Jurnal haqqında

"Musiqi Dünyası" elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif, musiqi jurnalıdır.

Biz "Musiqi Dünyası" jurnalının kollektivi olaraq milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması kimi bir missiyanı həmişə ləyaqətlə dasıyır, yaradıcılıq əlaqələrimizin genişlənməsini arzulayırıq. Bizim yaradıcı ünsiyyətimiz musiqi dünyamızı zənginləşdirir, musiqimizi dünyaya tanıdır.

Qeyd etmək lazımdır ki, "Musiqi Dünyası" həyata keçirtdiyi hər bir layihə ilə Azərbaycan mədəniyyətinin nüfuzunun getdikcə daha da artmasına, dünya miqyasında genişlənməsinə, Azərbaycan mədəniyyətinin müxtəlif aspektlərdə təbliğinə xidmət edir və bu həyati yüklü bir missiyanı hər zaman şərəflə həyata keçirəcəkdir.