ÜZEYIR BƏY HACIBƏYOV VƏ CAVIDLƏR AILƏSI
Səadət QARABAĞLI
Search


SƏFIƏDDIN URMƏVI VƏ ÜZEYIR HACIBƏYOV
Zemfira SƏFƏROVA
ÜZEYIR BƏYDƏN BIZƏ MIRAS - BIZDƏN ÜZEYIR BƏYƏ HƏDIYYƏ
Gülnaz ABDULLAZADƏ
ÜZEYIR HACIBƏYOV VƏ XƏLQILIK
Siyavuş KƏRIMI
DAHI BƏSTƏKAR, GÖZƏL INSAN
Oqtay QULIYEV
Ü. HACIBƏYOV VƏ V. BELYAYEVIN ELMI-YARADICILIQ ƏLAQƏLƏRINƏ DAIR QIYMƏTLI TARIXI SƏNƏD
Ariz ABDULƏLIYEV
QƏZƏL JANRI ÜZEYIR HACIBƏYOV YARADICILIĞINDA
Vaqif ƏBDÜLQASIMOV
Ü.HACIBƏYOVUN AZƏRBAYCAN MUSIQISINDƏ BIRHISSƏLI SIMFONIK ƏSƏRLƏRIN YARANMASINDA ROLU
Aytən RAUFQIZI
ÜZEYIR BƏY HACIBƏYOV VƏ CAVIDLƏR AILƏSI
Səadət QARABAĞLI
ZÜLFÜQAR HACIBƏYOVUN BIR ƏLYAZMASI
Fidan NƏZIROVA
ÜZEYIR HACIBƏYOVUN YARADICILIĞINDA LAD PROBLEMINƏ BIR BAXIŞ
Cəmilə HƏSƏNOVA
MILLI MUSIQI ÜSLUBUNUN ÜZEYIR HACIBƏYOV MODELI
Ilhamə MƏMMƏDLI
BU DAR FƏNADAN KÖÇMƏK ISTƏYƏN BƏSTƏKAR
Aslan KƏNAN
ÜZEYIR HACIBƏYOV VƏ ZAKIR BAĞIROVUN MUSIQILI KOMEDIYALARINDA HƏYAT GERÇƏKLIYININ GÜLÜŞLƏ TƏCƏSSÜMÜ
Iradə ABBASOVA
AZƏRBAYCAN FORTEPIANO MUSIQISININ YARANMASINDA ÜZEYIR HACIBƏYOVUN ROLU
Leyla ABASQULIYEVA

 


       Bu yaxınlarda istedadlı tədqiqatçı, dəyərli Cavidşünas Azər Turan mənə Cavidlərlə bağlı bir neçə qiymətli kitab hədiyyə etdi: Cavid əfəndi..., Irfan çobanı, Əbədi Turan, Mişkinaz Cavid, Cavid haqqında xatirimdə qalanlar və bir də Ərtoğrol Cavid. Yazıları, rəsmləri, bəstələri, məktubları... Bu kitablara görə A.Turana şükran-larımı bildirmək məqsədi ilə Üzeyir bəy Hacıbəyov və Cavidlər mövzusunda bir yazı yazmaq qərarına gəldim. Azər Turana isə belə dəyərli kitabları ərsəyə gətirdiyi üçün hədsiz təşəkkürlərimi bildirirəm.

       Türk dünyasının fəxri, Azərbaycan mədəniy-yətinin dayağı olan Üzeyir bəy Hacıbəyov böyük dramaturq, filosof şair Hüseyn Cavid əfəndi ilə hələ gənclik illərindən tanış və çox yaxın dost olmuşlar. Bu iki mütəfəkkir sənətkarı bir-birinə bağlayan arxadaşlıq telləri və əqidə birliyi idi. Onlar Azərbaycan xalqının çiçəklənməsi, milli mədəniy-yətimizin inkişafı naminə yorulmadan gecə-gündüz çalışırdılar.

       Üzeyir bəy Hacıbəyovun bacanağı, Azər-baycanın görkəmli maarif xadimi, repressiya qurbanlarından biri olan Pənah bəy Qasımov Hüseyn Cavidlə qonşu olmuşdur. Onlar Cavid əfəndinin indiki istiqlal küçəsindəki ev-muzeyi yerləşən binanın (keçmiş kommunist küçəsi N-8) üçüncü mərtəbəsində ailəliklə çox mehriban qonşuluq əlaqələrində yaşayırdılar. Üzeyir bəy də o biri bacanağı, bəstəkar Müslüm Maqomayevlə tez-tez Pənah bəygilə gələrdilər. Belə görüşlərdə mütləq H.Cavid də iştirak edərdi. Müxtəlif məsələləri müzakirə edərdilər. Bu görüşlərdə hətta iş birliyi, yaradıcılıq barədə də söhbətləşərdilər. H.Cavidin həyat yoldaşı Mişkinaz xanım xatirələrində belə yazırdı: Yadımdadır... 1936-cı ilin sentyabr ayının 27-də Pənah bəyin kiçik qızı Nigarın ad günü idi. Yenə də dostlar ora toplaşmışdı. Söhbət zamanı Üzeyir bəy üzünü Cavidə tutub dedi:

        Cavid əfəndi, özün bilirsən Koroğlu üzərində işləyirəm. Yaman vuruşdayam. Inşallah, Koroğlunu qurtarandan sonra ürəyimdə tutmuşam ki, sənin Şeyx Sənanına opera yazım.

       Cavid dedi:

        Üzeyir bəy, mən sənin qulluğunda həmişə hazıram. Nə vaxt istəsən Şeyx Sənana libretto yazaram. Sonra Üzeyir bəy yarıkədərli bir halda dedi ki, özün bilirsən də, mənim Şeyx Sənan operamın librettosu o qədər də xoşuma gəlmir. Sənin Şeyx Sənanın mənim ürəyimcədir. Allah sənə də, mənə də cansağlığı versin. Yaxşı bir əsər yazarıq.

       1937-ci il aprelin 30-da Üzeyir bəy Hacı-bəyovun Koroğlu operasının premyerasında Hüseyn Cavid də ailəsi ilə birlikdə iştirak edirdi. Əsəri çox bəyənən Cavid əfəndi hədsiz sevinc içində bu gün əsl xalq bayramı, əsl sənət bayramıdır demiş, sonra isə dostunu şəxsən təbrik etmək üçün səhnə arxasına keçmişdir. Koroğlu operası haqqında ilk resenziyalardan birini də 1937-ci il 6 may tarixli Yeni yol qəzetində Hüseyn Cavid yazmışdır.

       Amma əfsuslar olsun ki, Şeyx Sənan operası üzərində bərabər işləmək niyyəti bu sənətkarlara nəsib olmadı. Dəhşətli 37-ci il bütün arzulara son qoydu. 4 iyun 1937-ci ildə şər, düşmən qüvvələr Hüseyn Cavid əfəndini gedər-gəlməzə apardılar. Bununla da Azərbaycan xalqının böyük oğlu H.Cavidin və ailəsinin qara günləri başladı. Bu xəbər Cavidsevərlər üçün, onun dostları, tanışları üçün dəhşətli oldu. Üzeyir bəy Hüseyn Cavidin başına gələnləri ürək ağrısı ilə qarşılayaraq günlərlə özünə yer tapa bilmədi. Bütün arzular, diləklər alt-üst oldu.

       Ancaq həyat davam edirdi və Cavidin ailəsinə qayğı lazım idi. Cavid əfəndi həbs olunanda oğlu Ərtoğrolun 18, qızı Turanın 14 yaşı vardı. Bu yeniyetmə uşaqlara ata qayğısı nə qədər gərək idi. Qəddar düşmənlərin səyi ilə onlar bu qayğıdan, məhəbbətdən məhrum edildilər.

       Lakin dünya yaxşı insanlardan xali deyilmiş. Belə bir ağır günlərdə Üzeyir bəy dostunun ailəsinə himayə durdu. Baxmayaraq ki, çox qorxulu, təhlükəli zaman idi. Xalq düşmənlərinin ailələrinə yaxın insanlar da təqib olunurdular. Hətta Üzeyir bəyin də başı üzərində belə bir kabus dolanmaqda idi. Amma bütün bunlara rəğmən xeyirxahlığı, rəhmdil əməlləri ilə artıq əfsanəyə çevrilən Ü.Hacıbəyov Cavidin ailəsini nəzarətsiz, baxımsız qoymadı. Onlara daim mənəvi və maddi dayaq oldu. Öz qayğısını, himayəsini onlardan əsirgəmədi.

       Böyük dramaturqun oğlu Ərtoğrol Cavid 1940-cı ildə Pedaqoji Institutu bitirdikdən sonra, Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq 1941-1942-ci illərdə Üzeyir bəy Hacı-bəyovun sinfində bəstəkarlıqdan dərs almış, özünü çox istedadlı və bacarıqlı tələbə kimi göstərmiş, Üzeyir bəyin sevimlisinə çevrilmişdir.

       Faşizm üzərində qələbənin 60 illiyi ilə bağlı Üzeyir bəy Hacıbəyov və Ikinci Dünya müharibə-si adlı məqalə üzərində işlədiyim zaman maraqlı bir fakta rast gəldim. 1941-ci ildə müharibə başladıqdan sonra əsgərlərə, orduya mədəni hamilik işinə rəhbərlik edən Azərbaycan Bəstəkarlar Ittifaqının sədri Üzeyir bəy Hacıbəyov dərhal bütün bəstəkarları iş otağına toplayaraq onlara hərbi-vətənpərvərlik əsərləri yazmağı tapşırmışdır. Bu mövzuda ilk əsəri məhz böyük Hüseyn Cavidin oğlu Ərtoğrol Cavid yazmış və sevimli müəlliminə təqdim etmişdir. Bu, gənc bəstəkarın Nigar Rəfibəylinin sözlərinə bəstələdiyi Eşq olsun mahnısı idi. Üzeyir bəy əsəri çox bəyəndiyini söyləyərək, yüksək qiymətləndirmişdir. Ə.Cavid-dən sonra Ağabacı Rzayeva, Adilə Hüseynzadə, Şəfiqə Axundova, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Süleyman Ələsgərov, Hacı Xanməm-mədov, Hacağa Nemətov və başqaları bu mövzuda romanslar, mahnılar və marşlar yazmışdılar.

       Ərtoğrol Cavidin gələcəyinə Üzeyir bəy Hacıbəyovun çox böyük ümidi vardı. Qeyri-adi istedad sahibi olan Ə.Cavid həm də Azərbaycan Dövlət Konservatoriyası yanındakı Musiqi Elmi Tədqiqat kabinetində çalışaraq xalq yaradıcılığı nümunələrinin toplanması, folklorun nota salınması işi ilə məşğul olurdu.

       Hətta ağır vərəm xəstəliyinə tutulan Ərtoğrol Cavid vəfatından altı ay əvvəl 26 aprel 1943-cü ildə Tbilisidən kabinetin rəhbərinə göndərdiyi məktubunda nikbinliklə yazırdı: Mənim indiki planım Naxçıvana getməkdir. Orada hər şey var. Nənəmlə qonşu kəndlərə gedəcəm. Əgər səhhətim imkan versə, kabineti maraqlandıracaq materiallar toplayacam. Yanımda xeyli not və yazı kağızım var.

       Təəssüf ki, gənc bəstəkar və tədqiqatçı istədiyini həyata keçirə bilmədi. Əcəl macal vermədi, bütün arzular yarımçıq qaldı.Ə.Cavidin əsgərlikdən yazdığı məktubları oxuduqca, onun nə qədər ağıllı, mərd, canıyanan, qayğıkeş olduğunu görməmək mümkün deyil. Yazdığı məktublarda Ərtoğrol yardım üçün yalnız əziz müəllimi Üzeyir bəyə müraciət edirdi. O, xeyirxahı saydığı Üzeyir bəy Hacıbəyova bir neçə məktub göndərmişdir. Birinci məktubu 25 fevral 1942-ci ildə yazmışdır.

       Hörmətli Üzeyir bəy!

       Əsgərliyə getməzdən əvvəl sizinlə görüşmək istədimsə də, qismət olmadı.Yeganə narahatçılığım anam və bacımın acınacaqlı halıdır. Rica edirəm, keçdiyimiz səmimi dərs illəri və ümidli gələcək xatirinə mümkün ola biləcək yardımınızı əsir-gəməyin.

       Anam uşaq bağçalarında işləyə bilər. Bacım həm bağçada, həm maşınistkalıq, həm də ibtidai məktəbdə dərs (matematika, dil) deyə bilər.Lakin ən lazım məsələ çətin hallarda nəzarət etmək, ürək vermək, mənəvi yardımdır. Zənn edirəm, rədd etməzsiniz.

       Hörmətlə, Ərtoğrol.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page