"Musiqi dünyası" Vol.27 № 3 (104) 2025

30.09.2025


Article №2; 32-47 pages.
Baxşəliyev F. “Rast”, “Şur” və “Çahargah” muğamlarında mikroxromatika məsələləri
Бахшалиев Ф. Вопросы микрохроматики в мугамах «Раст», «Шур» и «Чахаргях»
Bakshaliyev F.  Mıcrochromatıcal ıssues ın the mughams "Rast," "Shur" and "Chakhargah"

http://doi.org/10.65058/NSNR8322

FƏXRƏDDİN  BAXŞƏLİYEV 

Azərbaycan Milli Konservatoriyasının dosenti
Ünvan: AZ 1073, Yasamal rayonu Ələsgər Ələkbərov 7
E-mail: salimhak@mail.ru
https://orcid.org/0009-0001-3160-1963

Bakı: Musiqi dünyası. Beynəlxalq Elmi
Musiqi Jurnalı, – 2025.Vol.27/№3 (104), s. 32-47

Download PDF

   

Açar sözlər:
Muğam, məqam, Şərq, səsdüzümü, mikroxromatika, sufi, fəlsəfə, ifaçılıq, temperasiya
Xülasə
Azərbaycan muğam sənətinin yaranıb formalaşma tarixindəki ən mühüm amillərdən biri  məqam və tonallıq məsələləridir. Azərbaycan muğamları mahiyyət etibarilə Şərq muğamlarının tərkib hissəsidir.  Bu baxımdan bəzi itirilmiş dəyərlər vardır ki, onları geri qaytarmaq aktual məsələlərdən biridir. Məqalənin aktuallığı   mikroxromatik səslərin bərpası  və milliləşdirilməsin kimi problemlərin həlli yollarının axtarıb tapəlması zərurəti ilə izah olunur. Son yüz ilə yaxın   zaman ərzində postsovet məkanındakı bütün xalqlar kimi, Azərbaycanda da milli musiqiyə tədbiq edilən bərabər temperasiyalı sistem muğamların ifasında bir çox problemlərin ortaya çıxmasına səbəb olmuşdur. Bu baxımdan  muğam sənətinə yeni və konseptual baxış tərziylə yanaşmaq olduqca vacib məsələlərdən biridir. Araşdırmanın məqsədi Azərbaycan muğamları olan “Rast”, “Şur” və “Çahargah”ın mikroxromatik səs sistemi kontekstində tədqiq etməkdir. Məqalənin əsas hissəsində “Rast”, “Şur” və “Çahargah” muğamlarının mikrotonal quruluşları təhlil olunur, həmin muğamların Şərq ölkələrindəki variantları ilə müqayisələr aparılır, Azərbaycanda formalaşacaq   versiyaları haqqında məlumatlar verilir. Araşdırma zamanı müqayisəli və struktural təhlil metodlarına istinad olunub. Tədqiqatın elmi yeniliyi: məqalədə ilk dəfə olaraq Şərqin qeyri-bərabər temperasiyası kontekstində çağdaş Azərbaycan muğam sənətinin yeri və əhəmiyyətinin  sistemli şəkildə öyrənilməsinə cəhd edilir. Alınan nəticələr Azərbaycan milli musiqi intonasiyasının özünəxas və milliləşmiş mikrotonlu sisteminə  nəzəri müstəvidə baxılmasına imkan yaradır. Məqalənin nəzəri əhəmiyyəti Azərbaycan muğamları olan Rast, Şur və Çahargahın mikroxromatik səs sistemi kontekstində tədqiq edilməsi milli musiqi nəzəriyyəsinə, o cümlədən etnomusiqişünaslığa töhfə verməsindədir. Məqalənin praktiki əhəmiyyəti: yeniliyə və ümumşərq məqam təfəkkürünə kortəbii şəkildə meyl nümayiş etdirən gənc nəsil ifaçıları üçün  nəzəri  mənbə kimi tətbiq edilə bilər.