ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
XOR MUSIQISI PLENUMU
-
Search

ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
XOR MUSIQISI PLENUMU
-

 


YENILIKLƏR


       Lənkəranda Azərbayjan Bəstəkarlar Ittifaqının səyyar plenumu keçirilmişdir. Plenumun işində Bəstəkarlar Ittifaqının Birinji Katibi, Respublikanın xalq artisti, professor Vasif Adıgözəlov; sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov; professor Musa Mirzəyev iştirak etmişdir.
       Plenumu Lənkəran rayonu Ijra Hakimiyyətinin başçısı Yaşar Rzayev açmışdır. Sonra professor Vasif Adıgözəlov çıxış edərək, regionun zəngin musiqi ənənələrinin inkişafı üçün zəruri bazanın mövjudluğunu vurğulamışdır. Azərbayjan musiqisinin korifeyləri Üzeyir Hajıbəyov, Müslüm Maqomayev bu regiona daim maraq göstərmiş, kadrlar hazırlanmasının qayğısına qalmışlar. Hazırda Lənkəranda iki orta musiqi məktəbi, musiqi texnikumu, Lənkəran Dövlət Universitetində musiqi fakultəsi, yüksək ixtisaslı musiqişünas kadrları fəaliyyət göstərir.
        Regionun musiqi həyatını fəallaşdırmaq məqsədi ilə burada Bəstəkarlar Ittifaqının təskilatını açmaq qərara alınmışdır. Azərbayjan Bəstəkarlar Ittifaqının Lənkəran yaradılmış, professor Musa Mizəyev onun Sədri seçilmişdir.
       Plenumun sonunda Lənkəran musiqi məktəbləri və musiqi texnikumu şagirdlərinin ifasında konsert olmuşdur. Konsertdə Üzeyir Hajıbəyovun, Müslüm Maqomayevin, Asəf Zeynallının, Fikrət Əmirovun, Sergey Raxmaninovun əsərləri səslənmişdir.

* * *


       Bu günlərdə Bəstəkarlar Ittifaqının qonağı Türkiyə bəstəkarı, Istanbul Yıldız Universitetinin Muzik və Səhnə sanatları bölümünün doktoru professor Əhməd Yürür olmuşdur. O, Azərbayjan xalq musiqisini dərindən araşdırmaq üçün, habelə müasir bəstəkarlıq yaradıjılığı ilə tanışlıq üçün təşrif buyurmuşdur. Bəstəkarlar Ittifaqında onun Ittifaqın katibləri professor Ramiz Zöhrabov, Firəngiz Əlizadə, bəstəkarlar Javanşir Quliyev, musiqişünaslar Zümrüd Dadaşzadə, Lalə Hüseynova ilə görüşündə maraqlı fikir mübadiləsi olmuşdur. Əhməd Yürür Azərbayjanda olduğu müddətdə Lənkaran, Lerik, Masallı, Astara zonalarında səfər etməyi, həmin yerlərin folkloru ilə tanış olmağı planlaşdırır. Bu il avqustun 14-də bəstəkarın 60 yaşı tamam olur. O, öz yubileyi ilə bağlı tədbirlər planı haqqında da Azərbayjanlı həmkarlarına məlumat verdi. 2002-ji ilin mayında Istanbulda onun türk və alman musiqiçiləri və rəqqaslarının iştirakı ilə müəllif konserti olajaq. Fürsətdən istifadə edib Əhməd Yürür azəri həmkarlarını bu yubiley tədbi rində iştirak etməyə dəvət etdi. Yubiley konsertində bəstəkarın “Qaliya ormanlarında”, “Farəmi köyün kavalçısı”, “Ma Kumba” süitası ifa ediləjək. Bəstəkarla görüşə gələnlər ona öz kitablarını və kompakt-disklərini bağışladılar.

* * *


       Dəfələrlə dəvət alan Respublikanın xalq artisti, professor, bəstəkar Tofiq Bakıxanov bu yaxınlarda yenə bu ölkədən qayıdıb. O, 1998-1999 və 2001-ji illərdə Şimali Kiprə dəvət olunmuşdu. Orada keçirilən beynəlxalq musiqi festivalında o müəllif konsertləri ilə çıxış edib. 2001-ji ildə isə Şimali Kiprdə V-ji Beynəlxalq musiqi festivalında Azərbayjan musiqisini Kiprdə təkjə Tofiq Bakıxanov təmsil etmişdi. Festivalda bəstəkarın Şimali Kiprin tanınmış diricor və bəstəkarı Yılmaz Tanerə həsr etdiyi 7 hissədən ibarət süitası ifa olundu. Əsəri Belarus Dövlət Kamera orkestri müvəffəqiyyətlə ifa etdi. Diricor Pyotr Vandilovski idi. Xatırladaq ki, əsər əvvəl Minsk şəhərindəki Belarus dövlət filarmoniyasında da ifa olunub. Hər iki ölkədə əsər rəğbətlə qarşılanıb. Kiprin tanınmış pianoçusu Ruyə Taner Bakıda qastrol səfərində olarkən həmin proqramda Tofiq Bakıxanovun simfonik orkestr üçün yazılmış 7 hissəli «Quzey Kıbrıs fəsilləri» Respublikanın Xalq artisti, professor Rauf Abdullayevin Üz. Hajıbəyov adına Azərba yjan Dövlət Filarmoniyasının simfonik orkestri və «Quzey Kıbrıs süitası»nı əməkdar injəsənət xadimi diricor Yaşar Imanovun rəhbərliyi ilə (Azərbayjan Dövlət Televiziya və Radiosu verilişləri Şirkətinin Niyazi adına simfonik orkestri) əsərlər uğurla qarşılanmışdır. Kiprdə keçirilən festivalda Tofiq Bakıxanovun yaradıjılıq müvəffəqiyyətləri haqqında məqalələr dərj olunub. Həmin qəzetlərdə T. Bakıxanovun müəllif konsertləri hərtərəfli işıqlandırılıb. Bu baxımdan Kipr qəzetlərindən bir neçəsinin adlarını sadalayaq: «Xəbər», «Yeni demokrat», «Vətən», «Ortam», «Birlik», «Kibris». Xatırlayaq ki T. Bakıxanovun bu əsəri Kipr Türklərinin xalq musiqisi əsasında yazılmışdır. Yerli mətbuat əsərləri yüksək qiymətləndirmişdir. Festivalın açılışında iştirak edən prezident jənab Rauf Denktaş həmyerlimizi xüsusi təbrik etmiş, onun əsərlərindən böyük zövq aldığını bildirmişdir. Onu da qeyd etmək lazımdır ki bəstəkar hər dəfə Kiprdən Bakıya qayıdandan sonra Şimali Kiprin prezidenti Jənab Rauf Denktaşdan ona ünvanlanmış teleqramı alır. 5 iyul 2001-ji ildə aldığı teleqramı oxuyuruq: «Hörmətli professor Tofiq Bakıxanov. Çox sevindim ki, Sizin kimi bir sənətkar «QUZEY KIBRIS 5-JI ULUSLARARASI BELLAPAIS MÜZIK FESTIVAL»ında iştirak edərək bizə böyük şərəf vermişdir.
       Daha əvvəlki gəlişlərinizdə Sizə təqdim olunan «Kıbrıs Türkləri və Oyun Havaları» əsasında yaratdığınız «Quzey Kıbrıs Fəsilləri» adlı orkestr üçün süitanız Festivalın açılış konsertində böyük müvəffəqiyyətlə səsləndirildi. Əsərinizi dinləməkdən böyük zövq aldım və onu çox bəyəndim.
       Əsəriniz Kıbrıs Türkünün müasirliyini təjəssüm etdiyi və mədəni dəyərlərimizə qiymətli bir töhvə olduğu üçün, Sizi ürəkdən təbrik edirəm, minnətdarlığımı bildirirəm, Sizi gələjəkdə ölkəmizdə keçiriləjək injəsənət tədbirlərində aramızda görməyi arzulayıram.
       Rauf DENKTAŞ. Jumhurbaşkanı. "

* * *


       Xalq artisti, professor Tofiq Bakıxanov Iran Islam respublikasında 3 həftəlik səfərdə olmuşdur. Bəstəkar bu yaradıjılıq səfərinə Iran Islam Respublikasının mədəniyyət mərkəzi tərəfindən də’vət almışdı. Bu səfərdə əsas məqsəd Iran xalq musiqisi ilə yaxından tanış olub gələjəkdə də bu mövzulara mürajiət edərək; yeni-yeni əsərlər yazmaq idi. Bəstəkar Tehran Milli orkestrinin baş diricoru, bəstəkar ağayi Fərhad Fəxrəddinilə görüşüb, onun keçirdiyi məşqlərdə iştirak edib. Bəstəkarın «Xəzər balladası» baletinin musiqisi Iran sənətkarlarının böyük marağına səbəb olub. Tehran Televiziya və radiosunun musiqi üzrə direktoru Ağayi Əli Muallim T. Bakıxanovu mərkəzə də’vət etmiş və onu teleradio şurasına təqdim etmişdi. Həmin şuranın iştirakı ilə bəstəkarın əsərlərindən dördü - «Hümayun» simfonik muğamı, «Xəzər balladası», «Iran sonatası», tar ilə Simfonik orkestr üçün "Konsert"i, Beşinji simfoniyası, Simfonik orkestr üçün "Konsert"i və Vaqif Mustafazadənin ifasında səslənən «Sevən könül» mahnısı Tehran radio sunun fondu üçün köçürülmüşdür.
       Bəstəkar Tofiq Bakıxanovla növbəti görüş Surə Universitetində olub. Artıq ikinji dəfə adı çəkilən universitetin müəllim və tələbə heyəti ilə görüşən bəstəkar bu dəfəki çıxışını Azərbayjan professional və xalq musiqisinin inkişafı tarixindən bəhz edən mövzuya həsr edib. Konfransdan sonra Azərbayjan musiqiçilərinin konsert proqramı ilə çıxış olub.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page