ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Yaradıcılıq…
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Ifaçılıq...
-
Yaradıcılıq…
-
Qörüşlər…
-
Muzeylərdə…
-
Elmi seminarlarda…
-

 



       Fevralın 22-i Opera studiyasının zalında «Brodvey Bakıda» başlığı altında dinləyicilərə təqdim olunmuş konserti böyük məmnuniyyətlə xatırlayıram. Xüsusən də geniş auditoriyalı bu gecəyə müəyyən parlaqlıq gətirmiş məhşur «Uestsayd əhvalatı» müziklindən fraqmentləri. Yəqin ki, buna görə əsərin natamam, başqa məhşur ifadə ilə desək, «kupyuralı» ifasını nəzərə almayıb, həmin günü «Uestsayd əhvalatı»-nın Bakıdakı premyerası hesab edənlərlə, ilk növbədə konsert barədə resenziyalar dərc etdirmiş müəlliflərlə razılaşmaq olar. Auditoriyanın əksəriyyətində özünü büruzə verən bu cür münasibət Bakı dinləyicilərinin XX əsrin şedevrlərindən birinə olan xüsusi marağını təsdiqləyir. Əslində konsertin əsas təşkilatcılarından biri Amerika musiqisinin təbliğatı ilə məşğul olan «Amerika səsləri» assosiasiyasının bədii rəhbəri Con Fergüson tərtib etdiyi proqramda sadəcə XX əsrin məşhur dirijoru, musiqi təbliğatcılarından biri, bəstəkar Leonard Bernstaynın (1918-1991) ölümünün 10 illiyini qeyd etmək məqsədini güdürdü. Bunun üçün bəstəkarın ən populyar əsərini seçmiş, iştirakçılar kimi Boliviya Simfonik Orkestrinin rəhbər və dirijoru Deyvid Həndel, amerikalı bariton və xor dirijoru Ayra Spoldinqi, habelə bizim musiqiçilərimiz-Opera studiyasının bədii rəhbəri Azad Əliyevin başcılığı altında Opera studiyasının orkestrini, özlərini dəfələrlə səhnədə sınamış gənc vokalçıları (Fəridə Məmmədova, Həsən Enəmi, Gülnaz Ismayılova, Ruslan Əliyev, Əkrəm Poladov və başqaları) cəlb etmişdi.
       Qeyd edək ki, proyektin həyata keçirilməsində ABŞ Səfirliyinin, o cümlədən ictimai əlaqlər attaşesi Ceyms Siyardın böyük rolu olmuşdu.
       XX əsr musiqi dramının inkişaf tarixi cağdaş dövrün rəngarəngliyi, mozaikliyini əks etdirən orijinal, yekparə əsərlər çoxluğu ilə əlamətdardır. Bu sıradan S.Prokofyevin «Romeo və Cülyetta» baleti, F.Pulenkin «Insan səsi» monooperası, C.Gerşvinin «Porgi və Bess» operası, E.L.Uebberin «Iisus Xristos» rok operasını vurğulamaq olar. Onlardan biri də L.Bernstaynın «Uestsayd əhvalatı» müzuklidir ki, məhz onun yarandığı-1957-ci il tarixindən etibarən musical janrı öz çicəklənmə dövrünə qədəm qoyur, bu sahədəki növbəti tapıntılara «Mənim gözəl ledim», «Gülməli qız», «Əziz Ceriti» , «Musiqi səsləri», «Oliverə»-ə yol açır. Bakı melomanlarına «Uestsayd əhvalatı» 1961-ci ildə ssenari müəllifi Ernst Leman, rejissor Robert Uayz, horeoqraf Cerom Robbins və bəstəkar Leonard Bernstaynın əməkdaşlığıyla yaranmış eyniadlı kinofilmdən yaxşı tanışdır: qaynar, enercili, gözəl, lirik, ülvi səhifələrlə zəngin musiqi, filmin ayrılmaz atributu-rəqslər, əsas ifacılar, Uestsaydın, eləcə də XX əsrin ab-havasını, çalarları nı canlandıran dekorasiyalar, kostyumlar..
       Umumiyyətlə bu əsəri «bəxti gətirənlərə» şamil etmək olar. Və bunun ilkin səbəbkarı musiqidir. Onun mövcud məişət mahnı və rəqs janr ənənələrilə əlaqələrini qırmayan, eyni zamanda orijinal, yeni, müəllif dəst-xəttini üzə çıxaran musiqisində elə bir məxfi məftunedici bir qüvvə, ruh, ifa və təfsir potensialları cəmlənib ki, bircə qənaətə gətirib: «Uestsayd əhvalatı»-nın gələcək versiyaları hələ irəlidədir (hər halda musiqinin bəzi üslub layları - caz və rok sferalarında bu axtarışlar başlanıb). Fərqli və vacib cəhətlərdən digəri də odur ki, əsərin dramaturji ideyası, materialın, fonun təsviri və təqdimatında zəmanəyə münasiblik prinsipini hakim seçərək maksimal dərəcədə ətraflılığı, geniş, əhatəli rakurslu, qəhrəmanların çoxplanlı ifadəsini şərtləndirir. Kinomüzikl bunu daha əyani şəkildə əks etdirib: böyük bir şəhərin ucqarları, həyətləri, qəhrəmanların gündəlik həyatının vaqe olduğu yerlər, zirzəmilər ön planı tutur. Mətnin müxtəlif səviyyədə danışıq, ifadəli melodik oxuma, recitativ, qışqırıq, müx təlif intonasiya eniş-yoxuşlarında təqdimatı konsepsiyadan törənib musiqini özünə tabe edir.
       Və nəhayət müəllifin özqə materiala müraciət vasitəsilə süjet seçməsi-dahi Şekspirin «Romeo və Culyetta» faciəsinin XX əsr qoynunda canlandırılması - əbədi mövzunun bütün traktovkaları kimi maraq doğurur. Lakin bir qədər «uzaqgörməz» bu baxışa qərq olmayaq. Əsası - xaricən qabaran «mövzunun köçürülməsi» prinsipi arxasında gizlənmiş ideyanın sezilməsi, tapılmasıdır. Bernstayn aləmində bu hətta missiya əhəmiyyətinədək yüksəlir: «Mənim üçün gənclik mövzusu və gənclərlə ünsiyyət olduqca vacibdir. Bu, həyatımızın əsas qayələrindən biridir, çünki gənclik - gələcəyimizdir. Öz bildiklərimi, hisslərimi onlarla məmnuniyyətlə bölüşürəm.»
       Ilk əvvəl dinləyiciləri müziklin dramaturji xəttinin əsas mərhələlərinə - qəhrəmanların solo və ansambl nömrələrinə hazırlaşdıracaq "Simfonik rəqslər" D. Hendelin dirijorluğu altında səsləndi. Süita 4-cü şəkildəki Blyuz, Mambo, Ça-Ça və instrumental nömrələrdən götürülmüş bir neçə fraqment - əsas leytmotivlər ardıcıllığından ibarət idi. Orkestirin ifasının səliqəliyi, dirijorun dürüst jesti arxasınca getməsi (bu cəhətdən zərb alətləri qrupu xüsüsi fərqlənirdi) diqqətəlayiq idi, halbuki bəzi məqamlarda bir-sıra nyuansların daha dolğun ifadəsində (Mambo və Ça-Sa nomrələrində itən ritmik itilik; «Somewhere» mahnısında bu sözün tələffüzünə təsadüf edən kulminasiyanın həddən çox tez həlli; tutti yerlərində mis nəfəslilər və simlilər arasında cuzi disbalans) çətinliklər gözə çarpırdı. Lakin ümumi temperamentin tam qavranılması əsas nailiyyət olub Mambo rəqsində daha da parlaq ifadəsini tapdı.
        «Uestsayd»-ın vokal nömrələrində isə gənc vokalçılarımızın fərdi tembrləri, ifa simalarının üzə çıxması getdikcə intensivləşirdi və bu nöqteyi-nəzərdən «Brodvey Bakıda» gecəsi vokal ifacılığımızın son nailiyyətlərini əks etdirən müsabiqələr, bir-sıra parlaq konsertlərə (ilk növbədə F.Məmmədova, H.Enəmi, R.Əliyevin iştirakilə kamera və monumental konsertlər) yaxınlaşırdı. Təqdim edilən 8 nömrədən 3-ü «Maria», «One hand, one heart», «I feel pretty» - Toni və Mariya obrazlarının solo nömrələri olub F.Məmmədova və H.Enəminin professional ifasında səsləndi.
       Köməkçi obrazların ifaçıları - Səbinə Əsədova (Anita) və Lena Sarafanovanın (Rozaliya) parlaq aktyorluq məharətini, mədəniyyətini xüsusi olaraq vurğuladım: düzü bu iki vokalçını özüm üçün kəşf etdim. S.Əsədovanın yaratdığı Anita həm tembr, həm səhnə davranışı cəhətdən fərqlənib, demək olar ki, bütün auditoriyaya güclü təəssurat buraxdı. Gözəl, dramatik sopranoya, həmçinin ciddi, klassik ifa tərzinin müəyyən mə’nada maneciliyi duyulmaya bilməzdi: müziklin ən ülvi, incə səhifələrindən biri daha da emosional, duyumlu təfsirə (frazirovkada, bə’zi ibarələrin aydın emosional təqdimatında, xüsusən - bir daha təkrarlayım - «Somewhere» nömrəsinin kulminasiyası olan sekunda intonasiyasına qəlbən, həssaslıqla varmağa) ehtiyac duyulurdu.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page