MILLI MUSIQI ÜSLUBUNUN ÜZEYIR HACIBƏYOV MODELI
Ilhamə MƏMMƏDLI
Search


SƏFIƏDDIN URMƏVI VƏ ÜZEYIR HACIBƏYOV
Zemfira SƏFƏROVA
ÜZEYIR BƏYDƏN BIZƏ MIRAS - BIZDƏN ÜZEYIR BƏYƏ HƏDIYYƏ
Gülnaz ABDULLAZADƏ
ÜZEYIR HACIBƏYOV VƏ XƏLQILIK
Siyavuş KƏRIMI
DAHI BƏSTƏKAR, GÖZƏL INSAN
Oqtay QULIYEV
Ü. HACIBƏYOV VƏ V. BELYAYEVIN ELMI-YARADICILIQ ƏLAQƏLƏRINƏ DAIR QIYMƏTLI TARIXI SƏNƏD
Ariz ABDULƏLIYEV
QƏZƏL JANRI ÜZEYIR HACIBƏYOV YARADICILIĞINDA
Vaqif ƏBDÜLQASIMOV
Ü.HACIBƏYOVUN AZƏRBAYCAN MUSIQISINDƏ BIRHISSƏLI SIMFONIK ƏSƏRLƏRIN YARANMASINDA ROLU
Aytən RAUFQIZI
ÜZEYIR BƏY HACIBƏYOV VƏ CAVIDLƏR AILƏSI
Səadət QARABAĞLI
ZÜLFÜQAR HACIBƏYOVUN BIR ƏLYAZMASI
Fidan NƏZIROVA
ÜZEYIR HACIBƏYOVUN YARADICILIĞINDA LAD PROBLEMINƏ BIR BAXIŞ
Cəmilə HƏSƏNOVA
MILLI MUSIQI ÜSLUBUNUN ÜZEYIR HACIBƏYOV MODELI
Ilhamə MƏMMƏDLI
BU DAR FƏNADAN KÖÇMƏK ISTƏYƏN BƏSTƏKAR
Aslan KƏNAN
ÜZEYIR HACIBƏYOV VƏ ZAKIR BAĞIROVUN MUSIQILI KOMEDIYALARINDA HƏYAT GERÇƏKLIYININ GÜLÜŞLƏ TƏCƏSSÜMÜ
Iradə ABBASOVA
AZƏRBAYCAN FORTEPIANO MUSIQISININ YARANMASINDA ÜZEYIR HACIBƏYOVUN ROLU
Leyla ABASQULIYEVA

 


       Azərbaycan musiqi mədəniyyətinin klassiki, dahi bəstəkarımız Üzeyir Hacıbəyovun yaradıcılıq yolu müasir Azərbaycan musiqi mədəniyyətinin təşəkkülü və inkişafı tarixinin mühüm dövrünü əks etdirir.

       Qara Qarayevin qeyd etdiyi kimi, Ü.Hacıbəyov Musiqi sənətinin hansı sahəsinə müraciət etmişsə, onun ilk yol göstəricisi olmuşdu. 1

       Hacıbəyov öz sənətində Azərbaycan xalq musiqisinin bütün janrlarının mahnıların, rəqslərin, aşıq yaradıcılığının və professional muğam sənətinin üslub xüsusiyyətlərini birləşdirərək özünün orijinal üslubunu yarada bilmişdir.

       Ü.Hacıbəyov haqqında çox yazılmışdır. Buraya həm polemik, həm tənqidi, həm də sənətkar həyat və yaradıcılığını, üslubunu tədqiq edən məqalə, resenziya, monoqrafiyalar daxildir. Hələ bəstəkar həyatda olduğu dövrdə, onun yaradıcılıq bioqrafiyasını əks etdirən tədqiqatlar dərc olundu. Birincisi, görkəmli sovet musiqişünası V.Vinoqradovun Uzeir Qadcibekov i azerbaydcanskaə muzıka (M., Muzqiz, 1938) kitabı idi. Sonradan bəstəkar haqqında bir-birinin ardınca kitablar yazılmağa başladı: bunların arasında yenə V.Vinoqradov, həmçinin S.Korev, Azərbaycanda ilk Ü.Hacıbəyov tədqiqatçısı Q.A.Qasımov, X.Ağayeva, X.Məlikov, A.Abbasov və digər musiqişünasların əsərlərini qeyd etmək lazımdır.

       Ü.Hacıbəyov irsinin əsas tədqiqatçısı E.Abasovanın2 monoqrafiya və tədqiqatlarında bəstəkarın yaradıcılığının mühüm, əhəmiyyətli xüsusiyyətləri, həmçinin bəstəkar və xalq yaradıcılığı problemi ətraflı şəkildə araşdırılır.

       Ü.Hacıbəyova həsr olunmuş əksər işlərdə onun yaradıcılığının xəlqi, milli mahiyyəti öyrənilir. Xəlqiliyin millilik ilə ayrılmaz vəhdəti istiqamətində bəstəkarın estetik baxışları Z.Səfərovanın işlərində, ən əsası Ü.Hacıbəyovun musiqi-estetik baxışları 3 kitabında açılır.

       Nəzəri cəhətdən bu aspekt I.Abezqauzun işlərində tədqiq edilir. 4 Millilik qanunauyğunluqlar kateqoriyası kimi araşdırılır: bütün nəzəri müddəalar lad, melodiya, ritm, harmoniya və faktura bura daxildir.

       E.Abasovanın tədqiqatında Ü.Hacıbəyov yaradıcılığının milli kökləri geniş kontekstdə iki musiqi sisteminin qarşılıqlı təsir və mübadiləsi prosesi fonunda araşdırılır.

       Tədqiqatçının çıxış nöqtəsi olan fikrə müraciət edək: Dünya musiqi mədəniyyətində bir-birinə təzad təşkil edərək, biri digərindən asılı olmayaraq öz yolu ilə inkişaf edən iki istiqamət Avropa və Şərq mədəniyyəti qeyd edilirdi. Avropa musiqi mədəniyyəti hər şeydən əvvəl bəstəkar yaradıcılığı aspektində inkişaf edirdi. Şərq musiqi mədəniyyəti isə (həm xalq, həm də professional) şifahi bədii ənənə ilə xarakterizə olunurdu. Avropa musiqi mədəniyyəti bir neçə əsr ərzində bədii cərəyanları tez-tez və kəskin dəyişikliyə məruz qalırdı. Şərq musiqi mədəniyyəti isə bir istiqamətdə inkişaf edirdi. 5

       Ü.Hacıbəyov Azərbaycan musiqisində yeni tarixi istiqamətin yaradıcısı olaraq əsrlər ərzində yetkinləşmiş ənənəni pozdu. Belə ki, bəstəkar onun çərçivəsindən kənara çıxsa da milli musiqi mədəniyyətindən imtina etmədi, əksinə, onu daha da zənginləşdirdi.

       Bəstəkar Şərq və Qərb musiqi mədəniyyətləri arasındakı yıxılmaz təsir bağışlayan səddin məhv olunmasına kömək göstərdi. O, tipik ifadəli milli vasitələr sırasına Avropa bəstəkar üsullarını cəlb edərək, eyni zamanda təkcə Azərbaycan deyil, geniş mənada XX əsrə kimi əsasən şifahi ənənəli incəsənət kimi yetişən Şərq musiqisinin inkişaf perspektivlərini nəinki təsdiq etdi, həmçinin Avropanın müxtəlif bəstəkarlıq məktəblərində ümumi qəbul olunan metod və üsulların obraz-intonasiya düzümünü zənginləşdirməyin mümkün yollarını göstərdi. Qısaca olaraq, o, bəstəkar ardıcıllığının bütün ifadə üsulları sistemini zənginləşdirdi.

       Bəstəkarın yaradıcılığında və nəzəri tədqiqatlarında xəlqilik, millilik və beynəlmiləlçilik kimi problemlər ilk dəfə irəli sürülmüş və işıqlandırılmışdır.

       Xəlqilik problemi Ü.Hacıbəyovun estetik konsepsiyasının təməl daşıdır. Ü.Hacıbəyov özünün bəstəkarlıq, elmi və musiqi-estetik fəaliyyəti boyu ardıcıl olaraq, musiqidə xəlqiliyin əsas prinsiplərini müdafiə etmiş, bu problemə xüsusi məqalələr və Azərbaycan xalq musiqisinin əsasları əsərini həsr etmişdir.

       Bəstəkar məqalələrinin birində yazır: Xalq incəsənəti, folklor stili səslər və gözəllik cəhətdən tükənməz zənginliyə malikdir. Bunlarda dil çox rəngarəngdir.

       Ilk gözəl nəğmə və rəqs melodiyalarının yaradıcısı xalq özüdür. Lakin eyni zamanda xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi əsərlərinin ən yaxşı istehslakçısıdır, xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir və hər çeşidli saxta gözəllikləri və ideyasız dəbdəbələri amansızcasına rədd edir 6

       Xalq musiqisinə maraq, ilk növbədə bəstəkarın xalqına olan məhəbbətindən irəli gəlirdi. Bu da məqalədəki sözlərdən aydın olur.

       Ən əvvəl qeyd etməliyik ki, Ü.Hacıbəyov musiqisinin xalqa tez çatmasının səbəbi onun xalq yaradıcılığı, folklor ilə dərindən bağlılığı idi. Ü.Hacıbəyov milliliyi və xəlqiliyi fəaliyyətinin müxtəlif dövrlərində müxtəlif cür başa düşür və onun yaradıcılığı bu görüşlərin təkamülünü əks etdirir. Qeyd etmək lazımdır ki, milli bəstəkarlıq məktəbinin yaranması dövründə xalq musiqisindən sitat metodu konkret dövrün tələbi ilə diktə edilmiş zəruri bir addım idi. Bura 1920-ci illərədək yaranan muğam operaları, o cümlədən Leyli və Məcnun, musiqili komediyaları, rus bəstəkarı R.Qliyerin sitat materialına dayaqlanan Şahsənəm operası daxildir. Bəstəkar özü qeyd edirdi ki, Leyli və Məcnun və o dövrün digər operaları onun yaradıcılıq fantaziyasına deyil, xalq mahnılarına və muğamlara əsaslanmışdır.

       Ilk operanın yaranmasında Ü.Hacıbəyovun estetik prinsipi xalq musiqi materiallarından mümkün qədər dəqiq istifadə edilməsi idi.

       Ü.Hacıbəyov yazırdı: Mən xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. 7

       Lakin bu opera kollektiv xalq yaradıcılığının əsəri deyil, individual sənətkar-yaradıcı Ü.Hacıbəyovun əsəri hesab edilir. Onun müəllifliyi belə vacib keyfiyyətlə təsdiq olunur ki, opera bütünlüklə bitmiş bədii əsər kimi aydın, dəqiq müəllif ideyasına, fərdi və təkrarsız süjet xəttinə və üslubuna malikdir.

       Ü.Hacıbəyovun professional sənətdə musiqi folklorunun zənginliklərindən istifadə formaları haqqında görüşləri əsaslı təkamül keçmişdir. Əgər yaradıcılıq yolunun əvvəlində bəstəkar professional musiqi əsərlərinə hazır xalq materialının daxil olunmasını vacib və mümkün hesab edirdisə, gələcəkdə həm nəzəriyyədə, həm də təcrübədə o, bu yoldan çəkinmişdir. Xalq musiqisindən birbaşa passiv bəhrələnmə yoluna qarşı narazılığını bildirən bəstəkar qeyd edirdi ki, musiqi əsərlərinin xəlqiliyi Avropa musiqi texnikasının Azərbaycan xalq musiqisinin əsasları ilə yaradıcı sintezində ifadə olunmasıdır. Hacıbəyov öz axtarışlarını iki istiqamətə yönəldir: milli musiqi təfəkkürünün əsaslarını aşkara çıxarmaq və öz üslubunu Avropa əsasları ilə bu zəmində formalaşdırmaq.



1Karaev K. Predislovie k kniqe Z.Safarovoy Muzıkalğno-gstiçeskie vzqlədı U.Qadcibekova. M., Sovetskiy kompozitor, 1973, s. 3

2 Abasova G. Uzeir Qadcibekov. Putğ cizni i tvorçestva. Baku: Azerneşr, 1985

3 Safarova Z. Muzıkalğnıe gstetiçeskie vzqlədı Uzeira Qadcibekova. M., Sovetskiy kompozitor, 1973

4Bax: Abezqauz I. Opera Keroqlı Uzeira Qadcibekova. M., Sovetskiy kompozitor, 1987

5Abasova G. Uzeir Qadcibekov. Putğ cizni i tvorçestva. Baku: Azerneşr, 1985, s. 7

6 Karaqiçeva L. Kara Karaev: Liçnostğ. Sucdeniə ob iskusstve. M., Sovetskiy kompozitor, 1994, s. 221

7 Karaqiçeva L. Kara Karaev. M., Sovetskiy kompozitor, 1960, s. 210




Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page