ÜZEYIR HACIBƏYOV VƏ AZƏRBAYCANDA XOR IFAÇILIĞI SƏNƏTI (bəzi sənədlərin izi ilə)
Leyla MƏMMƏDOVA
Search


MILLI BƏSTƏKARLIQ MƏKTƏBININ TARIXINƏ DAIR
Alla BAYRAMOVA
KÖHNƏ BAKININ " MÜSƏLMAN GECƏLƏRI"
Nuridə ISMAYILZADƏ
XX ƏSRIN ƏVVƏLƏRINDƏ AZƏRBAYCANDA MUSIQI TƏNQIDI
Fərəh ƏLIYEVA
ÜZEYIR HACIBƏYOV VƏ AZƏRBAYCANDA XOR IFAÇILIĞI SƏNƏTI (bəzi sənədlərin izi ilə)
Leyla MƏMMƏDOVA
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ INKIŞAF TARIXINDƏ ÖNƏMLI MƏRHƏLƏ
Lalə HÜSEYNOVA

 


"Ötən əsrin 20-ci illəri ərzində Ü.Hacıbəyovun musiqi-ictimai fəaliyyati çox geniş və əhətəli olur. Özünün birinci dərəcəli vəzifələri sırasında o çalışır ki, milli musiqi mədəniyyətinə xor ifaçılığı sənətini fəal şəkildə daxil etsin. Təsadüfi deyil ki, Azərbaycan Dövlət Konservatoriyasının Nizamnaməsini tərtib edəndə, Üzeyir bəy Konservatoriyanın bütün tələbələri üçün xorla oxuma fənnini daxil etmişdi. Bunu ADK-nın 1921-22-ci tədris ilinin hesabatından görə bilərik (həmin sənəd 1922-ci il iyunun 7-də imzalanıb): "...s naçala uçebnoqo qoda otkrıtı klassı po speüialğnım predmetam: fortepiano, skripki, violonçeli, kontrabasa, po duxovım instrumentam, (...) i po predmetam obəzatelğnım: klass pedaqoqiçeskoqo fortepiano dlə pevüov, instrumentalistov i teoretikov; klassı italğənskoqo əzıka i deklamaüii dlə pevüov; klassı 1-oy i 2-oy qarmonii; glementarnoy teorii i solğfedcio, (...) i, nakoneü, klass xorovoqo peniə, obəzatelğnıy dlə vsex uçahixsə v vozraste: mucçin 1 8 let i cenhin 16 let [müəllifin qeydi L.M.]". 1(Nizamnamədə hətta səs apparatının yaş və fizioloji imkanları da nəzərə alınmışdır).

Xorla oxuma fənnini Üzeyir bəy hətta öz təşəbbüsü ilə yaranmış və rəhbərlik etdiyi Azərbaycan Türk Musiqi Məktəbinin tədris proqramına da daxil etmişdi. Belə ki, ATMM Nizamnaməsinin 4-cü bəndində deyilir ki: "...krome speüialğnıx predmetov, v şkole prepodaötsə sleduöhie obəzatelğnıe predmetı: solğ"fedcio, glementarnaə teoriə muzıki, qarmoniə, klass ansamblə, xorovoy klass (dlə vsex otdeleniy) [müəllifin qeydi L.M.]" 2 .

Qeyd edək ki, Nizamnamələrin ikisində də xüsusi qeyd olunur ki, xorla oxuma fənni bütün fakültələrdə təhsil alan tələbələr üçün məcbüridir.

Ü.Hacıbəyov çalışır ki, Azərbaycan gənclərində kiçik yaşlarından xorla oxuma sənətinə maraq oyatsın. Adı çəkilən xor kollektivləri üçün milli repertuar yaratmaq məqsədi ilə o, kiçik xor əsərləri yazır. Bunun üçün o, öz məşhur melodiyalarını ikisəsli xor üçün işləyir. Diqqətimizi yaxşı tanış olmayan nadir bir nəşr cəlb etmişdir. Nəşrin adı "Ikisəsli məktəb mahnıları"dır və oraya Ü.Hacıbəyovun "Ey, səba yeli", "Axşam oldu" və "Cürətimin sirrini bil" xorları daxildir. Nəzərə alsaq ki, "Axşam oldu" xoru çox populyar idi ("Əsli və Kərəm" operasını Ü.Hacıbəyov 1912 ildə yazıb), qalan iki xor daha çox maraq doğurur. Onların birincisi "Ey, səba yeli" xorunu Üzeyir bəy çox güman ki, "Səadət" məktəbində dərs deyərkən yazmışdır3 . Lakin, təbii ki, o vaxt bu xor birsəsli idi.

C.Bünyadzadə öz "Keşkül" adlı kitabçasında bu xorun mətnini verir, bu da onu sübut edir ki: birincisi "Ey, səba yeli" xoru 1914 ilə kimi yazılıb, ikinci isə bu xor çox geniş yayılmışdır və hətta adı çəkilən məcmuəyə daxil olunmuşdur4 . Həmin xorun nəşr variantını (Nümunə 1.) təqdim edirik (qeyd edək ki, mətnin əlifbası nəşrdə olan kimi saxlanılıb):

Yeri gəlmişkən onuda qeyd edək ki, bu əsər elə ikisəsli variantda bəstəkar Səid Rüstəmovun 1935 ildə çap olunmuş "Tar məktəbi" adlı dərs vəsaitinə daxil edilmişdir. Bildiyimiz kimi, S.Rüstəmov isə Ü.Hacıbəyovun Azərbaycan Türk Musiqi Məktəbinin ilk tələbələrdən biri idi.

Ikinci xor "Cürətimin sirrini bil", əslində Ü.Hacıbəyovun "Şah Abbas və Xurşidbanu" operasından Xurşidbanunun ariyasının ikisəsli işləməsidir. (Qeyd edək ki, Ü.Hacıbəyov operanın librettosunda göstərir ki, Xurşidbanu təsnif ifa edir5 ). Bildiyimiz kimi, bu opera da 1912-ci ildə yazılıb. Həmin musiqi parçasını diqqətinizə çatdırırıq (Nümunə 2.):

Beləliklə aydınlaşır ki, bu xorların musiqisi 1908-1912 illərin məhsuludur. Nəzərə almaq lazımdır ki, o vaxt bu xorlar, təbii ki, birsəsli idi. Çox güman ki, onların ikisəsli variantını Ü.Hacıbəyov məhz ADK və ATMM tələbələri üçün milli repertuar düzəltmək məqsədi ilə 20-ci illərin əvvəlində yazmışdır.

Belə fikir geniş yayılmışdır ki, Ü.Hacıbəyovun ilk xorları əsasən birsəsli və ya unison şəklində olmuşdur (bəlkə bir qədər tembr variantlığı ilə seçilirdilər). Lakin, bu iki xorları diqqətlə təhlil edəndə görürük ki, burada Üzeyir bəy tersiya və seksta quruluşlu ahənglərdən geniş istifadə edir. Bu da milli lad təfəkkürünə xas olan cəhət deyil. Bundan başqa, bu xorlarda polifonik çoxsəsliyin elementləri də istifadə olunur: müşaiyətdə kontrapunkt əmələ gəlir. Ü.Hacıbəyov bu əsərlərdə avropasayağı akkordlardan T, S və D üçsəslikləri və onların dönmələrindən geniş istifadə edir. Belə ki, bəstəkarın əsas məqsədi o idi ki, oxuyanları və dinləyiciləri harmonik avropa minoruna alışdırsın. Bununla bağlı o kadensiyalarda aparıcı tonu xüsusi qeyd edir. "Cürətimin sirrini bil" xorunda isə hətta yüksədilmiş IV pilləni istifadə edir və bununla kvinta pilləsini qabardır - bu isə məhz avropa ladlarına səciyyəvidir. Bundan başqa o çox vaxt D7 harmoniyasına əsaslanır və çalışır ki, onu milli tipli melodikaya uyğunlaşd ırsın. Maraqlıdır ki, hər 2 xorun vokal partiyalarında ikinci səs melodiya baxımından daha sərbəstdir. Onu da qeyd edək ki, hər 2 xor "Bayatı-Şiraz" ladına yaxındır.

Təəsüflər olsun ki, bu notlarda nəşrin ili qeyd olunmamışdır. Lakin, nəzərə alsaq ki Dövlət Not Nəşriy"yatı 20-ci illərdə təşkil edilmiş və onun müdiri 1923-1925 illərdə Şövkət Məmmədova (bu fakt nəşrdə qeyd olunur) olmuşdur, zənn etmək olar ki, bu əsərlər həmin dövrdə çap edilmiş və qeyd etdiyimiz kimi, ADK və ATMM şagirdləri üçün nəzərdə tutulmuşdur.




1 Azərbaycan arxivi; 2-3 (25-26); B.; Kommunist; 1985; s.25-26.

2 Oradaca; s.27.

3 Xatırladaq ki, burada Ü.Hacıbəyov 1908 ildən 1911 ilə kimi, yəni məktəb bağlanana gədər dərs demişdi.

4 Kitab 1914 ildə nəşr olunub və onu C.Bünyadzadə "Azərbaycan, tatar, fars və türk xalq mahnıların məcmüəsi" adlandırıb. Lakin, kitabda təkcə mətnlər verilmişdir, buna görə də Ü.Hacıbəyov hətta "Tənqid əvəzinə" başlığı ilə felyeton da yazımışdır və orada bu cür "musiqi" təhsil metodlarını şübhə altına qoymuşdur (Bax: "XX əsr musiqi mədəniyyətinin qaynaqları".( Tərtibçi - F.Əliyeva). II cild; B.; Nurlan; s.284-286).

5 Ü.Hacıbəyov. Əsərləri 10 cilddə; Icild; B.; Az.SSR Elmlər Akademiyası. Memarlıq və incəsənət Institutu; 1964; s.125.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page