ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
NAXÇIVAN MUXTAR RESPUBLIKASINDA KEÇIRILMIŞ SƏYYAR PLENUMUN MÜZAKIRƏSI
Materialı hazırladılar: Lalə HÜSEYNOVA və Sevda ƏLIQIZ
Search

ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
ORQAN MUSIQISINƏ HƏSR OLUNMUŞ PLENUMUN MÜZAKIRƏSI
Materialı hazırladı: Sevda ƏLIQIZI
NAXÇIVAN MUXTAR RESPUBLIKASINDA KEÇIRILMIŞ SƏYYAR PLENUMUN MÜZAKIRƏSI
Materialı hazırladılar: Lalə HÜSEYNOVA və Sevda ƏLIQIZ
ÜZEYIR HACIBƏYOVUN ANADAN OLMASININ120 ILLIK YUBILEYINƏ LAYIQLI TÖHFƏ
Materialı hazırladı: Ülkər TALIBZADƏ
XƏBƏRLƏR 2005-ci il
Materialları hazırladı: Leyla MƏMMƏDOVA

 


       Nəriman Məmmədov (bəstəkar, Respublikanın xalq artisti): Ümumiyyətlə, sevindirici haldır ki, əsasən Naxçıvan bəstəkarları əsərlərin yazılış istiqamətində düzgün yol seçiblər. Səslənən əsərlərdə bayağılıq yox idi. Bə’zi qüsurlar olsa da, ümumi istiqamət 1970-80-ci illərdə Azərbaycan bəstəkarlarının - Q.Qarayevin, F.Əmirovun və onların davamçılarının yaradıcılıq üslubuna uyğundur.

       Bəstəkarlıq çox böyük sənətdir. Bu sənətə yiyələnmək üçün çox çalışmaq lazımdır. Yüksək səviyyəyə nail olmaq üçün onlar ömrünün sonunadək öyrənməli, çox dinləməli, mütaliə etməlidirlər. Yalnız bu zaman yüksək səviyyəli əsərlər yarana bilər. Lakin bəzən yüksək səviyyəli əsərlərlə yanaşı, bəstəkarlıq sənətinə təsadüfi düşən insanların aşağı səviyyəli əsərləri efirə yol tapır. Belə hallara qarşı mübarizə aparmaq lazımdır. Çünki belə aşağı səviyyəli əsərlər xalqın zövqünü korlayır. Bəstəkarlar çalışmalıdırlar ki, xalqın zövqünü, mə’nəviyyatını yüksəldən əsərlər yazsınlar. Musiqi xalqa lazımdır. Bu, xalqın mədəniyyətidir, mənəvi dünyasıdır. Vaxtilə Ü.Hacıbəyov xalqı opera sənətinə cəlb etmək üçün öz əsərlərində muğamlardan, təsnif və rənglərdən istifadə etmişdi ki, xalq opera janrını başa düşsün. Ü.Hacıbəyov məktəbinin davamçıları - Q.Qarayev, F.Əmirov və başqaları ilk növbədə xalqın zövqünü yüksəldən əsərlər yazmağa çalışıblar.

       Plenumda dinlədiyimiz əsərlərdən belə qənaətə gələ bilərik ki, əsərin yaxşı səslənməsi üçün bir neçə şərt olmalıdır. Ilk növbədə bəstəkarın əsərini tam mənada bədii cəhətdən gözəl təqdim etmək üçün yaxşı ifaçı lazımdır. Əgər əsər orkestr üçün yazılıbsa, buna dirijor çox ciddi yanaşmalıdır. Çünki orkestr səslənməsində müxtəlif nüanslar var. Dirijor bu nüansları bacarıqla tənzimləməlidir. Əlbəttə, yaxşı ifa olmayanda bəstəkar çox şey uduzur. Odur ki, bəstəkarın əsərinin taleyi bilavasitə ifaçıdan asılıdır. Ifaçılar - istər vokalçı, istər pianoçu və ya digər alətlərdə çalanlar bu sənətə əgər təsadüfi gəlməyiblərsə çox ciddi çalışmalıdırlar. Bu, onların həyatının mənası olmalıdır. Kənddə və ya şəhərdə yaşamalarından asılı olmayaraq onlar böyük həvəslə öz üzərlərində işləməlidir. Çünki çox zaman ifaçının məsuliyyətsizliyi üzündən əsər haqqında mənfi fikir yaranır. Məsələn, Yaşar Xəlilovun xalq çalğı alətləri orkestri üçün yazılmış «Odlu torpaq» xoreoqrafik süitasının ifası zamanı solo çıxışlar aydın eşidilm irdi. Doğrudur, bu çatışmamazlığı professional musiqiçi daha yaxşı başa düşür, tamaşaçı isə bunu hiss etmir. Belə ifa zamanı əsər müəyyən dərəcədə öz keyfiyyətini itirir. Lakin qeyd etməliyəm ki, Naxçıvan Bəstəkarlar Təşkilatının üzvləri tamamilə düzgün istiqamətdə, professional əsərlər yazırlar. Belə əsərlərdən biri də Şəmsəddin Qasımovun «Sən həmişə bizimləsən» xor əsəridir. Əsər mənim çox xoşuma gəldi. Əsərin bədii cəhəti onun sadəliyi və ya mürəkkəbliyi ilə deyil, məhz məzmunu ilə əlaqədardır. Xor əsərin məzmununu çox aydın açıqlaya bildi.

Rəşid Məmmədovun «Sən əbədiliksən» əsəri mahnı janrında yazılıb və xalq çalğı alətləri orkestrinin və solistin ifasında səsləndi. Mən istərdim ki, orkestrin səslənməsi daha zəngin olsun.

       Xor üçün yazılmış əsərləri ifa edən xor kollektivləri zəifdir. Bu professional xor deyil. Əsərlərin yaxşı olmasına baxmayaraq, ifa aşağı səviyyədə idi. Məsələn, Şəmsəddin Qasımovun «Zərifə həkim» mahnısının çox gözəl, səmimi melodiyası var. Bu əsər Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin ifasında səsləndi. Lakin bu kamera orkestrinin də səviyyəsi aşağıdır. Biz bu ifalara yüksək səviyyəli kollektivlərlə müqayisə edərək yanaşırıq. Lakin Naxçıvanda kamera orkestrinin mövcud olmasının özü də çox sevindirici haldır. Bu kollektivə ümid bəsləmək olar.

       Konsert zamanı bəzi bəstəkarlar piano partiyasını özləri ifa edirdilər. Lakin bu professional pianoçuya həvalə edilsə idi daha yaxşı olardı. Onda əsərin səslənmə keyfiyyəti də artardı.

       Biz istərdik ki, sizin əsərlərinizin ifası yüksək bədii səviyyədə olsun. Bunun üçün siz bəstəkarlar özünüz də gecə-gündüz orkestrin məşqlərində iştirak etməli, dirijora kömək göstərməlisiniz. Biz həmişə çalışmalıyıq ki, musiqidə professionallıq yüksək olsun. Sizi bu böyük nailiyyət münasibətilə təbrik edirəm və yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayıram.        Tofiq Bakıxanov (bəstəkar, Azərbaycan Respublikasının xalq artisti): Naxçıvanda belə gözəl təşkil olunmuş tədbirin keçirilməsi məni çox sevindirdi. Tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova, Naxçıvan Bəstəkarlar Təşkilatının sədri Şəmsəddin Qasımova öz dərin minnətdarlığımı bildirirəm.

       Səyyar plunumun konsertində iştirak edən bəstəkarları təbrik edirəm. Onların yazdıqları əsərlər xalq üçündür. Əvvəllər belə bir fikir söylənilirdi: «incəsənət incəsənətə mənsubdur». Bu fikir özünü doğrultmur. Çünki incəsənət xalqa xidmət edir. Əgər xalq onu başa düşməsə deməli, onun heç bir əhəmiyyəti yoxdur.

       Azərbaycan Bəstəkarlar Ittifaqının Bakıdakı Plenumları müxtəlif musiqi janrları üzrə keçirilir. Bu konsertdə səslənən əsərlər isə qarışıq janrlarda idi. Instrumental əsəri mahnı janrı ilə müqayisə etmək olmaz. Ona görə mən təklif edirəm ki, gələcəkdə orkestr üçün yazılmış əsərlər, kamera-vokal, kamera-instrumental, xor əsərləri ayrı-ayrı konsertlərdə təqdim edilsin. Bunun çox böyük əhəmiyyəti var.

       Səslənən əsərlər haqqında öz təklif və iradlarımı qeyd etməzdən əvvəl bildirmək istəyirəm ki, bütün bu iradlar və məsləhətlər yalnız sizin xeyrinizədir. Ola bilər ki, sən özün səhvini görmürsən, amma yoldaşın görür. Ona görə də xüsusilə, gənc bəstəkarlara məsləhətim budur ki, əsərlərini öz təcrübəli bəstəkar həmkarlarına göstərməkdən çəkinməsinlər. Bəstəkarlar daima bir-birləri ilə ünsiyyətdə olmalı, bir-birinə inanmalı, iradlarını qəbul etməlidirlər. Bir tarixi faktı qeyd etmək istəyirəm. 1959-cu ildə Moskvada keçirilən ongünlük üçün Niyazi Q.Qarayevin «Yeddi gözəl» baletini hazırlayırdı. O, dahi Q.Qarayevə bildirdi ki, əsərin bir yerində «Romeo və Cülyetta» baleti hiss olunur. Bu hissəni baletdən çıxarmağı məsləhət gördü. Q.Qarayev də bu məsləhətə qulaq asdı və o parçanı ixtisar etdi. Digər bir misal kimi C.Hacıyevin IV simfoniyasını göstərmək olar. Bu simfoniya çox böyük idi, bir saata qədər davam edirdi. Niyazi məsləhət gördü ki, bu əsər bir qədər qısaldılsın. C.Hacıyev də məsləhətə əməl etdi və bu da əsərin xeyrinə oldu.

       Səyyar plenumun konsertində təqdim olunmuş orkestr üçün yazılmış əsərlərdə orkestr yazısına fikir vermək lazımdır. Orkestrləşdirmədə həmişə mütənasiblik olmalıdır. Orkestr səslənməsində rəngarənglik yaratmaq üçün bu mütənasibliyə fikir vermək lazımdır. Ona görə də əgər siz orkestr üçün yazılmış əsərlərin partituralarını Bakıdakı tədbirlərə təqdim etmək istəsəniz, onları yenidən işləməlisiniz. Bu, yaradıcılıq prosesində adi haldır. Həmişə ilk səslənmədə nə isə çatışmamazlıqlar hiss olunur. Sonra isə əlavələr və dəyişikliklər edilməlidir.

       Tədbirdə gözəl mahnılar səsləndi. Elə mahnılar var idi ki, özü gözəl yazılıb, amma ona populyar bəstəkarların əsərlərindən parçalar salınıb. Məsələn, Əqidə Ələkbərovanın «Vətənim gülşən» mahnısına C.Cahangirovun «Azərbaycan» mahnısından intonasiyalar daxil edilib. Bunun əsərə heç bir aidiyyəti yoxdur. Və yaxud, Kamal Əhmədovun «Vətəndir» mahnısında T.Quliyevin «Qızıl üzük» mahnısının intonasiyaları aydın eşidilir. Əgər siz bu əsəri T.Quliyevə ithaf etmiş olsaydınız bu, münasib sayılardı. Məsələn; Hacı Xanməmmədov IV konsertini Q.Qarayevə həsr edib və oraya «Leyli və Məcnun» simfonik poemasından mövzunu daxil edib. Bu, mümkündür.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page