"Musiqi dünyası" Vol.28 № 2 (107) 2026
30.06.2026
Article №6; 92-99 pages.
Səfərova Z. Üzeyir Hacibəylinin Azərbaycan dili və musiqidə tərcümə haqqında nəzəriyyəsi bu gün də maraq doğurur (Üzeyir Hacıbəyli-140)
Сафарова З. Теория Узеира Гаджибейли об азербайджанском языке и переводе в музыке вызывает интерес и сегодня (Узеир Гаджибейли-140)
Safarova Z. Uzeyir Hajibeyli's theory of translation in the Azerbaijan language and music is still interesting today (Uzeyir Hajibeyli-140)https://doi.org/10.65058/VYDU3763
ZEMFİRA SƏFƏROVA
Akademik, sənətşünaslıq doktoru, professor
Azərbaycan Milli Elmlər Akademiyası
E-mail:zemfirasafarova@anas.az
https://orcid.org/0009-0001-3133-0534
Bakı: Musiqi dünyası. Beynəlxalq Elmi
Musiqi Jurnalı, – 2026.Vol.28/№2 (107), s. 92-99.
Download PDF
Açar sözlər: İlham Əliyev, AMEA, dilin saflığı, musiqi, tərcümə.
Xülasə
Məqalədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyində çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunması barədə söylədiyi tezislərin məqalə müəllifi tərəfindən rəsmi çağırış kimi dəyərləndirilməsinə dəvət olunur. Belə ki, Azərbaycan dilinin 50 milyondan artıq insanın ana dili olduğu halda xarici ifadələrin istifadəsinin milli kimliyin sarsılmasına səbəb ola biləcək amili gündəmə gətirilib. Yazıda Azərbaycanda dilin qorunması probleminin tarixi köklərinə toxunulur. Qeyd olunur, hələ 1912-ci ildə Üzeyir Hacıbəyli “Dilimizi korlayanlar” felyetonunda dilin qrammatik strukturunun pozulmasına qarşı tənqidi mövqeyini açıqlamışdır. Ü. Hacıbəyli həmin dövrdə din və teatr xadimlərinin Azərbaycan dilinin sintaktik strukturunu və qrammatikasını süni şəkildə korlanmasını ifşa edirdi. Məlumdur ki, Ü. Hacıbəyli musiqi tərcüməsi məsələsini qaldıraraq, Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşması üçün bədii yollar axtarmışdır.

