ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
RƏHILƏ HƏSƏNOVANIN MÜƏLLIF ÜSLUBUNUN BƏZI XÜSUSIYYƏTLƏRI
Kəmalə ƏLƏSGƏRLI
Search

ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
ÜZEYIR HACIBƏYOVUN
Gülzar MAHMUDOVA
CAHANGIR CAHANGIROVUN MAHNILARI
Leyla QULIYEVA
VASIF ADIGÖZƏLOVUN VOKAL YARADICILIĞININ MUSIQI DILININ BƏZI XÜSUSIYYƏTLƏRI
Imruz ƏFƏNDIYEVA
RƏHILƏ HƏSƏNOVANIN MÜƏLLIF ÜSLUBUNUN BƏZI XÜSUSIYYƏTLƏRI
Kəmalə ƏLƏSGƏRLI
UŞAQ XOR IFAÇILIĞININ YARANMASINDA ÜZEYIR HACIBƏYOVUN ROLU
Allahverdi XƏLƏFOV
AZƏRBAYCAN XALQ RƏQSLƏRININ NOT YAZILARI HAQQINDA
Elnarə DADAŞOVA
QARA QARAYEVIN FORTEPIANO MUSIQISININ TARIXI ZƏMINI
Nərgiz ABDULLAYEVA
ASƏF ZEYNALLININ YARADICILIĞINDA FORTEPIANO FUQALARININ INTONASIYA XÜSUSIYYƏTLƏRI
Natəvan QƏDIMOVA

 


       XX əsr Azərbaycan musiqisi öz inkişafında bir sıra vacib mərhələlərdən keçmişdir. Musiqi sənətinə 1970-90-cı illərdə gələn bəstəkar nəslinin nümayəndələrindən hər biri ayrı-ayrılıqda istedadının özünəməxsusluğunu göstərən keyfiyyətlərlə səciyyələnir. Təbiidir ki, bir nəslin bəstəkarları özündən əvvəlki onilliyin nailiyyətlərindən bəhrələnərək ən müxtəlif janrlarda işləmiş, musiqi yaradıcılığının yeni-yeni sahələrinə çox sürətlə müdaxilə etmişlər. Ən vacibi isə odur ki, onlardan hər biri öz dəstxəttini və üslublarını yaradaraq Azərbaycan musiqi sənətinin hüdudlarını daha da genişləndirmişlər.

       1970-90-cı illərdə Azərbaycan musiqi mədəniyyəti öz inkişafının yeni mərhələsinə daxil olmuşdur. Bu dövrün musiqisi yeni ifadə vasitələrinin və formaların fəal axtarışı dövrüdür. Klassik ənənələrə, yaşlı nəslin bəstəkarlarının ənənələri və təcrübəsinə əsaslanaraq musiqidə yeni yollar axtarışı daha ərqli obraz və mövzu aləminin yaranmasına səbəb olmuşdur.

       Yaradıcılığa 1970-ci illərdə başlayan istedadlı bəstəkarlardan biri də Rəhilə Həsənovadır. Bəstəkarın maraq dairəsinin genişliyi, bu günün tələblərinə cavab vermək səyi onun həm tarixi keçmişimizin, həm də müasir dövrümüzün ən müxtəlif mövzularına, obrazlarına müraciət etməsi böyük maraq doğurur.

       Müxtəlif janr və formaları geniş əhatə edən 3 simfoniyası "Dərviş", "Mərsiyə", "Səma", 3 simli kvarteti, fortepiano üçün "A la Meykhana" fantaziyası, orqan üçün "Qəsidə" simfoniyası, "Mahnılı nağıllar" uşaq operası, "Pirəbədil", böyük simfonik orkestr üçün "Gecə", orqan üçün "Səhra" fantaziyası, "Cavidi-dəstgah" xor operası, "Müğfil", "Zərrə", "Nüvə" adlı əsərləri ilə sənət aləmində dahi müəllimi Qara Qarayevin varisi olaraq Rəhilə Həsənova musiqidə öz tutarlı sözünü deyə bilmişdir.

       Rəhilə Həsənovanın musiqisini həmişə ciddi ideyalarına, məzmununa, təcəssüm olunan mövzu və obrazların əhəmiyyətinə görə tanımaq olar. Mühüm fikirləri, dərin, ciddi hissləri bəstəkar həmişə aydın, dəqiq və inandırıcı ifadə edir. Rəhilə Həsənova elə bəstəkarlardandır ki, o müasir bəstəkarlıq texnikası ehtiyatlarından geniş şəkildə, ustalıqla istifadə edərək bu vasitələri öz milli musiqi sənətinə tətbiq edir.

       Rəhilə Həsənova musiqisi milli musiqimiz ilə sıx bağlıdır. Azərbaycan xalq və şifahi ənənəli professional musiqisinə xas olan cəhətlər onun yaradıcılığının elə ilk mərhələsində yaranan I və II simfoniyalarında artıq təzahür tapmışdır. Konservatoriyada təhsil aldığı illərdə yazdığı I simfoniyada artıq bəstəkarın yaradıcılıq dəstxətti üçün səciyyəvi cəhətlər özünü göstərməyə başlayır. Deməli, Rəhilə Həsənova hələ Konservatoriya dövründən etibarən öz yaradıcılıq prinsiplərinə həmişə sadiq qalan bəstəkardır.

       Bizim müəllif yaradıcılığı ilə tanışlığımız onun rəngarəng fortepiano əsərləri ilə başlamışdı. 12 prelüddən ibarət "Çeşmə" fortepiano silsiləsi, Sonata və "A la Meykhana" fantaziyasının ardınca bəstəkarın iri simfonik orkestr üçün yazdığı I və II simfoniyaları, simli kvartet, tenor və bas üçün "Dərviş", kamera ansamblı üçün (15 alət) "Səma" və kamera ansamblı üçün (9 alət) "Pirəbədil" əsərlərinin təhlili ilə məşğul olduğumuz məqamdan etibarən onun yaradıcılığının yüksək qiymətə malik olduğunu söyləyə bilərik..

       Rəhilə Həsənovanın yaradıcılıq axtarışları fərdi xarakter daşıyır. Az vasitə ilə çox şey demək imkanına malik, sözünü, mövqeyini, hissini büruzə etdirməyə qadir olan və musiqimizdə yeni təmayüllər üzə çıxaran Rəhilə Həsənova musiqisi zamanın tələbinə cavab verir.

       Onun bəstəkarlıq üslubu daim inkişaf edir və özünü inkişaf istiqamətinə yönəldən üslubu hər yeni əsərində başqalaşır, forma baxımından yeniləşir. Yaradıcılığının müxtəlif dövrlərində yazılan əsərlərdə bəstəkar üslubunda baş verən daxili prosesləri, stabil və dəyişən üslub cəhətlərini işləmək mümkündür.

       Rəhilə Həsənova musiqisində mövqe və obraz axtarışı məzmun etibarilə millilik və doğma zəminliyi əks etdirməyə yönəldilərək xalqımızın tarixi, məişəti, mədəniyyəti və dini-fəlsəfi təfəkkürü ilə sıx təmasdadır. Hər bir əsərində dünyəvi dəyərlər, Tanrı, insan obrazları ilə bağlı cəhətlər özünü göstərir. Bəstəkarın insan və dünya haqqında mühüm baxışları, insanın mənəvi yüksəlişi yazdığı əsərlərdə təcəssüm olunur.

       Rəhilə Həsənova əsərlərinin dini-fəlsəfi mahiyyətini başa düşmək və anlamaqla müasir dinləyici hələ qədimdən bəri xalqımızın malik olduğu dərin mədəniyyətin ən yaxşı cəhətlərinin bəstəkar yaradıcılığına bütün varlığı ilə hopduğunun şahidi olur. Bu mənada Rəhilə Həsənova əsərlərinin bağışladığı ruhi təsir vacib cəhət olub onun musiqisinin mənasını təşkil edir. Bütün yaradıcılığı boyu "gizli məna" səbəblərini axtaran bəstəkarın sufi dünyagörüşü hər yeni əsərində daha da dolğunlaşmaqdadır. Onun sufizm musiqi estetik ideyaları ilə səsləşən əsərləri dinləyiciyə sufi dünyagörüşünün mistik-psixoloji anlamının sirlərini açıqlayır.

       Rəhilə Həsənovanın hələ diplom işi olan I simfoniyasında izlədiyimiz əsas cəhətlər - daxili fikir tamlığı sufi fəlsəfəsi ilə səsləşərək bəstəkarın bütün yaradıcılığı boyu sadiq qaldığı vacib amil kimi qeyd olunmalıdır. Onun möhkəm təməl kimi Ilahi (səmavi) musiqiyə dayaqlanan kompozisiyaları XXI əsr müasir Azərbaycan musiqisində yeni obrazlar və ideyalar meydana gətirmişdir. Bu obraz və ideyalar meydana gətirmişdir. Bu obraz və ideyalar Rəhilə Həsənova musiqisinin idrak səviyyəsini və mənəvi təsirini açıqlayaraq onun yaradıcılığının zehni-intellektual cəhətlərini üzə çıxarır.

       Müasir bədii vasitələrin köməyi ilə öz musiqi fikrini həyata keçirən Rəhilə Həsənovanın cəsarətli yaradıcılıq ideyaları zəngin təxəyyülün səbəbinə əldə olunmuşdur. Milli təfəkkürün dərin qatlarına, sufi fəlsəfəsinə, Islamda kult (ayin) musiqisinin xüsusiyyətlərinə arxalanması onun əsərlərinin səciyyəvi cəhətlərindəndir. Vahid bir fikrə əsaslanıb, onu ardıcıl inkişaf etdirmək Rəhilə Həsənova əsərlərini sufi musiqisinin səciyyəvi cəhətləri ilə qeyri adi tərzdə qovuşdurur.

       Bəstəkarın əsərlərində sufi fəlsəfəsi və nəzəriyyəsinin ən əsas cəhəti olan Allaha hədsiz məhəbbət vacib ideyadır. O sufizmin fəlsəfi dərinliyini musiqidə yüksək bədii səviyyədə təcəssüm etdirən ik azərbaycanlı bəstəkar olub, bu sahədə böyük nəticələr əldə etməyin mümkün lüyünü göstərmişdir.

       Rəhilə Həsənovanın ənənə və müasirliyə olan münasibəti də böyük maraq doğurur. Ənənə və novatorluq, milli və müasir Avropa musiqi ünsürlərinin sintezi müəllif üslubunun əsas xüsusiyyətlərindən biridir. Milli musiqi ilə müasir Avropa musiqi üslubunun üzvi birliyi bəstəkar yaradıcılığına xas olan cəhətdir. Onun əsərlərinin daxili formasını təhlil etdikcə şifahi ənənəli Azərbaycan professional musiqi olan muğam üslub və kökləri, sırf dini janrlar – sufi musiqi-estetik, həmçinin dərviş nəğmələrinin xüsusiyyətlərinin müasir Qərbi Avropa musiqisindəki üslub və cərəyanlarla sintezini aşkarlamaq olur.

       XX əsrin sonu, XXI əsr müasir musiqidə geniş təzahür tapan minimalizm cərəyanlarının geniş imkanlarından istifadə edərək bəstəkar başlanğıc-inkişaf-son tipli formanı vahid prosesual qaydada qurur. Özü də prosesuallıq bir tək Rəhilə Həsənova yaradıcılıq dəst-xəttində rast gəlinən cəhət kimi onun müəllif üslubunun həm təsəvvüf (sufi), həm də müasir Avropa musiqisinin bəzi cəhətləri ilə təmas nöqtəsinə əsas verir.

       R.Həsənovanın bir çox əsərlərində xalqımızın qədim mərasimləri ilə bağlı xüsusiyyətləri də izləmək olur. Ulu mərasim estetikasının müasir musiqidə canlandırılması bəstəkarın xalqımızın milli-mədəni təfəkkürünün məxəzlərinə bələd olmasından irəli gəlir. Bu mənada Rəhilə Həsənovanın bəzi əsərləri mərasim tiplidir. Bu kompozisiyalar «Kosa-kosa» balet pantomimi, «Dərviş», «Səma», «Qəsidə», «Mərsiyə», «Pirəbədil», «Maral oyunu» və digərləridir. Fikrimizcə, bəstəkar zəngin yaradıcı təxəyyülünün nəticəsində xalqımızın mənəviyyatını və mədəni keçmişini dirçəltmişdir.

       Bu gün fəaliyyət göstərən bəstəkarlarımız arasında Rəhilə Həsənovanın əsərləri sənət aləminin yeni tələbləri ilə tam ayaqlaşır. Tam əminliklə deyə bilərik ki, o yüksək daxili potensiala malik bəstəkardır. O, müasir ifadə və yazı sistemlərinə sərbəst müraciət edərək yeni texnika və ifadə vasitələrini fəal tətbiq edir. Bəstəkarın əsərləri Qərb mədəniyyətinin və yaradıcılıq təcrübəsinin ən son tapıntıları və nailiyyətlərindən heç də geriyə qalmır. Məhz bu səbəbdən onun əsərləri respubilkamızın hüdudlarından kənarda daha çox tanınır.

       Bütün bu cəhətlər R.Həsənovanın müasir Azərbaycan musiqisi tarixində tutduğu mövqeyini qüvvətləndirir. Onun müasir Azərbaycan musiqisi tarixində yaradıcılıq üslub və dəst-xəttinin özünəməxsus yeri var və gələcək nəsillərin inkişafında bu kimi cəhətlərin mühüm yer tutduğu şübhəsizdir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page