ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ Âß ÌÀÀÐÈÔ×ÈËÈÉÈ
ESTETIK ZÖVQÜN TƏRBIYƏSINƏ DAIR
Samirə AŞUMOVA
Search

ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ Âß ÌÀÀÐÈÔ×ÈËÈÉÈ
ÌÓÑÈÃÈÄß «ÐßÍÝËÈ ÅØÒÈÌß» ÃÀÁÈËÈÉÉßÒÈÍß ÄÀÈÐ.
Àçàä ßËÈÉÅÂ
SÖNMƏZ SƏNƏT OCAĞI
Jalə ƏLIYEVA
ÜZEYIR HACIBƏYOVUN MƏKTƏBLILƏRIN MUSIQI-ESTETIK TƏRBIYƏSI HAQQINDA BƏZI FIKIRLƏRI
Afaq RÜSTƏMOVA
MUSIQI TƏHSILININ BÜNÖVRƏSINI QOYAN BÖYÜK PEDAQOQ
Minarə DADAŞOVA
ƏSRIN DÖRDDƏ BIRINƏ BƏRABƏR YOL
Tərlan SEYIDOV
AZƏRBAYCAN KAMERA-INSTRUMENTAL MUSIQISININ BƏZI XÜSUSIYYƏTLƏRI
Şəhla IBRAHIMOVA
ESTETIK ZÖVQÜN TƏRBIYƏSINƏ DAIR
Samirə AŞUMOVA

 


       Bütün dünya estetik fikrində ümumqəbul-olunmuş haldır ki, musiqi sənəti yalnız estetik zövq aşılamır, həmçinin insanları tərbiyələndirir, öyrədir, kamilləşdirir. Bu, incəsənətin yüksək məqsədi, amalıdır. Həyatın gözəlliyini açan, eyni zamanda, insanı kamilləşdirən musiqi mütərəqqi humanist meyllərə, özünəməxsus "dilə" malik olmalıdır. Bu musiqini yaradan bəstəkar və onun ifaçıları isə daim öz sənətkarlığını təkmilləşdirməli, mədəni, intellektual səviyyəsini zənginləşdirməli, başlıcası isə dövrünün qabaqcıl ideyaları ilə yaşamalıdır.

       Hələ qədim dövrlərdən insanın tərbiyəsində, onun mənən kamilləşməsində incəsənətin yüksək vəzifəsi müəyyənləşdirilmişdir. Aristotel incəsənəti insanların mənəviyyatı ilə bağlayaraq deyirdi ki, o, xeyirxahlığın, kamilləşmə məsələsinin ayrılmaz hissəsidir; o, ruhun "katarsisi" (təmizlənməsi) vasitəsilə insanı alçaq ehtiraslardan uzaqlaşdırır. XII əsrin dahi mütəfəkkir şairi Nizamiyə görə incəsənət insanlara yaşamaqda kömək etməli, onlara xeyirxahlıq, ədalətlilik hissləri təlqin etməli, mənən yüksəltməli, gözəllik idealı aşılamalıdır.

       Musiqidə estetik başlanğıc onun etik cəhətindən ayrılmazdır. Hadisələri estetik baxımdan qiymətləndirərkən (həm məzmununa, həm də formasına görə) mütləq olaraq, mənəvi cəhətlərə də toxunulur. Bu, tamamilə qanunauyğundur. Belə ki, həyatın dolğunluğu təkcə onun gözəlliyində deyil, həm də onun mənəvi məğzində ifadə olunur. Gözəl insan haqqında danışarkən, onun mənəvi paklığı da qeyd olunur.

       Dünyanın bütün mütərəqqi bəstəkarlarının yaradıcılığında estetik tərbiyə məsələsi ön planda durur. Çünki elə musiqi sənətinin qüvvəti onun dərin mənəvi, tərbiyəvi əhəmiyyətindədir. Bir çox bəstəkarlar musiqi yaradıcılığında olduğu kimi, elmi-publisistik irsində də musiqinin insana estetik təsiri məsələsinə böyük diqqət yetirirlər. Əlbəttə ki, bəstəkarların musiqi əsərləri vasitəsilə insanlara aşıladığı hisslərin onun nəzəri mülahizələri ilə şərhi də diqqəti cəlb edir və musiqinin estetik tərbiyəsi məsələsinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir.

       Bu baxımdan zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayevin elmi-publisistik irsinə müraciət etmək maraq doğurur. Qara Qarayevin məqalələrində musiqinin müasir insana estetik təsiri məsələsinə xüsusi diqqət verilir. Musiqi müəyyən dünyagörüşünə, estetik ideala, gözəllik haqqında şəxsi təsəvvürə malik olan bəstəkarlar tərəfindən yaradılır, buna görə də musiqinin estetik rolu, onun tərbiyəvi funksiyası çox halda sənətkarın özünün estetikliyi nə dərəcədə qavramasından asılı olur.

       Q.Qarayev incəsənətin digər növləri arasında musiqinin insana təsirini xüsusi olaraq qeyd edir: "Radio, televizor… əsrində musiqi insanın psixoloji və emosional əhval-ruhiyyəsinin formalaşmasına təsir göstərərək, möhtəşəm təbliğat alətinə çevrilir".1 Buna görə də sənətkarlar incəsənətin təmizliyi, kamilliyi, məzmunluğu uğrunda mübarizə aparmalı və yadda saxlamalıdırlar ki, incəsənət milyonlarla insanlara müraciət edir. Q.Qarayev haqlı olaraq qeyd edir ki, bu gün "adamlar musiqiyə təkcə əyləncə vasitəsi kimi baxmır, musiqidə zəka və qəlb üçün qida axtarır, öz mənəvi aləminin hüdudlarını genişləndirməyə çalışırlar".2

       Əlbəttə ki, musiqi insana həyatın gözəl cəhətlərini görməyə, dünyanın estetik gözəlliyini dərk etməyə kömək edir, insanın mənəvi aləmini hiss və duyğularla zənginləşdirir. Musiqi insanların qarşısında "gözəllik, səadət, sevinc dünyası" açır. Bu baxımdan da musiqinin qavranılması prosesində musiqi ilə onu qavrayan insanın estetik ideallarının və zövqünün qarşılıqlı ədaqəsini nəzərə almaq lazımdır.

       Imran Qasımov qeyd edir ki, Qara Qarayevin musiqisi, onun baletləri, simfoniyaları, süita, oratoriya və mahnıları gözəllik zirvələrini fəth edən sənətkarın daxili aləminin təcəssümüdür". O, bunun "dinləyici üçün fəlsəf və estetik kəşf" olduğunu göstərirdi. 3 Qara Qarayev dinləyicilərin zövqünü, sənət anlayışını yüksək pilləyə qaldırmağa çalışır və istəyirdi ki, bu yüksək pillədən onlarla ünsiyyət bağlasın, bir-birini qarşılıqlı surətdə anlayıb duya bilsinlər. Belə bir mühitə o, böyük ehtiyac hiss edirdi.

       Öz təbiətinə görə incəsənət estetik tərbiyə üçün yaranmışdır, burada estetik zövqin inkişafı zəruri məsələdir. Insanda estetik hisslər sənətkarın ona təlqin etdiyi vasitələrlə formalaşır və ümumiləşdirilir.

       Q.Qarayev estetik tərbiyə problemini lap erkən uşaqlıq çağlarından başlayaraq həll etməyi məqsədəuyğun sayır: "Mən belə fikirləşirəm ki, uşaq əlifba ilə yanaşı, qammanın əsas səslərilə, eləcə də spektrin əsas rənglərilə tanış olmalıdır. Bu, onun təxəyyülünü zəngin, qüvvətli və çoxcəhətli edər. Sonralar o başa düşəcək ki, rənglərin həmahəngliyi, harmoniya, melodiya duyumu yaradır".4 Bəstəkarın fikrincə, estetik tərbiyə olmadan gözəllik hissinə malik həssas qəlbli insan yetişdirmək olmaz.

       Estetik tərbiyə məsələsi yalnız musiqilə sadəcə tanışlıqla bitmir. Q.Qarayevin fikrincə, estetik tərbiyə anlayışına, həmçinin, bəstəkarların dinləyicilərlə yaradıcılıq görüşləri də daxildir.

       Professional təhsillə yanaşı, insanların musiqi maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Vaxtilə Üzeyir Hacıbəyov da populyar konsertlərin verilməsini, musiqi ocaqlarının açılmasını, musiqili teatrların sisteminin genişləndirilməsini və s. bu kimi tədbirləri estetik tərbiyə işinin mühüm şərti hesab edirdi. Şübhəsiz, bir vaxtlar fəaliyyət göstərən mədəniyyət universitetləri, xalq konservatoriyası insanların estetik zövqünün tərbiyələndirilməsi məsələsində müəyyən nailiyyətlər əldə etmişdi. Lakin çox təəssüf ki, müasir dövrdə onların fəaliyyəti unudulmuş və musiqi maarifləndirməsi işi estetik tərbiyənin mühüm tərkib hissəsi kimi diqqətdən kənarda qalmışdır.

       Məlumdur ki, insanın estetik zövqünün tərbiyə edilməsində musiqinin rolu məsələsi böyük rus musiqişünası B.Asafyevin də diqqət mərkəzində dururdu. Bu məsələnin həllində B.Asafyev professional musiqiçilərin kütlələrlə sıx əlaqəsini mühüm amil kimi qiymətləndirərək qeyd edirdi ki, xalq kütlələrinə musiqiyə böyük mədəniyyət mənbəyi kimi baxmağı aşılamaq lazımdır.

       B.Asafyev xüsusilə ümumtəhsil məktəblərində musiqiyə böyük diqqət verilməsini mühüm məsələ kimi qarşıya çəkir. O, belə hesab edir ki, məktəbdə musiqini həmin dövrün bədii tendensiya və ölçülərinə uyğun olaraq tədris etmək lazımdır. B.Asafyev deyirdi ki, "həm bədii qiymətləndirmə, həm də estetik zövq musiqi ilə təmas prosesində yaranır, lakin bu…heç də mütləq qəbul olunmuş proqram olmamalıdır".5

       B.Asafyev uşaqlarda musiqiyə yaradıcı münasibət hissi aşılamağın tərəfdarı idi. Buna görə də onları qamma və intervallarla tanış etməyi lazım bilirdi. Onun fikrincə, quru izahat heç bir fayda verməz. Bu işdə klassik və xalq musiqisinin ən yaxşı nümunələrindən istifadə olunması məqsədə uyğundur. O, belə hesab edirdi ki, musiqi müəllimindən də çox şey asılıdır. Müəllim uşaqları məcbur etməməli, əksinə, onları şüurlu surətdə qiymətli bədii sərvətləri mümkün qədər geniş dairədə qavramağa yönəltməlidir.




1 Karaev K. V bitve za pravdu cizni. "Sovetskaə kulğtura", 1969, 28 ənvarə.

2 Qaraev Q. Əməyin və ömrün bəzəyi. "Ədəbiyyat və incəsənət", 1979, 19 oktyabr.

3 "Veçer simfoniçeskoy muzıki Kara Karaeva". "Bakinskiy raboçiy", 1978, 26 ənvarə.

4 Karaev K. Pora prekrasnoqo. "Oqonek", 1961, ¹43, s.25.

5 Asafğev B. O muzıkalğnom prosvehenii i obrazovanii. M-L, 1965, s.21




Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page