ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
NAXÇIVAN MUXTAR RESPUBLIKASINDA KEÇIRILMIŞ SƏYYAR PLENUMUN MÜZAKIRƏSI
Materialı hazırladılar: Lalə HÜSEYNOVA və Sevda ƏLIQIZ
Search

ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
ORQAN MUSIQISINƏ HƏSR OLUNMUŞ PLENUMUN MÜZAKIRƏSI
Materialı hazırladı: Sevda ƏLIQIZI
NAXÇIVAN MUXTAR RESPUBLIKASINDA KEÇIRILMIŞ SƏYYAR PLENUMUN MÜZAKIRƏSI
Materialı hazırladılar: Lalə HÜSEYNOVA və Sevda ƏLIQIZ
ÜZEYIR HACIBƏYOVUN ANADAN OLMASININ120 ILLIK YUBILEYINƏ LAYIQLI TÖHFƏ
Materialı hazırladı: Ülkər TALIBZADƏ
XƏBƏRLƏR 2005-ci il
Materialları hazırladı: Leyla MƏMMƏDOVA

 


       Ümumiyyətlə, səslənən mahnılar çox ürəyə-yatan mahnılar idi. Rəşid Məmmədovun, Şəmsəddin Qasımovun, Yaşar Xəlilovun mahnıları çox gözəl səsləndi. Xüsusilə, Yaşar Xəlilovun xalq çalğı alətləri orkestri üçün «Odlu torpaq» əsərinin orkestrləşdirilməsi xoşuma gəldi. Amma bir az təkrarlar çox olduğuna görə kupyur edilməlidir.

       Yaşar Xəlilovun «Tar üçün Konserti»nin II və III hissələri ifa olundu. Əsərdə bir az çatışmazlıq var. Tarzən texniki cəhətdən çox gözəl ifa etdi, amma əvvəldəki «Bayatı-Şiraz»ı o notda yazılan şəkildə ifa edirsə, onu deyə bilərəm ki, bu çox uzun səsləndi. Bu yerdə orkestr fon da tuta bilərdi. Əsərin forması da aydın olmadı. Bu, əgər rondo formasındadırsa, B - epik, lirikdir, C - epizodu bir qədər hərəkətli olmalıdır.

       Burada Ə.Ələkbərovanın musiqişünas olaraq bəstəkarlıq etməsindən danışıldı. Ümumiyyətlə, mən musiqişünasların əsər yazmağına pis baxmıram. Tanınmış bəstəkarımız Zakir Bağırov da Konservatoriyanı musiqişünas kimi bitirmişdi, amma gözəl orkestr əsərləri, konsertlər, operettalar yazıb. Ramiz Zöhrabov da gözəl musiqişünasdır, bununla yanaşı xalq çalğı alətləri orkestri üçün iri formalı əsərlər yazır.

       Naxçıvan Bəstəkarlar təşkilatındakı bəstəkarların yeni yazılmış əsərlərinin notlarının Azərbaycan Bəstəkarlar Ittifaqına göndərilməsini və gələcəkdə bu əsərlər içərisindən seçilib yeni plenum və festivallarda ifa olunmasını təşkil etmək lazımdır. Naxçıvan təşkilatında 5 nəfər bəstəkar fəaliyyət göstərir. Sizin əməyiniz göz qabağındadır. Ilk növbədə xalqın sizə olan səmimi münasibəti bizi çox sevindirir. Bu, sizin böyük müvəffəqiyyətinizdir. Sizi ürəkdən təbrik edir və yeni yaradıcılıq nailiyyətləri arzulayıram.

       Əqidə Ələkbərova (musiqişünas, Azərbaycan respublikasının əməkdar incəsənət xadimi): Mən təşkilatımızın çatışmayan cəhətləri, istəklərimiz haqqında danışmaq istərdim. Bu, gələcək perspektiv işlərimiz üçün daha önəmlidir.

       Bilirsiniz ki, Naxçıvan tarixi məs’uliyyət qapağı altında yaşayır. Əgər bizim torpağımıza bu qədər diqqət yetirilirsə, belə gözəl şərait yaradılırsa, bizim də bu mənəvi dünyamızı qoruyub saxlamaq, onu zənginləşdirmək və bizə göstərilən qayğını doğrultmaq borcumuzdur. Bu günə qədər gördüyümüz işlər bizi qane etmir. Biz daha da məsuliyyətlə çalışmalıyıq. Çünki məhsuldar işləmək üçün Naxçıvan MR-nın Ali Məclisi, şəxsən Vasif Talıbov bizə hər cür şərait yaradır. O, elə bir şəxsiyyətdir ki, daima bizim problemlərimizlə maraqlanır və əlindən gələn köməyi əsirgəmir. Universitetin incəsənət və ədəbiyyat fakultəsində konservatoriya açıldığı zaman çox çətinliklərlə üzləşdik. O insanın qayğıkeşliyini biz onda gördük.

       Təşkilatımız hesabat konsertlərini tez-tez keçirtməlidir. Burada qeyd olunduğu kimi, konsertlər janrlar üzrə olmalıdır. Biz bilirik ki, bir konsertdə orkestr əsərləri ilə mahnıların bir yerdə səslənməsi mümkün deyil. Konsertin proqramına yalnız təşkilatımızın üzvləri olan bəstəkarların əsərləri daxil edilmişdi. Lakin Naxçıvanda bir çox istedadlı musiqi yazarlar da var. Onlar bu gün qeyri-peşəkar bəstəkarlar kimi kənarda qalıb. Baxmayaraq ki, onlar da konservatoriya təhsili alıblar. Onların içərisində pianoçular, tarzənlər, başqa alətlərdə çalan musiqiçilər var. Ötən hesabat konsertində onlar da öz əsərlərini təqdim etmişdilər. Gənclər arasında musiqiyə böyük həvəs göstərən insanlar var. Gələcəkdə onların da əsərlərinin ifa edilməsini istərdik.

       Naxçıvan Dövlət Universitetində xüsusi bəstəkarlıq şöbəsinin açılması haqqında edilən təklif bizi çox sevindirdi. Burada bəstəkarlıq şöbəsinin açılması üçün pedaqoji potensialımız da var. Təşkilatımızın iki professional təhsilli bəstəkarı var: Yaşar Xəlilov və Kamal Əhmədov. Y.Xəlilov Q.Qarayevin tələbəsi olub. Vaxtilə, mən şəxsən, onun Q.Qarayevin sinfində oxuyarkən dərsində iştirak etmişəm və Q.Qarayevin Yaşarı necə təriflədiyini görmüşəm. Biz onunla fəxr edirik. Digər bəstəkarımız - K.Əhmədov isə professor X.Mirzəzadənin bəstəkarlıq sinfini bitirib. Inanıram ki, Naxçıvanda bəstəkarlıq ixtisasının açılmasında bu iki şəxsin əməyi çox olacaqdır. Ümidvarıq ki, görkəmli bəstəkarlarımız - Tofiq Bakıxanov, Nəriman Məmmədov, Ramiz Mirişli və başqaları da Naxçıvana tez-tez gələcək və öz təcrübələrini gənc kadrlara öyrədəcəklər. Bizim Türkiyə ilə yaxın olduğumuza görə Türkiyədə işləyən bəstəkarlarımız da vaxtaşırı buraya gələ bilərlər. Əvvəllər Aqşin Əlizadə Türkiyədə işləyərkən bir neçə dəfə Naxçı vana gələrək Konservatoriyada çıxış etmişdi.

       Lakin Naxçıvanda bu kafedranın açılması ilə iş bitmir. Yeni yazılmış əsərlərin ifası da əsas məsələdir. Bizim kamera orkestrimizin heyəti müəyyən səbəblərə görə çox məhduddur. Kamera orkestrinin bədii rəhbəri Çingiz Axundov vaxtilə Niyazi ilə birlikdə simfonik orkestrdə işləyib. O, çox dəyərli musiqiçidir - bir necə alətdə professional səviyyədə çalır, həmçinin Zaqafqaziya müsabiqəsi laureatıdır. Neçə illərdir ki, kamera orkestrinin əziyyəti onun üzərinə düşüb. Ilk növbədə, kamera orkestrini dirçəltmək lazımdır. Kadr çatışmamazlığı problemini həll etmək vacibdir. Bu problem digər ifaçı kollektivlərimizdə, xalq çalğı alətləri orkestrində də mövcuddur. Əsil peşəkar bəstəkarlıq təşkilatı üçün əsil peşəkar ifaçı kollektivləri lazımdır. Bu ən vacib məsələdir.

       Kamal Əhmədov (bəstəkar, Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi): Indiki dövrdə bizim bəstəkarlarımız üçün tez-tez Bakıya gedib əsər göstərmək çətindir. Burada maliyyə məsələləri maneələr yaradır. Hazırda bizim tənqidi yanaşdığımız Sovetlər dövründə bəstəkarların imkanları daha çox idi. Bəstəkar bu gün öz əsərini sata bilmir. Bəs o necə yaşamalıdır? Əgər bu sənət bəstəkarın ehtiyacını ödəyə bilmirsə, deməli, bu lazım deyil. Belə olan halda isə bu sənətin arxasınca gedən olmur. Tələbələr artıq bəstəkarlığa çox az meyl göstərirlər. Vaxtilə bəstəkarlıq ixtisasına daha çox həvəs göstərilirdi.

       Naxçıvanda yaşayan bəstəkarlarımızın vəziyyəti Bakıda yaşayan bəstəkarlara nisbətən çox çətindir. Çünki Bakıda onlar müxtəlif ifaçı kollektivlərlə əməkdaşlıq edə bilirlər. Naxçıvanda isə bəstəkarlarımızın imkanı məhduddur. Çünki ifaçı kollektivlər çox azdır və bu kollektivlərdə kadr çatışmazlığı problemi ilə üzləşirik.

       Rəşid Məmmədov (bəstəkar, Naxçıvan Bəstəkarlar Təşkilatının üzvü): Əvvəla onu qeyd edim ki, Naxçıvan MR-da Bəstəkarlar Təşkilatı açılandan ilk dəfədir ki, belə yüksək səviyyədə toplantı keçirilir. Naxçıvan Bəstəkarlar Təşkilatına xüsusi diqqət göstərib Bakıdan gələn nümayəndələrə öz dərin minnətdarlığımı bildirirəm. Habelə, əsərlərin ifası ilə əlaqədar Naxçıvan Şəhər Mədəniyyət Idarəsinin rəhbərliyinə, xalq çalğı alətləri və kamera orkestrinin rəhbərlərinə öz təşəkürümü bildirirəm.

       Ümumiyyətlə, Muxtar Respublikanın mədəni həyatında bir çox çətinliklərimiz var. Mən, əsasən musiqi təbliği ilə əlaqədar Filarmoniyanın fəaliyyətindən narazıyam. Çünki, mən 50 ildən artıqdır ki, Muxtar Respublikanın musiqi mədəniyyətinin inkişafı naminə çalışıram. Lakin son zamanlar mənim mahnılarımın ifa edilməsinə və efirdə səslənməsinə sədd qoyulur. Belə qeyri-obyektiv hallara qarşı mən öz etirazımı bildirirəm.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page