan "vətəndaş marağı" demək deyil. Həmin suallar biz peşəkarları duyğulandırmaya, rahatsız etməyə bilməz. Sür'ətlər yarışı, elmi tapıntılar və metodoloji paradiqmalar əsrində, dərkolunmuş səs simbiozları qarma-qarışıqlığında, daha "bədii" desək, musiqi axarları və cərəyanları sarmaşıqlığının yaratdığı keçilməz cəngəlliklərdə bələdçisiz - şturmansız, yönəldicisiz, musiqinin hərarət və təzyiqini ölçən barometrsiz, insanın ictimai keyfiyyətinin ifadəçisi olan ziyalısız keçinmək qeyri-mümkündür. Bu təkcə mənim yox, həmfikirlərimin rə'yidir. Və bu rə'y böyüyərək, qarşısıalınmaz istəyə, istək isə hazırda hörmətli oxucularımızın vərəqlədikləri jurnala çevrildi. Bu "musiqili yaşamı" bütövlükdə çevrələyən elmi, pedaqoji, tənqidi-publisistik, mədəni-maarifçi "şişman" jurnal "Musiqi dünyası" adlanır.

Xatırlatmaq istərdim ki, bu günə, bu məqama gəlmək üçün biz uzun yol keçmişik. Və həmin yolu keçdikcə uca səslə ölkəmizin, məmləkətimizin gündəlik və maraq doğuran "musiqili" problemləri ifadəçisinin, - daha doğrusu, öz tribunamızın, xitabət kürsümüzün yoxluğunda öz gücsüzlüyümüzü boynumuza almışıq. "Sovetskaya muzıka", "Muzıkalnaya jizn", "Muzıka v şkole", "Muzıkalnaya Akademiə" jurnallarını nöqtəbənöqtə oxumuşuq. Çox böyük maraq və haradasa, paxıllıqla dünya mətbuatını, - o cümlədən və daha doğrusu, ancaq ABŞ-da 150-dən, Fransada 50-dən, kiçik Macarıstanda isə 10-dan artıq sayda çap olunan musiqi jurnallarını izləmişik.

Ucu-bucağı görünməsə də, daim artan qəzet və jurnal kütləsində musiqi premyeralarının, filarmonik konsertlərin, yaradıcılıq gecələrinin səthi, qeyri-peşəkar işıqlandırılmasından daim gileylənmişik (ona da min şükür!)

[ more... ]


Azərbaycan Respublikasinin Dövlət Himni

Milli musiqimizin korifeyləri

  • Z. Səfərova - XX əsrin dahi bəstəkarı və şəxsiyyətı

  • A. Hüseynova - M. Maqomayev. əsrlərin ayrıcından bir nəzər

  • Ş. Hüseynov - Açılmamış səhifələr

  • S. Fərəcov - əgər onlar da tamamlansaydı, yaşasaydı

    Dədə Qorqud-1300
  • "Ə. Abid - "Oğuznamə"

  • M. Kərimov - Azərbaycanın qədim musiqi alətləri

    İrsimiz
  • A. Ozan Kərimli - Tanıdığımız və tanımadığımız S.Hacıbəyov
  • F.Əliyeva - XX əsrin 20-30-cu illərində azərbaycanda musiqi-tarixi proseslər haqqında bəzi qeydlər

    Musiqili teatr
  • Azərbaycanda opera teatrı - dünən, bu gün və sabah?

    Poeziya və musiqi
    A.S.Puşkinin 200-illiyinə
  • Ü. İmanova - Azərbaycan musiqisində A. S. Puşkin mövzusu.

    Açıq söz
  • Y. Axundzadə - Azərbaycanda hərbi-orkestr xidmətinin tarixçəsı.

  • C. Quliyev - Azərbaycan mahnısı: "Yol ayrıcında"

    Din və musiqi
  • S. Seyidova - Dini musiqinin bəzi prinsipləri haqqında

    İfaçılıq
    Azərbaycanda xor ifaçılığı və onun problemləri
  • L. Fərəcova - Dövlət xor kapellası bu gün

    Musiqi təhsili
  • L. Hüsenova - Sönməz musiqi ocağı

  • Hekayətli musiqi lüğəti

    Kulturoloji məsələlər
  • Ş.Hüseynov - Əhməd Ağaoğlunun aşıq sənətinə kulturoloji baxışları


    Bibilioqrafiya
  • Ü. Talıbzadə - Azərbaycan musiqisinin tarixi yaranır.

  • R. Zöhrabov - "Zülfi Adıgözəlov xatirələrdə"

    Diskoqrafiya
  • P.Quliyev - Qara Qarayev.

  • T.Məmmədəliyeva - Vaqif Mustafazadə.


  • C.Səlimxanov - Cavanşir Quliyev.


    Ustadlarımızın xatirəsinə
  • A.Paşayev - Ürəkləri oxuyan xanəndə

  • R.Məmmədova - Səhnəmizin Məcnunu

  • T.Səfərova - Muğam sənətimizin Seyidi

  • M.Quliyev - Sənətdə izi qalan sənətkar


    Yeniliklərimiz
  • Qadınlar musiqidə

  • A. Ozan Kərimli - V. Adıgözəlovun Çanaqqala zəfəri

  • P. Quliyev - T. Bakıxanovun əsərlərinə Türkiyədə maraq

  • Bizə yazırlar

  • Xəbərlər


  • zərbaycanın tarixində xalqımızın belə dahi sənətkar və şəxsiyyətlərindən biri Üzeyir Hacıbəyov olmuşdur. Üçüncü minilliyin astanasında, XXI əsrə qədəm qoyacağımız bir dövrdə, yaradıcılığa XX əsrin əvvəllərində başlamış, həyatını isə onun ortalarında tamamlamış Üzeyir Hacıbəyovun musiqisi və bütövlükdə yaradıcılığı bu gün biz musiqiçilərçün və ümumən Azərbaycan xalqı üçün nə deməkdir? Bu gün tam qətiyyətlə deyə bilərik ki, artıq bir əsrə yaxın vaxt ərzində çalınan, səslənən Ü.Hacıbəyov musiqisi Azərbaycan xalqının canına, qanına sirayət edərək onun bədii mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmişdir. Hecə ki, Üzeyir bəy xalq musiqimiz haqqında deyirdi ki, ona həmişə "ruh yüksəkliyi və aydınlıq ehtizazı, sabahkı qalibiyyətə möhkəm inam, mə'nəvi büllurluq, alicənablıq, şücaət və qəhrəmanlığı tərənnüm etmək xas olmuşdur", eləcə də Hacıbəyovun musiqisi üçün də bu cəhətlərlə bərabər, günəş kimi parlaqlıq, əlvanlıq xas olmuşdur. Bütün bu xüsusiyyətlər onun musiqisinin mahiyyətini təşkil etmişdir.

    Y.Hacıbəyov dahi bəstəkar, Azərbaycanın, eləcə də Şərq opera sənətinin banisi, "Leyli və Məcnun", "Koroğlu" kimi təkrarsız operaların müəllifi, böyük musiqişünas-alim, bütöv musiqi-estetik konsepsiya yaratmış nəzəriyyəçi, "Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi-nəzəri risalənin müəllifi, görkəmli dramaturq, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarının əlvan, günəşli musiqisi ilə bərabər, həm də bu əsərlərin librettolarının müəllifi, alovlu publisist, jurnalist, saysız-hesabsız dəyərli məqalələrin müəllifi, gözəl pedaqoq, Azərbaycan bəstəkarları və musiqişünaslarının iste'dadlı nəslinin müəllimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Elmlər Akademiyasının elmi-tədqiqat İncəsənət İnstitutunun rəhbəri, Akademiyanın musiqi üzrə ilk həqiqi üzvü, yorulmaz ictimai xadim, Azərbaycan Dövlət Konservatoriyasının təşkilatçısı, onun rektoru və professoru, ilk çoxsəsli xorun, ilk notlu xalq çalğı alətləri orkestrinin, musiqi məktəbinin, musiqi texnikumunun yaradıcısı idi. O, Azərbaycan Dövlət himnlərinin (hər ikisinin də) müəllifidir.

    Bütün bunlar bizə haqq verir deyək ki, son illərini yaşadığımız XX əsrin xalqımıza bəxş etdiyi ən böyük şəxsiyyətlərdən, ən böyük simalardan biri Yzeyir Hacıbəyovdur.

    Üzeyir bəy haqqında yazdığımız bu məqalə Respublikada yaranmış yeni musiqi dərgisini açacaq. Bu dərginin Ü.Hacıbəyova həsr edilmiş məqalə ilə açılması tamamilə təbii, doğru və məqsədəuyğundur. Çox illər öncə Üzeyir Hacıbəyova həsr etdiyim ilk kitabımı yazmağa başlarkən keçirdiyim həyəcanlı duyğuları indi də, bu məqaləni yazarkən, yə'ni artıq Yzeyir bəy haqqında neçə monoqrafiyanın, kitabların müəllifi olduğum vaxtda da keçirirəm.

    Çünki dahi şəxsiyyətin yaradıcılığı ilə hər bir təmas həyəcanlıdır, sevinclidir, fərəhlidir. Hacıbəyovun çoxcəhətli və çoxşaxəli musiqisi və yaradıcılığı hər dəfə ona yeni rakursdan baxmağa, yaradıcılığının yeni çalarlarını açmağa imkan verir.

    Böyük sənətkarın yaradıcı fəaliyyəti elə tarixi şəraitdə keçmişdir ki, Y.Hacıbəyov "musiqi sənətinin hansı sahəsinə müraciət etmişsə, onun ilk yol göstəricisi olmuşdur. O, dahi bəstəkar olmaqla bərabər, görkəmli mütəfəkkir idi, yaradıcı məsələlərin həllində yalnız özünün zəngin intuisiyasına arxalanmır, həm də Azərbaycan musiqisinin tarixində ilk dəfə addım atdığı yol haqda çox düşünürdü, cəmiyyətdə yaranmış vəziyyəti, tarixi şəraiti təhlil edir, özünün yaradıcı axtarışlarının təsdiqi üçün nəzəri əsaslar axtarır və tapırdı".

    1908-ci il 12 yanvar, Azərbaycanda və Şərqdə ilk operanın premyerası. Bu gündən e'tibarən Azərbaycan musiqisində elə bir sahə, elə bir janr meydana gəlməmişdir ki, bu və ya digər şəkildə Yzeyir Hacıbəyovun adıyla bağlı olmasın.

    [ more... ]