XƏBƏRLƏR 2005-ci il
Materialları hazırladı: Leyla MƏMMƏDOVA
Search


ORQAN MUSIQISINƏ HƏSR OLUNMUŞ PLENUMUN MÜZAKIRƏSI
Materialı hazırladı: Sevda ƏLIQIZI
NAXÇIVAN MUXTAR RESPUBLIKASINDA KEÇIRILMIŞ SƏYYAR PLENUMUN MÜZAKIRƏSI
Materialı hazırladılar: Lalə HÜSEYNOVA və Sevda ƏLIQIZ
ÜZEYIR HACIBƏYOVUN ANADAN OLMASININ120 ILLIK YUBILEYINƏ LAYIQLI TÖHFƏ
Materialı hazırladı: Ülkər TALIBZADƏ
XƏBƏRLƏR 2005-ci il
Materialları hazırladı: Leyla MƏMMƏDOVA

 


Sentyabrın 18-də dünya mədəniyyətinin görkəmli dühalarından sayılan, Azərbaycan xalqının milli iftixarı, Şərq musiqisinə xüsusi estetika bəxş etmiş Üzeyir bəy Hacıbəyova həsr edilmiş və Azərsun Holdinq Mədəniyyət Mərkəzində keçirilmiş gecə yaddaşlara həkk olundu.

Tədbir Bakı Musiqi Akademiyasının qarşısında yerləşən ölməz sənətkarın heykəli önünə əklil qoyulması ilə başlandı. Mədəniyyət Mərkəzində düzənlənən bədii-ədəbi gecədə çağdaş günlərimizin ünlü sənətçiləri, şair və yazıçılar, holdinq əməkdaşları Üzeyir bəyin geniş və çoxşaxəli fəaliyyətindən, böyük fitri istedadından, zəngin yaradıcılığından danışdılar.

Bədii-ədəbi, musiqli kompozisiyanın aparıcısı Səadət xanım Qarabağlı Üzeyir bəyin həyat və fəaliyyətinin müəyyən məqamlarını xüsusi olaraq diqqətə yetirdi.

Arşın mal alan, Ər və arvad operettalarından ifa edilən musiqi parçaları, Opera və Balet Teatrının solistləri, respublikanın xalq artistləri Mənsum Ibrahimov və Nəzakət Teymurovanın ifasında Leyli və Məcnunun duetləri, xalq artisti - Lütfiyar Imanovun ifasında Koroğlunun ariyası və digər çıxışlar da maraqla qarşılandı.

Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun Üzeyir bəyə ithaf etdiyi Bir mahnı var mənzum şeri, şair Məmməd Aslanın Dünya xəlvət dərə deyil şeri, musiqişünas Ramiz Zöhrabovun Üzeyir bəyin musiqisi ilə bağlı çıxışları gecəyə təsirli ovqat bəxş etdi.



Sentyabr ayının 16-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar Ittifaqı və Beynəlxalq Əlaqələr Mərkəzinin təşəbbüsü ilə Azərbaycan dünyası rəsm qalereyasında Respublikanın əməkdar incəsənət xadimi Elturan Avalovun Ü.Hacıbəyovun anadan olmasının 120 illiyinə həsr olunmuş O olmasın, bu olsun, Arşın mal alan & Elturan adlı sərgisinin açılışı keçirilmişdir. Sərgidə rəssamın Ü.Hacıbəyovun əsərlərinin mövzusunda çəkilmiş şəkillər nümayiş etdirilmişdir.



Sentyabr ayında dahi bəstəkar Ü.Hacıbəyovun anadan olmasının 120 illik münasibəti ilə Bakı Kitab Klubu O olmasın, bu olsun musiqili komediyasını ingilis dilində çap edib. Mashadi Ibad adlı kitaba əsərin librettosu (azərbaycan və ingilis dilində) və partiturası daxildir. Kitabın tərcüməçisi Seyran Ağabəyovdur.



Sentyabrın 16-da Respublika Musiqi dünü münasibəti ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmiətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında bir sıra mədəniyyət xadimlərinə fəxri ad verilmişdir. Onların sırasında Bəstəkarlar Ittifaqının üzvləri də təltif olunmuşdur:

Xalq artisti fəxri adına Ibrahimova Sevda Mirzə qızı, Məmmədov Nəriman Həbib oğlu, Mirzəyev Musa Abdulla oğlu və Əməkdar incəsənt xadimi fəxri adına Dadaşov Ağadadaş Hacıbala oğlu, Dadaşov Azər Ismayıl oğlu, Qasımova Ruhəngiz Nağı qızı, Mansurov Eldar Bəhram oğlu və Yaqubova Tahirə Əhəd qızı.



Sentyabrın 18-də Bakıda Üzeyir Musiqi günü geniş qeyd olunmuşdur. Bayram iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümumilli liderimiz Heydər Əliyevin xatirəsinə dərin ehtiramlarını bildirmiş, məzarı önünə əklil qoymuşlar.

Dövlət xor kapellası Üzeyir Hacıbəyovun məzarı önündə dahi bəstəkarın məşhur Şəbi hicran əsərini ifa etmişdir.

Musiqi bayramı Dövlət Incəsənət Muzeyinin həyətində, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün erməni qəsbkarları tərəfindən Şuşada güllələnmiş və burada nümayiş etdirilən büstlərinin yanında davam etdirilmişdir.

Yaralı abidələrin önünə tər güllər düzüldükdən sonra incəsənət ustalarının ifasında Şuşa həstərli mahnılar səslənmiş, şerlər dinlənilmişdir.



Sentyabrın 18-də paytaxtın minlərlə sakini xalqımızın XX əsrdə bəşəriyyətə bəxş etdiyi ən böyük simalardan biri, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş ənənəvi Üzeyir musiqi günündə iştirak etmək, onun həmişəyaşar sənətinə ehtiramını, hörmət və məhəbbətini bildirmək üçün ölməz sənətkarın Bakı Musiqi Akademiyasının qarşısındakı abidəsi önünə toplaşmışdı. Mədəniyyət Naziri Polad Bülbüloğlu, Azərbaycan Bəstəkarlar Ittifaqının Birinci Katibi, xalq artisti Vasif Adıgözəlov, Bakı Musiqi Akademiyasının rektoru, xalq artsiti Fərhad Bədəlbəyli, xalq artisti Arif Babayev, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi, xalq artisti Lütfiyar Imanov, xalq artisti Xuraman Qasımova, xalq şair, Milli Məclisin deputatı Zəlimxan Yaqub sıxış etdilər.

Bayram tədbiri Üzeyir bəy Hacıbəyovun ölməz musiqisi ilə davam etdirildi. Dahi sənətkarın şah əsəri - Koroğlu operasının üvertürasının ürəkləri riqqətə gətirən, qəlblərdə igidlik, qəhrəmanlıq, vətənə məhəbbət, qeyrət duyğuları oyadan sədası ətrafa yayıldı. Üzeyir bəyin operettalarının qəhrəmanları səhnəyə çıxdı, obrazların dili ilə keçmişimizin, bu günümüzün eybəcərlikləri tənqid atəşinə tutuldu. Bakının ayrı-ayrı musiqi məktəblərinin, uşaq bədii özfəaliyyət kollektivlərinin ifa etdikləri xor, ariya, mahnı və rəqslər Üzeyir bəyin musiqi dünyasının möhtəşəmliyini, əzəmətini bir daha əyani göstərdi, musiqi bayramının iştirakçılarına unudulmaz xoş əhval-ruhiyyə bəxş etdi.



Sentyabrın 18-də Azərbaycan professiolnal musiqisinin banisi Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyi münasibətilə bəstəkarın ev-muzeyində aparılmış təmir-bərpa, yenidənqurma işlərindən sonra yeni ekspozisiyanın açılış mərasimi olmuşdur.

Mədəniyyət naziri Polad Bülbüloğlu Üzeyir Hacıbəyovun dünya musiqisi tarixində tutduğu mövqedən, musiqi mədəniyyətimizin inkişafındakı misilsiz xidmətlərindən danışdı, bu ev-muzeyin yenidən bərpasının Azərbaycan Prezidenti Ilham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə reallaşdığını vurğuladı. Nazir təmir işlərini yüksək keyfiyyətlə yerinə yetirən inşaatçılara təşəkkürünü bildirdi.

Sənətşünaslıq doktoru, professor Zemfira Səfərova, xalq artisti, bəstəkar Ramiz Mustafayev, muzeyin direktoru, bəstəkar Sərdar Fərəcov çıxışlarında Üzeyir bəy yaradıcılığının milli mədəniyyətimizin inkişafındakı rolundan danışaraq, vaxtilə ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və iştirakı ilə açılmış bu sənət ocağının yenidən öz görkəmini dəyişməsini yüksək qiymətləndirdilər, yubiley tədbirlərinin respublikamızın mədəni həyatında mühüm hadisəyə çevrildiyini söylədilər.



Sentyabrın 19-da Heydər Əliyev adına Sarayda keçirilən yubiley gecəsi dahi bəstəkara ümumxalq məhəbbətinin parlaq ifadəsinə çevrildi. Bayram tədbirində Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyev və Heydər Əliyev fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak etdilər.

Yubiley gecəsini geniş məruzəsi ilə Respublikanın Mədəniyyət Naziri Polad Bülbüloğlu açdı. Sonra incəsənət ustalarının iştirakı ilə böyük yubiley konserti oldu. Əvvəlcə xalq artisti Rauf Abdullayevin idarəsi ilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Koroğlu operasından Üvertüra səsləndi. Müvəffəqiyyətlə keçən konsertdə Üzeyir bəyin Leyli və Məcnun, Koroğlu, O olmasın, bu olsun, Arşın mal alan operaları və musiqili komediyalarından parçalar, ariyalar, Arazbarı, Sənsiz və Sevgili canan kimi musiqi inciləri ifa olundu. Respublikanın xalq artisti Cavanşir Cəfərov, Yalçın Adıgözəlov və Nazim Hacıəlibəyov orkestrə rəhbərlik etdilər. Konsert proqramında Respublikanın xalq artistləri - Lütfiyar Imanov, Mənsum Ibrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artist Həsən Enami və b. çıxış etdilər.

Yubiley gecəsi Üzeyir Hacıbəyovun bəstələdiyi Azərbaycan Respublikasının Dövlət Himninin əzəmətlə səsləndirilməsi ilə başa çatdı.

Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyev konsertdən sonra səhnə arxasına keçərək uğurlu çıxışlarına görə incəsənət ustalarını təbrik etdi.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page