ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
MÜASIR MƏRHƏLƏDƏ AŞIQ SƏNƏTINDƏ PROBLEMLƏR VƏ PERSPEKTIVLƏR
Güllü ISMAYILOVA
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AŞIQ SƏNƏTI – AZƏRBAYCANDA MUSIQI TƏFƏKKÜRÜ FƏLSƏFI MƏDƏNIYYƏT FENOMENIDIR
Mina HACIYEVA
MÜASIR MƏRHƏLƏDƏ AŞIQ SƏNƏTINDƏ PROBLEMLƏR VƏ PERSPEKTIVLƏR
Güllü ISMAYILOVA
«NOVRUZ» ÇƏRŞƏNBƏLƏRI VƏ «XAN-XAN» OYUN TAMAŞASI
Rüxsarə HÜSEYNOVA
KAMANÇA VƏ SIMFONIK ORKESTR ÜÇÜN ILK KONSERTLƏR SILSILƏSINDƏN
Yaqut SEYIDOVA
AZƏRBAYCAN TARIXI MAHNILARININ NOTA SALINMIŞ YENI NÜMUNƏLƏRI
Həbibə VAQIF QIZI
TÜRKIYƏ VƏ AZƏRBAYCANDA KEÇIRILƏN NOVRUZ MƏRASIMININ MELO-POETIK SISTEMI VƏ ONLARIN MÜQAYISƏLI TƏHLILI|
Daimi CENGIZ
TƏNBUR VƏ ONUN MÜXTƏLIF NÖVLƏRI
Məcnun KƏRIMOV

 


       Bu günlərdə Azərbaycan Dövlət Mədəniyyət və Incəsənt Universitetində «Aşıq sənətinin müasir mərhələdə problemləri və pesrpektivləri» mövzusunda elmi-tədqiqat konfransı keçirildi. Bu konfrans Azərbaycanın ilk aşıqşünası-etnomusiqişünas Əminə xanım Eldarovanın elmi fəaliyyətinin 60 illiyinə həsr olunmuşdu.

       Azərbaycanda aşıq yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi baxımından istedadlı alim Əminə Eldarovanın çox böyük xidmətləri vardır. Bu il Əminə xanımın həyatının 84, elmi fəaliyyətinin isə 60 ili tamam olur. Belə ki, bir ömür qədər olan yaradıcılığını Azərbaycanda aşıq sənətinin araşdırılmasına və təbliğinə həsr edən alim, etnomusiqişünaslığımıza əhəmiyyətli töhfələr vermişdir. O, «Xalq-professional musiqi» kimi səciyyələndirilən sinkretik xüsusiyyətli aşıq musiqisinin perspektivləri ilə bu gün də maraqlanır və bu sahədəki problemlər bütün musiqişünaslar kimi onu da narahat edir. Doğrudan da, Əminə xanımın ömrünün bu yaşında konfransda iştirak etməsini sevindirici və qürurverici bir hal kimi dəyərləndirirəm.

       Konfransda dinlənilən məruzələr də aşıq sənətindəki perspektivlər və problemlərlə bağlı maraqlı, həm də aktual məsələlərə həsr olunmuşdu. Belə ki, sintetik sənət olan aşıq yaradıcılığı haqqında burada həm filoloqlar, həm musiqişünaslar, həm də ifaçılar məruzə etdilər.

       Ilk olaraq «Əminə Eldarovanın elmi yaradıcılığı və aşıqşünaslığın problemləri» mövzusunda Universitetin dosenti, sənətşünaslıq namizədi Kamilə Dadaşzadə danışdı. Əminə xanımın davamçılarından biri, aşıq sənətinin istedadlı tədqiqatçısı olan K.Dadaşzadə çox maraqlı faktlarla Ə.Eldarovanın elmi yaradıcılığı haqqında məlumat verdi və onun çoxşaxəli yaradıılığının 60 ilini aşıqşünaslığın öyrənilməsinə həsr etdiyini söylədi. Məruzəçinin çıxışından aydın oldu ki, XX əsrin 30-cu illərinin konteksində Əminə Eldarovanın yaradıcılığını həm də müəyyən mənada Üzeyir Hacıbəyovun elmi axtarışlarının bir parçası hesab etmək olardı. Çünki Üzeyir bəy Azərbaycan musiqisinin bütün sahələrini araşdırıb tədqiq olunmasının vacibliyini, təxirəsalınmaz olduğunu bilirdi, bunu daima öz çıxışlarında qeyd edirdi və məhz aşıq musiqisinin öyrənilməsini də istedadlı tələbəsi Əminə Eldarovaya həvalə etmişdi. Ə.Eldarova öz diplom işini «Aşıq sənəti və muğamların müqayisəli icmalı» mövzusunda yazır v ə aspiranturada da Ü.Hacıbəyovun məsləhəti ilə bu sənətin musiqi və ədəbi əsaslarını tədqiq edir. Üzeyir bəy dünyasını dəyişdikdən sonra isə Ə.Eldarovanın elmi rəhbəri Moskva Konservatoriyasının professoru V.M.Belyayev olur.

       Hələ Konservatoriyada oxuyarkən Ü.Hacıbəyovun sinfində «Azərbaycan xalq musiqisinin əsasları» fənnini öyrənən Ə.Eldarova, Ü.Hacıbəyovun 20 illik zəhmətinin nəticəsi olan bu mövzudakı eyniadlı məşhur monoqrafiyasının mətnini müəlliminin diktəsi ilə yazıya almışdır. Eləcə də Ü.Hacıbəyovun anadan olmasının 100 illyi münasibətilə bu kitabın 1985-ci ildə azərbaycan, rus və ingilis dillərində çap olunan nəşrlərinin redaktoru və ön sözün müəllifi də Ə.Eldarovadır. O, həm də Xurşid Ağayevanın (Qəmər Ismayılova ilə birlikdə) rus dilində nəşr olunan «Üzeyir Hacıbəyov» monoqrafiyasının redaktoru olmuşdur.

       50-ci illərdə Azərbaycan Radio Komitəsində və «Ədəbiyyat və incəsənət» qəzetinin redaksiyasında musiqi şöbəsinin müdiri işləyən Ə.Eldarova həm də müəllim kimi Konservatoriyada dərs verirdi. Lakin bütün bunlarla yanaşı, onun elmi fəaliyyətində aşıq sənəti mərkəzi tədqiqat problemi olmuşdur. Belə ki, 1964-cü ildə Moskvada VII Beynəlxalq Antropaloji və Etnoqrafik elmlər üzrə keçirilən konqresdə Ə.Eldarova, Aşıq Əkbər Cəfərovun müşayiəti ilə «Saz Azərbaycan aşıqlarının əsas musiqi alətidir» mövzusunda etdiyi çıxışı professor Lavrovski «konqresdəki bütün məruzələrin tacı» adlandırmışdı.

       Ə.Eldarova folklorçu-aşıqşünas kimi Gəncə, Qazax, Tovuz, Salyan, Kəlbəcər və s. rayonlarda elmi məzuniyyətlərdə olmuş Mirzə Bayramov, Islam Yusifov, Qara Mollayev, Sadiq Sultanov, Əmrah Gülməmmədov, Bəylər Qədirov, Imran Həsənov və s. məşhur aşıqlardan bu sənətin sirlərini öyrənmiş və onların ifasında aşıq havacatlarını lentə almışdır. Qonaqpərvər insan olan Əminə xanım kəlbəcərli aşıq Şəmkir Qocayevə, göyçəli aşıq Talib Ələsgəroğluna evində yer verərək Konservatoriyanın səsyazma kabinəsində onların çalğılarını da lentə yazaraq, işləmiş və 1975-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək sənətşünaslıq namizədi elmi dərəcəsini almışdır. Bu günədək bu sahədə axtarışlarını davam etdirən Ə.Eldarova elmi əsaslarla aşıq incəsənətinin nəzəri sistemini müəyyənləşdirmişdir. Belə ki, 1984-cü ildə «Elm» nəşriyyatında «Iskusstvo aşıqov Azerbaydcana» və 1996-cı ildə «Azərbaycan aşıq sənəti» monoqrafiyaları çap olunmuşdur ki, burada aşıq sənətinin mənbəyi, inkişaf yolu, klas sik aşıqların həyatı, ənənələri, aşıq musiqisində lad və intonasiya məsələləri, ifanın qanun-qaydaları, saz alətinin hazırlanması, quruluşu, köklənməsi və s. məsələlər elmi baxımdan araşdırılmışdır. O, həm də aşıqların yaradıcılıq təcrübəsində ənənəvi xalq musiqili-poetik terminologiyasının mövcudluğu barəsindəki konsepsiyanı, Azərbaycanda ilk dəfə çap olunan «Aşıq terminologiyası lüğəti»ndə elmi-nəzəri şərh verməklə həyata keçirmişdir. Ə.Eldarova həm də bir çox tədbirlərdə - 1971-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyində, 1981-ci ildə Aşıq Alının 180 illik yubileyində, 1984-cü ildə isə Aşıqların IV qurultayında əsas məruzəçilərdən biri olmuş, 1976-cı ildə Qazaxda S.Vurğunun anadan olmasının 70 illiyinə həsr olunmuş aşıqlar müsabiqəsində münsiflər heyətinin üzvü olmuşdur.

       K.Dadaşzadə Ə.Eldarovanın elmi fəaliyyətindən başqa aşıqşünaslığın bəzi problemlərinə də toxundu və onların da obyektiv səbəbləri olduğunu söylədi.

        Sonra filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyev «Anadolu aşıq məktəbi» haqqında məruzə etdi. O qeyd etdi ki, aşıq sənəti ilə bağlı ciddi müşahidələrə ehtiyac böyükdür, lakin təəssüf ki, bu sahədə söylənilən mülahizələrin əksəriyyəti bir-birini təkrarlayır. Halbuki, təhlildən kənarda qalmış Anadolu aşıq məktəbinin öyrənilməsinə böyük ehtiyac vardır. XIII-XIV əsrlərdə Yunus Imrənin yaradıcılığı ətrafında birləşən bu məktəb onun ideyaları altında sufi dünyagörüşünü - yəni Allaha qovuşmaq fikrini dəstəkləyir. Tarixdə Yunus Imrə bəzən aşıq, bəzən də şair kimi təqdim edilir. Anadolu aşıq məktəbinin bir qolunu təmsil edən Baba Isaak isə edam olunsa da, bu məktəbin yolunu səmtləşdirir. Doğrudur, onun ölümündən sonra bir müddət sufizmin təsiri hiss olunsa da, XIV əsrdə ozan sənətinin nüfuzu Osmanlı dövlətində əhəmiyyətli yer tuturdu. Belə ki, du dövrdə artıq epik və lirik dastan formalaşır, ifa sinkretizmi və aşıq repertuarları yaranır ki, beləl iklə də, dastançı aşıqlarla ifaçı aşıqlar bir-birindən fərqləndirilməyə başlayır. Bu dövrdə Anadolu aşıq məktəbinin nümayəndələri olan Aşıq Dəhri, Ibrahim Seyrani və başqalarını misal göstərmək olar.

       Orta əsrlərdə Anadolu və Anadolu ətrafı ərazini əhatə edən aşıq məktəbindən qaynaqlanan bu sənət Azərbaycanın şimal, qərb və cənub hissəsinə yaylır və 3 məşhur məktəbin timsalında davam edir ki, bu da Təbriz, Göyçə və Şirvan aşıq məktəbləridir. Analoduda isə ozanlar aşığa transformasiya olunur və bu aşıq məktəbi öz ənənələrini davam etdirir.

       Ümumiyyətlə, aşıq sənətində yeni ehtimallara və mülahizələrə əsasən söyləmək lazımdır ki, bu sahədə problemlər çoxdur. Məsələn, bir çox azərbaycanlılar torpaqlarından departasiya olunduqlarına görə bu bölgələrin aşıq sənəti nəzəri şəkildə öyrənilmək məcburiyyəti yaradır.

       Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı «Urmiya aşıq mühiti» mövzusunda məruzə etdi. Əvvəl mühit və məktəb anlayışlarının fərqindən danışan M.Qasımlı söylədi ki, məktəb dedikdə sırf ifaçılıq ənənəsi, mühit deyəndə isə əsasən yaşanılan ərazinin coğrafi mövqeyi nəzərdə tutulur. Yəni, məsələn Göyçə aşıqları öz yaradıcılıqlarında əsasən dağı, yaylağı vəsf edirdilərsə, Kür çayı ərazisində yaşayanlar əsas etibarilə çayın tərifinə böyük yer verirlər.

       Məhz, Urmiya aşıq mühiti də çox az öyrənilmiş sahələrdəndir. Doğrudur, 90-cı illərdə Azad Kərimli, Fəttah Xalıqzadə və başqa tədqiqatçılar Iranda olmuşdular, lakin tam şəkildə bu ərazilərdə araşdırmalar aparılmamışdır. Iranda Qərbi Azərbaycan ostanının inzibati mərkəzi olan Urmiya, coğrafiyasına görə Xoy, Maku şəhərlərini və kürd bölgəsini də əhatə edir, eləcə də ən böyük ostanlardan biri hesab olunur. Indi bir milyon əhalisi olan Urmiya, tarixən aşıqların ana ocağı olmuş ən qədim aşıq məktəblərindən sayılır. Çünki IX əsrdə mühüm karvan yolları üzərində yerləşən Urmiyanı ərəb müəllifləri Azərbaycanın ən iri şəhərlərindən biri adlandırırdılar və nəzərə alsaq ki, geniş mənada aşıqlıq, tarixən şəhər həyatı ilə bağlı olub, deməli Urmiya mühiti aşıq sənətinin inkişafına əhəmiyyətli imkanlar yaradırdı. Yəni şəhər mühiti - əhalinin kompakt yerləşməsi, mədəni-ticari sfera (karvan-saralar, çayxanalar və s.) həm əyləndirici, həm də mənəviyyat baxımından aşıq sənətinin inkişafın a böyük təsir göstərirdi. Əsasən Təbriz, Dərbənd, Şamaxı, Tiflis, Gəncə kimi şəhərlərdə aşıq sənətinin geniş təşəkkül tapması faktoru da bunu bir daha sübut edir. Ticarətin mərkəzləşdiyi Urmiya, aşıq sənətinin qaynar mərkəzi olaraq sonralar da digər aşıq məktəblərinə (Borçalı, Şirvan, Gəncə-basar və s.) əhəmiyyətli təsir göstərmişdir. Bir çox aşıq havacatları («Dolhicranı», «Sultanı», «Mansırı» və s.) məhz Urmiya aşıqlarından gəlmişdir.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page