ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
Rəhilə Həsənovanın əsərlərinin interpretasiya problemləri
A. Əmrahova.
Search

ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
Rəhilə Həsənovanın əsərlərinin interpretasiya problemləri
A. Əmrahova.
Azərbaycan bəstəkarlarının yaradıcılıqda «Novruz» mövzusu
Ş. Köçərli.

 



       Qərbi Avropa ənənəsində (imyaslaviya fəlsəfəsində də) ad eydosla həmahəngdir, «şey»i görünən edir. Sufi doktrinası iddia edir ki, adlar bütün mahiyyəti ifadə edə bilməz.* Lakin başlıcası bu deyil, həqiqəti Adların qavranılması vasitəsilə mərhələ-mərhələ anlamaqdan ibarətdir.
       Bu mənada Allahın Yuxusu anlayışı da olduqca səciyyəvidir. Sufi təliminə görə, Yaradıcılıq mərhələ-mərhələ inkişaf prosesi keçir. Odur ki, «yuxu» anlayışının özü Yaradıcılığın ontoloci təbiətindən əvvəlki vəziyyətilə assosiasiya əmələ gətirir. Tanrının yuxusu və ona uyğun olan yuxuculluq vəziyyəti (aməiyə) Allahın Öz Fərdiliyinin, müqəddəs təklik (əhədiyyət) məqamında ən gözəgörünməzliyinin ən mühüm şərtidir və belə vəziyyətdə hadisələr müstəsna olaraq bölünməz şəkildə və təzahür etməyən mahiyyət şəklində zühur edir... R.Həsənovanın bir çox əsərlərindəki ilkin proseslərin inkişafının ləngliyini, emosional əlahəddəliyin bu əsərlərə xas effektini bədiiliyin həmin təbəqəsinə ancaq zahirən aid etmək olar. Daha dərin səviyyədə - incə intonasiyalı iş səviyyəsində bu effekt diskursun qaynaqlarındakı minimal səs ucalığı şkalası ilə, başlıcası isə, cəlbedici ahənglərin polivalentliyi ilə hasil olur [2].
       Əhədiyyət məqamı sirrin açarını qoruyub saxlamaq məqamıdır. Vəhdaniyyət məqamı enercilərin emanasiyası (şüalanması) vasitəsilə məhz həmin məqamdan yaranır. Onların arasındakı fərq bundan ibarətdir ki, vəhdaniyyət məqamında elə həmin Təklik hadisələrin potensial dağınıqlığı və çoxluğu vəziyyətində təqdim edilmişdir.**
       Bütün bunlar olduqca qeyri-adi temporal strategiyaya gətirib çıxarır.
       Zamanın qeyri-ortodoksal konsepsiyası vahid temporallığın iki təbəqəyə bölünməsidir. Təkistiqaməti nizami vaxt öz yerini müvəqqəti inkişafla onun reversinin eyni zamanda yanaşı mövcud olmasına verir.
       Bu effektə (müvvəqqəti təbəqələşməyə) nail olmağın üsulları: səs kütləsinin bütün parametrlər (səs ucalığı, dinamika, tembr və s.) üzrə yüksəlməsi ilə vəhdət təşkil edən çox böyük sayda orqan punktları. Məsələn, ilkin səs ucalığı minimumu güclənib maksimum dinamikaya və tembrə çevrilir, nitonasiya molekullarının repetitivliyi çox vaxt fakturanın və tembrin genişlənməsi ilə müşayiət edilir. Bir tərəfdən, orqan punktunda heç bir proqressiya yoxdur, bu vaxt «dayandırılmış» indi və ya «saxlanılan» keçmişdir. Lakin, digər tərəfdən, bir tetraxordun başqa tetraxorda birləşməsinin guasi-hədlərində, daha doğrusu, bir tetraxordun o biri tetraxord üzərinə qoyulmasının mövcud olmayan hədlərində enercinin toplanması üzrə böyük iş gedir. Orqan punktunda uzun müddət qalmaq, monovəznlik – bütün bunlar müəllifə addımın, yerişin, ümumiyyətlə, hərəkətin ölçü vahidi səviyyəsindən «aşağı enməyə» imkan verir. Hərəkətin şərti vahidləri elə parçalanır ki, onlar sanki sıfırla «qovuşmağa» çalışırlar. Bəstəkar hərəkəti bu cür «dayandırır». Amma son həddə (sıfıra) çatmaq heç vaxt mümkün olmadığına görə, hərəkətsizlik bərqərar olmur. Odur ki, uca səslilik, dinamik, nəhayət, psixoloci «sayrışma» vəziyyəti yaranmağa başlayır.
       Məsələn, uzun müddət Səmada eyni bir intonasiya mühitində, diapazonda, registrdə olmaq, bilərəkdən intonasiya kasadlığı yaratmaq hərəktsiz landşaft effekti əmələ gətirir. Lakin «h», sonra da «s» səslərində orqan punktu tonun məchul esmosional ehtiyatlılığını yaradır: heç nə «baş vermi», amma bu, o demək deyil ki, heç nə baş verməyə bilməz. Bütün bunlar təzadlı temporal təbəqələrin daim nisbi vəhdəti duyğusu yaradır. Burada nə kimi paralellər mümkündür?
       Sufizmdə vaxt anlayışı insan barəsində nəsə zahiri bir şey deyildir. Birinin digərinə məhrəmanə cəlb edilməsi «Əs sufi ibni vaxti» (Sufilər zamanın övladlarıdır) kəlməsi ilə ifadə olunur. 229. Bu ifadənin mə`nası indiyə, intahasız olaraq davam edən vaxta, əslində isə, əbədiliyə aid edilir. «Sufi əbədilik» övladıdır».
       Cavid Nurbəxş yazır: «Vaxt sufi termini olaraq, Ilahi ilhamının və ya şövqünün qəlbi bürünməsini ifadə edir və bu ilahi, bu şövq sufini keçmişdən başlayıb gələcəyə doğru cərəyan edən zaman axınından kənarlaşdırır».
       Izəddin Mahmud Kəşaninin vaxt konsepsiyasının üç mənası var. Onlardan R.Həsənovanın poetikası üçün daha «aktual» olan üçüncü məna üzərində dayanaq.
        «Vaxtın üçüncü mə`nası «indiki vaxt»dır və ya keçmişlə gələcək arasından keçən «məqam»dır (zaman-hal). Insan «zamanın sahibi» (sahibi-vaxt) adlandırdıqda, o, belə bir mə`nada başa düşülür ki, indiki vaxt üçün ümdə olan vəzifələrin yerinə yetirilməsində insanın göstərdiyi sə`ylər keçmişi və gələcəyi ondan sıxışıdırıb çıxarır. Başqa sözlə desək, o, zamanı itirmir.
       Bəzi sufilər vaxt haqqında suala belə cavab vermişlər: «Bu, insana əzəli olaraq qabaqcadan nə verilmişsə, onu anlamaq, irəliyə, əbədiliyə nəzər salmamaq, hər dəfə nəfəs aldıqca Tanrının iradəsinə vicdanla əməl etmək deməkdir» (6, 114-115).
       Bu, R.Həsənovanın bəstələdiyi əsərlərin daxili formasının təhlili üçün çox mühüm məqamdır.
        «S`e ma» səs konsepsiyası eyni bir səslə (h) başlayıb qurtarır. Mə`na dramaturgiyası olduqca böyük gərginliyin dinamik inkişafına əsaslanır və bu inkişaf vəziyyətə başlanğıc mövqeyə qayıdış kimi baxmağa imkan vermir. Əslinə qalsa, biz insanı ucaldan Idrak yolu, həqiqət zirvəsini fəth etmək yolu görürük və bu yol nəinki emosional şkalaya (qüssə-kədərin ilk anlarından aydın dinclik anınadək), həm də dəqiq müəyyən edilmiş səs ucalığı şkalasına malikdir: diapazon kiçik oktavanın ilkin h səsindən hz səsinədək genişlənir. Ona görə də bunun dərin rəzmi mə`nası var ki, əsərin son taktlarında, h səsinin avazlanması fonunda ifaçılar tam mistik mə`nalı «hu...» nidasını gücləndirirlər.
       Bu konsepsiyada müəllif sufi təsəvvürlərinin bütöv bir silsiləsini intuitiv surətdə tapmış və bədii şəkildə təcəssüm etdirmişdir. Əvvəla, bu, «nəfəs»lə «vaxt»ın mə`na və leksik əlaqəsinə aiddir. Nurbəxşin yazdığı kimi: «Dəm» fars sözünün etimoloci mənşəyi Hind-Avropa mənşəlidir; dəm sözü tan («sürəklilik») sanskrit, tempus («vaxt», «zaman») və tendere («uzadılmaq») latın sözlərinə uyğudur, eləcə də time və tension ingilis sözləri məhz həmin kökdəndir. Söhbət vaxtdan deyil, nəfəsdən getdikdə «dəm» sözü ərəblərin «nəfəs» sözünün sinonimi olur (6, 134).
       Sufilərin dünya haqqında təsəvvüründə nəfəsin rolundan danışıldıqda «isti nəfəs» («dəmi-gərm»), «insanların nəfəsi» («dəmi-mərdom»), «nəfəs dostu» («həmdəm»), «uğurlu nəfəs» («mübarək dəm»), «nəfəs Allahdandır» və ya «bu dəm qənimətdir» («dəmi-qənimət əst») kimi idiomatik ifadlər işlədilir. «Xorla oxumaq» («dəmi-gereftan») ifadəsini ayrıca qeyd etmək istərdik. Bu ifadə hərfi mə`nada «bir vəzndə nəfəs almaq» deməkdir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page