ÜZEYIR HACIBƏYOV VƏ AZƏRBAYCANDA XOR IFAÇILIĞI SƏNƏTI (bəzi sənədlərin izi ilə)
Leyla MƏMMƏDOVA
Search


MILLI BƏSTƏKARLIQ MƏKTƏBININ TARIXINƏ DAIR
Alla BAYRAMOVA
KÖHNƏ BAKININ " MÜSƏLMAN GECƏLƏRI"
Nuridə ISMAYILZADƏ
XX ƏSRIN ƏVVƏLƏRINDƏ AZƏRBAYCANDA MUSIQI TƏNQIDI
Fərəh ƏLIYEVA
ÜZEYIR HACIBƏYOV VƏ AZƏRBAYCANDA XOR IFAÇILIĞI SƏNƏTI (bəzi sənədlərin izi ilə)
Leyla MƏMMƏDOVA
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ INKIŞAF TARIXINDƏ ÖNƏMLI MƏRHƏLƏ
Lalə HÜSEYNOVA

 


Beləliklə, 1920-ci illərin əvvəlində Azərbaycan xor ifaçılığına xeyli maraq oyanmışdır. Lakin, Ü.Hacı"bəyov ilk növbədə Azərbaycanda peşəkar xor kollektivini yaratmaq üçün çalışırdı. Nəhayət, 1926 ildə, ADK və ATMM birləşəndə və ADK milli kadrlar baxımından xeyli zənqinləşən zaman, Ü.Hacıbəyovun bu ideyasını həyata keçirmək üçün zəmin yarandı. Təəssüflər olsun ki, bu xor tez bir zamanda dağıldı. Ü.Hacıbəyov bu haqda özünün "Pervıy azerbaydcanskiy narodnıy xor" məqaləsində yazırdı: "Pervıy mnoqoqolosnıy azerbaydcanskiy xor bıl orqanizovan mnoö v 1926 qodu v stenax Azqoskonservatorii. V xore bılo 70 pevüov i peviü preimuhestvenno uçahaəsə molodecğ. No prodviqatğ vpered novuö formu vokalğnoqo ispolneniə na pervıx porax okazalosğ neleqko. Vrediteli iz laqerə burcuaznıx naüionalistov nemalo postaralisğ dlə toqo, çtobı likvidirovatğ naşu iniüiativu v samom naçale. Vraqi utvercdali, çto azerbaydcanskomu narodu ne nucen mnoqoqolosnıy xor, ne nucna polifoniə. V rezulğtate sozdannıy mnoö üenoö oqromnıx usiliy xor raspalsə" 6 . Diqqətəlayiqdır ki, Üzeyir bəy çoxsəsli xorla oxumanı dərk etməyən şəxsləri Azərbaycan incəsənətinin düşmənləri və ziyankarları adlandırır.

Buna baxmayaraq, məqsədyönlü və prinsipial Ü.Hacıbəyov Azərbaycanda xor kollektivi yaratmaq məqsədi ilə öz axtarışlarını davam etdirir. S.Mümtaz ad. Azərbaycan Dövlət Ədəbiyyat və Incəsənət Arxivində maraqlı bir sənədlə rastlaşdıq. Bu, 6 dekabr 1928 il tarixi ilə Ü.Hacıbəyovun imzaladığı ADK üzrə əmrdir. (Xatırladaq ki, Ü.Hacıbəyov 1926 ildən prorektor, 1928-1929-cu dərs ilində isə ADK-nın rektor vəzifəsində çalışmışdı.) Həmin əmrdə Ü.Hacıbəyov rəsmi şəkildə elan edir ki, ADK-nın nəzdində xüsusi xor sinfi açılır və orada yüksək səviyyəli xor artistlərini hazırlaşdıracaqlar (əmr 99): "pri AQK otkrıvaetsə speüialğnıy xorovoy klass dlə podqotovki kvalifiüirovannıx artistov xora. V proqrammu speüialğnoqo xorovoqo klassa vxodit, pomimo speüialğnoqo predmeta, üelıy rəd teoretiçeskix disüiplin (...) prosğba şiroko opovestitğ ob gtom klubı i druqie soöznıe orqanizaüii dlə komandirovaniə celaöhix izuçitğ opernıy xorovoy repertuar" 7 .

Bundan başqa, bir ay öncə, 1928 il noyabrın 4-də 53 saylı Əmrdə xorla oxuma xüsusi sinfinə buraxılmış şəxslərin siyahısı təqdim olunur. Yerli Qəbul komissiyasının sədri Hənəfi Terequlov məşhur bariton, teatr və ictimai xadim və Azərbaycanda opera xoru yaradanlardan biri idi. Siyahıda göstərilmiş 28 nəfərdən 1 nəfər imtahandan kəsilmiş, 14 nəfər şərti olaraq keçmiş, qalanları isə uğurla imtahan vermişdilər8 . Onu da qeyd edək ki, bu siyahıda yalnız 3 nəfər qeyri-millət var idi. Bu da onu göstərir ki, Ü.Hacıbəyov ilk növbədə məhz milli xor yaratmaq üçün çalışırdı. Arxiv sənədləri göstərir ki, hələ 1929-cu ildə ADK-da tələbə xoru fəaliyyət göstərmişdir. 1929-cu il yanvarın 19-da imzalanmış sənəddə, habelə ADK-nın fəaliyyəti haqqında Ü.Hacıbəyovun məruzəsində oxuyuruq: " xüsusi xor 140 nəfərdən ibarətdir, onlardan 70 nəfəri türk xorunda, 70 nəfəri avropa xorundadır" 9 . Avropa xorunu çox vaxt hətta "rus" xoru adlandırırdılar. On a Azər"baycan Dövlət Opera və Balet teatrının baş xormeysteri Y.Qrossman rəhbərlik edirdi. (Onu da qeyd edək ki, Y.Qrossmanın əsas peşəsi hüquqşünaslıq idi. Bir xormeyster kimi, o təcrübə sayəsində püxtələşmişdi10 ). Türk xoruna isə bəstəkar A.Mayılov rəhbərlik edirdi. O, əvvəllər bir sıra həvəskar xorlara rəhbərlik etmişdi. Buna baxmayaraq, türk xoru çoxlu çətinliklərlə rastlaşdı. Məsələn, professor V.Karaqiçev ADK-nın şöbə mü"dirlərinin iclasında (03.01.1931) xüsusi qeyd edir ki, türk xor siniflərində musiqi ədəbiyyatı çatışmır. 11

Burada o, yəgin ki, Azərbaycan xor musiqisi ədəbiyyatının çatışmamasından söhbət açır. Lakin, bizə elə gəlir ki, türk xorunun əsas problemi yaradıcılıq problemləri ilə bağlı deyildi. Birincisi - A.Mayılov peşəkar xormeyster deyildi, ikincisi isə o milliyyətcə erməni olub, Azərbaycan milli musiqisini dərindən dərk etmirdi və ola bilər ki o, respublikada xor ifaçılığı sənətinin inkişafında çox da maraqlı deyildi. Nəticədə isə türk xorunu saxlamaq mümkün olmadı. Bu məlumatı biz ): "Forma reorqanizaüii texnikuma pri AQK" sənədində oxuyuruq: "gtnoqrafiçeskiy [müəllifin qeydi L.M..] xor, kak samostoətelğnaə ediniüa, likvidiruetsə (...) Studentı ukazannoqo otdela slivaötsə s tex"nikumom" 12. Diqqəti cəlb edir ki, türk xorunu o vaxt "etnoqrafik" xor adlandırırdılar və bu da kollektivin əsas fəaliyyət istiqamətini müəyyənləşdirirdi.

Beləliklə, Azərbaycanda xor ifaçılığı sənətini dirçəltmək üçün böyük professional, qabaqçıl düşünən istedadlı musiqiçi və əsl xor sənətinin fədaisi lazım idi. Bunun üçün həm də Azərbaycan şifahi ənənəli musiqini dərindən bilmək və hiss etmək tələb olunurdu. O illər bu şəxs təkcə Ü.Hacıbəyov özü ola bilərdi. Və, nəhayət, 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət xoru yaranır və Üzeyir bəy onun bədii rəhbəri və dirijoru təyin edilir. Demək olar ki, Ü.Hacıbəyov həm də ilk azərbaycanlı xormeyster oldu. Azərbaycan Dövlət xoru 100 nəfərdən ibarət idi və onların əksər hissəsini azərbaycanlılar təşkil edirdi. Ayrı milliyətlərdən olan artistlər üçün Azərbaycan dilini sərbəst bilmək xüsusi tələb kimi qoyulmuşdu. Çox maraqlı bir arxiv sənədini təqdim edirik:




6 Qadcibekov U. Pervıy azerbaydcanskiy narodnıy xor // O muzıkalğnom iskusstve Azerbaydcana; B; Az.Qos.Izd.; 1966; s.46-47.

7 S.Mümtaz ad. Azərbaycan Dövlət Ədəbiyyat və Incəsənət Arxivi.Fond 329; siyahı1; saxlama vahidi 20; vərəq13.

8 Oradaca, vərəq 69.

9 Azərbaycan arxivi; 2-3 (25-26); B.; Kommunist; 1985; s.76

10 S.Mümtaz ad. ADƏIA.Fond 361; siyahı 2; sax. vahidi 2; vər.162.

11 S.Mümtaz ad. ADƏIA.Fond 329; siyahı 1; sax. vahidi 25; vər.19.

12 S.Mümtaz ad. ADƏIA.Fond 329; siyahı 1; sax. vahidi 25a; vər. 6,8

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page