"Musiqi dünyası" Vol.27 № 3 (104) 2025

30.09.2025


Article №6; 86-98 pages.
Ağayeva N. Sənətkar ömrünün improvizələri. İftixar Piriyev – 65
Агаева Н. Импровизации творческой жизни. Ифтихар Пириев – 65
Agaeva N. Improvization of creative life. Iftikhar Piriev – 65

http://doi.org/10.65058/TMTI5334

NƏRMİNƏ AĞAYEVA 

AMEA Memarlıq və İncəsənət İnstitutu “Teatr, kino və televiziya” şöbəsinin
aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Ünvan: AZ1073, Bakı ş., H.Cavid pr., 115
E-mail: narmina.agayeva.mii@gmail.com
https://ORCID.org/0009-0004-1459-2913

Bakı: Musiqi dünyası. Beynəlxalq Elmi
Musiqi Jurnalı, – 2025.Vol.27/№3 (104), s. 86-98.

Download PDF

   

Açar sözlər:
İftixar Piriyev, İrəvan Azərbaycan Dram Teatrı, yeni teatr sistemi, qeyri-səlis məntiq teatrı.
Xülasə
Məqalə Azərbaycan teatr sənətinin korifey sənətkarı, Əməkdar mədəniyyət işçisi, şair, dramaturq, aktyor, rejissor, teatr təşkilatçısı, bədii rəhbər, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Fəhrat oğlu Piriyevin anadan olmasının 65, yaradıcılıq fəaliyyətinin 45 illiyinə həsr olunub. Milli teatr prosesimizdə öz sənət yolu, fərqli yaradıcılıq üslubu,  demokratik düşüncə və məfkurə konsepti, mənəvi və intellektual dünyası ilə seçilən İftixar Piriyev uzun illərdir ki, “Teatr mənim həyatımdır” konsepti ilə Azərbaycan mədəniyyətinə, teatr sənətinə xidmət edir. Məqalədə İ.Piriyevin 1991-1998-ci illər ərzində Akademik Milli Dram Teatrında, daha sonrakı illərdə İrəvan Azərbaycan Dram Teatrında yaratdığı çox saylı fərqli xarakterlərə malik obrazların  barədə məlumat verilir. O, 2009-cu ildə İrəvan Teatrının səhnəsində hazırlanmış dramaturq Aqşin Babayevin “Xilaskar” və 2013-cü ildə özünün müəllifi olduğu “Qurtuluş dastanı”, 2016-cı ildə Hidayətin “Burdan min atlı keçdi” əsərlərinin tamaşalarında ümummilli lider Heydər Əliyevin bədii obrazını ifa edən sənətkar kimi səciyyələndirilir. İ. Piriyevin  20-dən çox müasir və tarixi pyeslərin müəllifi olduğu, onun dram əsərlərinin həm Azərbaycanda, həm də xarici ölkə teatrlarında tamaşaya hazırlanması ətraflı şərh edilir. Məqalədə İftixarın “aktyor rejissurası” yaradıcılıq laboratoriyası barədə məlumat verilir. Onun müasir teatr düşüncəsi üçün qeyri-səlis məntiq sistemi üzərində qurulan   “Siluet”, “Səs”, “Stalin-İzm” rejissor tamaşalarının teatrımızda yeni sənət arenası və yeni teatr modelinin yaranışına ilk praktiki nümunələr olmasını təsdiqləyir.