"Musiqi dünyası" Vol.28 № 2 (107) 2026
30.06.2026
Article №4; 69-77 pages.
Abbasova N. Milli geyim tarixi mənbə kimi
Аббасова Н. Национальный костюм как исторический источник
Abbasova N. National costume as a historical sourcehttps://doi.org/10.65058/DJEP5829
NİGAR ABBASOVA
Azərbaycan Rəssamlıq Akademiyasının doktorantı
E-mail: nr.samedova@mail.ru
https://orcid.org/0009-0006-6190-9594
Bakı: Musiqi dünyası. Beynəlxalq Elmi
Musiqi Jurnalı, – 2026.Vol.28/№2 (107), s. 69-77.
Download PDF
Açar sözlər: kostyum, tarixi mətn, Qarabağ regionu, etnik, kulturoloji aspekt, semiotik təhlil.
Xülasə
Tədqiqatın aktuallığını ənənəvi geyimlərin sadəcə gündəlik əşya kimi deyil, həm də mühüm sosial-mədəni kod və tarixi yaddaşın maddi daşıyıcısı kimi qəbul edilməsinin zərurəti ilə müəyyən olunur. Bu aspektdən məqalədə milli geyimlər tarixi mənbə kimi araşdırılır. Tədqiqatın məqsədi geyimi müxtəlif ölkə və xalqların tarixini əks etdirən əsas amil kimi, onun geyim formalarındakı təzahürləri aspektində təhlil etməkdir. Araşdırmada kostyumun tarixi mənbə kimi mahiyyətinin hərtərəfli açılması üçün metodoloji əsas olaraq, geyim artefaktını tarix və mədəniyyət faktı kimi qəbul edən hermenevtik-fenomenoloji ənənənin aparıcı istiqamətlərinə istinad olunmuşdur. Bu yanaşma kostyumda obyektivləşdirilmiş maddi və sosial-mədəni fonu yenidən qurmağa imkan vermişdir. Beləliklə, kostyumun tarixi mənbə kimi səciyyələndirilməsi, onun məqsədyönlü təsviri və müvafiq xassələri əsasında, istənilən geyim kompleksinə münasibətdə invariant xarakter daşıyan dörd səviyyəli informasiya modelini müəyyən etməyə və ətraflı araşdırmağa imkan yaradır. Bu səviyyələr bir-birindən təcrid olunmur, əksinə, çox vaxt bir səviyyədə olan məlumatlar mətnin digər informativ hissəsinin mənasını başa düşmək üçün açar rolunu oynayır. Tədqiqatın nəzəri əhəmiyyəti tədqiqatda milli geyimlərin retrospektiv təhlili və dekonstruksiyası prinsiplərinin konseptual əsasda tətbiqinə imkan yaratması ilə müəyyən olunur. Araşdırmanın praktiki əhəmiyyəti ondan ibarətdir ki, əldə olunan mühüm nəticələr muzey ekspertizası, tarixi rekonstruksiya, teatr və kino sənayəsi, habelə tarixi məlumatlara əsaslanaraq etnik geyimləri hazırlayan müasir dizayner-rəssamlara metodik vəsait kimi gərəkli ola bilər.

