<% Set Conn = Server.CreateObject("ADODB.Connection") Conn.Open "Provider=Microsoft.Jet.OLEDB.4.0; Data Source=" & server.mappath("base/magazines.MDB") & ";" if request.QueryString ("page")="" then page=1 else page=request.QueryString ("page") end if SQL = "SELECT * From textes where id="&request.QueryString("id") Set rst = Conn.Execute(SQL) if rst("page1")<>" " then pagecount=pagecount+1 end if if rst("page2")<>" " then pagecount=pagecount+1 end if if rst("page3")<>" " then pagecount=pagecount+1 end if if rst("page4")<>" " then pagecount=pagecount+1 end if if rst("page5")<>" " then pagecount=pagecount+1 end if partNumber = rst("part") textnumber=request.QueryString("id") number = rst("number") author = rst("author") pagetxt = rst("page"&page) name = rst("name") partnum=rst("part") txtnum = rst("id") fnttxt = rst("fonts") videoq =rst("videoq") soundq =rst("soundq") if rst("videoq")>0 then videoVis="
" end if if rst("soundq")>0 then soundVis="
" end if set rst = nothing set Conn = nothing %> <% Set Conn = Server.CreateObject("ADODB.Connection") Conn.Open "Provider=Microsoft.Jet.OLEDB.4.0; Data Source=" & server.mappath("base/magazines.MDB") & ";" SQL = "SELECT * From parts where id="&partnum Set rst1 = Conn.Execute(SQL) partname= rst1("partname") fnt=rst1("fnt") set rst1 = nothing set Conn = nothing %> :: Musiqi Dunyasi ::
AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQI - 70
Təbriklər
TARİYEL MƏMMƏDOV

 

 

 

Dahi Üzeyir bəyin uca amalından doğuldu qüdrətli bəstəkarlıq məktəbimiz, sonra da özünün təşkilatını – 70 yaşlı Azərbaycan Bəstəkarlar İttifaqını yaratdı. Bir əsrlik tarixi inkişaf yolunun çox hissəsini məhz həmin qurumun rəhbərliyi və qayğıları ilə qət etdi. Müxtəlif nəsillərin şan-şöhrətli nümayəndələri zamanla birlikdə addımladılar, yüksək bədii ideallar uğrunda mübarizə apardılar. Beləcə, dövrün həyəcan dolu musiqi salnaməsi yazıldı, xalqın duyğu və düşüncələri ecazkar musiqi dilində dünyaya bəyan oldu. Yubileyini qeyd etdiyimiz Bəstəkarlar İttifaqımız Azər-baycan Respublikasının Prezidentinə arxalanaraq təkcə yaradıcılıq işini istiqamətləndirir, bütün musiqi mədəniyyətinin məsuliyyətini öz üzərinə götürərək, musiqişünaslıq, ifaçılıq, folklor, təhsil, estetik tərbiyə və başqa sahələrdə yüksək mövqe tutdu. Musiqi sənətinin tədqiqat və təbliğata, tənqid və pub-lisistikaya olan ehtiyacını nəzərə alıb «Musiqi Dünyası» jurnalını da təsis edən elə həmin Bəstəkarlar İttifaqı oldu. Jurnalımızın mürəkkəb və geniş fəaliyyətini həmişə dəstəklədi, faydalı məsləhətləri və əməli işi ilə redaksiya heyətinə möhkəm dayaq oldu. Bu əməkdaşlığımız gələcəkdə də davam edəcək və öz gözəl bəhrəsini verəcəkdir. «Musiqi Dünyası»nın bütün əməkdaşları Azərbaycan Bəstəkarlar İttifaqını 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, onun hər bir üzvünə möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq qələbələri arzulayır.

TARİYEL MƏMMƏDOV
«Musiqi Dünyası» jurnalının baş redaktoru,
sənətşünaslıq doktoru,
professor.


   

 


Next Page