ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
YADDAŞLARIMIZDA YAŞAYAN BƏSTƏKAR
Mehriban ƏHMƏDOVA
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
YADDAŞLARDA QALAN NƏCIB INSAN VƏ ALIM
Səadət SEYIDOVA
HÜSEYNQULU SARABSKI
Rəna MƏMMƏDOVA
AZƏRBAYCANIN OPERA SƏHNƏSININ TARIXINDƏN
Gülnarə VƏZIROVA
TOHID QULIYEV – 80
Azər Abdullayev
YADDAŞLARIMIZDA YAŞAYAN BƏSTƏKAR
Mehriban ƏHMƏDOVA
SAHIBINI ITIRMIŞ KAMAN
Mirnazim ƏSƏDULLAYEV
GEORGI GEORGIYEVIÇ ŞAROYEV
Tərlan SEYIDOV

 


"Sevilmək istəyirsənsə, öz məhəbbətini başqalarına çatdır".

       Jan Jak Russo

       Tanınmış bəstəkar, gözəl insan və hamımızın ürəyində yaşayan Fəridə xanım Quliyeva haqqında məqalə yazmağa başlayarkən, ilk növbədə Azərbaycan Bəstəkarlar Ittifaqının arxivinə müraciət etdim. Müxtəlif sənədləri araşdıraraq, 12 yanvar 1960-ildə keçirilən Azərbaycan Bəstəkarlar Ittifaqının idarə heyətinin iclasının protokolu diqqətimi cəlb etdi. Sənəddə Fəridə Quliyevanın Azərbaycan Bəstəkarlar Ittifaqına daxil olması haqqında maraqlı məlumatlar var idi. Onun haqda görkəmli bəstəkarlarımız C.Hacıyev, S.Hacıbəyov, S.Rüstəmov olduqca səmimi sözlər demişlər və onun əsərlərini yüksək qiymətləndirmişdirlər. Həqiqətən də, təqdim olunan əsərlər janr etibarilə olduqca maraqlı idilər: vokal triosu və fleyta üçün pyeslər. Həmin əsərlərdə təravətli harmonik dil, ifadəli melodizm və ən əsas xalq muiqisinə ehtiramla və ehtiyatla yanaşmaq prinsipi əsas yer tutur.

       Açığını deyim ki, Fəridə xanım haqqında çox az material var. Mərhum Leyla xanım Mexmandarovanın kiçik həcmli, populyar xarakterli broşurasından başqa, faktik material tapmaq çətindir. Halbuki, onun yaradıcılığına aid olan ayrı-ayrı əsərlər professional, ciddi zövqlə bəstələnərək ifaçılarımızın repertuarında möhkəm yer tutur.

       Fəridə xanımın bacısı qızı Cəmilə xanımın xatirələri bizim üçün çox əzizdir: "Mən uşaqlıq illərindən Fəridənin bütün nailiyyətlərini izləyirdim. Onun əsərləri ilk dəfə onun ürəyində sanki səslənirdi, sonra isə – kağıza köçürülürdü. Onun həmyaşıdları: Nazim Əliverdibəyov, Musa Mirzəyev və başqaları bizə qonaq gələrdilər. Evimiz daim musiqi ilə dolu idi. Fəridənin ifa etdiyi Bax və Bethoven, Mosart və Şopen, bir çox başqa əsərlər məni səslərin sehrli dünyası ilə tanış etmişdir. Yadımdadır, hələ kiçik yaşlarımdan piano arxasında gizlənərək onun incə, möhtəşəm, iti dönmələrini dinləyərək həmin gücün məndə də olmasını arzulayırdım. Onun əsərlərini və xüsusilə romanslarını tanınmış müğənnilər ifa ediblər: Şövkət Ələkbərova, Rəhilə Cabbarova, Nərminə Məmmədova, Səfurə Əzimi, Əli Haqverdiyev.

       T.Hacıyev onun fleyta üçün pyeslərini yüksək səviyyədə ifa etmişdir. Həmçinin mənim yadımda S.Qəniyev tərəfindən sənətkarlıqla ifa olunmuş əsərlər qalıb. Xüsusi olaraq, mən onun ifasında Fəridənin "Skripka və simfonik orkestr üçün bəstələnmiş konserti"ni xatırlayıram.

       Fəridə olduqca məhsuliyyətli və ciddi insan idi. O, dissertasiya üzərində ciddi çalışırdı, birpərdəli baletlər üzərində tədqiqat işini aparırdı. Fəridə xanım həyatda hamıya həmişə yardımçı olub. Mənə də çox kömək edirdi. Məhz onun köməyi nəticəsində uşaqlarımı böyutdum və uğurla konservatoriyanı bitirdim. Fəridə xanım haqqında danışanda onun mənim həyatımda böyük rolu olmasını xüsusi qeyd etmək istərdim. Onunla bizim aramızda olan tək böyük və kiçik münasibət deyildi. O, həyatda mənim üçün "təcili yardım" idi…".

       Fəridə xanım tanınmış professor Tahir Quliyevin ailəsində, 1930-cı ildə anadan olmuşdur. O, 1947 –ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində yerləşən onillik musiqi məktəbində iki ixtisas üzrə təhsil almışdır (fortepiano sinfi üzrə professor K.K.Səfərəliyeva, bəstəkarlıq üzrə– B.I.Zeydman). Elə həmin il o, Konservatoriyaya iki fakültəyə daxil olur (indi – Bakı Musiqi Akademiyası). Burada o, bəstəkarlıq sənətinin "sirlərini" xalqımızın sevimli bəstəkarı, tanınmış professor C.Hacıyevdən öyrənir, fortepiano sinfi üzrə isə gözəl pianoçu, tanınmış profesosr Qeorqiy Şaroyevdən təhsilini alır. Hər iki fakültəni Fəridə xanım uğurla bitirir – 1952-ci ildə ifaçılıq, bir ildən sonra isə – bəstəkrlıq fakültələrini. Fortepiano və simfonik orkestr üçün bəstələnmiş konsert F.Quliyevanın diplom işi olmuşdur və yüksək qiymətləndirilmişdir. Bir müddət bu konsert ifaçılarımız tərəfindən təblığ olunurdu, tez-tez səslənirdi. Yaxşı olardır ki, bizim ifaçılarımız Fəridə xanımın professional səvi yyədə, zövqlə və səmimi qəlbdən yazdığı "Fortepiano və simfonik orkestr üçün konserti"nə tez-tez müraciət etsinlər, yeni nəsl ifaçılarımızı musiqi tariximizin ifadəli əsərləri ilə tanış etsinlər.

       Məhz, 50-ci illərdə F.Quliyeva bir sıra maraqlı, yadda qalan, milli köklərin dərin qatlarına əsaslanan gözəl əsərlər yaratmışdır. Xüsusilə, Azərbaycan xalq musiqisinin mövzuları əsasında Fəridə xanım sənətkarlıqla, yüksək bədii zövqlə prelüdlər yaratmışdır. Bəstəkar milli harmoniyanın xüsusiyyətlərini klassik majoro-minor sisteminin qanunları ilə biləşdirərək olduqca rəngarəng, təravətli harmonik dili ilə fərqlənən prelüdlər yaratmışdır. Milli xüsusiyyətlər həmçinin öz əksini fakturada da aydın və orijinal səpgidə tapır. Melizmlərin, müxtəlif bəzək notların istifadəsi, digər tərəfdən aşıq harmonik komplekslərin səslənməsi musiqiyə təravətlilik bəxş edir.

       Fəridə xanım müxtəlif janrlarda əsərlər yaradıb: simli kvartet, fortepiano üçün etüdlər, kamera orkestri üçün "Kapris", arfa aləti üçün "Prelüdlər", fortepiano üçün pyeslər, fortepiano və simfonik orkestr üçün Fantaziya, Bariton səsi üçün bəstələnmiş balladalar, uşaqlar üçün silsilə əsəri "Günelin uşaq lövhələri" (fortepiano üçün). Məhz bu saydığım sonuncu əsərin çox maraqlı tarixçəsi var. Bu əsər hörmətli profesiorumuz, ümumi fortepiano kafedrasının müdiri Minira Dilbazinin qızına – Günelə həsr edilmişdir.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page