YADDAŞLARDA QALAN NƏCIB INSAN VƏ ALIM
Səadət SEYIDOVA
Search


YADDAŞLARDA QALAN NƏCIB INSAN VƏ ALIM
Səadət SEYIDOVA
HÜSEYNQULU SARABSKI
Rəna MƏMMƏDOVA
AZƏRBAYCANIN OPERA SƏHNƏSININ TARIXINDƏN
Gülnarə VƏZIROVA
TOHID QULIYEV 80
Azər Abdullayev
YADDAŞLARIMIZDA YAŞAYAN BƏSTƏKAR
Mehriban ƏHMƏDOVA
SAHIBINI ITIRMIŞ KAMAN
Mirnazim ƏSƏDULLAYEV
GEORGI GEORGIYEVIÇ ŞAROYEV
Tərlan SEYIDOV

 


Deyilənə görə, Qüdrətli və lütfikar Ulu Tanrı kainatı və bəşəriyyəti tam harmoniyada yaradıb.Bu ilahi yaradıcılıgın çələngi olan bəşər övladına isə saysız-hesabsız xüsusiyyətlər və duyumlar bəxş edib. Dünya yaranan gündən həyatın gəldi-gedərliyini insanlar görüb, bunu təbiətin hökmü kimi qəbul ediblər. Lakin həyatın bu gerçəkliyini ağrısız qarşılamamağı bacarmayıblar.

Nərminə xanımın da yaxınları, onu sevən həmkarları 4 ildən artıq bir zamanda onun cismən aramızda olmamasını böyük ürək ağrısı ilə yad edirlər. Lakin Nərminə xanımın xoş təbəssümü, mülayim xasiyyəti alicənablığı, yüksək professionallığı, savadı, mədəniyyəti, əxlaqi dəyərləri onu sevənlərin yaddaşından silinmir.Elə bil ki, əvvəldən özü haqqında düşün-müş, öz işləri, həyatsevərliyi ilə cismani yoxluğunu, ruhi dolğunluğu ilə əvəz etməyə çalışmışdir. Kafedrada onun əsərlərinə, daim xüsusən ixtisas fənnlərində müraciət edib, tələbələrə işlərində onlarından istifadə etməyi tövsiyə etmək, hazırladığı yüksək professionallıqları ilə seçilən onun tələbələriniindiki həmkar-larımızı iş başında görmək, Nərminə xanımın aramızda olmamasını bizə bəzən unutdurur.

Nərminə Əliyevanın şəxsiyyətinin formalaşmasında onun ailəsinin və təhsil aldığı dahi Üzeyir bəyin adını daşıyan Azərbaycan Dövlət Konservatoriyası kimi mədəniyyət ocağının rolu böyükdür.

Əliyeva Nərminə Ağalar qızı 1939-cu ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb.1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konserva-toriyasının nəzdində fəaliyyət göstərən 10-illik musiqi məktəbini fortepiano sinfi üzrə bitirib.Həmin ildə Konservatoriyanın tarix-nəzəriyyə şöbəsinə daxil olub.1962-ci ildə onu bitirib musiqişünas kvalfikasiyasına layiq görülür.1963-1966- cı illərdə Azərbaycan SSR-nin Elmlər Akademiyasının "Memarlıq və incəsənət" institutunun aspiranturasında musiqişünaslıq üzrə ixtisasını davam etdirir.

1967-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi kafedrasında müəllim vəzifəsində çalışmağa başlayır.Leninqrad Konservatoriyasının professoru Anatoliy Nikodimoviç Dmitriyevin rəhbərliyi altında 1969-cu ildə "Azərbaycan bəstəkarlarının yaradıcılığında polifonik formalar" mövzusunda sənətşünaslıq namizədliyi üzrə dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, sənətşünaslıq namizədi elmi dərəcəsinə layiq görülür.

Əslində protokol xasiyyətli belə avtobioqrafik məlumatlar çoxlarına aid ola bilər və konkret bir insan haqqında, onun həyatının məna kəsb edən mərhələləri haqqında çox az sxematik məlumat verir. Bu məlumatların məna kəsb etməsi üçün məkan və zamanı nəzərdə saxlamaq gərəkdir.Nərminə xanımın doğulub boya-başa çatdığı, tərbiyə aldığı ailə yüksək mədəniyyət və mənəviyyat nümunəsi idi. Oxuduğu illər isə 1960-ci illərə- elmin, incəsənətin bütün sahələrində gedən canlanma, inkişaf dövrünə təsadüf edir.Ailəsindəki yüksək əxlaqi dəyərlərin və zamanın xoş təsadüfünün üst-üstə düşməsi Nərminə xanımın həyat tərzini və əsl professional kimi müəyyənləşməsini təmin edir.

Həmin illərdə Azərbaycan Dövlət Konserva-toriyasının abu- havası, tələbələr arasındakı ruh yüksəkliyi elmə , biliyə yiyələnmək həvəsi dərs deyən müəllimlərin tələbələri elmlə məşğul olmağa Azərbaycan musiqisini onun köklərini tədqiq etməyə sövq etmələri öz bəhrəsini verirdi.Qeyd etməliyəm ki, tələbələri böyük səmimiyyətlə həyata hazırlayan səbrli, tələbkar və ciddi müəllimlərimiz sözün əsl mənasında böyük insanlar idilər.Əlbəttə, sadaladığım bu vacib amillər Nərminə xanımın gözəl insan,dərin düşüncəli alim,sənətinin yüksək professionalı kimi fəaliyyət göstərməsi üçün böyük əhəmiyyətə malik idi. Sənətşünaslıq namizədi elmi dərəcəsinə layiq görüldükdən sonra Nərminə xanım kafedranın baş müəllimi vəzifəsində çalışır.

1976-cı ildə Moskva Konservatoriyasının ixtisasartırma kurslarına ezam edilir. O, burada Y.N.Xolopovun rəhbərliyi altında "Azərbaycan muğamlarının tematik quruluş prinsipləri" mövzusunda elmi işini yazır.1969-cu ildə sənətşünaslıq namizədi elmi dərəcəsinə layiq görüldüyündən 7 il sonra dosent elmi adını alır.(Bu da zamanın gerçəkliklərindən biri idi).

Musiqi nəzəriyyəsi kafedrasının Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA-nın) təhsil və təlimində öz yeri , mövqeyi olub və indi də olmaq-dadır.Bu kafedrada görkəmli insanlar, böyük savad sahibləri çalışmışlar.Musiqi nəzəriyyəsi ilə bağlı fənnləri şərti olaraq dəqiq elmlərlə müqayisə edirlər. Fənnlərə məxsus olan konkretlik, dəqiqlik, musiqi qanunlarına riayət etmək şərtləri bu fənnləri aparan müəllimlərin xarakterlərinə təsir edir və müəyyən bir əlamətə çevrilir. Bu məxsusi əlamət professionallıqla yanaşı kafedranın mənəvi dəyərlərinin müəyyənləşdirir , ənənəyə çevrilərək nəsillərə ötürülür. 1982-96-cı illərdə bu estafeti davam etmək Nərminə xanıma həvalə edilir. O, kafedranın professoru və müdiri vəzifəsində həmkarlarına böyük ehtiram və həssaslıqla rəhbərlik edir.



Həyatda humanist düşüncəli və hər bir məsələnin həllində bu mövqedən çıxış edən Nərminə xanımın mövcud vəzifədə çalışdığı illəri həmkarları xoş təəssüratla yad edirlər.

Aramlı davranışa məxsus, sakit təbiətli, ürəyə yatımlı, alicənab simalı Nərminə xanımın fəaliyyət dairəsi çox geniş idi. O pedaqoq, Azərbaycan musiqisini tədqiq və təbliğ edən musiqişünas-alim, kafedranın müdiri, konservatoriyanın elmi işlər üzrə katibi, Bəstəkarlar Ittifaqının Musiqişünas və tənqid bölümünün rəhbəri kimi vəzifələrin öhdəsindən bacarıqla gəlirdi.Azərbaycan musiqi elmində Azərbaycan şifahi ənənəli musiqi tematizmində çoxsəsliliklə ornamentika problemləri ilk dəfə Nərminə xanım tərəfindən ortaya atılmış və əsaslı şəkildə işıqlandırılmışdır. Onun dərin mənalı elmi məqalələri Azərbaycan milli musiqi tədqiqi ilə məşğul olanlar üçün əsas elmi mənbəyə çevrilmişdir.

Qeyd etməliyik ki, Nərminə xanımın nəşr edilmiş bir sıra elmi məqalələri, metodik işləri öz müəllimi haqqında yazdığı kitabı (L.V.Karaqiçeva)ilə yanaşı çap olunmamış bir xeyli maraqlı işləri qalmaqdadır.

Onun diqqətə layiq əsərləri içərisində Azərbaycan muğamının çoxsəsli polifonik işlənməsi məsələsinə dair , Ü.Hacıbəyovun Koroğlu operasındakı polifoniya haqqında, Zaqafqaziya bəstəkarlarının əsərlərinin musiqi formalarının bəzi özünəməxsus xüsusiyyətlərinə dair əlyazması vəziyyətində Konservatoriyanın kitabxanasında saxlanılan işlərindəndir; Azərbaycan bəstəkarlarının əsərlərinin musiqi təhlili (dərs vəsaiti) , Ü.Hacıbəyovun əsərlərində kiçik formalar, Azərbaycan muğamı tematizminin bir xüsusiyyəti haqqında və sairə əsərələrinin adlarını çəkmək olar.

Yeri gəlmişkən demək istərdim ki, onun nəşr edilməmiş Azərbaycan elmi və tədrisi üçün maraq kəsb edən işlərini çap etmək onun ruhu qarşısında borcumuz olduğu kimi, Azərbaycan musiqi elminə göstərdiyimiz xidmətdir.

Elmi işlərində polifonik və homofonik ünsürlərin tədqiqi musiqi təhlililə məşğul olan Nərminə xanım pedaqoji fəaliyyətində də polifoniya və musiqi əsərlərinin təhlilinə üstünlük verib, adları çəkilən fənnləri tədris edirdi.

Nərminə xanımın maraqlı mühazirələri, tələbələrlə münasibətdəki obyektivliyi, maraqlı söhbətləri onu tələbələrin sevimli müəllimi kimi tanıtmışdı.Nərminə xanım bir sıra savadlı musiqişünas nəsli yetişdirmişdi. Onlardan sənətşünaslıq namizədi BMA-nın tarix-nəzəriyyə fakultəsinin dekanı Gülzar xanım Mahmudova, Milli Konservatoriyanın musiqi nəzəriyyəsi və tarixi kafedrasının müdiri ,sənətşünaslıq namizədi Akif Quliyevin adlarını çəkmək kifayət edər.

Deyirlər ki, hamının dünyamızda yaşamaq vaxtını Ulu Tanrı müəyyənləşdirir.Bəlkə də belədir. Yəqin ki, belədir.Ancaq insan hisslərlə dolu bir varlıqdır.Bu itki ilə heç vaxt barışa bilmir.Məcburi gerçəkliyi qəbul edir. Lakin insana bəxş olunmuş duyğular sərhədsizdir. Əliyeva Nərminə Ağalar qızının xoş , aydın, səmimi siması onun yaxınlarının həmkarlarının ürəklərində, duyğularında yaşayacaqdır.Allah ona rəhmət etsin.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page