ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCANDA KINO MUSIQISININ YARANMA TARIXINDƏN
Əfqan SALAYEV
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCANDA KINO MUSIQISININ YARANMA TARIXINDƏN
Əfqan SALAYEV
KIÇIK QAFQAZIN CƏNUB-ŞƏRQ RAYONLARININ XALÇA SƏNƏTI
Solmaz MƏHƏRRƏMOVA
MILLI PLASTIK SƏNƏTLƏRIMIZIN 1960-1980-CI ILLƏR RUS SƏNƏTŞÜNASLIĞINDA TƏDQIQI
Xəzər ZEYNALOV
XX ƏSRIN ƏVVƏLLƏRINDƏ AZƏRBAYCANDAKI RUSDIL MƏTBUAT HAQQINDA
Iradə XƏLILOVA
ORTA ƏSRLƏRDƏ AZƏRBAYCANDA MƏDƏNIYYƏTI ÖZÜNÜDƏRK PROSESLƏRI (VII – X ƏSRLƏR)
Yeganə ƏLIYEVA
ŞAIR VƏ MUSIQI
Adilxan BAYRAMOV
QƏRBI AVROPA, RUS VƏ AZƏRBAYCAN BƏSTƏKARLARININ YARADICILIĞINDA KANTATA VƏ ORATORIYA JANRLARINA BIR NƏZƏR
Telman QƏNIYEV

 


       Dünya incəsənətinin elə bir sahəsi yoxdur ki, musiqi onunla sıx əlaqədə olmasın. Rəqs sənəti və memarlıq, dram və opera teatrı qırılmaz olaraq musiqi ilə bağlıdır. Bu əməkdaşlıq hələ keçmiş əsrlərdə bədii yaradıcılığın yeni janrlarının cilalanmasına, bəşər mədəniyyətinin xəzinəsinə daxil olan dahiyanə əsərlərin yaranmasına səbəb olmuşdur.

       Məsələn, XVI əsrin axırlarında, XVII əsrin əvvəlində musiqinin poeziya və teatr ilə sintezi opera janrının, sonra isə baletin yaranmasına gətirib çıxardı. Musiqi sənətinin poeziya, rəngkarlıq və heykəltəraşlıq ilə "əməkdaşlğı" proqramlı instrumental musiqi janrının inkişafına kömək etmişdir. Bədii yaradıcılığın ən mühüm janrları olan mahnı, romans, oratoriya, kantata musiqinin söz ilə sıx əlaqəsi əsasında yaranmış və inkişaf etmişdir. Kino sənəti ilə dərin qarşılıqlı əlaqədə və sintezdə yeni janr-kino musiqisi meydana gəlmişdir.

       Kinematoqrafiyada müxtəlif sənətlərin sintezi – həyat prosesinin ahəngdar təsvirinə yönəlmiş sintez dünya incəsənətinin qızıl fonduna daxil olan xüsusi musiqili tamaşa obrazlarının yaranmasına gətirib çıxarmışdır.

       Kinonun keçdiyi yol çətin və mürəkkəbdir. Musiqi kinoda heç də birdən-birə indiki qədər böyük və məsul mövqe tutmamışdır. Kino sənətinin ilk çağlarında kino musiqisi tətbiqi rol oynayırdı. Ilk səssiz kinolar musiqinin müşayiəti ilə nümayiş olunurdu və müşayiətdə aparıcı funksiya əsasən fortepiano alətinin üzərinə düşürdü. Bu isə ifaçıdan böyük məharət tələb edirdi. Kinonun dramaturji xəttində cərəyan edən bütün dəyişikliklər pianoçunun ifa məharətindən asılı idi. Azərbaycanın məşhur bəstəkarlarından–T.Quliyevin, R.Hacıyevin və b. kino ilə əlaqəsi olmuş və bilavasitə əvvəl ifaçı, sonra isə bəstəkar kimi kinoda fəaliyyətda göstərmişlər.

       Hazırkı dövrdə musiqi - mürəkkəb, sintetik incəsənət növü hesab edilən kinonun ən mühüm komponentinə çevrilmişdir.

       Kinoda musiqi amili bədii məzmunun ideya və obrazının açılmasında ən mühüm elementlərdən biri olmuşdur. Kino musiqisində mahnı janrı özünəməxsus yer tutur. Ilk səssiz kinolarda müşayiət məhz fortepianoda ifa vasitəsi ilə tamaşaçılara təqdim edilmişdir. Kinematoqrafik təsvirin güclü amili olan musiqi filmdə mühüm dramatik funksiya yerinə yetirir.

       Müasir kino musiqisi tətbiqi funksiyanın çərçivəsindən çox-çox kənara çıxır. Bu mürəkkəb sənətlə sintezdə olan musiqi özü də yeni kinematoqrafik cizgilərlə zənginləşmiş, onun ifadə imkanları genişlənmişdir. Həmin əsərlərin bədii obrazları, musiqi dili daha konkret, geniş demokratik şəkil alır, xalqa müraciət edir. Bu isə imkan verir ki, kino sənətinin prinsipləri əsasında formaca sanballı və sintez etibarı ilə təsirli simfonik konsepsiyalar yaratsınlar.

       Kino musiqisinin öz spesifik qanunları və xüsusiyyətləri vardır. Kino bəstəkarı sadəcə olaraq, ekranda baş verən hadisələrə musiqi illüstrasiyaları deyil, filmin əsas dramaturgiyası ilə dərindən bağlı olan musiqi yazır. Kino filminin əsasını həmişə həyatın bir parçası təşkil edir, burada hadisələr bir yerdə durmayıb inkişaf edir, qəhrəmanlar düşünür və fəaliyyət göstərir, vaxt isə yerində qalmır. Romanda bütün bu hərəkəti izləmək, ən kiçik dəyişikliklər haqqında, insan əhval-ruhiyyəsinin incəlikləri haqqında danışmaq olar. Kino isə öz spesifikasına görə, vaxt sarıdan xeyli məhdudlaşdırılmışdır. Buna görə də ekranda əsasən qəhrəmanların xarakterinin başlıca xüsusiyyətləri, mühüm həyat hadisələri göstərilir, musiqi isə bunları tamamlamalı və başa çatdırmalıdır. Söz ilə təsvir edilə bilməyən, ekranda göstərilə bilməyən insani hisslər, fikirlər musiqi dili ilə açılır.

       Musiqi məhz ona görə dərindir ki, o, hadisələrin emosional mahiyyətinə nüfuz edir, onu əsas götürür. Poeziya, ədəbi ustalıq, söz hisslərin əsl dərinliyini əhatə edə bilmədikdə musiqi köməyə gəlir.

       Musiqi qəhrəmanların psixoloji xüsusiyyətlərini tamamlayıb dərinləşdirir, tamaşa epizodlarını xüsusi bir ifadə, parlaq və gözəl səs obrazları ilə zənginləşdirir.

       Filmdə musiqi böyük fəlsəfi ümumiləşdirmələrə qadirdir. O, bir növ, filmin dramaturgiyası kimi eyni dramaturji prinsiplər əsasında qurulan simfoniyadır. Həmin simfoniyanın mövzuları isə ekran (tamaşa) " simfoniyasına" uyğun olaraq, inkişaf edən və zənginləşən filmin əsas obrazlarından və ideya motivlərindən ibarətdir. Bu zaman nəzərə almaq lazımdır ki, simfonik partiyanın quruluşu burada kinomontajın tələblərinə və ayrı-ayrı epizodların dürüst xronometrajına tabedir. Kinematoqrafiya əsərində musiqi-tematik materialın " yığcamlığı" , " lakonizmi" , özünəməxsus xüsusiyyəti, " tezis xarakteri" bununla əlaqədardır.

       Kino musiqisi yaradıcılığın mürəkkəb bir sahəsidir. O bəstəkardan, ən müxtəlif forma və janrlara professional səviyyədə və ustalıqla bələd olmağı və məntiqi dramaturji təfəkkür tələb edir. Ədəbiyyatda olduğu kimi, musiqidə də qısa və yığcam yazmaq olduqca çətindir. Əbəs deyildir ki, görkəmli sovet bəstəkarı Dmitri Şostakoviç " kinonu bəstəkar üçün məktəb" adlandırır. Bu məktəb bəstəkarda lakonizm, musiqi materialına qənaət hissi tərbiyələndirir.

       Kino filmində bütöv və ardıcıl kompozisiya yaratmaq üçün musiqi-tematik material son dərəcə aydın və lakonik olmalıdır. Melosun rolu xüsusilə böyükdür. Kino musiqisində melodiya-təsvir edilən obrazların xarakteristikası üçün başlıca vasitədir. Məlumdur ki, melodiya filmin musiqi dramaturgiyasında çox mühüm rol oynayır. Aydın melodiyanı tamaşaçı yaxşı qavrayır, onun xarakterini hiss edir və istər-istəməz həmin melodiyanın inkişaf məntiqinə tabe olur. Forma etibarı ilə bitkin mahnıların melodikası xüsusi qeyd edilməli. Bu melodiyafilmin musiqisində həm janr kimi, həm də kino musiqisinin simfonik inkişafının əsasını təşkil edən " tezis" kimi istifadə olunur.

       Kinematoqrafiya mahnı janrının inkişaf tarixində böyük rol oynamışdır. I.I.Dunayevski yazır: " Bu böyük və kütləvi incəsənətdir. Həmin incəsənət nəinki mahnı ilə yanaşı addımlamış, həm də onu doğmuşdur" .

       Kinematoqrafiya tarixindən bir çox misallar göstərmək mümkündür ki, yalnız film üçün yazılmış musiqi kinoteatrın hüdudlarını aşaraq, şöhrət qazanmış və milyon-milyon dinləyici tərəfindən sevilmişdir. " Qızmar günəş altında" , " Bəxtiyar" , " Telefonçu qız" filmlərinə T.Quliyevin, " Bir məhəlləli iki oğlan" filminə Q.Qarayevin yazdıqları oynaq və şən musiqi kimə məlum deyildir.

       Azərbaycan kinosunun gözəl mahnı ənənələrinin T.Quliyevin yaradıcılığında böyük inkişaf dövrü keçirdiyindən də danışmaq lazımdır.

       T.Quliyev milli kino musiqisinin ən görkəmli nümayəndələrindən biri sayılır. Azərbaycan kinematoqrafiyasında mahnı-film musiqisinin meydana gəlməsi onun adı ilə bağlıdır. T.Quliyevin musiqisi səslənən filmlərdə musiqi ədəbi mətn və kadr təsviri ilə bir vəhdətdə kino əsərinin ümumi dramaturgiyasının eynihüquqlu komponentlərindən biri sayılır.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page