"Musiqi dünyası" Vol.28 № 1 (106) 2026

30.03.2026


Article №2; 19-35 pages.
İsfəndiyarova T. Firəngiz Əlizadənin kamera əsərlərində müasir notasiya üsullarının tətbiqi
Исфандиярова Т. Применение методов современной нотации в камерных произведениях Фирангиз Ализаде
Isfandiyarova T.
The application of contemporary notation techniques in the chamber works of Firangız Alizadeh

https://doi.org/10.65058/FFIU2305


TÜRKAY İSFƏNDİYAROVA
https://orcid.org/0009-0003-7471-6554
E-mail: tisfandiyarova@gmail.com
 
Bakı: Musiqi dünyası. Beynəlxalq Elmi
Musiqi Jurnalı, – 2026.Vol.28/№1 (106), s. 19-35.

Download PDF

   

Açar sözlər: notasiya, müasir musiqi, aleotorika, sonoristika, Firəngiz Əlizadə.

Xülasə
Elmi məqalədə müasir notasiya problemləri, onun kateqoriya və növləri, inkişaf üsulları, dünya bəstəkarları tərəfindən necə tətbiq edilib inkişaf etdirildiyi problemi şərh edilir. Eləcə də, müasir Azərbaycan bəstəkarlarında Firəngiz Əlizadənin instrumental və vokal kamera əsərlərində müasir notasiyanın tətbiqi üsulları təhlil edilir. Mövzunun aktuallığı: XX əsr bütün dünya mədəniyyətində yeni üfüqlərin açıldığı geniş mənzərəli bir dövrdür. Bu yüzilliyin musiqi mədəniyyəti cərəyanların, istiqamətlərin, üslubların, bəstəkar və ifaçıların kəmiyyəti, rəngarəngliyi və zənginliyi ilə heyrətləndirir. Onlar estetik, kulturoloji, texniki və struktur prinsipləri ilə o qədər fərqlidirlər ki, bəzən oriyentasiya etmək çox çətindir. Bununla belə, müasir musiqinin öyrənilməsi bizim mürəkkəb dövrümüzün mənəvi və fəlsəfi mahiyyətini, müasirlərimizin psixologiyasını daha yaxşı başa düşməyə imkan yaradır, çünki musiqi bizi əhatə edən aləmi bilavasitə və emosional şəkildə əks etdirən dəqiq barometrdir. XX yüzillik musiqisinin paradoksları harmoniyada yeni prinsiplərin formalaşmasına, yeni bəstəkarlıq metodologiyası və musiqi formalarının (məsələn, komponentlərin yerləşməsində təsadüf ünsürünə əsaslanan “açıq” kompozisiya formaları) yeni musiqi janrları və istiqamətləri, yeni instrumental tərkiblərin yaranmasına gətirib çıxarır. Eyni zamanda müasir musiqi tələblərinə adaptasiya edilən qədim ənənələr yenidən “kəşf edilir” və mənalandırılırdı: neoklassisizm, neoromantizm, neofolklorizm şəklində inkişaf edirdi. Müasir notasiya musiqinin ən çox dəyişikliyə məruz qalan komponentinə çevrilir. Çünki, o artıq ənənəvi forması ilə bəstəkarların yeni ideyalarını, düşüncələrini həyata keçirtmək iqtidarında deyildi. Yeni ünsürlərlə yüklənmiş musiqinin köhnə üsullarla nota salınmasının məhdudluğu problemi bəstəkarları bu sahədə yeniliklər etməyə sövq edirdi. Bununla yanaşı musiqidə bir-birinə zidd olaraq yaranan cərəyanların gətirdiyi tendensiyalar, bəstəkarların öz fikirlərini reallaşdırmaq səyi, ifaçıların və tədqiqatçıların bu ideyaları anlamaq üçün musiqinin dəqiq fiksasiyası zərurəti yeni notasiya növlərinin yaranması və inkişafına təkan verir.  Elmi məqalənin məqsəd və vəzifələri. Təqdim edilən məqalənin məqsədi Azərbaycan musiqi elmində kifayət qədər öyrənilməmiş problemin – müasir notasiyanın araşdırılması olmaqla bərabər, o həmçinin müəyyən vəzifələri də özündə ehtiva edir. Tədqiqat işinin ən mühüm vəzifələrindən biri bəstəkar ideyaları, düşüncələri ilə onun kağız üzərində fiksasiyası üsulları arasındakı qarşılıqlı əlaqənin aydınlaşdırılmasıdır. Həmçinin, müasir notlaşdırmanın Azərbaycan bəstəkarlarının yaradıcılığında əhəmiyyətinin əyani nümunəsi kimi müasir dövr bəstəkarlarından Firəngiz Əlizadənin kamera əsərləri yeni prizmada ilk dəfə olaraq təhlil edilmişdir. Elmi məqalənin yeniliyi. Tədqiqat işində ilk dəfə olaraq müasir Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin instrumental və vokal kamera əsərləri – “Sturm and Drang” kamera orkestri üçün kompozisiya, “Yapon poeziyasından” vokal silsilə, eləcə də, “Muğamsayağı”, “Oazis”, “Azərbaycan pastoralları”, “Habilsayağı” ansambl əsərləri, solo violin üçün “Dastan”, “Music for piano” əsərləri nümunəsi timsalında    müasir notasiya növlərinin istifadəsi işıqlandırılmışdır.