XƏBƏRLƏR 2005-ci il
Materialları hazırladı: Leyla MƏMMƏDOVA
Search


ORQAN MUSIQISINƏ HƏSR OLUNMUŞ PLENUMUN MÜZAKIRƏSI
Materialı hazırladı: Sevda ƏLIQIZI
NAXÇIVAN MUXTAR RESPUBLIKASINDA KEÇIRILMIŞ SƏYYAR PLENUMUN MÜZAKIRƏSI
Materialı hazırladılar: Lalə HÜSEYNOVA və Sevda ƏLIQIZ
ÜZEYIR HACIBƏYOVUN ANADAN OLMASININ120 ILLIK YUBILEYINƏ LAYIQLI TÖHFƏ
Materialı hazırladı: Ülkər TALIBZADƏ
XƏBƏRLƏR 2005-ci il
Materialları hazırladı: Leyla MƏMMƏDOVA

 


       Iyunun 9-da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında bəstəkar Ilham Abdullayevin müəllif gecəsi keçirilmişdir. Konsert ölməz sənətkar Rəşid Behbudovun xatirəsinə həsr edilmişdir. Proqramda bəstəkarın Vokaliz, Bilə bilməzsən, Vətən romansları (solist - Leyla Məmmədova, piano - müəllif); fortepiano üçün 9 pyes (ifaçı - müəllif); skripka və fortepiano üçün Elegiya (skripka - Nailə Məmmədova, piano - müəllif); Tar və fortepiano üçün Fantaziya (tar - Vüqar Süleymanov, piano - müəllif); fleyta, skripka və fortepiano üçün Ariya (fleyta - Nərgiz Mütəllibova, skripka - Təhminə Abdullayeva, piano - müəllif); tar və fortepiano üçün Aşıqsayağı (tar - Bəhruz Zeynalov, piano - müəllif); iki fortepiano üçün 2 pyes (Ədhəmzadə Adilə, Nəbizadə Çinarə). Konsertin sonunda Bülbül adına Orta Ixtisas Musiqi Məktəbinin Qız Qalası xorunun ifasında (bədii rəhbər və dirijor Dilarə Əliyeva) I.Abdullayevin Nərgiz, Daha payızdır, Bizimdir gələcək və Azərbayc an (solistlər - Dinarə Əliyeva, Əvəz Abdullayev və Bəyimxanım Mirzəyeva) əsərləri səsləndi.



       Iyunun 10-da Heydər Əliyev adına Sarayda Azərbaycan Respublikasının xalq artisti, professor, tanınmış bəstəkar Süleyman Ələsgərovun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir. Bəstəkarın həyat və yaradıcılığı haqqında Respublikanın Mədəniyyət Naziri, xalq artisti Polad Bülbüloğlu geniş məruzə etmişdir. Konsert musiqili-ədəbi kompozisiya şəklində qurulmuşdur. Proqramda bəstəkarın romans və mahnıları, tanınmış əsərlərindən parçalar səsləndi. Tamaşaçılara bəstəkar haqqında sənədli film və Ulduz filmindən fraqmentlər nümayiş etdirildi.



       Iyunun 10-12-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Böyük Britaniya Səfirliyinin təşəbbüsü ilə Birinci Cənubi Qafqaz Musiqi Konfransı keçirilmişdir. Konfransda Azərbaycan Repsublikasını - Bəstəkarlar Ittifaqının məsul katibi, musiqişünas Lalə Hüseynova, bəstəkar Elmir Mirzəyev, SoNor müasir musiqi təşəbbüs mərkəzinin direktoru, musiqişünas Afət Məmmədova, Bakı Caz Mərkəzinin meneceri Leyla Əfəndiyeva, habelə British Counsil-ın nümayəndələri Dilarə Ismayılova, Gülarə Ələkbərova və Teleşirkətlərin nümayəndələri təmsil etmişlər.

       Konfransın konsert proqramında gənc estrada müğənnisi Elnarə Xəlilova və Heyratı muğam üçlüyünün çıxışı olmuşdur.



       Iyun ayının 17-də Azərbaycan Bəstəkarlar Ittifaqının Kamera musiqisi zalında Bəstəkarlar Ittifaqının 70 illik yubileyinə həsr olunmuş fortepiano musiqisindən ibarət konsert keçirilmişdir. Konsertdə pianoçuların Beynəlxalq müsabiqəsinin laureatı Züleyxa Bayramovanın (professor O.Abbasquliyevin sinfi) ifasında Qara Qarayevin Prelüdləri, Tsarskoye selo heykəli, Cövdət Hacıyevin Ballada, Tofiq Quliyevin Qaytağı, Vasif Adıgözəlovun Prelüdləri, Xəyyam Mirzəzadənin OHNE, Musa Mirzəyevin Lənkəran əfsanəsi, Fərhad Bədəlbəylinin Dəniz və Arzu Məmmədovanın Unudulmaz əfsanə əsərləri səsləndi.



       Iyunun 27-də Azərbaycan Bəstəkarlar Ittifaqında tanınmış Iran bəstəkarı və musiqişünası Ruhulla Xaliqinin qızı bəstəkar Gülnüş Xaliqi və Vaşinqton Milli Incəsənət Qalereyasının Musiqi üzrə Departamentinin başçısı, pianoçu Stefan Askertlə görüş keçirilmişdir. Görüşdə bəstəkarlar Cavanşir Quliyev, Azər Dadaşov, Rəhilə Həsənova, musiqişünaslar Sənubər Bağırova və Xanlar Novruzov, Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Heyətinin Katibi, professor Ramiz Zöhrabov, Bəstəkarlar Ittifaqının məsul katibi Lalə Hüseynova və Bəstəkarlar Ittifaqının baş məsləhətçisi Leyla Məmmədova iştirak etmişdilər. Görüşə dəvət olunmuş Bakı Musiqi Akademiyasının dosenti Ülviyyə Hacıbəyova və Opera və Balet Teatrının solisti Fəridə Məmmədova qonaqları bir sıra məşhur Azərbaycan və Avropa bəstəkarlarının əsərləri ilə tanış etdilər. C.Quliyev, R.Həsənova və A.Dadaşov öz əsərlərini lent yazısında səsləndirdilər. Görüş səmimi və yaradıcılıq ab-havasında keçdi.



       Avqustun 23-də Moskva şəhərində MDB ölkələrinin elm və mədəniyyət xadimlərinin 2006-cı ildə keçiriləcək Forumunu təşkil etmək məqsədilə Təşəbbüs qrupunun iclası olmuşdur. Rusiya Federasiyası Mədəniyyət və Kinematoqrafiya Agentliyinin direktoru M.Y.Şvidkoyun dəvəti ilə Azərbaycan Yaradıcılıq Ittifaqlarının nümayəndələri - Teatr Xadimləri Ittifaqının sədri, rejissor Azər Paşa Nemətov, Yazıçılar Ittifaqının katibi, yazıçı Çingiz Abdullayev, Bəstəkarlar Ittifaqının məsul katibi, musiqişünas Lalə Hüseynova və Rəssamlar Ittifaqının üzvü, sənətşünas Leyla Axundzadə həmin iclasda iştirak etmişlər.



       Sentyabrın 6 və 7-də Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyinə həsr olunmuş Dahiləri anarkən adlı təntənəli gecə keçirilmişdir. Beynəlxalq müsabiqələr laureatı, Moskva Dövlət Filarmoniyasının solisti, pianoçu Murad Adıgözəlzadənin ifasında dahi alman bəstəkarı Lüdviq Van Bethovenin fortepiano və simfonik orkestri üçün beş konserti səslənmişdir. Konsert proqramında Ü.Hacıbəyovun Koroğlu operasından Uvertüra və Arazbarı səslənmişdir. Konserti Azərbaycan Dövlət Simfonik Orkestri və onun baş dirijoru və bədii rəhbəri xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Abdullayev aparmışdır.

       Filarmoniyanın foyesində istedadlı gənc rəssam Aida Mahmudovanın rəsm şəkillərinin sərgisi nümayiş etdirilmişdir.

       Konserti giriş sözü ilə Azərbaycan Respublikasının Mədəniyyət Naziri, xalq artisti, professor Polad Bülbüloğlu açdı. Musiqişünas Fərəh Əliyeva öz ətraflı çıxışında Ü.Hacıbəyovun həyat və yaradıcılığı haqqında maraqlı faktlar ilə dinləyiciləri tanış etdi. Dahiləri anarkən layihəsi Murad Adıgözəlzadə və Azərsell şirkətinin ideyası ilə təşkil edilmişdır.



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page