"Musiqi dünyası" Vol.28 № 1 (106) 2026

30.03.2026


Article №3; 36-46 pages.
Quliyeva M. Azərbaycanın ilk qadın qanun ifaçısı Asya Tağıyevanın arxiv materiallarının təsviri
Гулиева М. Описание архивных материалов первой в Азербайджане женщины канонистки Аси Тагиевой
Guliyeva M. Description of archival materials of Azerbaijan's first female canonist Asya Taghiyeva

https://doi.org/10.65058/WNAG7319


MAHİRƏ QULİYEVA
Azərbaycan Milli Konservatoriyasının doktorantı
https://orcid.org/0009-0003-2890-2161
E-mail: mahireguliyeva353@gmail.com


Bakı: Musiqi dünyası. Beynəlxalq Elmi
Musiqi Jurnalı, – 2026.Vol.28/№1 (106), s. 36-46.

Download PDF

   

Açar sözlər: Asya Tağıyeva, qanun, musiqi, ifaçılıq, məktəb, arxiv, materiallar.

Xülasə
Azərbaycan musiqi sənəti qədim dövrlərdən başlayaraq bu gün də müxləlif inkişaf yolları keçir. Bu yolların əsasını milli kolorit və xalq yaradıcılığı təşkil edir. Məmləkətimizin müxtəlif şəhər və rayonlarında zamanla yaşayıb-yaratmış  instrumental ifaçılarımızın adlarına rast gəlirik. Axtarışlar nəticəsində bəlli olur ki, bir çox ifaçılarımızın sənəti yetərincə araşdırılmayıb və onların yaradıcılığı arxiv materialları üzərində qalıb. Belə ifaçılarımızdan biri Azərbaycanın ilk qadın qanun ifaçısı Asya Tağıyevadır.Qeyd edək ki, instrumental ifaçılarımızın yaradıcılığı nə qədər araşdırılmış görünsə də, bu məsələlər hər zaman aktuallığını qoruyub saxlamaqdadır. Beləliklə, Azərbaycanda ilk qadın qanun ifaçılıq məktəbinin yaradıcısı Asya Tağıyevanın müxtəlif səpkili çalışmaları diqqətimizi çəkdi və bu araşdırmanın əsasını yaratdı.Məqaləni yazmaqda əsas məqsədimiz – Asya Tağıyevanın yaradıcılığını  araşdırmaq, ifaçılıq xüsusiyyətlərini öyrənmək və əldə etdiyimiz bilikləri ictimayyətə çatdırmaqdan ibarətdir. Bizim araşdırma metodlarımız Azərbaycanın əməkdar artisti, kanon məktəbinin ilk qadın banisi və pedaqoq Asya Tağıyevanın arxiv materialları üzərində qurulmuşdur. Məqalədə, Asya Tağıyevanın pedaqoji və ifaçılıq fəaliyyətini, respublikada və xaricdəki konsert proqramlarını təsdiq edən sənədlər təqdim olunur. Araşdırmalar üç istiqamət əsasında aparılmışdır: 1. A.Tağıyevanın ifaçılıq xüsusiyyətləri; 2. A.Tağıyeva qanun ifaçısı kimi;3. A.Tağıyevanın pedaqoji fəaliyyəti və s. Sonda qeyd edirik ki, hər bir virtuoz ifaçının musiqi xüsusiyyətləri yeni nəsil üçün ilham mənbəyi olduğundan, A.Tağıyevanın da yaradıcılığı musiqişünaslar tərəfindən diqqətlə öyrənilməli və ictimaiyyətə təqdim olunmalıdır.Beləliklə, A.Tağıyevanın yaradıcılığı praktiki, həmçinin nəzəri baxımdan tədrisdə öz yerini tapmalıdır.Bu yazı üçün Asya Tağıyevanın arxiv sənədlərini bizə təqdim edən qızı Zülfiyyə Əliyevaya dərin təşəkkürümüzü bildiririk.