"Musiqi dünyası" Vol.27 № 4 (105) 2025

30.12.2025


Article №2; 27-38 pages.
Qafarlı E. Türkdilli xalqların səhnə mədəniyyətində musiqili teatrın rolu
Гафарлы Э. Роль музыкального театра в сценической культуре тюркоязычных народов
Gafarly E. The role of musical theatre in the stage culture of turkic-speaking peoples

https://doi.org/10.65058/PLXR5390


ELÇİN QAFARLI
Azərbaycan Respublikasının Fəxri mədəniyyət işçisi,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dissertantı
https://orcid.org/0000-0001-7296-8334
E-mail:elchingafarli@gmail.com

Bakı: Musiqi dünyası. Beynəlxalq Elmi
Musiqi Jurnalı, – 2025.Vol.27/№4 (105), s. 27-38

Download PDF

   

Açar sözlər:
teatr, musiqi, TÜRKSOY, tamaşa, opera, türkdilli xalqlar, estetik.

Xülasə
Məqalədə TÜRKSOY təşkilatının türkdilli xalqların yaxınlaşmasına xidmət edən layihələr işıqlandırılır. Teatr əməkdaşlığı vasitəsilə türkdilli xalqların mədəniyyətlərinin inteqrasiyası və yaxınlaşmasının öyrənilməsi incəsənət tarixində, xüsusən də teatrşünaslıqda aktual məsələdir. Bu məqalədə ayrı-ayrı tamaşaların nümunəsində, türkdilli xalqlar arasında musiqi və teatr tamaşalarının yaradılması sahəsində əməkdaşlığın dinamikası araşdırılır. Azərbaycan, Qazaxıstan və digər türkdilli dövlətlər  daxil olmaqla, yaradıcı kollektivlərin peşəkarlığı sayəsində ərsəyə gələn bir sıra beynəlxalq layihələr, məsələn, "Koroğlu", "Arşın Mal Alan" və "Alpamıs" operaları səhnəyə qoyulmuşdur ki, bu da türkdilli xalqların mədəniyyətlərinin inteqrasiyasına töhfə vermişdir. Məqalədə musiqili teatrın türkdilli xalqların mənəvi irsinin qorunmasında   rolu araşdırılır. Tədqiqatda zəngin faktiki materialdan istifadə edilərək sistemli və müqayisəli təhlil metodlarından istifadə edilmişdir. Bu məqalənin elmi və praktiki əhəmiyyəti türk xalqlarının səhnə sənəti və teatr mədəniyyətinin inteqrasiyası ilə bağlı  yeni tədqiqatların aparılmasına ehtiyacdan irəli gəlir. Tədqiqatın nəticələri türkdilli xalqların  teatr mədəniyyətində vüsət alan proseslərin və tendensiyaların öyrənilməsində dəyərli mənbədir.