"Musiqi dünyası" Vol.27 № 4 (105) 2025

30.12.2025


Article №5; 62-70 pages.
Əliyeva Y. “Tar – Azərbaycan musiqi alətlərinin tacı” kitabı elmi audio-vizual ensiklopedik mənbədir
Алиева Е. Книга «Тар – венец азербайджанских музыкальных инструментов» как научный аудиовизуальный энциклопедический источник
Aliyeva Y. The book "Tar – the crown of azerbaijanı musıcal instruments" as a scientific audiovisual encyclopedic source

https://doi.org/10.65058/NGAF7565


YEGANƏ ƏLİYEVA
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi,
kulturologiya üzrə fəlsəfə doktoru, dosent
https://orcid.org/0000-0002-4496-5598
E-mail: eqana-aliyeva@yandex.ru

Bakı: Musiqi dünyası. Beynəlxalq Elmi
Musiqi Jurnalı, – 2025.Vol.27/№4 (105), s. 62-70

Download PDF

   

Açar sözlər:
tar, musiqi sənəti, etnobrend, ifaçılıq, nəşr, resenziya.

Xülasə
Resenziya milli musiqi mədəniyyət tariximizin öyrənilməsi baxımından qiymətli elmi-nəzəri audio-vizual ensiklopedik mənbə olan “Tar – Azərbaycan musiqi alətlərinin tacı” kitabının kulturoji aspektdən geniş şərhidir. XXI əsrdə Azərbaycanın yeni mədəniyyət modelinin formalaşdırılması dövründə incəsənət, o cümlədən musiqi sənəti tariximizin öyrənilməsi, gələcək nəsillərə ötürülməsi və qlobal səviyyədə tanıdılması mühüm vəzifələrdən biridir. Kitab milli irs xəzinəmizdə “mədəni etnobrend” statusunu daşıyan tar alətinin təşəkkülü və inkişafı, quruluşu, onun düzəldilməsi sənəti və ənənələrinə həsr olunub. Burada Mirzə Sadıq Əsəd oğlunun (Sadıqcan) tar islahatları, tar alətinin muğam janrı ilə bağlılığı, bəstəkar yaradıcılığında yeri, tar ifaçılarının bioqrafik məlumatları, tar alətinin müasir musiqi təhsilində rolu ayrı-ayrı fəsillərdə əksini tapır. Resenziya elmi ictimaiyyətə və milli mədəniyyət tarixinə maraq göstərənlərə ünvanlanıb. Resenziya tar alətinin tədqiqi sahəsində naviqator qismində çıxış edərək gələcəkdə bu sahədə fikir mübadiləsini təşviq edir.