ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
ORTA ƏSRLƏRDƏ AZƏRBAYCANDA MƏDƏNIYYƏTI ÖZÜNÜDƏRK PROSESLƏRI (VII – X ƏSRLƏR)
Yeganə ƏLIYEVA
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCANDA KINO MUSIQISININ YARANMA TARIXINDƏN
Əfqan SALAYEV
KIÇIK QAFQAZIN CƏNUB-ŞƏRQ RAYONLARININ XALÇA SƏNƏTI
Solmaz MƏHƏRRƏMOVA
MILLI PLASTIK SƏNƏTLƏRIMIZIN 1960-1980-CI ILLƏR RUS SƏNƏTŞÜNASLIĞINDA TƏDQIQI
Xəzər ZEYNALOV
XX ƏSRIN ƏVVƏLLƏRINDƏ AZƏRBAYCANDAKI RUSDIL MƏTBUAT HAQQINDA
Iradə XƏLILOVA
ORTA ƏSRLƏRDƏ AZƏRBAYCANDA MƏDƏNIYYƏTI ÖZÜNÜDƏRK PROSESLƏRI (VII – X ƏSRLƏR)
Yeganə ƏLIYEVA
ŞAIR VƏ MUSIQI
Adilxan BAYRAMOV
QƏRBI AVROPA, RUS VƏ AZƏRBAYCAN BƏSTƏKARLARININ YARADICILIĞINDA KANTATA VƏ ORATORIYA JANRLARINA BIR NƏZƏR
Telman QƏNIYEV

 


       Orta əsrlər mədəniyyəti mədəni-tarixi prosesin klassik tipoloji təsnifatına görə qədim dünya tarixindən sonraya və Yeni tarixdən əvvələ təsadüf edən dövrdir. Kulturologiya elmində orta əsrlər ellinistik, klassik, antik mədəniyyətlərin tənəzzü lündən sonra onun Intibahınadək davam edən 1000 illik edən mədəni-tarixi mərhələdir.

        Qərbi Avropada formalaşmış orta əsrlər mədəniyyəti və ya xristian mədəniyyəti bütpərəstliyin, politeist dinlərin əsaslarını inkar edərək, eyni zamanda antik mədəniyyətin qabaqcıl dəyərlərini qoruyaraq inkişafa uğrayırdı. S.N.Artanovskinin sözlərilə desək, orta əsrlər mədəniyyəti "politeizmə – monoteizmi, naturalizmə - ruhaniliyi, hedonizmə (həzz kultuna) asketik idealı, biliklərin mənbəyi olan məntiq və müşahidəyə Incilə əsaslanan mücərrəd biliyi qarşıqoyurdu".1

        Orta əsrlərdə Qərbdə "mədəniyyət" anlayışı insanın şəxsi keyfiyyətlərilə assosiasiya edilirdi. Məhz bu tarixi dövrdə insan şəxsiyyətinin unikallığı və imkanlarının tükənməz olduğu aşkarlanmışdır. Orta əsrlər mədəniyyətini səciyyələndirən xarakterik xüsusiyyətlərdən biri odur ki, bu dövrdə insan daim özünü təkmilləşdirməyə və günahkarlıq hissindən qurtulmağa, xilas olmağa çalışmışdır. Insanda tədricən özünəinamsızlıq, mütərəddidlik hissi artırdı.

        Qərbi Avropa ölkələrində orta əsrlərdə dini ideologiya – xristianlıq ideologiyası iki formada (Roma katolisizmi və Bizans pravoslavlığı) hakim olmuşdur. Məktəb, maarif kilsənin əlində idi. Təbiət, aləm və insan haqqında bütün təsəvvürlərin əsasında kilsə ehkamları dururdu. Belə ki, bu mədəni-tarixi mərhələdə insan kreatsionizm (lat. creatio – yaradılma, yaratmaq)- Allahın – dünyanın heçdən xəlq etməsi haqqında nəzəriyyəni qəbul edir. Üzvi aləmin, o cümlədən insanın Allah tərəfindən yaradılması ideyası – daim yaradılış konsepsiyasının formalaşmasına təkan verir. Bu konsepsiyaya görə, Allah öz iradəsi ilə hərəkət edir və insan ona mane ola bilməz. Bu halda "mədəniyyət" anlayışının antik dövrdə formalaşmış etimoloji mənası orta əsrlər dövründə öz mahiyyətini itirir. Insan ətraf aləmlə yanaşı, özündə mənəvi aləm aşkar edir. Ali idrak yaranır.

        Orta əsrlərdə mədəniyyət insandan daim bacarıqlarını və əqlini inkişaf etdirməyi tələb edirdi. Insanın ali məqsədi Allahı dərk etmək idi. Allaha inam dünyanın xaotik inkişafını passiv müşayiət etmə qüvvəsini bəxş edirdi.

       Orta əsrlərdə mədəniyyət anlayışı insanda harmoniyanın və nizam-intizamın tərbiyə edilməsi kimi artıq qəbul edilmir. Bu tarixi mərhələdə "mədəniyyət" anlayışının etimoloji mənası dardüşüncəliyin aradan qaldırılması, yəni insanın dünyagörüşünün artırılmasına və şəxsiyyətin tükənməz qüvvəsinə və daim özünütəkmilləşdirmə bacarığına malik olması ideyasına inamın formalaşmasına yönəlmiş fəaliyyət kimi başa düşülürdü. Yalnız daha sonralar, Intibah dövründə şəxsiyyətin təkmilləşdirmə prosesi humanist ideala uyğunlaşma istəyi kimi qəbul ediləcəkdir.

       Qərbi Avropada olduğu kimi, orta əsrlərdə Şərqdə, daha dəqiq desək Ön Asiya, Ərəbistan və ərəbdilli ölkələrdə müsəlman ideologiyası – dini ideologiya hakim ideologiyaya çevrilmişdir. Bəşər mədəniyyəti tarixində klassik ərəb-müsəlman mədəniyyəti mühüm yer tutur. Bu mədəniyyət Hindistandan Ispaniyaya qədər, Yaxın və Orta Şərqdən Şimali Afrikaya qədər bir ərazini təsiri dairəsində saxlayırdı. Bir çox alimlərin fikrincə, ərəb-müsəlman mədəniyyəti Antik mədəniyyətlə orta əsr Qərb mədəniyyəti arasında əlaqələndirici həlqə olmuşdur. Islam mədəniyyətinin unikallığı ilk öncə islam dininin xüsusiyyətlərilə şərtlənirdi. Elmi ədəbiyyatda Islam dünyada geniş yayılmış din olmaqla yanaşı, təkrar olunmaz bütöv bir mədəniyyət kimi təsdiqlənib.

       Orta əsrlərdə Qədim Şərq və eləcə də Islam Şərqi ölkələrində yüksələn mədəniyyət Qərbi Avropa xristian mədəniyyətinə hərtərəfli təsir göstərmişdir. Islam Şərqi ölkələrində, o cümlədən Azərbaycanda ərəb dilindən götürülmüş "mədəniyyət" anlayışı Avropada işlədilən "culture" terminindən fərqli olaraq daha geniş mənada işlədilirdi. Orta əsrlərdə Islam Şərqində "mədəniyyət" anlayışı insanlar və xalqların fiziki və əqli fəaliyyətlərinin bütün sahələrini özündə əks etdirərək, həm maddi, həm də mənəvi mədəniyyət dəyərlər sistemini bildirirdi. Böyükağa Qubat-oğlunun "Mədəniyyət tarixi" monoqrafiyasında qeyd etdiyi kimi, Qədim Şərqdə eləcə də Orta əsrlər Islam şərqində yaranan fəlsəfi, siyasi və bədii nümunələrdə "mədəniyyət" sözü insanların əxlaq və davranışını, savad dərəcəsini, özünü apara bilmək qabilliyyətini, bəlağətlə nitq söyləmək kimi mənəvi sahələri ifadə etməklə yanaşı, həm də şəhər və kənd salmaq, onları idarə edə bilmək, ticarət qaydasına riayət etmək, qul və kəniz seçə bilmək, başqa insanlarla və xalqlarla müəyyən əlaqələr yaratmaq, onları qoruyub saxlamaq qaydalarını da ifadə edirdi. X.Nizamülmülkün "Siyasətnamə" əsərində, N.Tusinin "Əxlaqi - Nasir" kitabında, Ibn Xaldunun "Müqəddimə" əsərində yüksək mədəniyyətli insan deyərkən, hər şeyi bilən, hazırcavab, dövrün sosial-siyasi problemlərindən baş çıxaran adamlar nəzərdə tutulurdu. 2

       Etimoloji araşdırmalara görə, azərbaycan dilində "mədəniyyət" sözü ərəb mənşəlidir. Mədinə ərəb dilində bir tanrıya qulluq edilən tapınan yer və ya bazar yeri ətrafında yerləşən qəbilələrin meydana gətirdiyi, ətrafı qala ilə əhatə olunmuş ilkin şəhərlərə verilən addır. Bunlara bənzər şəhərləri Antik Yunanıstanda polis adlandırmışlar. Polislərin Islam dünyasında aldığı ad mədinədir. Polislərin mədinələrdən bir fərqi vardır: polislərdə bələdiyyə xidmətləri və ictimai hüquq mədinələrdən daha çox inkişaf etmişdir. Fərqlilik torpağa əhalinin bağlılığı ilə də əlaqədar idi. Ərəb icmaları daha çox köçəri xarakterli duğuna görə onları oturaq olmayan cəmiyyətlər kateqoriyasına daxil edirdilər. Mədinədə yaşayanlar torpağa bağlı, oturaq əkinçi cəmiyyət olduqları üçün, onların təcrübələri və dəyərlərin erkən ölçüləri sosial fəaliyyəti formalaşdıran bir potensial təşkil edir. Bu potensial mədəni – "sivil" ( "civique" - anlamda) gəlməsiylə ifadə edilir. Beləliklə, orta ə srlərdə müsəlman şərqində mədəniyyət mədinə ya da polislərdə yaşayan oturaq əkinçi əhalinin mədəni fəaliyyəti demək idi.

       Islamşünas alim Cozef van Esse hər hansı böyük sivilizasiya üçün, bütün islam dünyası üçün, həmçinin ərəblər üçün şəhərin nə kimi əhəmiyyətə malik olduğunu göstərir. "Müsəlman üçün … "ana təbiət" ifadəsinin heç bir mənası yoxdur… Müsəlman onun pərəstişkarlarından deyil… Islam təbiətin insana düşmən kəsildiyi yerlərdə meydana gəlib… Onun (insanın) idealı süni şəkildə yaradılmış aləmdir, şəhərlər, suvarma sistemləri, mənzilyanı bağdır ki, rəngləri və şəkli xalça naxışlarında təkrarlanır. Islam şəhər poeziyası, təbiətin yaratdığı peyzajı yox, insan əli ilə yaradılmış bağdakı çiçəkləri vəsf edir…" 3 .

       Ərəblərdə "şəhər", "şəhər həyatı", "urbanizm" və hətta "mədəniyyət" kimi sözlər o, qədər oxşardır ki, bir-birindən fərqlənmir. Şəhər orta əsrlərdə ərəblər üçün birgə yaşayış sənətidir. M.Ə.Sinasirin fikrincə, "islam dağıdıcıların yoxsa yaradıcıların, şəhərsalanların sivilizasiyasidır. Əgər Qədim Yunanıstanda, məsələn, şəhərlərarası münasibətlərdə rəqabət müşahidə edilirdisə, müsəlman şəhərində ümumi mədəniyyət və ümumi həyat tərzi olan vahid şəhər cəmiyyətində məcruhluq hökm sürürdü". Fransız islamşünası Uilyam Marsel yazır: "Ümumiyyətlə, islamın yayılması öz ifadəsini… şəhərin inkişafında tapdı. Lakin onu da qeyd etmək lazımdır ki, orta əsrlərdə ərəbləri mədəniyyətdən çox, təbiətlə uyar şəkildə çulğalaşan köçəri həyat tərzi cəlb edirdi. Ərəblər həmişəyaşar, sarsılmaz köçərilik ruhuna, həsrət duyğusuna malik tarixin böyük romantikləri olaraq qaldılar və özlərini daxilən bu ruhla eyniləşdirdilər. …şəhər şəraitində yaranmış islam sayəsində ərəblər şəhərli ola bildilər… Köçəri olmuş bu adamlar bildilər ki, şəhər özünü müdafiə edə bilər və birlik rəmzi ola bilər… Şəhər ərəblər üçün yeni birliyin başlıca mərkəzinə … çevrildi". 4



1 Artanovskiy S.N. Istoriçeskoe edinstvo çeloveçestva i vzaimnoe vliənie kulğtur. L.: Prosvehenie, 1967, s.184

2 B.Qubatoğlu. Mədəniyyət tarixi. (2 cilddən ibarət) I cild. Bakı: "Nasir" nəşriyyatı 2002, s.12

3 M.Ə.Sinasir. Müsəlman şəhəri. //Kuryer YUNESKO-jurnalı, avqust,1987, s.47

4 M.Ə.Sinasir. Müsəlman şəhəri. //Kuryer YUNESKO- jurnalı, avqust, 1987, s.49



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page