"Musiqi dünyası" Vol.27 № 3 (104) 2025
30.09.2025
Article №3; 48-59 pages.
Məcidova E. Azərbaycan fortepiano mədəniyyəti tarixindən
Меджидова Э. Из истории фортепианной культуры Азербайджана
Majidova E. From the history of piano culture in Azerbaijan
http://doi.org/10.65058/HKQE7895
ELNARA MƏCİDOVA
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dissertantı,
İxtisas fortepiano kafedrasının baş müəllimi
Ünvan: AZ, 1014, Bakı, Ş.Bədəlbəyli küçəsi, 98.
E-mail: m.elnara@rambler.ru
https://orcid.org/0009-0008-9867-2556
Bakı: Musiqi dünyası. Beynəlxalq Elmi
Musiqi Jurnalı, – 2025.Vol.27/№3 (104), s. 48-59
Download PDF
Açar sözlər:
musiqi, fortepiano, pedaqogika, klassika, forma, interpretasiya
Xülasə
Müasir Azərbaycan musiqişünaslığında fortepiano mədəniyyətinin problemlərinin tarixi-nəzəri işlənilməsi aktual problemlərdən biridir. Ona görə də bu gün Azərbaycan musiqişünaslığında fortepiano sənətinin problemlərinin tədqiqinin aparıcı yerlərdən birini tutması bununla əlaqələndirilir. Bu baxımdan məqalə Azərbaycan fortepiano mədəniyyətinin klassik ənənələrinin icmalına həsr olunmuşdur. Burada Azərbaycan fortepiano sənətinin elə parametrlərinə baxılır ki, onları fortepiano ifaçılığının klassik vektorları kimi müəyyənləşdirmək vacibdir. Tədqiqatın məqsədi Azərbaycan fortepiano mədəniyyətinin klassik ənənələrinin formalaşmasında və inkişafında xüsusi rolu olan pianoçu-pedaqoqların fəaliyyətinin əsas xüsusiyyətlərini işıqlandırmaqdan ibarətdir.Məqalədə ifaçılıq yaradıcılığında, pedaqogikasında klassik ənənələrin təməlini qoyan Azərbaycan pianoçularının ilk nəslinin tarixi rolu xüsusi olaraq göstərilir. Burada, həmçinin, XX əsrin ortalarından başlayaraq fəaliyyət göstərən görkəmli pianoçu-pedaqoqlar Q.Q.Şaroyevin, M.R.Brennerin, K.K.Səfərəliyevanın, R.Atakişiyevin, N.Usubovanın, F.Quliyevanın, E.Nəzirovanın və b. metodik prinsipləri ümumiləşdirilərək şərh edilir. Araşdırma zamanı musiqişünaslığın əsas metodoloji bazasına, tarixi – müqayisəli, kontekstli, sistemli tədqiqat üsullarına istinad olunur.Aparılan araşdırmadan əldə olunan nəticələrin müasir fortepiano ifaçılığının tədqiqi ilə bağlı elmi işlər üçün mühüm elmi baza olmaqla yanaşı, həm də tədris prosesində də istifadə edilməsinin məqsədəuyğunluğu vurğulanır.

