ÒßÁÐÈÊËßÐ
YUBILEY TƏBRIKLƏRI
-
Search

ÒßÁÐÈÊËßÐ
YUBILEY TƏBRIKLƏRI
-

 


Musiqi dünyası» jurnalının yaranması xalqımızın şad bir dövrünə -çoxdan bəri arzuladığı müstəqillik dövrünə təsadüf etmişdir. Elə bir dövrə ki, o dövrdə yaradıcı ziyalılarımızın, elm və mədəniyyət xadimlərimizin əsərlərində, xalqın mənəviyyatında, sosial-mədəni həyatında əsaslı dəyişikliklər getməyə başlamışdır. Bunlarla yanaşı, sənətkarlarımız xüsusi fəallıqla dünyada gedən qloballaşma və inteqrasiya proseslərinə qoşulmışlar. Və təbii ki, respublikanın musiqi həyatında, yaradıcılıqda baş verən mühüm hadisələr, yeniliklər mütləq bir nəşrdə öz əksini tapıb, müzakirə edilib, xalqa çatdırılmalı idi. Belə bir tarixi missiyanı da məhz sənətşünaslıq doktoru Tariyel Məmmədovun baş redaktoru olduğu «Musiqi Dünyası» jurnalı öz üzərinə götürmüşdür. Bu nəfis nəşr öz vəzifəsini bu gün də uğurla həyata keçirməkdədir. Mən jurnalın yaradıcı heyətini yubileyi münasibətilə təbrik edir, çətin və məsuliyyətli işində uğurlar diləyirəm.

       ƏFƏNDIYEV Rasim

       AMEA-nın Memarlıq və Incəsənət

       Institutunun direktoru, akademik







       Musiqi Dünyası» jurnalı redaksiyasının kollektivinə         Mədəniyyət Işçiləri Müstəqil Həmkarlar Ittifaqının Respublika Komitəsi, Sizin gözəl kollektivinizi -«Musiqi Dünyası» jurnalının yaradıcı heyətini 5 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir.

       Böyük sevgi və yüksək peşəkarlıqla ərsəyə gətirdiyiniz «Musiqi Dünyası» jurnalı qısa bir zamanda respublikamızın mədəni-ictimai həyatında özünə layiqli yer tutmuş və geniş oxucu auditoriyasını cəlb edə bilmişdir.

       Azərbaycan musiqi mədəniyyətinin, musiqi elminin və musiqi təhsilinin aktual problemlərinin öyrənilməsinə və mədəni irsimizin qorunmasına yönəlmiş nəcib əməliniz, ölkəmizin musiqisevərləri arasında yüksək qiymətləndirilir.

       Musiqimizin bütün inkişaf mərhələlərini özündə əks etdirən «Musiqi Dünyası» jurnalı, yarandığı ilk gündən bu vaxta kimi, dahi bəstəkarlarımızın ölməz əsərlərinin və xalq musiqimizin təbliğini nəinki respublikada, hətta bütün dünyada fəal həyata keçirməkdədir.

       Əminik ki, Azərbaycanda ilk dəfə çap olunan «Musiqi Dünyası» jurnalı, beynəlxalq elmi-pedaqoji, tənqidi-publisistik mədəni-maarif yönümlü ilk professional səviyyəli nəşr olmaqla yanaşı, neçə-neçə gənc nəslin estetik tərbiyəsinin formalaşmasına, vətənə, milli dəyərlərə məhəbbət hissinin aşılanmasına xidmət göstərəcəkdir.

       Sizi bir daha bu əlamətdar tarix münasibətilə təbrik edir, uzun ömür, can sağlığı və doğma Azərbaycanımızın çiçəklənib qüdrətlənməsi yolunda uğurlar arzulayırıq.

       Hörmətlə,

       SƏTTAROVA Cəmilə

        Mədəniyyət Işçiləri Müstəqil Həmkarlar Ittifaqı

       Respublika Komitəsinin Sədri





       B eş yaşın mübarək!

       Sənət o vaxt inkişafda olur ki, ona tənqidi yanaşmağa şərait mövcud olsun....«Musiqi Dünyası» elmi-pedaqoji, tənqidi-publisistik və mədəni-maarif musiqi jurnalı məhz bu mövcudluğu özündə yaratmışdır.

       Jurnalın çox gözəl yaradıcı heyəti vardır. Azərbaycan Bəstəkarlar Ittifaqı və Bakı Musiqi Akademiyasının professor-müəllimləri, görkəmli bəstəkarlarımız, musiqişunaslar və alimlər jurnalın ərsəyə gəlməsinə çox böyük əmək sərf etmişlər.Jurnalın baş redaktoru gözəl musiqiçi Tariyel Məmmədov olduqca sadə, təvazökar bir insandır. O, jurnalın beynəlxalq standartlara uyğun gəlməsi üçün çox işlər görmüşdür. Hətta Internet şəbəkəsində jurnalın saytlarının yaranmasına nail olmuşdur.

        «Musiqi Dünyası» jurnalı musiqinin bütün janrlarını əhatə etdiyi kimi, elmi-pedaqoji sahədə də fəaldır. Bakıda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti, bugünkü həyatımızda rolu və tədrisin dinamik inkişafında pedaqoqların əməyi jurnalın səhifələrində vaxtaşırı işıqlandırılır.

       Jurnalın təsisçilərini, redaksiya heyətini, redaktorlarını, baş redaktoru və bütün əməkdaşlarını jurnalın fəaliyyətinin 5-ci ildönümü münasibətilə təbrik edir, onlara yaradıcılıq uğurları və müstəqil Azərbaycanımızın inkişafı naminə məqsədyönlü işlərində uğurlar arzulayıram.

       QURBANOV Həsənağa

       Bakı Şəhər Mədəniyyət Idarəsinin



       Rəisi Azərbaycan Respublikasının

       Əməkdar Incəsənət Xadimi



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page