<% Set Conn = Server.CreateObject("ADODB.Connection") Conn.Open "Provider=Microsoft.Jet.OLEDB.4.0; Data Source=" & server.mappath("base/magazines.MDB") & ";" if request.QueryString ("page")="" then page=1 else page=request.QueryString ("page") end if SQL = "SELECT * From textes where id="&request.QueryString("id") Set rst = Conn.Execute(SQL) if rst("page1")<>" " then pagecount=pagecount+1 end if if rst("page2")<>" " then pagecount=pagecount+1 end if if rst("page3")<>" " then pagecount=pagecount+1 end if if rst("page4")<>" " then pagecount=pagecount+1 end if if rst("page5")<>" " then pagecount=pagecount+1 end if partNumber = rst("part") textnumber=request.QueryString("id") number = rst("number") author = rst("author") pagetxt = rst("page"&page) name = rst("name") partnum=rst("part") txtnum = rst("id") fnttxt = rst("fonts") videoq =rst("videoq") soundq =rst("soundq") if rst("videoq")>0 then videoVis="
" end if if rst("soundq")>0 then soundVis="
" end if set rst = nothing set Conn = nothing %> <% Set Conn = Server.CreateObject("ADODB.Connection") Conn.Open "Provider=Microsoft.Jet.OLEDB.4.0; Data Source=" & server.mappath("base/magazines.MDB") & ";" SQL = "SELECT * From parts where id="&partnum Set rst1 = Conn.Execute(SQL) partname= rst1("partname") fnt=rst1("fnt") set rst1 = nothing set Conn = nothing %> :: Musiqi Dunyasi ::
AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQI - 70
Təbriklər
NİZAMİ XUDİYEV

 

 

 

MUSİQİMİZİN BU GÜNÜ VƏ SABAHI NAMİNƏ

Azərbaycan musiqi sənətinin inkişafında, onun dünya miqyasına çıxmasında, müxtəlif ölkələrdə təbliğində, musiqi şedevrlərimizin auditoriyalarda rəğbətlə qarşılanmasında, sevilməsində bünövrəsi 70 il əvvəl qoyulmuş Azərbaycan Bəstəkarlar İttifaqının xidmətləri əvəzsizdir. Məhz musiqi sənətimizin beşiyi başında dayanan bu təşkilatın səmərəli fəaliyyəti nəticəsində Azərbaycan musiqisi hərtərəfli inkişaf edərək müasir dünya musiqi mədəniyyəti xəzinəsinə öz layiqli töhfələrini vermişdir. Təsadüfi deyil ki, indi çağdaş dünyanın musiqi korifeyləri siyahısında Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov və başqalarının da adları çəkilir. Milli musiqimizin inkişafında Azərbaycan Dövlət Televiziyası və Radiosunun Bəstəkarlar İttifaqı ilə birgə işi də böyük rol oynayır. Əslində elə radionun və televiziyanın yarandığı ilk günlərdə onların proqramlarının xeyli hissəsini musiqi verilişləri təşkil edib. Sonralar radio və televiziya inkişaf etdikcə ayrıca musiqi baş redaksiyaları yaradılıb. Biz fəxr edirik ki, Azərbaycan radiosunda musiqi verilişlərinin əsasını Ü.Hacıbəyov və M.Maqomayev kimi dahi şəxsiyyətlər qoyublar. Bundan başqa müxtəlif vaxtlarda S.Rüstəmov, Niyazi, T.Bakıxanov, C.Cahangirov kimi sənətkarlar teleradio ilə sıx əməkdaşlıq etmişlər. Bu gün də teleradionun musiqi baş redaksiyaları Bəstəkarlar İttifaqı ilə sıx əməkdaşlıq edir. Hazırda çoxmilyonlu tamaşaçı və dinləyici auditoriyasının böyük rəğbət göstərdiyi və maraqla dinlədiyi, baxdığı verilişlər sırasında həmin redaksiyaların hazırladığı musiqi proqramları xüsusi yer tutur. Təsadüfi deyil ki, musiqi proqramlarının bir çoxunun aparıcıları da elə ya Bəstəkarlar İttifaqının üzvləri, ya onların məsləhəti ilə də’vət olunan mütəxəssislərdir. 70 yaşlı Bəstəkarlar İttifaqının təşkilatlanmasında, püx-tələşməsində və indiki səviyyəyə gəlib çatmasında dahi bəstəkarlarımız Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Tofiq Quliyevin və başqalarının misilsiz əməyi olub. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, həm Bəstəkarlar İttifaqının fəaliyyətinin tənzimlənməsində, həm də musiqi sənətimizin inkişaf etdirilib dünya miqyasında tanıdılmasında xalqımızın ümummilli lideri Heydər Əliyev də misilsiz xidmətlər göstərmişdir. XX əsr Azərbaycan musiqisinin inkişafında müstəsna xidmətləri olan Azərbaycan Bəstəkarlar İttifaqını, onun bütün üzvlərini əlamətdar yubiley münasibəti ilə teleradio şirkətinin kollektivi adından səmimi qəlbdən təbrik edir, bütün musiqiçilərimizə möhkəm can sağlığı, uzun ömür, Azərbaycan mədəniyyətinin tərəqqisi naminə yeni uğurlar arzulayıram.

NİZAMİ XUDİYEV
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri,
professor, Millət vəkili


   

 


Next Page