ÌÓÑÈÃÈØÖÍÀÑËÛÃÛÍ ÀÊÒÓÀË ÏÐÎÁËÅÌËßÐÈ
MUSIQI TƏFƏKKÜRÜ TIPOLOGIYASI VƏ MUSIQI SƏSI SPEKTRININ QAPALI DÜNYASI
Rəhilə HƏSƏNOVA
Search

ÌÓÑÈÃÈØÖÍÀÑËÛÃÛÍ ÀÊÒÓÀË ÏÐÎÁËÅÌËßÐÈ
MUZIKALĞNAƏ QERMENEVTIKA I PROBLEMA PONIMANIƏ MUZIKI
Moris BONFELĞD
O TREX OSNOVANIƏX TEORII MUZIKALĞNOY FORMI
T.Ö. ÇERNOVA
XGPPENINQI DCONA KEYDCA
Marina Pereverzeva
MUSIQI TƏFƏKKÜRÜ TIPOLOGIYASI VƏ MUSIQI SƏSI SPEKTRININ QAPALI DÜNYASI
Rəhilə HƏSƏNOVA

 


       Akustika bir elm kimi XIX əsrdə formalaşsa da, səsin möcüzəli təsiri qədim insanları da daima maraqlandırmışdır. Hələ Pifaqorun və pifaqorçuların, Aristoksen, Demokrit, Ptolomey, I.Kepler və bir çox başqalarının səsi rəqəmlərlə əlaqələndirdikləri və bu əlaqələrin fəlsəfi baxımdan araşdırmaları artıq bəllidir.

       Müasir dövrdə də səs məfhumuna maraq bütün dünyada xeyli artmaqdadır. XX əsrin ikinci yarısından bu tendensiyalar daha da güclənmiş və müasir bəstəkarların və nəzəriyyəçilərin (K.Ştokhauzen, Y. Ksenakis, R.Arnheym, H.Eqqebrext, E.Kurt, K.Dalhauz, Q. Riman, N.A Qarbuzov, A.F.Losev və b.) yaradıcıığında yeni bir müstəviyə yönəlmişdir. Hətta Fransa bəstəkarlarının yaradıcılığında məhz səsin spektrindən bir ifadə vasitəsi kimi istifadəsi də məlumdur ki, bu istiqamət «spektral» və yaxud «liminal» musiqi adlanır.

       Bu gün nəzəri paradiqmaların bir çoxu yeni baxış bucağından süzülməkdədir, bir çox metodoloji üslublar dəyişməkdədir, yeniləşməkdədir. XXI əsrin «bayrağında» insan məfhumu ilə bağlı bütün təsəvvürlər qabarıq surətdə irəli çəkilmişdir. Mədəniyyətlərin dialoqu gözlənilir və bu axın başlamışdır. Məhz, elə bu baxımdan elm sahəsində koqnitiv aspektlərin interpretasiyası məsələləri bir elmi paradiqma kimi gündəmdədir.

       Musiqi səsi spektri ilə bağlı olaraq bu önə çəkilən problemlər çox maraqlı və gözlənilməz yollar açır və diqqəti cəlb edən mülahizələri işıqlandırır. Səs dalğasının spektr quruluşunun analitik təhlili nəticəsində birmənalı demək olar ki, bu təbiətin yaratdığı struktur son dərəcədə mürəkkəb quruluşa malikdir. Onun tədqiqatı müxtəlif metodoloji prizmalardan aparılmış və bir neçə qeyri ordinar və eyni zamanda maraqlı amilləri ortaya çıxarmışdır. Səthi baxışdan belə nəticələr valehedicidir.

       Birincisi. Səs dalğası spektri, özünəməxsus dramaturji xəttlə inkişaf edir. Burada bir dramatik ssenariyəşamil edilə bilən hərəkət qanunları var. Əvvəla, ilkin təkanverici qüvvə, yəni impuls, səs dalğasının formalaşmasını təmin edir. Məhz impulsdan asılıdır səs dalğasının uzunluğu (dəvamiyyəti), qüvvəsi (amplitudası) və hündürlüyü (tezliyi). Bunlar musiqi nəzəriyyəsində səsin davamı, dinamikası və yüksəkliyi kimi qəbul edilmişdir. Göründüyü kimi, sadalanan məfhumlar (yəni uzunluq, hündürlük, yüksəklik və s.) həndəsi forma parametrləri ilə bağlantılar yaradır.

       Məlumdur ki, şüuraltı qavrama bütün bu məlumatları beyin qabıqlarında neyro-kimyəvi «analizdən» keçirdib toplama qabiliyyətinə malikdir, və bütün bunlar insanın şüurunda iz salmaya bilməz. Buna görə də səs dalğası özünə məxsus həndəsi «məlumata» çevrilərək, ən azından, obraz cərəyanları yaradır. Əlavə etsək ki, səs dalğası özünə məxsus dramaturji sxemlə inkişaf edir, təsəvvürdə tutumlu və dolğun bir informasiya məkanı canlanır.

       Musiqi səsi dalğasının və ya spektrinin inkişaf xətti əsasən üç mərhələdən ibarətdir ki, hər mərhələnin də keçid pillələri mövcuddur: impulsa hazırlıq – əslən impuls / stasionar vəziyyətə keçid – stasionar vəziyyət – prosessin kulminasiya nöqtəsi / sönmə mərhələsinə keçid – sönmə – və, nəhayət, tam tükənmə. Görünən nəticə ardıcıl yuvarlanan cücərmə prosessini xatırlatsa da, bu sadə bir prosess deyil və bu mürəkkəb strukturlaşma prosessi birmənalı cavablarla işıqlandırıla bilməz. Belə ki, səs dalğası və həmçinin musiqi səsinin spektri bir neçə müxtəlif tezlikli dalğaların vəhdətindən əmələ gəlir. Qulaq onu bir, yeganə səs kimi, qavrasa da, onun tərkibi müxtəlif harmonikalar, fərqli formantalar və s. xırda elementlərdən ibarətdir. Və bunların arasında sanki birincilik uğrunda «mübarizə» gedir: onlar biri-birini ötməyə, üstələməyə çalışırlar, bir-birini «söndürməyə» tələsirlər. Lakin əsas tonun imperativ təziyi səs dalğasının gedişatını tarazlayır və tənzimləyir. Bu baxı mdan, səs dalğasının mükəmməl dramaturji «ssenariyə» əsaslanması burada dürüst informasiya məkanının sezilməsindən xəbər verir.

       Ikincisi. Məlum olduğu kimi, informasiya məkanı rəqəmsiz ötüşə bilməz. Və əlahəzrət rəqəmin dünyanı idarəetmək xüsusiyyətlərini nəzərə alsaq, demək olar ki, səs dalğasının spektri,kainatın bir zərrəsi olaraq, rəqəmin daxili təbiəti ilə sıx əlaqədardır. Yuxarıda sadalanan spektrə xas olan daxili dramaturji struktur, A.F.Losevin təbirincə götürsək, rəqəmə də tam şəkildə məxsusdur. Deməli, səs (obertonun) və rəqəmin sıx əlaqəsi bütün mövcudluğu ilə özünü musiqi səsinin spektrində realizə edir. Bu qarşılıqlı əlaqə hər bir obertonda da onun yerini, yüksəkliyini, çox ani olsa da, ritmik əlamətini göstərir. Səs spektri yeganə məkandır ki, burada səs oberton və rəqəm bir varlıq kimi sıx vəhdətlə çıxış edirlər: obertonun hərəkəti rəqəmin yerdəyişməsi deməkdir, rəqəmin «addımlaması» obertonun yeni əlaqələrə qoşulması deməkdir, rəqəmin qruplaşması obertonların müxtəlif funksional sahələrə və lad moduslarına köklənməsi deməkdir və əlbəttə ki, siyahısı prinsipcə sonsuzdur. Burada sanki səs – obertonlar və rəqəmlər tam qarmaqlanmış vəziyyətdə səs spektrin arxitektonikasını hörməkdədir və ilişkilər o qədər rasional və təbiidir ki, məntiqə əsaslanaraq, bu məfhumların vəhdətini rəqəm-oberton və yaxud oberton-rəqəm adlandırmaq olar.

       Bu baxımdan, onların hərəkətini həndəsi müstəvidə təsəvvür etsək, bir sıra empirik xüsusiyyətlərə malik olan fiqurları gözümüzün önünə gətirə bilərik. Musiqi səsi spektrinin analitik tədqiqi buna əsas verir və bir sıra maraqlı tapıntıları aşkarlayır. Belə ki, səs spektri əsas tonun təkrarları nəticəsində müxtəlif formasiyalı «addımlara», yəni oktavalarla və oktava arası moduslara bölünür və bunların hər biri quruluşca, interval tərkibi baxımından və tutduğu mövqeyə görə tam fərqlidir. Çünki obertonların nüvə reaksiyasına bənzər «parçalanması» nəticəsində bu addım-alqoritmlərin tərkibi həm obertonların sayı, həm də oberton arası məsafəyə görə tam dəyişir. Və əsl möcüzə ondadır ki, bu addım – alqoritm-oktavalar eyni və ani bir zaman kəsiyində klaster-salxım vəziyyətində birgə və ayrılmaz səslənir:

       1-2…4…8…16…28…40….64…112….

       oktava addımları

       Başqa sözlə, təkrarlamalar faktiki olaraq qadağan dərəcəsindədir. Beləliklə, spektrin bütövlükdə olduğundan əlavə, hər oktava arası modusun da özünə məxsus «ssenari» üzrə hərəkət etməsi müşahidə olunur. Bütün bunlar musiqi səsi spektrinin sonsuz koqnitiv aspektlərindən xəbər verir.

       Həmin bu koqnitiv vəziyyətləri, təbii ki, rəqəmlərin vasitəsilə araşdırıb bir sıra çox möcüzəvi mənzərələrin şahidi oluruq. Belə ki, səs dalğasının əsas spektri «gözəgörünməz» virtual kiçik spektrlərin əhatəsindədir. Bu məqam əsas spektrin tək və cüt rəqəmlərin haçalanmasında – «qızıl bölgü» və elmdə mövcud olan başqa fundamental ədədlərə istinadən-vurma, toplama və s. riyazi operasiyalar nəticəsində özünü büruzə verir. Sonra, bir sıra analitik operasiyalar nəticəsində spektrin tərkibində kvarta-kvinta münasibətini vurğulayan oberton-rəqəm triadaları özünü göstərir:

       1-4-7; 2-5-8; 3-6-9. Bunlardan məhz, 3-6-9 və ya 6-3—9 münasibətində olan triadalar qurucu və konstruktiv rol oynayır.

       Daha iki məqam nəzəri cəlb edir. Əvvəla, 9 rəqəmi spektrin fantomu, yəni aşkara çıxmayan, lakin mühüm və formalaşdırıcı prossesin yükünü daşıyan gizli elementdir. Doğrudan da o, özünü bütün hesablamalarda məhzbelə göstərir. Bu rəqəmin daxili aləmini quran kvinta-kvarta münasibətləri fundamentaldır (5+4=9) və səs spektrinin özəyini və məğzini təşkil edir. Rəqəmlərin başqa kombinasiyaları daha maraqlı nəticələr verir ki, bu da musiqi nəzəriyyəsində mövcud olan və gündəlik işlənən bütün intervalların, lad düzümlərinin, müxtəlif tetraxordların quruluş düsturlarının, harmonik funksiyaların formalaşması və onların münasibət qaydalarının və, nəzərə alsaq ki, səs spektri xəttvari yox, klaster, yəni salxım kimi reallaşır, onların qarşılıqlı polifonik əlaqələrinin və s. daxili məntiqə əsaslanan digər qurumların da məhz, musiqi səsinin spektrində artıq təbiət tərəfindən kodlaşdırılmasını aşkarlayır. Hələ bunlar da siyahının tam ifadəsi deyil və tədqiqatlar səs spektrinin dərin q atlarında yerləşən bundan da mürəkkəb mənzərələri göstərir.

       Səs dalğasının qapalı dünyasında «oktava möcüzəsi» yaranır. Musiqinin ən böyük sirri. Bu musiqi səsi dalğasında və ya spektrində oktava addımlarının məhz əsas tonun vibrasiyaları və ya tezlikləri ilə üst –üstə düşməsidir. Belə təbii quruluş səs dalğasının karkasıdır və sanki bel sütunudur, və o, səs spektrinin oberton-rəqəm şəbəkəsini dissipasiyadan, yəni tozlanıb qeyri-məntiqi «sovurulmaqdan» qoruyur. Bu və digər parametrlərinə görə təbiətin yaratdığı səs dalğası fenomeni mahiyyətcə həm materiya, həm də ideya kimi qəbul olunmalıdır. Əlbətdə, burada bir sıra, kiçik məqalə çərçivəsinə sığmayan, başqa səbəblər də var, lakin bir qeydə də ehtiyac duyulur ki, hava və toz cisimləri, yəni materiya vasitəsilə ötürülən dalğalar, ideya daşıyıcısı olan rəqəmlərin dövriyyəsinə əsasən «idarə» olunur.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page