ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Ifaçılıq...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Ifaçılıq...
-
Yaradıcılıq…
-
Qörüşlər…
-
Muzeylərdə…
-
Elmi seminarlarda…
-

 



       Bu məqalənin yazılmasını mənə təklif edəndə həm sevindim və həm də həyəcanlandım. Sevindim ona görə ki, Azad Sabir oğlu Əliyevin yubileyi ilə bağlı onun özü və dərs dediyi opera sinfinin məzun-tələbələri tərəfindən keçirilməsi nəzərdə tutulan konsertlər bizlərə, onun ifaçılıq məharətini izləyənlərə, yubileydən çox-çox öncə verilən və indi də, yəni yubiley ərəfəsindəkilər sonsuz zövq bəxş edir. Beləliklə də məqaləni ürəkdən yazacağdım. Həyəcan hissi isə ondan irəli gəlirdi ki, konsertin proqramına daxil olan əsərlər beynimdə müəyyən bəstəkar düşüncələri doğururdu. Oxucularımı intizarda qoymamaqdan ötrü, açıqlayım: məqalədə söhbət 17 mart 2001-ci ildə kamera və orqan musiqisi zalında keçirilən konsertdən gedəcək. Həmin gecə konsert proqramında ifa olunan ilk əsər – Motsartın mi bemol major simfoniyası oldu. Azad Əliyevin özünün etiraf etdiyi kimi – çox sevdiyi, sonsuz rəğbət bəslədiyi və dünyasını öz dünyası qədər yaxın bildiyi bəstəkarın əsəri.
       Bu gecə dirijor rolunu icra edən Azad Ü. Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestri ilə birgə Motsartı elə incəliklə ifa etdi ki, bu bəstəkarı dərindən qəbul etməsini deməsəydi də, zalda əyləşən hər bir kəs anladı – Motsartı ifa edənlər onu həqiqətən bütün varlıqları ilə duyanlar və ifaçılıq bacarıqları ilə də bizə olduğu kimi çatdırmaq istəyənlərdirlər. Dirijor da, orkestr də bizə incə töhfə bəxş etdilər, mənim xəyallarımda isə Motsartın bu əsəri bəstələyərkən hansı hissləri keçirməsi və simfoniyanın yazılması tarixçəsi canlandı.
       Yəqin ki, bu andan mən özümün ilk növbədə bəstəkar, sonra isə musiqişünas – nəzəriyyəçi olmağımı hiss etdim.
       Beləliklə simfoniyanı dinləyirdimsə də, gözlərim önündə Motsartın bu əsərin ifasını təşkil etmək çətinlikləri gəlib bütün canlılığı ilə dururdu. Bizlərə, yəni müasir bəstəkarlara da yaxşı tanış olan məhrumiyyətlər, əsərlərimizin ifasını təşkil etmək üçün çox zaman dözüm və həyəcanlarla, maneələrlə rastlaşmağımız Motsart kimi dahinin da qaçılmaz tale yükü idi.
       Vyana klassiki mi bemol major simfoniyasını bəstələyərkən həyat və yaradıcılığının olduqca çətin günlərini yaşayırdı.
       Motsart bu simfoniyaya həyat vermək qərarına gələndə, artıq dahiyanə "Don Juan" operasının yazılması qismətinə nail olmuşdu. Bəstəkar bu qəbildən olan, yəni ciddi əsərlərlə yanaşı, həyatı boyu "təsadüflərə" həsr olunmuş musiqilər bəstələməkdən ömrünün sözü gedən dövründə artıq çox təngə gəlmişdi.
       Bir dilim çörək üçün gecə və gündüz sifariş və sifarişçilərə möhtac qalan Volfhanq özünün mi bemol major simfoniyasının səsləndirilməsi üçün... abunəçilərə müraciyət etməli olmuşdu. O dövrdə belə yardım dəbdə idi: konsertin təşkili üçün bəri başdan pul toplanmalı idi. Bu səbəbdən də bəstəkar abunəçilərin salonlarında çıxış etməkdən imtina edə bilməzdi. Bütün bunlar 2001 ilin martın 17-də ifa olunan mi bemol major simfoniyasının ilk premyerası üçün vaxtı ilə müəllifin duçar olduğu məhrumiyyətlər idi. Məsələ ondadır ki, o dövrdə də, bu gün də hər müəllifə qismət olmayan simfonik orkestrlə ünsiyyət hələ Motsart dövründən bəstəkar aləminə miras qalan ənənədir, desəm, məncə çoxları bunu təsdiqləyər. Motsartın bu əsərinin səsləndirilməsi ilə bağlı ikinci çətinlik də bizlərə bütün acılığı ilə tanış olan – ifaçı axtarışıdır.
       Heyətinə görə bu simfoniya Motsart dövrü üçün olduqca iri idi. Məsələn, taxta nəfəsli alətlər qrupuna müəllif hətta klarnetləri də daxil etmişdi və bununla bağlı ifaçı axtarışları, əsəbilik...
       Mi bemol major simfoniyası bəstəkarın Vyanaya köçdükdən sonra simfonik janra (müəyyən fasilədən sonra) ilk müraciyəti idi (iki il öncə Praqada müvəffəqiyyətlə səslənən menuetsiz simfoniyasını istisna etsək).
       Əsər Motsartın öz müəllif gecəsi üçün bəstələdiyi sol minor simfoniyasından fərqli olaraq trubalar və litavralarla da zənginləşdirilmişdi. Belə dolğun heyətə malik mi bemol major simfoniyası o dövrün Vyana musiqi cəmiyyətində tərkibinə görə təəccüblə qarşılandı, çünki yüksək səviyyəli klarnet ifaçısı belə o zamanki Vyanada tapmaq çətin idi klarneti isə başqa alət ilə əvəz etmək Motsart üçün arzuolunmaz idi. Əlavə edə bilərəm ki, ümumiyyətlə hər hansı bir müəllif üçün də bu qəbildən olan kompromislərin qəbul edilməsi çətin olan bir məsələdir.
       Beləliklə də növbəti simfoniyasını bəstələyən Motsart qərara alır ki, heyətcə yığcam, yəni ancaq simlilər, taxta nəfəslilərdən isə fleyta, hoboy və faqotlar, mis nəfəsli alətlərdən – valtornaların yumşaq, məlahətli səsi ilə zənginləşdirilmiş əsər yaratsın. Belə kompromislər, real həyatla ayaqlaşan, onun verə biləcəyi imkanlarla uyğunlaşan, ifası mümkün olan tərkibə malik əsərlər bəstələmək müasir yaradıcıların da həyat payına düşür. Lakin əsl dahilik elə ondadır ki "şedevr" adlanan əsərlər nəyin bahasına olursa, olsun, yarana bilsin. Motsartın fitri dahiliyi onda oldu ki, o, mi bemol major simfoniyasından sonra 1786 ilin yayında heyətcə yığcam, lakin bənzərsiz sol minor, qəhrəmanlıq və dramatizmlə köklənmiş do major simfoniyalarını tez bir zamanda bitirdi.
       Mənim tarixə nəzər yetirməyim, Motsart yaradıcılığına bu məqalədə daha çox yer ayırmağım heç də təsadüfi deyil. Nə qədər acı olsa da qeyd etməliyəm ki, bu gün də bəstəkarların əksəriyyəti əsərlərini müəyyən həyati səbəblərdən eşidə bilmirlər. Odur ki, fürsətdən istifadə edərək, məsələni açıram, ürəyimi boşaldıram.
       Mənim üçün əsl dahiliyi aşkar edən amil həyatın ən çətin anlarında belə yaradıcılıq ahənginin pozulmaması, qalib gələ bilməsi ilə ölçülür. Bu səbəbdən də tale yükünə sinə gələ bilmək bacarığı haqda söz açmaq təəçüblü deyil, təbiidir.
       Azad Əliyevin dirijor pultu arxasından əsərin təfsilatını olduğu kimi göstərə bilməsi xoş, arzu olunan və gözlənilən idi. Onun bir dirijor kimi bu gecə də uğurla çıxış etməsi öncə verdiyi konsertləri bir daha xatirəmizdə canlandırdı. Məsələn, Fərhad Bədəlbəylinin 50 illik yubileyinə hazırladığı Bize-Şedrinin "Karmen-süita"nın ifasını (Q. Qarayev adına kamera orkestri nə zərb alətlərinin əlavə olunmuş heyəti ilə), "Rekviyem"lərin ifası (1996-cı ildə Motsartın, 2000-ci ildə Verdinin, opera studiyasının orkestri ilə), Qerşvinin "Amerikalı Parisdə", L. Bernstaynın "Vestsayd" əhvalatı. Qara Qarayevin yubileyinə (80 illiyinə) "Leyli və Məcnun", "Ildırımlı yollarla" və "7 gözəl" baletlərindən fraqmentlər (orkestrlə), pianoçu kimi isə Q. Qarayevin skripka və f-no üçün "Sonatasını" və i. a.
       Bütün sadalanan konsertlər barədə çox xoş sözlər yazmaq olar. Məqsədim isə nəhayət ki, sonuncu konsert, yəni 17 mart 2001-ci ildə səslənən barədə təəssuratlarımla bölüşməkdir. Konsert proqramının ilk əsəri Motsartın mi bemol major simfoniyası oldu. Vyana klassiklərinin dövrünə xas olan bir sıra opera müqəddimələrinə bənzər bu simfoniyanın da ağır templi, əzəmətli girişində cəsurluq obrazı bənzərsiz dramatik musiqidə orkestr tərəfindən addım-addım ifadələnə bildi.
       Biz kamera və orqan musiqisi zalına sanki operanın I-ci pərdəsinə tamaşa etməkdən ötrü yığılmışdıq. Buna trubaların patetik çağırışları və musiqinin zəfər sədalı, təntənəli ağır hərəkəti səbəb idi.
       Lakin bu səpgidə ifa olunan girişdən sonra Allegro səslənməyə başladı. Həqiqətən də – göz qapaqlarımızı yumsaydıq buff operasının çılğın və şən tamaşasının göstərildiyini fərz edə bilərdik. Bütövlükdə isə I hissə – işıqlı, saf, yaşamağa qabil olan, fövrən tərzdə və iti tempdə çox parlaq ifa olundu.
       Ağır templi, dalğın ikinci hissə – orkestrin ifasında həyat fərəhli, sevincli, dolğun və çox məlahətli səsləndi.
       Azad Əliyevin dirijorluğu ilə canlanan üçüncü hissə – parlaq, zəfər sədalı alındı. Menuet adlanan bu musiqinin orta bölməsinin, yəni pastoral ruhlu epizodunun üzərində xüsusilə dayanmaq istərdim. Mahnısayağı zərif melodiyanı klarnet yumşaq, dalğalı müşayiət üzərində elə həssaslıqla ifadə edirdi ki, musiqi ibarələrinin sonluqlarını fleytalar sədasayağı tamamlayanda dinləyicilərin az qala nəfəsi kəsilirdi.
       Bu dərəcədə yüksək emosiya həqiqətən də Motsartın böyüklüyünə, onun faciəli həyatı və vaxtsız ölümünə əsərin ifasını təmin edən dirijorun bəlkə də illərdən bəri dərindən-dərinə pərəstiş etməyinin nəticəsində mümkün olmuşdu.
       Simli alətlərin ehtiyatlı, az qala güclə eşidilən titrək sədaları, onlara qoşulan və sanki çox uzaqdan, aşaqı registrdə canlanan valtorna və faqotun səsləri məharət və təravətlə çatdırılmışdı.
       Final səmimiyyətlə parıldayan yumor və həyat sevinci təsiri bağışladı. Iti, tələsik xasiyyətə malik mövzunu əvvəl skripkalar "burulğanı", sonra fleyta və klarnetlərin şən səsləri davam etdirdi və mövzunu fleyta və klarnetlərdən yenə də skripkalar alaraq hərləndirməyə başladılar. Bir sözlə "maestro"nun məharətli, çılğın dirijorluğu nəticəsində finalın mövzusu ustalıqla bir alətdən digərinə yollandırılırdı. Alətlər sanki kimi isə təqlid etməklə məşğul idilər.
       Azadın "dirijor çubucu" bu qığılcım saçan şən, zarafatsayaqı musiqi burulğanıni son dərəcə emosional və təbii tərzdə bitirdi.
       Konsertdə səslənən ikinci əsər Şumanın a-moll violonçel konserti oldu. Konsertin solisti – mahir ifaçı, ustad olan Rasim Abdullayev idi. O özünün çoxdanki arzusunu – bu konserti ifa etmək istəyini – nəhayət ki, həyata keçirə bilmişdi. Rasim ifa üçün olduqca çətin olan bu konsertin bütün hissələrini əsl yaradıcıya xas olan həvəs və həyəcanla ifadələndirdi.
       Professor Rasim Abdullayevin bu konsertin ritmik quruluşuna fərdiliklə, sərbəst tərzdə yanaşması, onun zəngin individuallığından, sərbəst yaradıcı olmasından irəli gələn amil idi.
       Deyə bilərəm ki, 30 ildən artıq bir vaxtdır ki, bu konsert Bakıda canlı ifada səslənmirdi. Bizlərə – dinləyicilərə – D. Şafranın və V. Rastrapoviçin traktovkası qramvallardan yaxşı tanışdır. Onlara da qulaq asanda konsertin ifaçısı qarşısında duran bütün çətinliklər tam çılpaqlığı ilə aydın olur. Solistdən son dərəcə yüksək virtuozluq tələb edən bu konsertin ümumiyyətlə qəliz musiqi mətni orkestrlə birkə səslənmək, ansambl yaratmaq məsələsini həddindən artıq çətinləşdirir. Ələlxüsus üçüncü hissənin violonçel aləti üçün son həddinəcən narahat fakturası ifaçıdan görünməmiş ustalıq tələb edir. P. Dessau yaxud K. Çernisayağı çalışmaları xatırladan arpedciolar bəlkə də skripka üçün daha münasib olardı. Bir sözlə nəhayət ki, Şuman konsertinin "sınaq" ifası uzun alqışlara səbəb oldu.
       Gecənin sonunda Ü. Hacıbəyov adına simfonik orkestr, "maestro" Azad Əliyev və solist Rasim Abdullayev bizə sonsuz dinləyici səadəti baxş etdilər. Yirji Bendanın "Grave" əsərini bir nəfəsə, əsl "Grave"ya xas son dərəcə ülvi səsmədəniyyəti və əsl ansambl vahidliyi ilə.
       Həddindən artıq həssas ifa həm dirijorun – Azad Əliyevin, həm solistin – professor Rasim Abdullayevin və əlbəttə yüksək ifaçılıq mədəniyyətinə malik Ü. Hacıbəyov adına orkestrin bizə – dinləyicilərə son dərəcə qiymətli töhfəsi oldu. Onu da deyim ki, Yirji Bendanın "Grave"si skripka konsertindən olan bir hissədir. Violonçel ilə orkestr üçün bu musiqini çevirən – Rasim Abdullayev idi. Bir sözlə çox ucurla keçən bu musiqi gecəsi həm də bir sıra suallar meydana çıxardı. Məsələn, necə oldu ki, dirijor pultu arxasında bu gecə orkestrin bədii rəhbəri Rauf Abdullayev deyil – Azad Əliyev dayandı? Bu və digər suallarla üz tutduq Ş. Məmmədova adına opera studiyasına, A. Əliyevin iş yerinə.
       1-ci sual – Azad, necə oldu ki orkestrə rəhbərlik etməyi Rauf Abdullayev sizə tapşırdı?

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page