AZƏRBAYCANDA OPERA      
TEATRI-DÜNƏN, BU GÜN, SABAH?     
Leyla Fərəcova           
1   2   3   4  

Bundan başqa kəskin problemlərdən biri də ifaçı nəsillərinin əvəz edilməsi ilə əlaqədardır. Opera və Balet Teatrı artistlərdən qeyri-adi fiziki qüvvə, güclü səs və təmiz ifa tələb edir və əgər dramatik teatrda "qocaman" artistlər öz personajlarının rolunu qoca yaşlarında da ifa edə bilirlərsə, opera teatrında bu mümkün deyil! əlbəttə, bə'zən bu məsələdə münaqişə də yaranır. Məsələn, 80 yaşlı qocaman müğənni, səhnə veteranı, Leyli rolunun ona həvalə olunmasını tələb edir?! əlbəttə ki, belə hallarda biz məsələyə ilk növbədə professional nöqteyi-nəzərdən yanaşırıq. Bizim teatrda iste'dadlı gənclər çoxdur: Qərinə Kərimova, Azər Zeynalov, əli əsgərov, Mənsum İbrahimov, Zemfira İsmayılova, Fidan Hacıyeva, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Nairə Ramazanova və b. Bu gün siz teatrın tamaşalarında bir dənə də olsa "xaric" not eşitməzsiniz və balet truppasının natamam tərtib edilmiş işini görməzsiniz.

Artıq biz üçüncü problemə çatdıq. Bu¸ professional kadrların xarici ölkələrə kəskin surətdə axını problemidir. Bu günlərdə Türkiyədə, Antaliya şəhərində 6-cı (!) opera teatrı açılmışdır. Halbuki, bizim yeganə bir opera teatrında kadrlar çatışmır. Görkəmli müğənnilər Muxtar Məlikov, Fövziyyə İbrahimova, teatrın baş xormeysteri B.Vəkilova da yaxınlarda respublikamızdan çıxıb getmişlər.

L.F.:-Bizim artistlərimizlə qastrolçuların iştirakı ilə keçən tamaşa və konsertlərin biletləri arasında qiymətdə fərq varmı?

A.M.:-əlbəttə, fərq vardır. Belə ki, qastrolçuların iştirakı ilə göstərilən tamaşaların qiyməti 50.000 manat, öz artistlərimizin ifası ilə isə 20.000 manatdır.

Lakin qeyd etməliyəm ki, dünya şöhrətli artistlərin gəlməsi müəyyən xərclər tələb edir və bizim dünya səhnə ulduzlarını öz teatrımızda görmək istəyimizə baxmayaraq, buna imkanımız yol vermir. Aprel ayında bizim teatrda Yuri Başmetin Moskva musiqiçiləri orkestri ilə konserti olmalı idi. Televiziyada və mətbuatda geniş reklam verilməsinə baxamayaraq, cəmi 150 bilet satılmışdı. əlbəttə, biz başa düşürük ki, hal-hazırda əhalinin öz istədiyi konsert və tamaşalara getmək üçün maddi imkanı yoxdur, amma...

L.F.:-Lakin buna baxmayaraq son illər opera teatrının səhnəsində bir çox dünya səhnə ulduzlarının çıxışları tamaşaçıları heyran etmişdir. Belə çıxışlar yenə planlaşdırılırmı?

A.M.:-Doğrudur, bizim səhnədə son zamanlar tamaşaçılar Maya Plisetskayanın, Nina Semizorovanın çıxışlarına baxmış, Yelena Obraztsovanın, Zurab Sotkilavanın, N.Piavkonun və bir çox başqa səhnə ulduzlarının füsunkar səsini eşitmişlər.

Vaxtaşırı Ukrayna artistlərinin və Moskvadan Böyük Teatrın solistlərinin gəlişi gözlənilir. 2-3 ay əvvəldən planlaşdırılmış konsertlər haqqında danışmaq bir qədər çətindir, belə ki, çox zaman, bə'zi konsertlərin vaxtı dəyişdirilir və yaxud təxirə salınır.

L.F.:-Hal-hazırda opera teatrında hansı tamaşalar hazırlanır?

A.M.:-Ötən il F.əmirovun "Sevil" operasının və Ü.Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasının yeni tamaşası həyata keçirildi. Bu ilin sonunadək biz ə.Bədəlbəylinin "Qız qalası" baletinin, Verdinin "Trubadur" operasının və gürcü bəstəkarı V.Dolidzenin "Kote i Keto" operasının yeni tamaşasını planlaşdırırıq.(7)

Doğrudur, son zamanlar biz bə'zən opera teatrının və respublikanın digər kollektivlərinin fəaliyyəti haqda tənqidi qeydləri eşitməli oluruq, lakin bütün bu bədbin proqnozları inkar edərək qeyd etməliyik ki, bu kollektivlərin fəaliyyəti bir yerdə hərəkətsiz dayanmır, onlar dinamik şəkildə inkişaf edərək daima özünü təkmilləşdirməyə çalışırlar.

XIX əsrin sonundan bu günədək, milli mədəniyyət xadimlərimizin bir çox çətinliklərlə qarşılaşmasına baxmayaraq, onların qazandıqları nailiyyətlər musiqi mədəniyyətinin bütün sahələrinin - yaradıcılığın, ifaçılığın, teatr və konsert həyatının, musiqi maarifçiliyi və musiqi elminin məhsuldar şəkildə inkişaf etdiyini¸ zəngin təcrübə qazanıb öz yüksək bədii keyfiyyətlərinə görə beynəlxalq əhəmiyyətə malik olduğunu aydın göstərir.

İnanırıq ki, opera teatrımızın kollektivi öz tarixi uğurlarına dayaqlanaraq yeni əsrdə bu ən'ənəni layiqincə davam etdirəcək.


1. 1882-ci ilin sentyabrında Bakıda qastrolda olan Tiflis operasının artistlərinin ifasında ilk dəfə olaraq "Jidovka" və "Su pərisi" operalarından səhnələr səslənmişdi. Müvəfəqqiyyət qazanan Tiflis artistləri yenidən dekabr ayında "Aida", "Jiznğ za üarə" "Demon" operalarından səhnələri ifa etmişdilər. (18 və 20 may) ifa edilən bu opera haqqında yerli mətbuat yalnız qısa mə'lumat verməklə kifayətlənmişdi və bakılılar qastrol çıxışlarını çox soyuq qarşılamışdılar.

2. Bu operalar tamaşaya qoyulmuşdu: "Su pərisi", "Demon", "Jiznğ za üarə", "Yevgeni Onegin", "Karmen", "Trubadur", "Otello", "Traviata", "Aida", "Riqoletto", "Sevilya bərbəri", "Jidovka", "Faust", "Lüçiya di Lammermur", "Minğyona". ("Trubadur", "Riqoletto", operaları italyan dilində ifa edilmişdi).

3. Daha geniş bax: M.X.Dilbazova. "İz muzıkalğnoqo proşloqo Baku". B., 1985.

4. Opera ilk dəfə H.Z.Tağıyev teatrında, sonralar isə Nikitin qardaşlarının sirk binasında tamaşaya qoyulmuşdur.

5. Bu musiqili-komediya, artıq Mailov qardaşları teatrının səhnəsində tamaşaya qoyulmuşdu.

6. İlk dəfə bu opera Bakıda 1927-ci il 6, 11 fevralda tamaşaya qoyulmuşdur. Bax."Letopisğ muzıkalğnoy jizni Azerbaydjana." (1926-1932q.q.) A.N.İsazade,T.Q.Axundov.İzdvo."Glm",1982q, str.27-28."

 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site