"Musiqi dünyası" Vol.27 № 4 (105) 2025
30.12.2025
Article №1; 8-26 pages.
Quliyeva M. Anatollu Qulam oğlu Abbasovun şəxsi arxivinin təsviri
Гулиева М. Описание личного архива Анатоллу Гулам оглу Аббасова
Guliyeva M. Description of the personal archive of Anatollu Gulam oglu Abbasovhttps://doi.org/10.65058/TJVL5086
MAHİRƏ QULİYEVA
Azərbaycan Milli Konservatoriyasının doktorantı
https://orcid.org/0009-0003-2890-2161
E-mail: mahireguliyeva353@gmail.com
Bakı: Musiqi dünyası. Beynəlxalq Elmi
Musiqi Jurnalı, – 2025.Vol.27/№4 (105), s. 8-26
Download PDF
Açar sözlər:
Anatollu Abbasov, arxiv materiallar, bəstəkar, dirijor, maarifçi, tarzən.Xülasə
Azərbaycanın bir çox ensiklopedik kitab və məqalələrində, eləcə də qəzet xülasələrində xalqın musiqi mədəniyyətinin tarixi inkişafını qoruyub bizlərə çatdıran sənətkarların adlarına rast gəlirik. Ölkəmizin bir çox şəhər və rayonlarında yaşayan bəstəkarlar, instrumentalçılar, dirijorlar, eləcə də başqa sənət xadimləri arasında yeni adlara rast gəlmək mümkündür. Amma onların sənəti haqqında demək olar ki, çox az məlumat verilir. Qeyd edək ki, bu gün musiqiçilərimizin yaradıcılığı nə qədər araşdırılmış olunsa da, bu məsələlər hər zaman olduğu kimi bu gün də öz aktuallığını saxlamaqdadır. Elə bu səbəbdən də, Anatollu Qulam oğlu Abbasovun çoxşaxəli yaradıcılığı və müxtəlif səpkili çalışmaları diqqətimizi çəkdi. Məqaləni yazmaqda əsas məqsədimiz – yaxın və uzaq rayonlarımızda fəaliyyət göstərən istedadlı və fədakar mədəniyyət işçilərinin sənətini araşdırmaq, eləcə də adlarını üzə çıxarmaqdır. Bundan başqa biz, milli sərvətimiz olan – musiqi mədəniyyətimizi qoruyub, ictimayyətə tanıtmalıyıq. Araşdırma Azərbaycanın Qabaqcıl Maarif Xadimi, SSR-i Maarif Əlaçısı, Metodist müəllim, Əmək veteranı, həvəskar, bəstəkar, dirijor, xormeyster, tarzən, pedaqoq Anatollu Qulam oğlu Abbasovun arxiv materialları üzərində qurulmuşdur. Əldə etdiyimiz nəticələr əsasında Anatollu Qulam oğlu Abbasovun arxiv sənədlərinin təsviri verilir və çoxşaxəli yaradıcılığının müxtəlif istiqamətləri təqdim olunur. Burada onun pedaqoji fəaliyyətindən, orkestr və ansambl quruculuğundan, gənclər arasında apardığı təlim-tərbiyə işlərindən, bəstələdiyi mahnıların məzmunu, eləcə də, sənətkarın Quba şəhərində ictimai yerlərdə keçirdiyi konsert proqramlarından söz açılır. Deməliyik ki, A.Q.Abbasovun çoxşaxəli yaradıcılığı daha geniş araşdırılmalı və dissertasiya mövzusu səviyyəsində təqdim edilməlidir. A.Abbasovun yaradıcılığı praktiki və nəzəri baxımdan tədrisdə və elm sahəsində öz yerini tapmalıdır: a)A.Abbasovun mahnı yaradıcılığı və bəstəkarlıq xüsusiyyətləri; b)A.Abbasov dirijor və rəhbər; c)A.Abbasov tar ifaçısı kimi; d) A.Abbasovun pedaqoji fəaliyyəti və s.. Məqalənin ərsəyə gəlməsində Anatollu Abbasovun oğlu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ağahüseyn Abbasova, bizə təqdim etdiyi şəxsi arxiv sənədlərinə görə dərin minnətdarlığımızı bildiririk.

