GÖRÜŞLƏR...
-
Search


ÜZEYIR HACIBƏYOV-120. TARIXƏ ÇEVRILMIŞ GÜNLƏR
-
BIBLIOQRAFIYA...
-
YARADICILIQ...
-
IFAÇILIQ...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
GÖRÜŞLƏR...
-

 


       Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblı 2005-ci il sentyabr ayının 19-25-nə kimi Tacikistan Respublikasında keçirilən Qəlblərin səsi beynəlxalq etnoqrafik festivalda iştirak etmək üçün Düşənbə şəhərinə ezam edilmişdir. Ansamblın rəhbəri kimi bildirmək istəyirəm ki, ABŞ, Almaniya, Rusiya Federasiyası, Hindistan, Iran, Əfqanıstan, Özbəkistan və digər dövlətlərin qatıldığı bu böyük tədbirdə Azərbaycan Respublikasının da iştirakı çox vacib və əhəmiyyətli idi. Bizim kollektivin bu tədbirdə iştirak etməsi və lazımi maliyyə yardımına görə hörmətli nazirimiz Polad Bülbüloğluna təşəkkürümüzü bildirirəm.

       Bizə göstərilən etimadı doğruldaraq bu böyük toplantıda biz Azərbaycan musiqi mədəniyyətinin nə qədər zəngin və gədim tarixə malik olmasını əyani olaraq göstərə bildik. Qədim musiqi mədəniyyətimizi təmsil edən bu kollektiv yüksək professional ifa, qədim musiqi nümunələrinin və musiqi alətlərinin bərpası elmi baxımdan festivalın ən yüksək rəyini qazanmış, diplom və qiymətli xatirə hədiyyəsi ilə təltif olunmuşdur. Festivalın yekun konsertində Tacikistan Respublikasının Mədəniyyət Naziri cənab Rəcəbmad Əmiroviç Azərbaycan nümayəndələrinin çıxışını xüsusi qeyd edərək, Azərbaycanla olan dost və qardaşlıq münasibətindən danışdı.

       Mən isə Azərbaycan Mədəniyyət Nazirliyi adındanAzərbaycan musiqi alətləri kitab-albomu və Qədim musiqi alətləri ansamblının diskini ona təqdim edərək Azərbaycan musiqi mədəniyyətinə və bizə göstərdikləri xüsusi qayğı, və diqqətə görə öz dərin təşəkkürümü bildirdim.

       Bizim konsertlərimizdə iştirak etmək üçün Düşənbə şəhərində və uzaq əyalətlərdə yaşayan azərbaycanlılar da gəlmişdirlər. Onlardan bir çoxu vaxtı ilə Azərbaycandan sürgün olunmuş, yalnız vətən həsrəti, vətən məhəbbəti ilə yaşayan insanlar idi. Konsertdən sonra onlarla görüşümüz də maraqlı oldu. Tacikistandakı Azərbaycan Cəmiyyətinin sədri Müslüm Həmidov mədəni əlaqələr yaradılması üçün onlara lazımi kömək göstərilməsini xahiş etdi.

       Bu gün müstəqilliyimizi qazandığımız bir dövrdə bu cür beynəlxalq tədbirlərdə iştirak etmək çox böyük əhəmiyyət kəsb edir.        Bundan sonra da bizə göstərilən bütün etimadı doğruldacaq, Azərbaycan musiqi mədəniyyətini beynəlxalq səviyyədə layiqincə təmsil edəcəyik.

        Məcnun KƏRIMOV

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page