"Musiqi dünyası" Vol.28 № 1 (106) 2026

30.03.2026


Article №1; 8-18 pages.
Rzayeva S. Atatürk və Türk milli mədəniyyəti
Рзаева С. Ататюрк и турецкая национальная культура
Rzayeva S. Atatürk and Turkish national culture

https://doi.org/10.65058/CCWA9270


SEVİNC RZAYEVA
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası
https://orcid.org/0009-0004-2017-8436
Email: zamincap@gmail.com

Bakı: Musiqi dünyası. Beynəlxalq Elmi
Musiqi Jurnalı, – 2026.Vol.28/№1 (106), s. 8-18.

Download PDF

   

Açar sözlər: Mustafa Kamal Atatürk, mədəniyyət, incəsənət, musiqi, islahatlar, Türkiyə.

Xülasə
Hazırda milli dövlətçilik ideologiyasının möhkəmləndirilməsi və mədəni özünüdərk prosesində tarixi şəxsiyyətlərin irsinin öyrənilməsi aktual məsələdir. Məqalədə ulu öndər Mustafa Kamal Atatürkün mədəniyyətin inkişafındakı misilsiz xidmətlərindən bəhs olunur. Tədqiqatın məqsədi Mustafa Kamal Atatürkün türk milli mədəniyyətinin və incəsənətinin (xüsusilə musiqi, teatr və təsviri sənətin) inkişafındakı konseptual baxışlarını, onun bu islahatların müasir Türkiyə Cümhuriyyətinin dövlət sütunu kimi rolunu elmi şəkildə araşdırıb təhlil etməkdir. Atatürkün mədəniyyət sahəsindəki islahatları Türkiyə Cumhuriyyətinin mənəvi sütunlarını təşkil edirdi. Tədqiqatda əldə olunan əsas qənaətlərdən biri odur ki, onun milli mədəniyyət konpensiyasının təməlində xalqın yaşadığı reallıqlar və bu reallıqların formalaşdırdığı geniş təcrübələr dayanır. Atatürkə görə mədəniyyətin formalaşmasında ədəbiyyat, rəssamlıq, heykəltaraşlıq, musiqi, teatr, memarlıq kimi bütün təsviri sənətlər xüsusi önəm daşıyır. Tədqiqatın elmi əhəmiyyəti ondan ibarətdir ki, əldə olunan nəticələr mədəniyyətşünaslıq, tarix və sənətşünaslıq sahəsində tədqiqat aparan mütəxəssislər, həmçinin dövlət mədəniyyət siyasətinin formalaşdırılması üçün nəzəri baza rolunu oynaya bilər.