"Musiqi dünyası" Vol.27 № 4 (105) 2025

30.12.2025


Article №3; 39-51 pages.
Əlizadə A. Azərbaycan kinosunda psixoloji dram janrının formalaşması və inkişaf mərhələlərinin elmi-təhlili
Ализаде А. Научный анализ этапов формирования и развития жанра психологической драмы в азербайджанском кино
Alizade A. Scientific analysis of the stages of formation and development of the psychological drama genre in azerbaijani cinema

https://doi.org/10.65058/RSGI6174


ABBASAĞA ƏLİZADƏ
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dissertantı
https://orcid.org/0009-0007-5159-3327
E-mail: abbasaga.alizade@mail.ru

Bakı: Musiqi dünyası. Beynəlxalq Elmi
Musiqi Jurnalı, – 2025.Vol.27/№4 (105), s. 39-51

Download PDF

   

Açar sözlər:
Azərbaycan kinosu, psixoloji dram, kinoestetika, daxili konflikt, obraz sistemi, ekran psixologiyası.

Xülasə
Məqalədə Azərbaycan kinematoqrafiyasında psixoloji dram janrının formalaşması və inkişaf mərhələləri elmi-nəzəri müstəvidə təhlil edilir. Tədqiqatın aktuallığı milli kinoda psixoloji obrazın və daxili konfliktin estetik modelləşdirilməsi probleminin çağdaş sənətşünaslıq baxımından yenidən dəyərləndirilməsi zərurəti ilə şərtlənir. Araşdırmanın məqsədi Azərbaycan kinosunda psixoloji dram janrının əsas ideya-məzmun xüsusiyyətlərini, poetik-estetik prinsiplərini və aparıcı ekran nümunələri əsasında inkişaf trayektoriyasını müəyyənləşdirməkdir. Tədqiqat çərçivəsində janrın tipoloji xüsusiyyətləri müxtəlif dövrlərə aid filmlərin sistemli təhlili əsasında ümumiləşdirilir və konseptual nəticələr çıxarılır. Seçilmiş metodoloji yanaşmalar psixoloji dramatizmin kino dilində ifadə mexanizmlərini çoxşaxəli şəkildə araşdırmağa imkan verir. Tədqiqatda struktur-semiotik, müqayisəli-tarixi və psixoanalitik metodlardan istifadə edilmişdir. Nəticə olaraq müəyyən edilmişdir ki, psixoloji dram janrı Azərbaycan kinosunda fərdi şüurun, kollektiv yaddaşın və sosial reallıqların sintezini əks etdirən aparıcı estetik istiqamətlərdən birinə çevrilmişdir. Məqalənin nəticələri milli kino tarixinin elmi interpretasiyası və kino nəzəriyyəsinin tədrisi baxımından nəzəri və praktiki əhəmiyyət kəsb edir.