ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ Âß ÌÀÀÐÈÔ×ÈËÈÉÈ
ÜZEYIR HACIBƏYOVUN MƏKTƏBLILƏRIN MUSIQI-ESTETIK TƏRBIYƏSI HAQQINDA BƏZI FIKIRLƏRI
Afaq RÜSTƏMOVA
Search

ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ Âß ÌÀÀÐÈÔ×ÈËÈÉÈ
ÌÓÑÈÃÈÄß «ÐßÍÝËÈ ÅØÒÈÌß» ÃÀÁÈËÈÉÉßÒÈÍß ÄÀÈÐ.
Àçàä ßËÈÉÅÂ
SÖNMƏZ SƏNƏT OCAĞI
Jalə ƏLIYEVA
ÜZEYIR HACIBƏYOVUN MƏKTƏBLILƏRIN MUSIQI-ESTETIK TƏRBIYƏSI HAQQINDA BƏZI FIKIRLƏRI
Afaq RÜSTƏMOVA
MUSIQI TƏHSILININ BÜNÖVRƏSINI QOYAN BÖYÜK PEDAQOQ
Minarə DADAŞOVA
ƏSRIN DÖRDDƏ BIRINƏ BƏRABƏR YOL
Tərlan SEYIDOV
AZƏRBAYCAN KAMERA-INSTRUMENTAL MUSIQISININ BƏZI XÜSUSIYYƏTLƏRI
Şəhla IBRAHIMOVA
ESTETIK ZÖVQÜN TƏRBIYƏSINƏ DAIR
Samirə AŞUMOVA

 


       XX əsrin əvvəllərində dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyov bədii tərbiyənin mütərəqqi formaları uğrunda, xalqımızın, o cümlədən böyüməkdə olan gənc nəslin estetik istiqamətdə tərbiyəsi uğrunda xüsusilə böyük işlər görür. Onun fikrincə, incəsənətin bütün növləri təbii surətdə inkişaf edərsə, onda xalqın estetik və əxlaqi tərbiyəsinə hərtərəfli təsiri barədə söhbət aparmaq mümkündür.

       Ü.Hacıbəyovun fikrincə, musiqi insanlara həm estetik, həm də emosional bədii tərbiyəvi təsir göstərir. Bunun üçün bəstəkarın musiqi əsərinə əsas tələbi bu sənətin aydın olmasıdır. Yəni xalqın estetik tərbiyəsi işində musiqi əsəri ona aydın olanda, onu başa düşüb dərk edəndə o, öz rolunu yerinə yetirə bilər. Bununla əlaqədar bəstəkar belə yazırdı: «Xalqın zövqü sağlam zövqdür, xalq bəstəkar qarşısında çox yüksək tələblər qoyur»1. Digər tərəfdən, o, musiqiçinin uşaqların estetik tərbiyə sistemindəki böyük rolunu dərk edərək belə yazırdı: «Musiqinin ümumi xalq arasında inkişafına və ünsiyyətinə ciddi vasitə olan… xor kollektiv-bir musiqi olduğundan ictimai əhəmiyyəti böyükdür»2. Bununla əlaqədar olaraq Ü.Hacıbəyov ümumtəhsil məktəblərində çox səsli uşaq xorlarının da yaradılmasını məsləhət görürdü. Buradan belə çıxır ki, şagirdlərin estetik tərbiyəsində xor kollektivlərində çoxsəsli oxuyacaqları Azərbaycan xalq mahnılarının əhəmiyyətini çox yüksək qiymətləndirən Ü.Hacıbəyovun fikrincə lad, harmonik, melodik, ritm hissiyyatlarının formalaşdırılması üçün bu əsərlərin əvəzi yoxdur.

       Buradan aydın olur ki, Ü.Hacıbəyov şagirdlərin musiqi estetik tərbiyəsi prosesində məhz xalq musiqisi nümunələri vasitəsilə onların lad, harmonik, melodik və ritm hissiyyatlarının formalaşdırılmasını əsas vəzifə kimi qiymətləndirir. Bununla yanaşı, Ü.Hacıbəyov həm də xalq musiqisindən başqa dünya musiqisi korifeylərinin də əsərləri ilə məktəbliləri tanış etməyi məsləhət görür və onun fikrincə, «əks təqdirdə Azərbaycan xalqı mədəni xalqlar səviyyəsinə qalxa bilməz»3.

       Şagirdlərin estetik tərbiyəsilə əlaqədar məktəb qarşısında duran əsas vəzifə haqda Ü.Hacıbəyov yazırdı: «Məktəbin ən yaxın məqsədi azərbaycanlıları musiqi sənətinə alışdırmaqla bunlar üçün yeni sənət qapısı açmaq, əlavə məxfi qalmış olan məharət və təbii sahibləri zühura çıxarmaqla bəşəriyyətə bu yolla xidmətlər göstərməkdədir. Digər böyük bir qayeyi-əməl vardır ki, o da Şərq musiqisini məktəb vasitəsilə tərəqqi etdirib Qərb musiqisini bu gün işğal etməkdə olduğu uca mərtəbələrə qədər irəlilətməkdir. Şübhəsiz ki, tar çalmaq ustalığını bu qaidə not üzrə öyrənmiş, muğamatı şərqidən lazımınca məlumat kəsb etmiş, elmi musiqinin nəzəriyyət və əməliyyət cəhətlərinə sənələrcə təhsil etmiş olan tarzən ilə bu məlumatlardan bibəhrə qalan toy tar çalanlarının arasında zəmin-simai təfavüt olub. Şərq musiqisinin tərəqqisinə kömək edənlər ancaq birincilər ola bilərlər»4.

       Buradan bir daha aydın olur ki, Ü.Hacıbəyov xalq musiqisi nümunələrinin məktəblilərin estetik tərbiyəsindəki rolunu yüksək qiymətləndirməklə bərabər, onları dünya musiqi mədəniyyəti nümunələri ilə tanış etməyi məsləhət görür və bunun üçün xalq musiqimizlə Avropa musiqisi nümunələri arasında oxşar cəhətləri araşdırıb ortaya çıxartmağa da cəhd göstərir.

       Ü.Hacıbəyov aşıq yaradıcılığının böyük bədii-estetik əhəmiyyətini qeyd etmiş və bu nümunələri böyüməkdə olan gənc nəslin musiqi inkişafının tərbiyəsi sistemində istifadə etməyi öz məqalələrində məsləhət görmüşdür.

       Aşıq musiqisi, ustad və ifaçı-aşıqların yaradıcılığı həm də böyüməkdə olan gənc nəslin-uşaqların da musiqi-estetik tərbiyəsinə müəyyən mənada təsir göstərmişdir. Çox qədim zamanlardan hələ indiyə qədər Azərbaycanın ucqar kənd rayonlarında aşıq yaradacılığı xalqın bəlkə də yeganə estetik tərbiyə vasitəsi olmuşdur.

       Aşıq musiqisinin ifa tərzi ilə əlaqədar dahi bəstəkar belə yazır: «Aşıq dəstəsi dəxi əksərən üç nəfərdən olub, bunlardan biri həm oxuyar, həm də «saz» çalar, iki yerdə qalanı isə alət nəğmədən olan «balaban» çalar: balabançının «ikincisinə», «züy» tutan və yaxud «dəmkeş» deyirlər ki, bunun vəzifəsi hava çalmaq deyil, yalnız bir sədanı uzatmaqdan ibarətdir: balaban çalanlar «tütək» və «zurna» dəxi çalarlar; bu halda bunların xanəndəsi dəf (təbil) çalmalıdır, aşıq dəstəsi çox vaxt muğamat və dəstgahlardan bixəbər olub, «repertuarları» xalq mahnılarından və nağıllardan əmələ gəlir; nağıl vaxtı aşıqlar, otaq içində gəzişə-gəzişə icrayi-hünər edib yeri gələndə saz ilə və yeri gələndə hava ilə şirin-şirin nağıllar söyləyib oxuyarlar»5.

       Dahi Ü.Hacıbəyovun bu qeyd etdiyimiz cümlələrindən məlum olur ki, aşıq musiqisinin ifası zamanında sazdan başqa nəfəs alətlərindən balaban, zurna və tütək, zərb alətlərindən isə dəf və təbil kimi alətlərdən istifadə olunur.

       Azərbaycan klassik musiqisinin banisi Ü.Hacıbəyov aşıq musiqisini iki növə ayırır. Birinci növ aşıq musiqisi xalqın toylarında və digər mərasimlərdə ifa olunan musiqi nümunələrinə daxildir. Ikinci növ musiqi isə xalq ustadlarının yaratdığı və yaşatdığı musiqidir. Deməli, belə çıxır ki, birinci növ musiqiçilər şəhər (həm də «məclis») musiqiçilər dəstəsi, ikinci növ musiqiçilər isə «kənd» musiqiçiləri adlanırlar. «Kənd» musiqiçiləri adətən «aşıq» və «zurnaçı» dəstəsindən ibarətdir. Ü.Hacıbəyova görə şəhər musiqiçiləri «oturaq», kənd musiqiçiləri isə «köçəri» həyat keçiriblər. Ü.Hacıbəyov bir daha sonrakı məqalələrində aşıq sənətinin professional sənət nümunələri olan sazəndələr arasındakı fərqi bir qədər də dərinləşdirir. Ü.Hacıbəyovun fikrincə professional hesab olunan sazəndələr tərəfindən aşıqlar sıxışdırılaraq kəndlərə getmişlər və beləliklə də geniş kənd camaatının məhəbbətini qazanmışlar6.




1 Hacıbəyov Ü. Azərbaycanda musiqi tərəqqisi. Əsərləri. II cild, s.244

2 Yenə orada

3 Yenə orada, s.251

4 Yenə orada, s.201

5 Hacıbəyov Ü. Azərbaycan musiqi həyatına bir nəzər. Əsərləri, II c., Bakı, 1965, s. 217

6 Hacıbəyov Ü. Azərbaycan aşıqları. Sovetskoye iskusstvo, 4 aprel, 1938



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page