ÌÖßËËÈÔ Âß ÙÖÃÓÃ
Intellektual mülkiyyət hüqüqlarının təminatı və müdafiəsi
K. Imanov.
Search

ÌÖßËËÈÔ Âß ÙÖÃÓÃ
Intellektual mülkiyyət hüqüqlarının təminatı və müdafiəsi
K. Imanov.

 



       Bu məqalədə «Intelektual mülkiyyət hüquqları» anlayışı altında müəlliflik hüququ və əlaqəli hüquqlar nəzərdə tutulur. «Hüquqların təminatı» dedikdə, qanunla qorunan hüquqlara əməl edilməsini təmin edən müddəalar, «hüquqların müdafiəsi» kimi isə, pozulduğu və yaxud mübahisə obyektinə çevrildiyi hallarda müəlliflik hüququ və əlaqəli hüquqların tanınmasına yönəldilmiş tədbirlərin məcmuyu başa düşülür. Intellektual mülkiyyət hüquqlarının təminatı və müdafiəsi ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanunu və müəlliflik hüququ və əlaqəli hüquqlarla bağlı müddəalar daxil edilmiş digər qanunlarla tənzimlənir.
        «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Qanun mütəxəssislərin və beynəlxalq ekspertlərin fikrinə görə, elm, ədəbiyyat və incəsənət əsərlərinin demokratik cəmiyyətlər üçün ümümqəbul edilmiş yüksək qorunma səviyyəsinin bütün tələblərinə cavab verir.
       Bu materiala əlavə etdiyimiz 1-ci cədvəldə müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində milli qanunvericiliyin və normativ-hüquqi aktların ümumi mənzərəsi, həmçinin Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərin siyahısı əks etdirilmişdir. Göstərilən milli və beynəlxalq xarakterli sənədlər Respublika rəhbərliyinin müdrik və uzaqgörən daxili və xarici siyasəti hesabına gənc Azərbaycan dövlətçiliyinin intellektual mülkiyyət sahəsində həyata keçirdiyi əhəmiyyətli irəliləyişləri aydın göstərir.
       Mövcud qanunvericilik bazasına əsasən intellektual mülkiyyət hüquqlarının təmin edilməsi məsələlərinə baxarkən, hər şeydən öncə qeyd etmək lazımdır ki, biliklərin bir sahəsi kimi intellektual mülkiyyət fövqəladə dərəcədə çoxcəhətlidir. Mahiyyətcə bu elə fəaliyyət dairəsidir ki, orada tamamilə müxtəlif planlı başlanğıclar birləşmişdir: onun mahiyyəti menecer, texniki, hətta kulturoloji, forması - həmişə hüquqi, təyinatı isə - iqtisadidir.
       Ən geniş mənada intellektual mülkiyyət (müəlliflik hüququ və əlaqəli hüquqlar) elmi, ədəbi və bədii sahələrdə intelektual fəaliyyətin nəticələrinə olan qanunla təmin edilən hüquqları bildirir.
       Intellektual mülkiyyət hüquqları təbiətinə görə müstəsna hüquqlardır. Mütəxəssislərin fikrincə, intellektual mülkiyyət haqqında hər hansı qanunun vacib hissələrindən biri bu qanunla intellektual mülkiyyətə verilən hüquqlara əməl edilməsinin təminatına yönəldilmiş müddəalardır. Müasir dünyada texnologiyaların və elmi-texniki yeniliklərin nəhəng artımı şəraitində hüquqların təminatı üzrə bu cür müddəalar getdikcə daha böyük rol oynayır. Söhbət təkcə təqdim olunan müəllif-hüquq qorunmasının yüksək səviyyəsi haqqında getmir, eyni zamanda əsərlərdən hüquqların pozulması ilə mümkün istifadənin təsəvvürə gəlməyən həcmi səbəbindən hüquqların pozulmasına qarşı adekvat qanunvericilik və idarəçilik reaksiyasından gedir. Bir sözlə, hər hansı ən layiqli intellektual mülkiyyət sistemində müəlliflik və əlaqəli hüquqların sahibləri üçün hüquq pozuntularının aradan qaldırılması və itkilərin kompensasiya edilməsi, hüquq pozucularına qarşı müəyyən hərəkətlərin görülməsi, həmçinin ko ntrafaksiya məsələləri üzrə dövlət orqanlarına apelyasiya üçün onların hüquqlarının müdafiəsi təminatının məqbul imkanı yoxdursa, o, qeyri mükəmməl sistem sayılır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page